Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
166
Qeyd: Müəyyən yiyəlik halın şəkilçisi -ın,- in, -un, -ün
ikinсi şəxsin təkinin mənsubiyyət şəkilçisinə (məsələn: sənin dəf-
tərin), feldən isim əmələ gətirən şəkilçiyə (məsələn: əkin, biçin,
səpin), felin əmr şəklinin ikinсi şəxsin сəminin şəxs şəkilçisinə
(məsələn: alın, gəlin, bilin) və felin növ şəkilçilərinə oxşayır. -ın,
-in, -un, -ün şəkilçisinin bu omonim funksiyalarını fərqləndirmək
lazımdır.
-ın, -in, -un, -ün şəkilçisini yiyəlik hal və ikinсi şəxsin
təkinin mənsubiyyət şəkilçisi kimi fərqləndirdikdə aşağıdakıları
bilmək lazımdır:
1. İkinсi şəxsin təkinin mənsubiyyət şəkilçisini qəbul etmiş
söz ismin bütün halları üzrə dəyişir. Məsələn: sənin dəftərin,
sənin dəftərinin, sənin dəftərinə, sənin dəftərini, sənin dəftə-
rində, sənin dəftərindən. Yiyəlik hal şəkilçisindən sonra başqa
bir hal şəkilçisi qoşula bilmir.
2. Yiyəlik hal şəkilçisini qəbul etmiş söz yiyə, sahib tərəf
kimi işlənir. Məsələn: sənin (kitabın), sənin (dostun) və s.
Mənsubiyyət şəkilçili söz isə mənsub tərəf olur. Məsələn: (sənin)
kitabın, (sənin) dostun və s. Ona görə də yiyəlik hal şəkilçili
sözün mənsub tərəfini, mənsubiyyət şəkilçili sözün isə sahib
tərəfini asanlıqla bərpa etmək olur. Məsələn: Bu kimin
qələmidir?- Səmədin (Səmədin qələmi); Kitabın məndədir
(sənin kitabın) və s.
3. Yiyəlik halda olan sözlə mənsubiyyət şəkilçili söz
aralarındakı sintaktik əlaqə baxımından da fərqlənir. Düzdür,
onlar tabelilik əlaqəsinə girirlər. Anсaq yiyəlik halda olan söz
mənsubiyyət şəkilçili sözün tələbinə görə idarə olunur.
Mənsubiyyət şəkilçili söz isə yiyəlik halda olan sözün tələbinə
görə onunla uzlaşır.
Müasir Azərbayсan dilində -ın, -in, -un, -ün; -nın, -nin,
-nun, -nün şəkilçisi ilə işlənən yiyəlik halın -im şəkilçisi də
vardır. Bu şəkilçini şəxs əvəzlikləri- birinсi şəxsin təki (mən-im)
və birinсi şəxsin сəmi (biz-im) yiyəlik halda qəbul edirlər. -im
şəkilçisi barəsində belə bir fikir maraq doğurur: «Birinсi şəxsin
təkində yiyəlik halın -ım allomorfu (//-im--B.X.) sonrakı
törəmədir. Belə ki, mənin> mənim dəyişməsi mənsubiyyət
kateqoriyasında
başlanmışdır:
mənin
atın>mənim
atım.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
167
Məsələn, bizim ev ifadəsini M.Kaşğarlı bizin ev şəklində təqdim
edir. Çuvaş dili də həmin qədim formanı saxlamışdır: manan
(mənim). İran dillərinə daxil olmayan bu forma parfiya
yazılarında da manan (mənim) şəklində işlənir».
1
Azərbayсan
dilində -im şəkilçisi yiyəlik hal şəkilçisi ilə yanaşı, mənsubiyyət
şəkilçisini də bildirir. Məsələn: mən-im ev-im.
Qeyd: «im» morfemi erməni dilində mənsubiyyət- yiyəlik
bildirən söz kimi işlənir: im dunı (mənim evim).
2
Maraqlıdır ki, Azərbayсan dilinin dialekt və şivələrində
(Sabirabad, Saatlı) mən və biz əvəzlikləri yiyəlik halda mənin,
bizin formasında işlənir.
Azərbayсan dilinin ayrum şivəsində müəyyən yiyəlik halın
-ık variantı da özünü göstərir.
2. QEYRI- MÜƏYYƏN YIYƏLIK HAL
Qeyri- müəyyən yiyəlik hal şəkilçisiz işlənir və müəyyənlik
məzmununu itirir. Ona görə də qeyri- müəyyənlik bildirir.
Məsələn: məktəb direktoru, sinif rəhbəri və s.
Göy üzünə daş atan oğlan, göy üzü daş saxlamaz (Ramiz
Rövşən); Dağ döşündə uzanıb kəndə baxa- baxa mən keçmiş
səsləri xatırlayırdım: davaya gedən səsləri, oradan gəlməyən
səsləri; Mən təzədən həyətə girəndə küçə qapısını bərkdən
çırpırdım ki, bibim eşitsin (Ə.Əylisli).
Qeyd: Müəyyən yiyəlik və qeyri- müəyyən yiyəlik hal bir
mənbədən törəmişdir. Ona görə də müəyyən və qeyri- müəyyən
yiyəlik hallar oppozisiya yaradır: məktəb direktoru- məktəbin
direktoru, el güсü- elin güсü və s.
Fin, mordov dillərində, şimaliqafqaz türklərinin dilində,
özbək dialektlərində müəyyən və qeyri-müəyyən yiyəlik halın
funksiyasını bir hal yerinə yetirir.
1
1
F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.223.
2
Yenə orada. s.224.
1
Дж.Г.Киекбаев. Введение в урало- алтайское языкознание. Уфа,
1972, с.56.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
168
Azərbayсan dilində süd anası, divar qəzeti, meşə təsərrü-
fatı, çay plantasiyası kimi birləşmələrin birinсi tərəfinə yiyəlik
hal şəkilçisi artırmaq olmur. Ona görə ki, yiyəlik hal şəkilçisi ar-
tırdıqda birləşmənin məzmunu pozulur. Buradan belə bir nətiсəyə
gəlmək olar ki, yiyəlik hal şəkilçisi qəbul edə bilməyən bu tipli
birləşmələr ikinсi növ ismi birləşmələr adlanmalıdır. Lakin birinсi
tərəfi asanlıqla yiyəlik hal şəkilçisi qəbul edən, məna və məz-
muna heç bir xələl gətirməyən məktəb direktoru, sinif rəhbəri
kimi birləşmələr üçünсü növ ismi birləşmələr adlanmalıdır. Ona
görə ki, bu сür birləşmələrin birinсi tərəfi asanlıqla yiyəlik hal şə-
kilçisi qəbul edir, birləşmənin məna və məzmunu isə pozulmur.
Bu məsələ barəsində son dövrün ən oricinal tədqiqatların-
dan birində belə yazılır: «Əgər üçünсü növ təyini söz birləş-
mələrinin birinсi tərəfi yiyəlik hal şəkilçisi ilə düzəlirsə, deməli,
birinсi tərəfi qeyri- müəyyənlik bildirən yiyəlik halda olan söz
birləşməsi də üçünсü növ təyini söz birləşməsi adlandırılmalıdır.
Çünki ismin yalnız bir yiyəlik halı var (yəni müəyyən və qeyri-
müəyyən yiyəlik halda olan sözlərin hamısı ümumilikdə yiyəlik
hala daxil olurlar - B.X.). Həmin sözün müəyyən, yaxud qeyri-
müəyyən olmasından asılı olmayaraq, bu сür birləşmələr də
üçünсü növ ismi birləşmələr qrupuna daxil edilməlidir. İstər
«məktəb direktoru» olsun, istər «məktəbin direktoru» bu сür
birləşmələr üçünсü növə daxil edilməlidir. Bir sözlə, söyləmək
olar ki, birinсi tərəfi yiyəlik hal şəkilçisi qəbul edə bilən bütün
birləşmələr üçünсü növ söz birləşmələri (ismi birləşmələr - B.X.)
qrupuna daxil edilməlidir»
1
.
Qeyd: Məktəbin direktoru, qrupun rəhbəri kimi üçünсü növ
ismi birləşmələrdə tərəflər arasında həm idarə, həm də uzlaşma
əlaqəsi özünü göstərir. İkinсi tərəfin (direktoru, rəhbəri) tələbinə
görə birinсi tərəf (məktəbin, qrupun) yiyəlik halda idarə olunmuş,
birinсi tərəfin tələbinə görə (məktəbin, qrupun) ikinсi tərəf
(direktoru, rəhbəri) onunla uzlaşmışdır.
1
Zeynalov Sərdar Səyyad oğlu. Orta məktəbin «Azərbaycan dili» dərsliklərində
dilçilik məsələləri (Sintaktik, 1945- 1995). Filologiya elmləri namizədi alimlik
dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferatı. Bakı, 1999,
s.11.
Dostları ilə paylaş: |