476
mətinin alıcı tərəfindən
gecikdirilmə
si mə
hkə
mə
praktikasında özgə
sinin pul və
saitində
n istifadə
kimi qiy-
mə
tlə
ndirilir. Ona görə də satıcı MM-in 449-cu maddəsində nəzərdə tutulduğu kimi faiz ödənilməsini tələb et-
mək hüququna malikdir. Satıcı alıcı tərəfindən göstərilən tələblərin yerinə yetirilmədiyi halda, iddia ərizəsi ilə
məhkəməyə müraciət edir.
Alıcı ona verilmiş əşyanın qiymətini ödəməməyə görə satıcı qarşısında məsuliyyət daşıyır. Belə ki, alıcı-
nın özünün əsas vəzifələrindən biri olan alınmış əşyanın əvəzini ödəmək vəzifəsini yerinə yetirməməsi satıcının
müəyyən tələblər irəli sürməsini şərtləndirir. Bu tələbin gerçəkləşdirilməməsi müəyyən hüquqi nəticələrin
ə
mələ gəlməsinə səbəb olur. Başqa sözlə desək, əgər alıcı alqı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etmək-
dən imtina edirsə, belə halda satıcı iki alternativdən birini seçir:
●
əşyanın ödənilməsini tələb etmək;
●
müqavilənin icrasından imtina etmək.
Alqı-satqı müqaviləsində satıcının alıcıya satılmış əşyanı bir neçə partiya (hissə-hissə) ilə verməsi qaydası
nəzərdə tutula bilər. Belə halda ödəniş xüsusi qayda ilə həyata keçirilir ki, bu qayda MM-in 598.5-ci maddəsin-
də nəzərdə tutulmuşdur. Bu qayda alqı-satqı müqaviləsinin hüquqi tənzimlənməsində yeni qaydadır. Göstərilən
həmin qaydanın mahiyyəti ondan ibarətdir ki, satıcının əşyaları partiyalarla verməyə borclu olduğu hallarda, o,
ə
vvəl verilmiş əşyaların hamısının qiyməti tam ödənilənədək qalan digər əşyaların verilməsini dayandıra
bilər. Satıcı belə halda müqavilənin icrasından imtina etmir, o, yalnız alıcıya verdiyi malların qiyməti tam
həcmdə ödənilənə kimi müqavilənin icrasını dayandırır. Malın verilməsinin dayandırılması barədə satıcı
alıcıya xəbər verməyə borcludur.
Alqı-satqı müqaviləsi ilə hesablaşmanın (ödənişin) başqa qaydası da nəzərdə tutula bilər. Məsələn, hesablaş-
manın akkreditiv formasına keçilə bilər və ya qabaqjadan ödəniş qaydasının tətbiqi nəzərdə tutula bilər və s.
2.3. Qabaqjadan ödəniş
Qabaqjadan ödəniş əşyanın qiymətinin ödənilməsinin xüsusi qaydalarından biridir. Bu cür xüsusi qayda mü-
qavilə
nin ödə
niş
şə
rti kimi çıxış edir. Bununla bərabər, qabaqjadan ödəniş barədə qaydanın müəyyən edilməsi
bu cür alqı-satqı müqaviləsinin alqı-satqının bir növü kimi fərqləndirilməsini şərtləndirmir. Ona görə ki, göstə-
rilən qayda tərəflərin razılığı ilə müəyyən edilir. Tərəflər isə öz mülahizələrinə görə alqı-satqının istənilən nö-
vündə qabaqjadan ödəniş qaydasından istifadə etmək barədə razılığa gələ bilərlər.
Qabaqjadan ödəniş qaydası tərəflərin razılığı ilə alqı-satqı müqaviləsinin ödəniş barədə şərti kimi müəyyən
edilir. Ödənişin qeyri-sabit olduğu bir şəraitdə tərəflər bu şərti alqı-satqı müqaviləsinə daxil edirlər. Belə təsəv-
vür yaranır ki, qabaqjadan ödəniş barədə qayda müqavilə şərtidir. Ona hesablaşma formasının müəyyən edil-
məsi kimi baxmaq olmaz. Bu qaydanı həm də tərəflərin müəyyən etdiyi hesablaşma qaydası hesab etmək
olmaz. Qabaqjadan ödəniş barədə müqavilə şərti ödənişin müddəti barədə şərtdir. Bu şərt malın satıcıdan alıcı-
ya verilməsi müddətindən əvvəl gerçəkləşdirilir.
Öz təbiətinə görə qabaqjadan ödəniş kommersiya kreditinin bir növüdür. Belə ki, kommersiya kreditinə
görə müqavilə üzrə hər hansı qarşılıqlı öhdəlik vaxt və müddət etibarı ilə üst-üstə düşmür. Kommersiya krediti-
nə görə mal ya onun ödənişindən əvvəl verilir, ya da ki, ödəniş malın verilməsindən əvvəl həyata keçirilir.
Beləliklə, alqı-satqı müqaviləsinə görə alıcının əşyanın qiymətini satışdan əvvəl tam və ya qismən ödə-
mə
sinə
qabaqjadan ödə
niş deyilir. Qabaqjadan ödənişin müddəti alqı-satqı müqaviləsində nəzərdə tutulur.
Ə
gər müqavilədə belə müddət nəzərdə tutulmazsa, alıcı ödənişi ağlabatan müddətdə həyata keçirməyə borclu-
dur (MM-in 427.2-ci maddəsi).
Alıcının əşyanın qiymətini qabaqjadan ödəmək vəzifəsini icra etməməsi müəyyən nəticələrə səbəb olur. Bu
hal satıcıya ixtiyar verir ki, mümkün olan iki alternativdən birini seçsin (MM-in 441.2-ci maddəsi):
●
öhdəliyin icrasını, yəni əşyanın verilməsini dayandırmaq;
●
müqavilənin icrasından imtina edib, zərərin əvəzinin ödənilməsini tələb etmək.
Ödəniş məbləğini qabaqjadan almış satıcı da əşyanı müəyyən edilmiş müddətdə vermək vəzifəsini icra etmə-
məyə görə məsuliyyət daşıyır. Bu hal alıcıya mümkün olan iki alternativdən birini seçməyə ixtiyar verir (MM-
in 599.3-cü maddəsi):
●
qiymətini ödədiyi əşyanın verilməsini tələb etmək;
●
əşya üçün qabaqjadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək.
Satıcının qiyməti qabaqjadan ödənilmiş əşyanı vermək vəzifəsini icra etməməsi onun üçün həm də arzuolun-
maz digər nəticəyə səbəb ola bilər. Belə ki, satıcı əşyanın müqaviləyə görə verilməli olduğu gündən alıcıya
verildiyi günə
də
k qabaqjadan ödə
niş
mə
bləğ
ində
n faiz ödə
mə
yə
borcludur, yə
ni hə
r gecikdirilə
n gün
üçün faiz hesablanır. Əgər alıcının tələbi ilə əşya üçün qabaqjadan ödənilən məbləği satıcı geri qaytararsa, be-
lə halda da satıcı faiz ödəyir. Göstərilən halda faiz qabaqjadan ödənişin həyata keçirildiyi gündən qabaqjadan
ödəniş məbləğinin alıcıya qaytarıldığı günədək olan müddət üçün hesablanır (MM-in 599.4-cü maddəsi).