Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə406/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   402   403   404   405   406   407   408   409   ...   490

 

465


şə

rtlərinə daxil edilir. Özü də çox vaxt bu müqavilə şərtini tərəflərin özləri müəyyən edirlər. 

Alqı-satqı müqaviləsində satılan malın keyfiyyətinə aid şərtlər və tələblər, başqa sözlə desək, malın keyfiy-

yəti müxtəlif üsullarla müəyyən edilir. Bu cür üsullara aiddir: 

 standartlaşdırma üzrə normativ sənədləri göstərmək üsulu (standart əsasında keyfiyyətin müəyyən edilmə-



si üsulu); 

 nümunə (etalon) üsulu; 



 təsvir üsulu; 

 nümunə və təsvir üsulu; 



 malın keyfiyyət göstəriciləri üsulu; 

 ilkin yoxlama üsulu. 



Qeyd etmək istəyirik ki, malın keyfiyyəti müəyyən edilərkən bəzi hallarda göstərilən bütün üsullardan eyni 

vaxtda istifadə edilir. 



Standartla_şdırma_üzr_ə_normativ_s_ən_ədl_əri_göst_ərm_ək_üsulu'>Standartlaşdırma üzrə normativ sənədləri göstərmək üsulu malın keyfiyyətini müəyyən etmək üçün tətbiq 

edilən əsas üsuldur. Normativ sənəd dedikdə malların keyfiyyətinə və təhlükəsizliyinə uyğun məcburi tələbləri 

müəyyənləşdirən  dövlət  standartları  başa  düşülür.  Satıcı  istehlakçıya  keyfiyyəti  normativ  sənədlərə  uyğun  olan 

mal verməlidir (« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qanununun 5-ci maddəsinin 3-cü bəndi). 

Başqa sözlə desək, satıcı alıcıya keyfiyyəti standartlara uyğun gələn mal verməyə borcludur. 

Müvafiq standartlara istinad etmək yolu ilə malın keyfiyyətini müəyyənləşdirmək üsulu həm milli, həm də 

beynəlxalq ticarət dövriyyəsində tətbiq edilən əsas üsuldur. Təsadüfi deyildir ki, standartlaşdırmanın əsas məq-

sədlərindən biri alıcıların (istehlakçıların) məhsulların keyfiyyəti haqqında tam və səhih informasiyaya malik 

olmalarını təmin etməkdən ibarətdir («Standartlaşdırma haqqında»  AR Qanununun 1-ci maddəsi). 

Standart (ingilisjə «standaro» - norma, nümunə, ölçü) geniş mənada digər obyektlərlə müqayisə üçün əsas 

kimi qəbul edilmiş nümunə, etalon və modeldir. Məhdud mənada standart dedikdə kütləvi istifadə üçün nə-

zərdə tutulmuş məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəd başa 

düşülür.  Məhsulun  (malın)  keyfiyyətinə  qoyulan  müəyyən  tələbləri  və  normaları  əhatə  edən  standartlaşdırma 

məhsulun (malın) keyfiyyətini idarə edən formadır. 

Bəzi hallarda satılan malın keyfiyyətinin standart əsasında müəyyən edilməsi məcburi xarakter daşıyır. 

Belə halda tərəflərin malın keyfiyyət şərtlərini müstəqil surətdə təyin etmək imkanları məhdudlaşdırılır. Satılan 

əş

yanın keyfiyyəti barəsində məcburi tələblərin müəyyən edilməsi insanın həyatı, sağlamlığı, əmlakı və ətraf 



mühitin təhlükəsizliyini, təsərrüfat dövriyyəsi sferasında ijtimai mənafeyin təmin edilməsi, habelə istehlakçıla-

rın hüquqlarının müdafiəsi mülahizələri ilə şərtlənə bilər. Məsələn, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı 

alıcıya  həmin  məcburi  tələblərə  uyğun  gələn  əşya  verməyə  borcludur  (MM-in  581.4-cü  maddəsi).  Bu  cür 

məcburi tələblər müxtəlif standartlarda ifadə olunur ki, «Standartlaşdırma haqqında» AR Qanununun 5-ci mad-

dəsi bu standartların müxtəlif növlərini müəyyən edir: 

 dövlət standartları; 



 sahə standartları; 

 beynəlxalq, regional (hövzə) və dövlətlərarası standartlar; 



 müəssisə standartları; 

 elmi-texniki və mühəndis cəmiyyətlərinin və digər ijtimai birliklərin standartları. 



Dövlət standartları odur ki, bu cür standartlar kütləvi təkrar istehsal və  istifadə perspektivinə malik olan 

məhsullar üçün işlənib hazırlanır. Dövlət standartları iki növdə ola bilər: məcburi tələblər növündə; tövsiyə olu-

nan tələblər növündə. Məcburi tələblərə aiddir: məhsulların insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühiti 

üçün təhlükəsizliyi; məhsulların texniki, texnoloci və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunma-

sı; məhsulların əsas istehlak xüsusiyyətləri, onlara nəzarət metodları, məhsulların qablaşdırılması, daşınması və 

s. Azərbayjan Respublikasının dövlət standartlarının tələblərinə uyğun gəlməyən məhsulların satışı qanunla ya-

saqlanır («Standartlaşdırma haqqında» AR Qanununun 6-jı maddəsinin 6-jı bəndi). Bununla bərabər, Azərbay-

jan Respublikasının ərazisində  rəsmi tanınan beynəlxalq, regional (hövzə), dövlətlərarası və digər dövlətlərin 

standartlarına uyğun gəlməyən məhsullar də alqı-satqı müqaviləsinin predmeti ola bilməz. 

Dövlət standartlarının tövsiyə olunan tələbləri məcburi xarakter daşımayan tələblərdir. Lakin bu cür 

tələblər iki halda şərtsiz yerinə yetirilməlidir: qanunda nəzərdə tutularsa; məhsulu hazırlayan (tədarükçü) tə-

rəfindən məhsulun həmin tələblərə uyğunluğu bəyan edilmişsə. 

Məhsulların dövlət standartlarının tələblərinə uyğunluğu sertifikasiya ilə təmin edilir və yaxud nişanlama yo-

lu ilə təsdiqlənir. Sertifikasiya səlahiyyətli dövlət orqanı tərəfindən məhsulun normativ sənədin tələblərinə uy-

ğ

unluğunun  təsdiqidir.  Sertifikasiya  nəticəsində  məhsulun  konkret  dövlət  standartına  uyğun  olduğuna  zəruri 



ə

minliyin təmin edildiyini göstərən sənəd, yəni uyğunluq sertifikatı verilir. Nişanlama nəticəsində isə məhsu-




 

466


lun konkret dövlət standartına uyğunluğuna zəruri əminliyin təmin edildiyini göstərən, müəyyən edilmiş qayda-

da müdafiə olunan uyğunluq nişanı verilir. 

Əş

yanın (malın) keyfiyyətinin müəyyən edilməsinin üsullarından biri nümunədir. Nümunə dedikdə satılan 



malın keyfiyyətini müəyyən etmək üçün etalon rolunu oynayan ölçü vasitəsi başa düşülür. Nümunə elə bir eta-

londur ki, onun istehlak (istismar, istifadə) xüsusiyyətləri satılan malın keyfiyyətini müəyyən etmək üçün əsas 

rolunu oynayır. 

Əş

yanın (malın) keyfiyyəti təsvir üsulu ilə də müəyyən edilə bilər. Bu üsula spesifikasiya da deyilir. Göstə-



rilən həmin üsul xüsusən mürəkkəb sənaye mallarının keyfiyyətinin müəyyən edilməsində tətbiq edilir. Malın 

təsviri dedikdə onun malik ola biləjəyi istehlak (istismar, istifadə) xüsusiyyətlərinin siyahısı başa düşülür. Təs-

vir fotoqrafiya ilə, qrafik əkslə (surətlə) və s. müşayiət oluna bilər. Beləliklə, malın keyfiyyətinin təsvir üsulu 

ilə müəyyən edilməsi onu ifadə edir ki, mal onun təsvirində göstərilmiş bütün parametrlərə, istifadə (istismar) 

xüsusiyyətlərinə uyğun gəlməlidir. Çox vaxt malın təsviri özündə çertyocları, sxemləri, malın surətini (əksini) 

və s. birləşdirir. 

Məhsulun (malın) keyfiyyət göstəriciləri üsulu məhsulun ayrı-ayrı xassələrinin müəyyən edilmiş etalona 

(kriteriyaya) uyğun gəlib-gəlməməsini konkret xarakterizə edən göstəricilər sistemidir. Hər bir istehlak təyinatlı 

mal özünəməxsus keyfiyyət göstəricisinə malikdir. Başqa sözlə desək, mallar keyfiyyət göstəricisinə görə fərq-

lənir. Məsələn, parça və trikotac üçün onların boyasının möhkəmliyi, sıxlaşıb kiçilmə dərəcəsi, davamlılığı mü-

hüm keyfiyyət göstəriciləridir. Toxuculuq-trikotac məmulatı üçün həmin göstəricilərdən əlavə, modalara uyğun 

gəlməsi də malın keyfiyyət göstəricisinə daxildir. Uzun müddət istifadə olunan mallar üçün onların qənaətliliyi, 

möhkəmliyi,  davamlılığı,  texniki  estetikasının  nəzərə  alınması  vacib  göstəricilər  kimi  qiymətləndirilir.  Yeyinti 

malları üçün  əsas keyfiyyət  göstəricisi onlarda  olan faydalı maddələrin (yağların, vitaminlərin, zülalların və s.) 

məzmunu və miqdarı ilə xarakterizə edilir. 

Malın keyfiyyətini müəyyən etmək üsulu kimi ilkin yoxlama, bir qayda olaraq, fərdi əlamətləri ilə xarakteri-

zə olunan əşyaların (məsələn, antikvariat, injəsənət əsərlərinin və s.) keyfiyyətini yoxlamaq zərurəti yarananda 

tətbiq edilir. Adətən bu üsuldan hərraj ticarətində istifadə edilir.  lkin yoxlama üsulunun mahiyyəti ondan iba-

rətdir ki, satılan əşyaya onun keyfiyyətini yoxlamaq üçün baxış keçirilir və bunun nəticəsində onun keyfiyyəti 

bəyənilsə, satıcı alıcıya həmin keyfiyyətdən olan əşya verir. 

Elə də hallar olur ki, alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmur. Belə halda müqavi-

lənin  lazımi  qaydada  icrasını  təmin  və  alıcının  hüquqlarını  müdafiə  etmək  zərurəti  yaranır.  Göstərilən  həmin 

halda satıcının alıcının malı hansı məqsədlə əldə etməsini bilməsindən asılı olaraq MM-in 581.1-ci maddəsində 

iki fərqli qayda müəyyən edilir. Birinci halda əgər malın hansı məqsədlə əldə edildiyi satıcıya naməlum olarsa, 

onda o, alıcıya bu cür malın adətən istifadə edildiyi hər hansı məqsədə yarayan əşya verməyə borcludur. Malın 

adətən istifadə edildiyi məqsədə yaraması o deməkdir ki, bu cür mallar lazımi keyfiyyətdə olsun və bu key-

fiyyət maldan faktiki istifadə nəticəsində mənfi nəticələrə gətirib çıxarmasın və ya istehlakçının xərclərini artır-

masın. 

Ə

gər mal adətən istifadə edildiyi bütün məqsədlər üçün yox, anjaq bəzi məqsədlər üçün yarayırsa, satıcı bu 



barədə alıcını xəbərdar etməyə borcludur. Əgər satıcı bu barədə məlumat verməzsə, bu, müqavilənin lazımi ol-

mayan qaydada icrasını şərtləndirir. Məsələn, universal olmayan yuyucu tozu satarkən satıcı onun yalnız bəzi 

parça növlərinin yuyulmasında istifadə edilməsini alıcıya bildirməlidir. 

kinci halda müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barədə satıcıya məlumat 

verməlidir. Əşyanın əldə edilməsinin konkret məqsədi ya birbaşa müqavilədə göstərilməli, ya da tərəflərin mü-

qaviləqabağı əlaqə prosesində satıcıya bildirilməlidir. 

Alıcı  əşyanı  əldə  etməsinin  konkret  məqsədləri  barəsində  satıcıya  müqavilə  bağlanan  vaxta  kimi  məlumat 

verməlidir.  Buna  görə  də  əşyanın  konkret  əldə  edilmə  məqsədi  satıcıya  müqavilə  bağlanandan  sonra  məlum 

olarsa, onda satıcının göstərilən məqsədə uyğun gəlməyən mal verməsini müqavilənin lazımi olmayan qaydada 

icra edilməsi kimi hesab etmək olmaz. Satıcı konkret məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borclu-

dur, bu şərtlə ki, müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlu-

mat versin (MM-in 581.2-ci maddəsi).  

Belə təsəvvür yaranır ki, alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, əşya-

nın keyfiyyətinin müəyyənləşdirilməsi onun əldə edilməsinin konkret məqsədləri ilə şərtlənir. Əşyanın əl-

də edilməsi məqsədi alqı-satqı müqaviləsinin hüquqi məqsədi (əsası) yox, onun motividir. Motiv isə müqavi-



lənin etibarlı olmasına təsir göstərmir. Lakin tərəflərin razılığı ilə motivə hüquqi əhəmiyyət verilə bilər, yəni 

o,  müqaviləyə  daxil  edilir.  Belə  halda  motiv  müqavilənin  şərtinə  çevrilir.  Müqavilə  isə  müəyyən  şərt  altında 

bağlanan (şərti müqavilə yox) müqaviləyə çevrilir. 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   402   403   404   405   406   407   408   409   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə