Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə414/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   410   411   412   413   414   415   416   417   ...   490

 

474


ci maddəsində ifadə olunan qaydadan gedir. 

2. Alıcının hüquq və vəzifələri 

Alqı-satqı  müqaviləsi  əsasında  elə  qarşılıqlı  (ikitərəfli)  öhdəlik  əmələ  gəlir  ki,  bu  öhdəlikdə  tərəflər,  yəni 

alıcı və satıcı bir-birinə  münasibətdə qarşılıqlı hüquqlara malik olub, qarşılıqlı vəzifələr daşıyırlar. Alqı-satqı 

müqaviləsində iştirak edən hər bir tərəf digər tərəf üçün borclu şəxs hesab edilir. Ona görə ki, o, digər tərəfin 

xeyrinə müəyyən hərəkətlər etməyə borcludur. Eyni zamanda həmin tərəf qarşı tərəf üçün həm də kreditor sayı-

lır. Ona görə ki, o, qarşı tərəfdən müəyyən hərəkətləri tələb etmək hüququna malikdir. Bununla bərabər, alqı-

satqı müqaviləsində iştirak edən tərəflərdən hər birinin malik olduğu hüquqlar digər tərəfin daşıdığı vəzifələrə 

uyğun gəlir. Belə təsəvvür yaranır ki, alqı-satqı müqaviləsində tərəf rolunda çıxış edən alıcı həm borclu, həm də 

kreditordur. Borclu şəxs qismində o, vəzifələr daşıyır, kreditor kimi isə hüquqlara malik olur. 

Satıcı  satılmış  əşyanı  alıcının  mülkiyyətinə  verməyə  borcludur.  Belə  halda  o,  borclu  şəxs  kimi  çıxış  edir. 

Satıcı alıcıdan satılmış əşyanı qəbul etməyi və onun qiymətini ödəməyi tələb etmək hüququna malikdir. Belə 

halda o, kreditor (səlahiyyətli şəxs) kimi çıxış edir. 

Alıcı ona satılmış əşyanı qəbul etməyə və onun qiymətini ödəməyə borcludur. Bu, alıcının borclu şəxs qis-

mində çıxış etməsini şərtləndirir. Alıcı ona satılmış əşyanın verilməsini satıcıdan tələb etmək hüququna malik-

dir. 

Beləliklə, alqı-satqı müqaviləsində tərəf kimi iştirak edən alıcı da satıcı kimi hüquqlara malik olub, vəzifələr 



daşıyır ki, bu hüquq və vəzifələr satıcının hüquq və vəzifələri ilə birlikdə müqavilənin məzmununu təşkil edir. 

Alıcının vəzifələrini iki yerə bölmək olar: əsas vəzifəəlavə vəzifəƏsas vəzifəyə daxildir: əşyanı qəbul et-

mək vəzifəsi; alınmış əşyanın qiymətini ödəmək vəzifəsi

Alıcının əlavə vəzifəsinin dairəsinə şamil edilir: müqavilənin lazımınja icra edilməməsi barədə satıcıya 



məlumat vermək vəzifəsi; əşyanı sığortalamaq vəzifəsi (bu vəzifə satıcı üçün də nəzərdə tutula bilər). 

2.1. Alıcının əşyanı qəbul etmək vəzifəsi 

Əş

yanın alıcı tərəfindən qəbul edilməsi onun iki əsas vəzifəsindən biridir. Alqı-satqı müqaviləsində nəzərdə 

tutulan əşyanı o, mülkiyyətinə daxil etməlidir. Alıcı ona verilən əşyanı qəbul etməyə borcludur (MM-in 596.1-ci 

maddəsi).  

Alıcı satılmış əşyanın verilməsini və alınmasını təmin etmək üçün zəruri olan hərəkətləri etməlidir. Bu hərə-

kətlərin konkret məzmunu (əşyanı qəbul etmək vəzifəsinin konkret məzmunu) alqı-satqı müqaviləsi ilə müəyyən 

edilir. Bu hərəkətlərin məzmununun xüsusi normativ aktlarla müəyyən edilməsi istisna edilmir. Alqı-satqı müqa-

viləsində və ya xüsusi normativ aktlarda həmin hərəkətlərin məzmununu müəyyən edən qaydalar olmadıqda, alıcı 



adətən irəli sürülən tələblərə uyğun gələn hərəkətlərlə əşyanın alınmasını təmin edir. Adətən irəli sürülən tə-

ləblər dedikdə əmlak dövriyyə adətləri (qaydaları) başa düşülür. 

Əş

yanın verilməsini və alınmasını təmin etmək üçün zəruri olan hərəkətlər elədir ki, bu hərəkətlər nəticəsin-



də alıcı əşya üzərində mülkiyyət hüququ əldə edir, satılmış əşya onun mülkiyyətinə daxil olur. Göstərilən həmin 

hərəkətlərin dairəsi kifayət qədər genişdir: əşya təyinat yerinə aparıldıqda və çatdırıldıqda alıcının adı və ünva-

nını bildirmək; əgər əşyanı yerinə çatdırmaq və daşımaq alıcıya həvalə edilərsə, əşyanı daşıyıb aparmaq üçün 

nəqliyyat  vasitəsi  ilə  təmin  etmək;  əgər  əşyanı  daşımaq  satıcıya  həvalə  edilərsə,  satıcıya  rekvizitləri  (lat. 

«Requistum» - tələb olunan, zəruri) bildirmək; daşıma müqaviləsi bağlamaq (əgər yükü özü daşıyarsa); daşıyıcı 

olan nəqliyyat vasitəsindən əşyanı (yükü) boşaltmaq; stansiyadan yükü öz anbarı olduğu yerə daşıyıb aparmaq; 

yükü yoxlamaq; yük sənədlərini qəbul etmək; öz nümayəndəsini satıcı olan yerə ezamiyyətə göndərmək və s. 

Bəzi hallarda alıcıya çatdırmaq üçün satıcı tərəfindən əşya daşıyıcıya (nəqliyyat təşkilatına) və ya rabitə təş-

kilatına təhvil verilir. Belə halda alıcının əşyanı qəbul etmək vəzifəsinin gerçəkləşdirilməsinə yönələn zəruri hə-

rəkəti ondan ibarətdir ki, o, göndərilmiş əşyanı daşıyıcıdan və ya rabitə təşkilatından qəbul edir. Əşyanın qəbulu 

nəqliyyat və ya rabitə haqqında qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirilir. 

Alıcının  əşyanı  qəbul  etmək  vəzifəsinin  icrasından  iki  halda  imtina  etməsi  pozuntu  sayılmır  (MM-in 

596.1-ci maddəsi). Birinci halda alıcının əşyanı dəyişdirməyi tələb etməyə ixtiyarı çatır və o, əşyanı qəbul et-

mir. Məsələn, alıcının ixtiyarı var ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda onun 

yeni əşya ilə əvəz olunmasını və dəyişdirilməsini tələb etsin. Belə halda alıcının əşyanı qəbul etməkdən imtina 

etməsi pozuntu sayılmır. 

kinci halda, yəni satılmış əşyada mühüm qüsurlar aşkar edildikdə alıcının ixtiyarı var ki, müqavilənin 

icrasından imtina etsin və buna görə də əşyanı qəbul etmək vəzifəsini yerinə yetirməsin. Belə halda da alıcı-

nın əşyanı qəbul etmək vəzifəsini icra etməməsi pozuntu sayılmır. 

Qalan bütün hallarda alıcının əşyanı qəbul etmək vəzifəsini yerinə yetirməməsi onun üçün arzuolunmaz və 

xoşagəlməz nəticələrin yaranmasına səbəb olur. Əgər alıcı alqı-satqı müqaviləsini pozaraq əşyanı qəbul etməz-

sə və ya onun qəbulundan imtina edərsə, satıcı alıcıdan əşyanı qəbul etməyi tələb edə bilər və ya müqavilənin 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   410   411   412   413   414   415   416   417   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə