Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
1   ...   10   11   12   13   14   15   16   17   18

Deqazasiyanın  kimyəvi  üsulu  deqazasiya  maddələrinin  zəhərlənmiş  obyektlərin 

üzərindəki  zəhərləyici  maddələrlə  kimyəvi  əlaqələrə  qoşulmasına  əsaslanır.  

Nəticədə qeyri-toksik birləşmələr əmələ gəlir 

      Deqazasiyanın  bu  üsulu  zəhərlənmiş  yerlərin  deqazasiya  məhlulları 

(suspenziya),  yaxud    DTS  QK  (xlorlu  əhəng)  suslu  sıyığı  ilə  təmizlənməsi 

vasitəsilə əldə edilir. 

      Bu  üsulla  deqazasiya  zamanı  xüsusi  maşınların  deqazasiya  maddələrində 

isladılmış  fırçalarından,  əskilərdən  və  s.  istifadə  olunur.  Zəhərlənmiş  qurğuların 

xüsusən də  ağac,  dəri,  toxuma  əşyaları  yuxarıdan aşağıya  doğru  istiqamətdə silib 

təmizləyirlər. 

     Zəhərləyici  maddənin  növü  müəyyən  edilməmişsə,  zəhərlənmiş  obyektləri 

ə

vvəlcədən  1-№-li  deqazasiya  məhlulu  ilə  təmizləyir,  sonra  isə  2-aş  (2-bş)  №-li 



deqazasiya məhlulundan istifadə edirlər. 

     Zəhərləyici  maddənin  növü  müəyyən  edilibsə,  bu  zaman  iprit,  V-qazı  tipli 

zəhərləyici  maddələri  -  1-№-li  deqazasiya  məhlulundan,  zoman  tipli  ZM-lə 

zəhərlənmədən    2-aş  (2-bş)  №-li  deqazasiya  məhlulundan  istifadə  olunmaqla 

deqazasiya edirlər.  

1-№-li deqazasiya məhlulundan istifadə edildikdə reaksiyanın turşulu məhlulları və 

bu  məhlulların  artıcı  metal  səthlərin    güclü  korroziyasına  səbəb  olur.  Məhz  buna 

görə bu məhluldan istifadə zamanı təmizlənmiş metal səthlər 2-aş №-li deqazasiya 

məhlulu ilə silinməli, sonra təmizlənib yağlanmalıdır. 

1-№-li və 2-aş №-li məhlullar boyaq örtüklərini dağıdır. 2-aş №-li məhlul bundan 

ə

lavə, alüminium səthlərə də həmin cür təsir göstərir.  



      V-qaz və ipritlə zəhərlənmiş qurğu, texnika və avadanlıqları texniki vasitələrin 

köməyilə DTS QK suspenziyaları ilə deqazasiya etmək olar. 

DTS  QK  suspenziyası  DK-4  komplekti  vasitəsilə  də  tədbiq  edilərkən  suspenziya 

avtomobilin mühərrikində işlənilmiş qazların tərkibindəki karbon qazının hesabına 

turşulaşır.  Nəticədə  onun  oksidləşdirici  qabiliyyəti  artır,  reaksiya  daha  tez  və 

dolğun keçir. 

      Deqazasiyanın  fiziki-kimyəvi  üsulu.  Bu  üsul  yuyucu  məhlullar  yaxud 

həlledicilər vasitəsilə zəhərlənmiş səthdən ZM-in yuyulmasına əsaslanır. 

     Deqazasiyanın  effektliliyinə  görə,  xüsusən  də  ZM-i  qatı  resepturalarının 

deqazasiyası  zamanı,  yuyucu  məhlullar  deqazasiya  məhlullarına  nisbətən  zəifdir. 

Amma  yuyucu  məhlulların  istifadəsində də obyektlərin  ilkin zəhərlənmə  dərəcəsi 

10-100 dəfə azalır, bəzən tam təmizlənir.       

     Həlledicilərdə  deqazasiya  ZM  zəhərsizləşdirilmir,  amma  həll  olunub 

həlledicilərlə birlikdə zəhərlənmiş səthdən xaric olunur. Həlledicilərdən benzin, ağ 

neft,  dizel  yanacağı,  dixloretan,  spirt  daha  çox  işlədilir.  Dixloretan  zəhərlidir  və 

onu qapalı yerlərdə işlətmək olmaz. 

     Deqazasiyanın  fiziki  üsulu  yüksək  temperaturlu  qaz  axının  təsiri  şəraitində 

zəhərlənmiş  səthlərdən  ZM-in  buxarlanması  və  qismən  parçalanmasına  əsaslanır. 

Bu üsul istilik maşınları vasitəsilə aparılır. 

 

43.Dezinfeksiyanın növləri, onun aparılması üsulları və vasitələri 




       Dezinfeksiya və yoluxucu xəstəlik törədicilərinin zərərsizləşdirilməsi adamları 

ə

hatə  edən  mühitdəki  yoluxucu  xəstəlik  törədən    mikrobların  məhv  edilməsinə 



yönəldilmiş xüsusi tədbirlər kompleksidir. 

      Dezinfeksiyanın xüsusi növləri sayılan dezinseksiya buğumayaqlı həşəratın və 

gənələrin  bu  yoluxucu  xəstəlik  yayıcılarının  məhv  edilməsinə,  deratizasiya  isə 

epidemioloji cəhətdən təhlükə törədən gəmiricilərin məhv edilməsinə deyilir. 

Dezinfeksiyanın  –  profilaktika  dezinfeksiyası,  cari  dezinfeksiya  və  son 

dezinfeksiya növləri olur. 

        Profilaktika  dezinfeksiyası  yoluxucu  xəstəliklərin  baş  verməsi  və  ya  ümumi 

istifadə olunan əşyalar vasitəsilə yoluxmanın keçməsi imkanlarının qarşısını almaq 

məqsədilə  aparılır.  Südün  qaynadılması,  çirkab  suların,  zibilin,  ümumi  istifadə 

yerlərinin,  xəstəxanalarda  alt  və  üst  paltarların,  qatarlarda  yataq  ləvazimatının 

müntəzəm surətdə zərərsizləşdirilməsi belə tədbirlərdəndir. 

Cari  dezinfeksiya  –  xəstənin  yatağı  yanında  yoluxmanın  yayılmasının  qarşısının 

almaq  məqsədilə  keçirilir  (xəstənin  ifrazatını  və  ondan  yoluxan  əşyaların 

zərərsizləşdirilməsi və s. kimi tədbirlər). 

      Son  dezinfeksiya  yoluxma  ocağında  xəstə  təcrid  ediləndən,  xəstəxanaya 

qoyulandan, sağalandan və ya öləndən sonra yoluxma ocağını xəstəlik törədicidən 

tam surətdə təmizləmək məqsədilə keçirilir.  

     Göstəricidən  asılı  olaraq  dezinfeksiya  işləri  mexaniki,  fiziki  və  ya  kimyəvi 

üsulla və zərərsizləşdirmə vasitələrindən istifadə edilməklə yerinə yetirilir. 

    Mexaniki  üsul  – 

bina  və  avadanlığın  yaş  əski  ilə  silib  təmizlənməsindən, 

otaqların 

tozsoranla 

tozdan 

təmizlənməsi, 



binaların 

ağardılması 

və 

rənglənməsindən, əllərin yuyulmasından ibarətdir. Bu vasitələrlə bina və paltarlar 



mikroblardan 50-70% təmizlənir. 

     Fiziki

 dezinfesksiya üsulu və vasitələri daha sadə və asandır. Bu məqsədlə günəş 

ş

üalarından,  ultrabənövşəyi  şüalardan,  qızdırılmış  ütüdən,  zibilin  yandırılması 



üsulundan, quru qızmar havadan və su buxarlarından, habelə qaynatma üsulundan 

istifadə olunur. 



    Kimyəvi  üsulda 

  isə  kimyəvi  maddələrdən  istifadə  olunur.  Bir  sıra  kimyəvi 

maddələr  mikrobun  hüceyrələrinə  məhvedici  təsir  göstərir.  Aşağıdakı  sadalanan 

maddələr dezinfeksiya üçün daha geniş istifadə olunur. 

    Kalsium hipoxloridin üçdə iki əsas duzu (DTS QK) – 2.5 faizli məhlul halında 

binaları,  zibil  quyularını,  yük  vaqonlarını,  torpağı  və  s.  zərərsizləşdirmək  üçün 

tətbiq edilir. 

     Lizol  –  3-5  faizli  məhlul  halında  maye  ifrazatları,  binaları,  dəri  və  rezin 

məmulatları,  ayaqqabıları,  əlləri  zərərsizləşdirmək,  alt  və  üst  paltarları  islatmaq 

üçündür. 

     Formalin  –  formaldehidin  40  faizli  suda  məhluludur.  Dezinfeksiya 

kameralarında dəri və xəz əşyaları zərərsizləşdirmək, toxumaları məhv etmək üçün 

işlədilir. 

 

44.  Dezaktivasiya və onun əsas məqsədi. 

      Dezaktivasiya  –  qurğulardan,  binalaradan,  paltardan,  sudan,  qida 

məhsullarından və s. radioaktiv maddələrin təmizlənməsidir. 




Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə