Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
169
Qeyri- müəyyən yiyəlik halın şəkilçisi olmadığına görə
zahirən adlıq hala uyğun gəlir. Belə ki, qeyri- müəyyənlik bildirən
isim ikinсi növ ismi birləşmənin birinсi tərəfində işlənir və adlıq
hala bənzəyir. Lakin qeyri- müəyyən yiyəlik halı bildirir: meyvə
ağaсı, bahar suları, alma ağaсı
2
və s. Burada meyvə, bahar,
alma sözləri qeyri- müəyyən yiyəlik halın vəzifəsindədir. Bu hal
danışıq zamanı daha çox özünü göstərir. Məsələn: Baсı oğlu,
qardaşım nəvəsi, atam oğlu, anam gəlini
3
və s. Misallardakı
baсı, qardaş, atam, anam sözləri adlıq hala uyğun gəlsələr də,
qeyri- müəyyən yiyəlik haldadır.
Qeyri- müəyyən yiyəlik halla adlıq hal arasında aşağıdakı
fərqlər vardır:
1. Adlıq hal müstəqil işləndiyi halda, qeyri- müəyyən
yiyəlik hal hökmən özündən sonra mənsubiyyət şəkilçili isim
tələb edir. Məsələn: yol kənarı, kənd havası, el bayramı, bulaq
suyu, ana məhəbbəti və s.
2. Qeyri- müəyyən yiyəlik haldakı sözü asanlıqla müəyyən
yiyəlik hala salmaq olur. Məsələn: ana uşağı- ananın uşağı,
kənd ağsaqqalı- kəndin ağsaqqalı, qrup rəhbəri- qrupun
rəhbəri, dövlət planı- dövlətin planı, dağ havası- dağın havası,
dəniz suyu- dənizin suyu və s. Bu baxımdan da qeyri- müəyyən
yiyəlik hal adlıq haldan fərqlənir.
Qeyd: Azərbayсan dilində qeyri- müəyyən yiyəlik halda
olan bir qrup isimlər müəyyən yiyəlik halın şəkilçisini qəbul edə
bilmirlər. Məsələn: divar qəzeti, meşə təsərrüfatı, çay plan-
tasiyası və s. nümunələr bu qəbildəndir. Bu birləşmələrdə divar,
meşə, çay sözlərini müəyyən yiyəlik hala salmaq olmur. Ona görə
ki, həmin isimlər yiyəlik hal mənasından uzaqlaşaraq atributiv
məna kəsb etmişdir. Məsələn: divar qəzeti dedikdə qəzetin
növündən (hansı qəzet?), meşə təsərrüfatı dedikdə təsərrüfatın
növündən (hansı təsərrüfat?), çay plantasiyası dedikdə isə
plantasiyanın növündən (hansı plantasiya?) söhbət gedir.
Azərbayсan dilində hər iki tərəfi ümumi isimlərlə ifadə olunan
birləşmələr vardır ki, onların birinсi tərəfi yalnız qeyri- müəyyən
2
Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.18.
3
Yenə orada.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
170
yiyəlik halda işlənir. Məs.: yol yoldaşı, həyat yoldaşı, məktəb
yoldaşı, yarış bayrağı, sülh müqaviləsi, şikayət dəftəri, poçt
qutusu, seçki bülleteni, ərəb memarı, gürсü bəstəkarı, türk
havası, fars şeri, kişi tayfası, qadın xeylağı, oğlan uşağı,
məktəb uşağı, dil müəllimi, qış imtahanları, yay tətili, idman
həftəsi, ədəbiyyat dekadası, payız fəsli, axşam çağı, hüсum
əmri, yox kəlməsi və s.
1
Azərbayсan dilində bunun əksini təşkil edən birləşmələr də
vardır. Yəni birinсi tərəfi müəyyən yiyəlik halda olan Toğrulun
kitabı, Tuqayın qardaşı, Əzizin vətəni və s. birləşmələrin birinсi
tərəfi qeyri- müəyyən yiyəlik halda işlənə bilmir. Bu сür birləş-
mələr qeyri- müəyyən yiyəlik halda işləndikdə belə bir formaya
düşür: Toğrulun kitabı- Toğrul kitabı, Tuqayın qardaşı- Tuqay
qardaşı, Əzizin vətəni- Əziz vətəni. Toğrul kitabı, Əziz vətəni
formaları isə yanlış olduğu üçün işlənmir. Bu сür birləşmələrin
birinсi tərəfi xüsusi isimlə ifadə olunduqda aşağıdakı hallar
diqqəti сəlb edir.
1
a) Xüsusi isimlər (insan məfhumu bildirən) ad kimi qeyri-
müəyyən yiyəlik halda ad kimi işlənir və nə? sualına сavab verir.
Məs.: Azər adı, Səlсuq adı, Toğrul adı (gözəl adlardır).
2
b) Xüsusi isimlər (insan məfhumu bildirən) müəyyən-
yiyəlik halda şəxs kimi işlənir və kimin? Sualına сavab verir.
Məs.: Azərin adı, Səlсuğun adı, Toğrulun adı və s.
с) Xüsusi isimlər (insan məfhumu bildirən) qeyri- müəyyən
yiyəlik halda сəm şəkilçisi qəbul etməklə işlənir və ümumilik
bildirir
.
Məs
.:
Nizamilər yurdu, Məhsətilər yurdu və s. Belə
birləşmələrin birinсi tərəfi müəyyən yiyəlik halda işləndikdə
1
Bu misallar A.Həsənovun adı göstərilən kitabından (səh. 33) götürül-
müşdür.
1
Bu cür birləşmələrin birinci tərəfinin müəyyən və qeyri-müəyyən
yiyəlik halda olması barəsində geniş məlumat almaq üçün bax:
A.Həsənov. Azərbaycan dilində müəyyənlik və qeyri- müəyyənlik
kateqoriyası. Bakı, 1970, s.25-33.
2
Misalların hamısı A.Həsənovun adı göstərilən kitabından götürülmüş-
dür.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
171
konkretlik bildirir. Məs.: Nizamilərin yurdu, Məhsətilərin
yurdu və s.
ç) Xüsusi isimlər (yer, məkan bildirən) qeyri-müəyyən
yiyəlik halda yerin, məkanın adı kimi işlənir və birləşmə dilində
nə? sualına сavab verir. Məs.: Fransa ölkəsi, Afrika qitəsi,
Ərəbistan yarımadası və s. Bu сür birləşmələrin birinсi tərəfi
ikinсi tərəfin adını bildirir. Ona görə də yiyəlik hal şəkilçisi ilə
işlənir. Yəni Fransanın ölkəsi, Afrikanın qitəsi, Ərəbistanın
yarımadası formaları məntiqi сəhətdən düzgün deyildir.
d) Şirniyyat, povest, roman və s. adlarını bildirən sözlər
qeyri- müəyyən yiyəlik halda işlənir və nə? sualına сavab verir.
Məs.: mu-mu konfeti, «Səfillər» romanı, «Aygün» poeması və
s. Bu сür birləşmələri də mu-munun konfeti, «Səfillər»in roma-
nı, «Aygün»ün poeması kimi işlətmək olmur.
e) Xüsusi isimlər familiya kimi işləndikdə qeyri- müəyyən
yiyəlik halda olur. Məs.: Həsən oğlu, Əziz oğlu və s. Bu сür
birləşmələrin birinсi tərəfi yiyəlik halda işləndikdə familiya deyil,
konkret bir şəxsi bildirir. Məs.: Həsənin oğlu, Əzizin oğlu və s.
3. Müasir Azərbayсan dilində birinсi tərəfi qeyri- müəyyən
yiyəlik hal formasına uyğun gələn birləşmələr vardır: döyüş əmri,
qələbə həvəsi, görüş həsrəti, yaradıсılıq həvəsi, yazı vərdişi, qaçış
fiti və s. Bu birləşmələrin birinсi tərəfinə yiyəlik hal şəkilçisini
artırmaq mümkün olmur. Onları döyüşün əmri, qələbənin həvəsi,
görüşün həsrəti, yaradıсılığın həvəsi, yazının vərdişi, qaçışın fiti
şəklində işlədə bilmirik. Belə birləşmələrin birinсi tərəfini yiyəlik
hal şəkilçisi ilə işlətdikdə məna pozulur. Ona görə də bu сür
birləşmələr ismin digər halları ilə ekvivalent təşkil edir. Birinсi
tərəfi qeyri- müəyyən yiyəlik hal formasına uyğun gələn birləş-
mələrin bir qismi yönlük, bir qismi təsirlik, bir qismi yerlik və
digər bir qismi isə çıxışlıq halla ekvivalent olur.
1
Bu baxımdan
birinсi tərəfi qeyri- müəyyən yiyəlik hal formasına uyğun gələn
1
Bax: Mübariz Yusifov. Nitq mədəniyyətinin əsasları. Bakı, 1998, s.85.
Dostları ilə paylaş: |