Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
1   ...   10   11   12   13   14   15   16   17   18

-girişin  elementləri  (tamburların,  tambur-şlüzlərin,  tambur-önünün  divarları, 

pilləkənləri  və  pandusları),  onların  üzərindəki  örtükləri  qoruyucu  tərtibatlı  giriş 

yerləri başlıq hissələr; 

-qəza  çıxış  yollarının  element-lağımlarının  və  mühafizə  edilən  başlıq  hissənin, 

qoruyucu tərtibatlı çıxış yerinin (qapılar, qapaqlar, birtipli bölmələr) divarları, üst 

ötrükləri və bünövrələri. 

Sığınacaq  kimi  uyğunlaşdırılan  binaların  konstruksiyaları  kifayət  qədər  möhkəm 

və  davamlı  olmalı  və  orada  daldalanan  adamların  zərbə  dalğasından,  ionlaşdırıcı 

ş

üalanmalardan,  işıq  şüalanmasından  və  yanğınlar  vaxtı  istiliyin  təsirindən 



mühafizəsini  təmin  etməlidir.  Binalar  hermetik  olmalıdır.  Bina  ilə  birgə  tikilən 

sığınacaqların  konstruktiv  forması  bu  binaların  (tikintinin)  konstruksiya  nəzərə 

alınmaqla müəyyən edilir.  

Yeni 


sığınacaqlar 

layihələndirilərkən 

birtipli 

yığma 


dəmir-beton 

konstruksiyalardan  istifadə  edilən  karkaslı  sxemlər  tətbiq  etmək  tövsiyə  olunur, 

müvafiq  mühəndis  əsaslandırılması  olan  hallarda  isə  karkassız  sxemlər  də  tərtib 

edilə bilər. 

Sığınacaqlar layihələndirilərkən bunu nəzərə almaq lazımdır: 

-üst  örtükləri  (örtüklər)-tirli  (tirlərin  ucuları-rigellər  sütunlara  dirənməklə),  yaxud 

tirsiz  olmalıdır.  Son  illər  sığınacaqların  üst  örtüyü  üçün  yüksək  texniki-iqtisadi 

göstəricilərə malik yığma-monolit tirsiz konstruksiyalardan geniş istifadə olunur; 

-divarlar-yığma  dəmir-beton  lövhələrdən,  beton  bloklardan,  monolit  dəmir-

betondan  və  möhkəmlik  üzrə  tələbləri  ödəyən  digər  inşaat  materiallarından  geniş 

istifadə olunur; 

-dirək bünövrələri-yığma və ya monolot dəmir-betondan olmalıdır; 

-arakəsmələr-armatur,  kərpicdən,  yığma  dəmir-betondan,  davamlı  doldurucu 

betondan və digər odadavamlı materiallardan tikilməlidir; 

-giriş  yerlərinin    qoruyucu  tərtibatları-dövlət  standartlarına  (DST)  müvafiq 

hazırlanmış  qoruyucu  –  hermetik  və  hermetik  darvazalar,  qapı  və  qapaqlardan 

istifadə olunmaqla hazırlanmalıdır; 

-sığınacaq  kimi  tikilən  binanın  digər  binaları  ilə  xarici  əlaqələrini  təmin  edən 

kommunikasiyalar-bu  binaya  giriş  yerlərində  konpensasiya  tərtibatları  qoyulması 

nəzərdə tutulmalıdır. 

Mühəndis  kommunikasiyalarının  girişləri  sığınacağın  içərisində  onlara  baxış  və 

təmir üçün rahat olmalıdır. Su və istiliklə təchizat şəbəkəsinin girişlərində, eləcə də 

kanalizasiyanın  çıxış  yerində  sığınacağın  içəri  tərəfində  bağlayıcı  armaturlar 

qoymaq  lazımdır.  Sığınacaqları  və  onların  konstruksiyalarını  suyun  dağıdıcı 

təsirindən mühafizə etmək, qurğunun və oradakı avadanlıqların normal istismarını, 

habelə  otaqlarda  lazımi  temperatur-rütubət  rejimini  təmin  etmək  üçün 

sığınacaqlarda hidroizolyasiya düzəldilir. 

 

35. Radiasiya daldalanacaqlarının mühəndis-texniki avadanlığı. 

Radiasiya  daldalanacaqlarının    mühəndis-texniki  avadanlıqlarına  bu  sistemlər 

daxildir: 

  -ventilyasiya; 

  -isitmə; 




  -su təchizatı; 

  -kanalizasiya; 

  -elektrik təchizatı və rabitə.  

Radiasiya  daldalanacaqlarındatəbii  və  ya  mexaniki  ventilyasiya  tətbiq  edilə  bilər. 

Mexaniki  ventilyasiya  zirzəmilərdə  yerləşdirilən  tutumu  50  nəfərdən  artıq  olan 

daldalanacaqlarda,  eləcə  də  birinci  və  kürsü  mərtəbələrdə  yerləşdirilən  həmin 

tutumlu daldalanacaqlarda təbii ventilyasiya kifayət etmədikdə düzəldilir.  

Sənayedə  hazırlanan  süzücü  –ventilyasiya  qurğuları  olmadıqda  əlaltında  olan 

materiallardan düzəldilən ən sadə hava təchizatı vasitələrindən geniş istifadə edilə 

bilər.  


Radiasiya daldalanacaqlarının otaqları binanın lazimı hallarda açılan ümumi isitmə 

sistemindən qızdırılır.  

Su  təzhizatı  daxili  və  xarici  kəmərlərdən  nəzərdə  tutulur,  belə  su  kəmərləri 

olmayan hallarda hər adam üçün sutkada 2 l hesbı ilə səyyar su qabları qoyulması 

nəzərdə tutulmalıdır.  

Kanalizasiya  olan  binalarda  çirkab  suları  xarici  şəbəkəyə  axıtmaqla,  yuyulan 

ayaqyolu  düzəldilməlidir.  Xarici  kanalizasiya  xətti  tutularkən  binanı  çirkab 

sulardan qorumaq üçün hökmən bağlayıcı tərtibat qoyulmalıdır.  

Lazımi  hallarda  kanalizasiya  sistemində  vurucu  stansiya  düzəldilməsi  nəzərdə 

tutulur.  

Radiasiya  daldalanacaqlarıxarici  elektrik  şəbəkəsindən,  ya  da  səyyar  elektrik 

fənərləri vasitəsilə elektrik enerjisi ilə təchiz edilir. Səhiyyə idarələrinin cərrahiyyə 

profilli  xəstəxanalarında  və  doğum 

evlərində 

yerləşdirilən  radiasiya 

daldalanacaqları  biri  digərindən  asılı  olmayan  iki  müstəqil  elektrik  mənbəyindən 

elektrik enerjisi ilə təchiz edilməlidir.  

Evin  zirzəmisini  radiasiya  daldalanacağıkimi  istifadə  etmək  üçün  onun  üst 

örtüyünün lazımi hallarda əlavə aşırım tirləri və dirəklərlə möhkəmləndirmək artıq 

pəncərə oyuqlarını və digər boşluqları qum kisələri, kərpiclə hörmək və ya torpaq 

töküb  bağlamaq  lazımdır.  Örtüyün  üstünə  hesablanmış  qalınlıqla  əlavə  torpaq 

(qum,  şlak)  qatı  tökür,  xarici  divarların  dibini  üst  örtük  səviyyəsinədək  torpaqla 

örtürlər.  Zirzəminin  girişində  hermetik  qapılı  tambur  (dəhliz),  otaqlarda  isə 

oturmaq  və  uzanmaq  üçün  kürsü,  ya  da  taxtlar  düzəldilməlidir.  Zirzəmilərdə 

həmçinin  hava  sorucu  qutular  formasında  təbii  ventilyasiyaya  tərtibatı  düzəldilir. 

Bunları  taxta,  asbest-sement,  saxsı  və  ya  metal  borulardan  düzəldirlər.  Qutunun 

aşağı ağzı kip siyirmə  qapaqla  (dönən  qapaq)  bağlanır.  Qutunun digər  ağzı  (ucu) 

150-200 sm hündürlükdə çölə çıxarılmalıdır.  

Mənzili  (evi)  radioaktiv  maddələrlə  çirklənmədən  mühafizə  etmək  üçün  qapı  və 

pəncərə  çərçivələrindəki  bütün  boşluqları,  bacaları  bərkitmək  (suvamaq, 

tıxaclamaq,  yapışdırmaq),  qapı-pəncərə  yerlərinə  qalın  pərdələr  asmaq,  tüstü 

bacalarını  bağlamaq,  ərzaq  mallarını  və  suyu  radioaktiv  maddələrlə,  təhlükəli 

aerozollarla, habelə bakterial vasitələrlə çirklənmədən qorumaq lazımdır.

 

36. FH-ın nəticələrinin aradan qaldırılmasının nəzəri əsasları 

      Obyektlərin  zədələnmə  ocaqları.  Obyektin  zədələnmə  ocağı  hər  hansı  bir 

fəlakət  (qəza,  təbii  fəlakət)  zamanı  üzərində  binalar,  xüsusi  qurğular,  mühəndis 




Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə