Microsoft Word mm cavab az imtahan docx



Yüklə 422,87 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix14.01.2018
ölçüsü422,87 Kb.
#20630
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

29. Fövqəladə hallardaköçürmə və onun mahiyyəti.   

     Köçürmə  (təxliyə)  –adamların  həyatı  və  fəaliyyəti  üçün  təhlükə  yaranan 

rayonlardan  əhalinin  mütəşəkkil  surətdə  çıxarılıb  (nəqliyyatda  və  piyada) 

təhlükəsiz rayonlarda(zonalarda) yerləşdirilməsi üzrə tədbirlər kompleksidir. 

     Köçürmə  tədbirlərinin  yerinə  yetirilməsi  fövqəladə  hallarda  əhalinin 

mühafizəsinin ən səmərəli üsullarından biridir. 

     Köçürmə  tədbirləri  həm  sülh  dövründəki  fövqəladə  hallarda(təbii  fəlakətlər, 

qəzalar  və  s.),  həm  də  müharibə  dövründəki  fövqəladə  hallarda  (müasir  kütləvi 

qırğın  vasitələri  işlədilərkən)  əhalinin  təhlükəsizliyini  təmin  etmək  üçün  həyata 

keçirilir. 

“Sülh və müharibə dövrlərindəki  fövqəladə hallarda Azərbaycan Respublikasında 

ə

halinin  köçürülməsi  haqqında”  əsasnamə  Azərbaycan  Respublikası  Nazirlər 



Kabinetinin 1993-cü il 6 avqust tarixli 438 saylı qərarı ilə təsdiq edilmişdir.  

 Köçürmə  tədbirləri  əhalini  təhlükəli  sahələrdən  (zədələnmə  ocaqlarından) 

təhlükəsiz  rayonlara  vaxtında  çıxartmağa  və  bunula  da  fövqəladə  halların 

təsirindən törəyən tələfatı maksimal dərəcədə azaltmağa imkan verir. 

Köçürmə  tədbirləri  düşmən  tərəfindən  müasir  adi  silahlar  və  kütləvi  qırğın 

vasitələri  tətbiq  edilməsi,  həmçinin  təbii  fəlakətlər,  güclü  istehsalat  qəzaları  baş 

verməsi  ehtimalları  nəzərə  alınmaqla    çox  variantlı  planlaşdırılmalı,  yaranmış 

vəziyyətdən asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yetirilməsi 

nəzərdə tutulmalıdır. 

Köçürülmənin mahiyyəti ondan ibarətdir ki, iri şəhərlərdən, vacib obyektlərdən və 

təhlükəli sahələrdən əhali əvvəlcədən çıxarılıb şəhərdənkənar zonadakı az təhlükəli 

rayonlarda  yerləşdirilir.  Bunun  sayəsində  iri  şəhərlərin  əhalisinin  sayı  dəfələrlə 

azaldılır,  şəhərlərdə    qalan  (vacib  obyektlərdə  işlədilən)  adamların  mühafizə 

qurğularında  daldalandırılması  işi  yüngülləşir,  müasir  qırğın  vasitələrinin 

təsirindən baş verə bilcək tələfatı maksimal dərəcədə azaltmaq imkanı yaranır.    

 

30. Fövqəladə hallarda təhlükəsiz ərazi  və köçürülmə üsulları.  

       Təhlükəsiz  ərazi  –  düşmən  basqını  gözlənilən  şəhərlərin  və  əlahiddə 

obyektlərin  ətrafında  ehtimal  olunan  dağıntı  zonalarından  və  digər  təhlükəli 

rayonlardan  kənarda  əhalinin  qəbul  edilməsi,  yerləşdirilməsi  və  yaşaması  üçün 

yararlı olan ərazidir. 

      Əhalinin  köçürüləcəyi  nəzərdə  tutulan  şəhərlərdəki  hər  bir  müəssisə,  idarə, 

təşkilat,  məktəb  üçün  təhlükəsiz  zonada  yerləşmə  rayonu  müəyyən  edilir  ki,  bu 

rayon  oraya  köçürüləcək  fəhlələrin,  qulluqçuların  və  onların  ailə  üzvlərinin 

sayından asılı olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər. 

      Iri şəhərlərdə işini davam etdirən müəssisələrin fəhlə və qulluqçuları təhlükəsiz 

zonada  elə  məsafədəki  rayonlarda  yerləşdirilməlidir  ki,  burada  onların 

təhlükəsizliyi  təmin  edilsin,  işə  aparılması  və  dincəlmək  üçün  təhlükəsiz  zonaya 

gətirilməsinə isə minimal (ən çox 4 saat) vaxt sərf edilsin. 

      Bu zaman təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməlidir: 

-müasir  qırğın  silahlarının  təsirindən  dağıntı  və  daşqınlardan  əhalinin  etibarlı 

mühafizəsini;  



-müssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zonadan obyektə minimal vaxt 

sərf etməklə gətirilməsini; 

-MM  qüvvələrinin  zədələnmə  ocağına  yeridilməsi  üçün  əlverişli  surətdə 

qruplaşdırılmasını; 

-lazımi gigiyena – sanitariya şəraitini. 

Köçürülmənin aşağıdakı növ üsulları vardır: 

-bütün növ nəqliyyat vasitələri ilə; 

-piyada üsul (əsas); 

-kombinasiyalı üsul. 

     Köçürüləcək  əhalinin  sayı  nəqliyyat  vasitəsinin  və  nəqliyyat  şəbəkəsinin 

olmasından,  onun  buraxma  imkanından  və  s.  şərtlərdən  asılı  olaraq  köçürmə 

komissiyası tərəfindən müəyyən edilir. Ilk öncə tibbi müəssisələr, uzaq məsafələri 

piyada gedişlə qət etmək imkanı olmayan şəxslər(hamilə qadınlar, 14 yaşına kimi 

uşağı olan qadınlar, 65 yaşından böyük kişilər və 60 yaşından böyük qadınlar) və 

öz  fəaliyyətini  fövqəladə  halda  da  davam  etdirən  azad  növbəli  müəssisələrin 

işçiləri  və  əməkdaşları  köçürülürlər.  Köçürmə  üçün  avtomobil,  dəmiryol,  su  və 

hava nəqliyyat vasitələrindən istifadə edilə bilər. 

Ə

halinin  piyada  üsulla  köçürülməsi  yollar,  yol  kənarları  və  yoldankənar  qeyd 



olunmuş  marşrut  üzrə  həyata  keçirilməlidir.  Hərəkətin  orta  sürəti  4  km/saat-dan 

artıq olmur. Hər 1- 1,5 saatdan sonra 10-15 dəqiqəlik, yolun yarısını qət etdikdən 

sonra isə 1-2 saatlıq böyük istirahət nəzərdə tutulur.  

Kombinasiyalı üsul- bu zaman adamların əksəriyyəti piyada, bir qismi isə əldə olan 

bütün nəqliyyat vasitələri ilə təhlükəli zonalardan dərhal çıxarılır. 

 

31.  Fövqəladə  hallarda  mülki  müdafiənin  mühafizə  qurğularının  təyinatı  və 



təsnifatı. 

Fövqəladə  hallarda  əhali  arasında  itkilərin  qarşısının  alınması  və  ya  maksimum 

dərəcədə  azldılmasına  yönəldilən  mühəndis  –  texniki  tədbirlər  kompleksinə 

mühəndis – mühafizə sistemi deyilir. 

Mühafizə  qurğuları  kollektiv  mühafizə  vasitələridir.  Onlar  təyinatına, 

yerləşdirilməsinə,  tikilmə  müddətinə,  materialına,  xassələrinə  görə  belə  təsnif 

edilir. 

Təyinatına görə

-idarəetmə məntəqələrinin mühafizəsi üçün qurğular; 

-Əhalinin mühafizəsi üçün qurğular. 

Tikilmə müddətlərinə görə

-əvvəlcədən tikilən qurğular ( sülh dövründə təsərrüfat obyektlərinin planları üzrə 

tikilən; əsaslı və rekonstruksiya prosesində tikilən) 

-teztikilən qurğular. 



Mühafizə xassələrinə görə: 

-sığınacaqlar; 

-radiasiya daldalanacaqları (radiasiyadan qoruyan daldalanacaqlar); 

-sadə daldalanacaqlar ( sığınacaqlar vəradiasiya daldalanacaqları çatışmadıqda ) 



Yerləşdirilməsinə görə


Yüklə 422,87 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə