Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə10/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

alınmaqla  Respublika  ərazisi  zonalara  ayrılır.  Mülki  müdafiə  tədbirləri  hərbi 

komandanlıq orqanları ilə sıx əlaqədə yerinə yetirilir; 

-əhalinin mühafizəsi üzrə tədbirlər sülh dövründə əvvəlcədən hazırlanır, iqtisadi və 

sosial  inkişaf  planlarında  nəzərdə  tutulur  və  Azərbaycan  Respublikasının 

qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yerinə yetirilir; 

-əhalinin mühafizəsinə əhalinin müxtəlif mühafizə qurğularında daldalandırılması, 

təhlükəli rayonlardan köçürülməsi və eyni zamanda fərdi mühafizə vasitələrindan 

istifadə olunmasıdır.  

Fövqəladə hadisələr zamanı əhalinin mühafizəsinin əsas üsulları: 

-FH-da əhalinin xəbərdar edilməsi; 

-əhalinin və ərazinin mühəndis mühafizəsi; 

-radioaktiv və kimyəvi mühafizəsi; 

-kütləvi mühafizə qurğularında yerləşdirməklə mühafizə etmək; 

-fərdi mühafizə vasitələrinin paylanması ilə mühafizə; 

-təhlükəli ərazidən əhalinin köçürülməsi ilə mühafizə; 

-tibbi mühafizə; 

-yanğından mühafizənin təşkili; 

-əhalinin MM üzrə hazırlığının təşkil edilməsi. 

 

27.   Sülh dövründə əhalinin FH-dan mühafizəsi tədbirləri və təhlükə barədə 

xəbərdarlıq zamanı fəaliyyəti.    

Sülh dövründə əhalinin fövqəladə hadisələrdən mühafizəsi üçün aşağıdakı tədbirlər 

daha vacib əhəmiyyətə malikdir. 

-etibarlı xəbərdarlıq sisteminin yaradılması; 

-mühafizə qurğuları ehtiyatlarının yaradılması; 

-kombinasiya  üsulu  ilə  köçürmə  tədbirlərinin  planlaşdırılması  və  vaxtında  yerinə 

yetirilməsi,  köçürülən  əhalini  qəbul  etmək  və  yerləşdirmək  üçün  şəhərdənkənar 

təhlükəsiz zonanın hazırlanması; 

-əhalinin fərdi mühafizə vasitələri ilə təchiz edilməsi; 

-mühafizə üsullarınn əhaliyə ümumi və icbari surətdə öyrədilməsi; 

-ərzaq  və  suyun  radioaktiv,  kimyəvi  maddələrdən,  güclü  təsirli  zəhərli 

maddələrdən, bakterial vasitələrdən mühafizəsinin təmin edilməsi; 

-radiasiya,  kimyəvi  və  bakterioloji  müşahidələrin,  kəşfiyyat  və  laboratoriya 

nəzarətinin təşkili; 

-rejimi tədbirlərin, sanitariya- gigiyena tdbirlərinin və radiasiya əleyhinə tədbirlərin 

həyata keçirilməsi.  

    Daimi  radiasiya  və  kimya  müşahidəsi,  kəşfiyyat  və  laboratoriya  müşahidəsinin 

təşkili  –  təhlükə  barədə  əhalini  vaxtında  xəbərdar  etmək  üçün  vacib  şərtlərdən 

biridir. 

   Fövqəladə  hadisə  təhlükəsi  yarandığı  barədə  xəbərdarlıq  edilərkən  əhali 

təhlükənin xarakterindən asılı olaraq aşağıdakı tərzdə fəaliyyət göstərməlidirlər: 

-kütləvi  məlumat  vasitələrini  (radioreproduktoru,  qəbuledicini)  daimi  şəbəkədə 

qoşulu saxlamalı; 

-şəhərdənkənar zonaya köçürülməyə hazırlaşmalı; 




-fövqəladə  hadisə  ehtimalına  görə  daldalanacağın  (sığınacağın)  yerini 

dəqiqləşdirməli,  kənd  yerlərinə  radiasiya  əleyhinə  daldalanacaq  düzəltməyə 

başlamalı; 

-fərdi  mühafizə  vasitələrini,  o  cümlədən  tibbi  mühafizə  vasitələrini  əldə  etməli, 

onları istifadə üçün hazırlamalı.  

 

28.  Fövqəladə  hallarda  təhlükəli  zonadan  köçürülmə  tədbirləri.  Köçürülmə  



zamanı Dövlət orqanlarının rolu və fəaliyyəti. 

     Zamandan  asılı  olaraq  təhlükəli    zonadan  köçürülmə  tədbirləri  2  cür  həyata 

keçirilir: 

Qabaqcadan köçürülmə- kütləvi qırğın vasitələrinin tətbiq edilməsi, təbii fəlakət 

və təhlükəli obyektlərdə qəzaların yaranması ehtimalı barədə etibarlı məhbələrdən 

məlumat daxil olduqda yerinə yetirilir.  

Təcili  köçürülmə-fövqəladə  vəziyyət  yaranarkən  yerinə  yetirilir  və  bu  minimal 

vaxt ərzində həyata keçirilir. 

Miqyasından asılı olaraq təhlükəli zonadan köçürülmə 2 yerə ayrılır. 

Lokal  köçürülmə-fövqəladə  hal  baş  vermiş  və  ya  baş  verəcək  ərazi-  şəhər 

mikrorayonları  və  ya  kiçik  tipli  yaşayış  məntəqələri  olarsa  bu  növ  köçürülmə 

həyata  keçirilir.  Belə  hallarda  köçürülməli  əhalinin  və  obyektlərin  personalının 

sayı on nəfərdən min nəfərə kimi ola bilər. Onları ən yaxın yaşayış məntəqələrində 

və şəhərin fövqəladə haldan zərər çəkməmiş rayonlarında yerləşdirirlər. 

Yerli  köçürülmə-  fövqəladə  zona  –aralıq  şəhərlər,  böyük  şəhərlərin  ətraf 

rayonları,  şəhərin  özlərində  olan  zaman  bu  növ  köçürülmə  həyata  keçirilir.  Belə 

hallarda köçürülməli əhalinin və obyektlərin personalının sayı bir neçə mindən yüz 

minə nəfərə qədər ola bilər. Köçürülənlər isə daha uzaq şəhər və ya digər zonalara 

yerləşdirilirlər.  

       Fövqəladə zonaya düşən əhalinin sayından asılı olaraq köçürülməni belə təsnif 

etmək olar: 

Ümumi  köçürülmə-  səfərbərlik vəsiqəsi olan  şəxslərin  (onlar hərbi  komissarlığa 

getməlidirlər),  eləcə  də  köçürülməsi  qeyri-mümkün  sayılan  xəstələrdən  və  onlara 

xidmət edən tibbi heyətdən başqa əhalinin köçürülməsini nəzərdə tutur. 

Qismən  köçürülmə - isə ayrı rateqoriya  insanların, yaranacaq təsirə daha həssas 

olanların,  əmək  qabiliyyəti  olmayan,  habelə  istehsalat  və  xidmət  sahələrində 

işləməyən əhalinin köçürülməsini nəzərdə tutur. 

   Şəhərlərdən,  rayonlardan  və  ayrı-ayrı  yaşayış  məntəqələrindən  əhalinin 

köçürülməsi barədə qərqrları aşağıda göstərilən vəzifəli şəxslər qəbul edirlər: 

Müharibə  dövründə  -  Müdafiə  Nazirinin,  yaxud  müvafiq ərazi icra hakimiyyəti 

başcısının təklifi üzrə - Azərbaycan Respublikasının Prezidenti və ya Baş Naziri; 



Sülh  dövründə  -  ərazisində  fövqəladə  hallar  yaranmış  şəhərin  (rayonun)  icra 

hakimiyyəti başcısı. Bu barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə və  

Baş  Nazirinə  məlumat  verilir.  Fövqəladə  vəziyyətin  qüvvədə  olduğu  müddət 

ə

rzində  onun  tətbiq  edildiyi  ərazidə  əhalinin  yaşayışı  üçün  təhlükəli  olan 



rayonlardan  köçürülməsi  Azərbaycan  Respublikasının  Prezidentinin  Fərmanına 

ə

sasən həyata keçirilir. 



 


Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə