Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə419/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   415   416   417   418   419   420   421   422   ...   490

 

479


3. Əşyanı sığortalamaq vəzifəsi 

Alıcının əlavə vəzifələrindən biri alqı-satqı müqaviləsinin predmeti olan əşyanı sığortalamaqdan ibarət-

dir. Bu vəzifə həm də tərəflərin razılığı ilə satıcıya həvalə edilə bilər. Alqı-satqı müqaviləsində satıcının və ya 

alıcının əşyanı sığorta etdirmək vəzifəsi nəzərdə tutula bilər (MM-in 602.1-ci maddəsi).  

Satılan əşya itmək, xarab olmaq və ya zədələnmək riskinə görə sığortalana bilər. Müqavilədə əşyanı konkret 

olaraq kimin – alıcının və ya satıcının sığortalaması göstərilməlidir. Əgər əşyanı sığortalamaq vəzifəsi alıcıya 

həvalə edilərsə, o, sığorta təşkilatı ilə sığorta müqaviləsi bağlayır. Satıcı belə halda alıcıya müqavilə bağlamaq 

üçün mal haqqında gərəkli və zəruri olan bütün məlumatları verməyə borcludur. 

Müqavilənin predmeti olan malın sığortalanması sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla əmlakın sı-

ğ

ortalanması qaydaları əsasında həyata keçirilir. Sığorta müqaviləsi bağlanarkən «Sığorta haqqında» AR Qanunu-



nun, MM-in və Dövlət Sığorta Şirkətinin müvafiq təlimatlarının göstərişləri əsas tutulur. 

Alıcının (və ya satıcının) əşyanı ğortalamaması müəyyən hüquqi nəticələrə səbəb olur. Əgər alıcı (və ya 

satıcı) sığortanı həyata keçirməsə, satıcı (və ya alıcı) əşyanı sığorta etdirə bilər. Belə olduqda satıcının (və ya 

alıcının) ixtiyarı var ki, iki alternativdən birini seçsin: 

 ğortaya çəkdiyi xərclərin əvəzini ödəməyi alıcıdan (və ya satıcıdan) tələb etməyi



 müqavilənin icrasından imtina etməyi. 



TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT 

Braqinskiy M. ., Vitrənskiy V.V. Doqovornoe pravo. Obhie poloceniə. M., 1997. Ql.3-8. 

Vitrənskiy V.V. Doqovorı kupli-prodaci, menı, arendı, bezvozmezdnoqo polğzovaniə, perevozki, transport-

noy gkspediüii. Rasçetı. M., 1996. 



Vitrənskiy V.V. Doqovor kupli-prodaci i eqo otdelğnıe vidı. M., 1999. 

Qracdanskiy kodeks Rossiyskoy Federaüii. Çastğ vtoraə. Tekst, kommentarii, alfavitno-predmetnıy ukaza-

telğ. M., 1996. 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 2 /Pod red. A.Q.Kalpina. M., 1999. 



Qribanov V.P. Doqovor kupli-prodaci po sovetskomu qracdanskomu pravu. M., 1956. 

Qracdanskoe pravo. Kurs leküiy. Çastğ 2. Obəzatelğstvennoe pravo / Pod red. O.N.Sadikova. M., (ql.30). 

Qracdanskoe pravo. Uçebnik. Tom 2. Polutom 1 /Pod red. E.A.Suxanova. M., 1999 (ql.31). 

Qracdanskoe pravo. Uçebnik. Çastğ 2. /Pod red. A.P.Serqeeva, Ö.K.Tolstoqo. M., 1997 (ql.30).  

Kommentariy k  Qracdanskomu Kodeksu Rossiyskoy  Federaüii, çasti vtoroy / Otv. red. O.N.Sadikov. M., 

1999. (ql.30). 

Venskaə konvenüiə o doqovorax mecdunarodnoy kupli-prodaci tovarov. Kommentariy. M., 1994. 

Tınelğ A., Funk Ə., Xvaley V. Kurs mecdunarodnoqo torqovoqo prava. Uçebnik. Minsk. 2000 (ql.6). 

II FƏS L 

HEYVANLARIN, QUŞLARIN VƏ BALIQLARIN  

ALQI-SATQI MÜQAV LƏS  

§ 1. Heyvanların, quşların və balıqların 

alqı-satqı müqaviləsinin anlayışı, 

 xüsusiyyətləri və elementləri 

1. Müqavilənin anlayışı 

Nəzərdə  tutulan  müqavilə  alqı-satqının  xüsusi  xarakterli  növlərindən  biridir.  Belə  ki,  göstərilən  müqavilə 

spesifik predmet tərkibinə (heyvanlar, quşlar və balıqlar) malikdir. Bu müqavilə növü ilk dəfədir ki, Azərbayjan 

Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulur. Göstərilən həmin müqavilə bir çox qabaqjıl ölkələrin 

qanunvericiliyinə (məsələn, Hollandiyanın və s.) məlumdur. Hollandiyanın MM-in 1992-ci ildə qüvvəyə minən 

7-ci kitabının 1-ci bölməsi alqı-satqı müqaviləsini, onun ayrı-ayrı növlərini (o cümlədən, heyvanların, quşların 

və balıqların alqı-satqı müqaviləsini) tənzimləyir. 

Heyvanların, quşların və balıqların alqı-satqı müqaviləsi MM-in 29-cu fəslinin 2-ci paraqrafına daxil olan 



normalarla (608-613-cü maddələrlə) tənzimlənir. Bu müqavilə ilə əlaqədar olan münasibətlərə həm də əşya-

ların alqı-satqısı haqqında ümumi müddəalar (29-cu fəslin 1-ci paraqrafına daxil olan normalar) tətbiq edilir. 



Heyvanların, quşların və balıqların alqı-satqı müqaviləsinə görə satıcı heyvanı, quşu və balığı alıcının 

mülkiyyətinə verməyi, alıcı isə onları qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi 

öhdəsinə götürür. Bu müqavilə öz hüquqi təbiətinə görə konsensual, əvəzli və ikitərəfli (qarşılıqlı) müqavilə-

dir. 


Müqavilənin  hüquqi  məqsədi  heyvanlar,  quşlar  və  balıqlar  üzərində  mülkiyyət  hüququnun  satıcıdan 

alıcıya keçirilməsindən ibarətdir. Müqavilənin sosial-iqtisadi məqsədi isə müxtəlif ola bilər: damazlıq məqsə-

di ilə heyvanların əldə edilməsi; jıdır idman növündə iştirak etmək üçün (idman məqsədi üçün) at almaq; yük 




 

480


daşıma və qoşqu məqsədi ilə heyvan almaq; yeyinti (ərzaq) məhsulları əldə etmək üçün heyvanların kəsilmək 

məqsədi ilə alınması; xəz dərisindən istifadə etmək məqsədi ilə heyvanların əldə edilməsi və s. Xüsusilə hey-

van, quş və balıq əti zülallarla zəngin, yüksək kaloriliyə malik olan qida və ət məhsulu kimi mühüm əhəmiyyətə 

malikdir. Bundan əlavə, heyvanlardan sirkdə nümayiş etdirmək və heyvanxanalarda saxlayıb tamaşaçılara gös-

tərmək məqsədləri üçün də istifadə olunur. 

2. Müqavilənin elementləri 

Müqavilədə iki subyekt (tərəf) iştirak edir: heyvan, quş və balıq satıcısı; heyvan, quş və balıq alıcısı. Mül-



ki hüququn istənilən subyekti bu müqavilədə tərəf rolunda çıxış edə bilər. Qanun həmin müqavilənin iştirak-

çıları  barədə  hər  hansı  xüsusi  tələb  müəyyən  etmir.  Dövlətin  bu  müqavilədə  iştirak  etməsi  istisna  olunmur. 

Dövlət  ərzaq  məhsulu  kimi  ətlik  məqsədi  ilə  vətəndaşlardan  mal-qara  ala  bilər,  habelə  heyvanxanalar  üçün 

müxtəlif cür heyvanlar əldə edə bilər və s. 



Müqavilənin qiyməti haqqında MM hər hansı bir xüsusi qayda nəzərdə tutmur. Tərəflər satılan heyvan, quş 

və balıqların qiymətini öz razılıqları əsasında müəyyən edirlər. 



Müqavilənin forması barəsində də MM hər hansı bir xüsusi tələb nəzərdə tutmur. Ona görə də bu müqavi-

lənin forması haqqında əqdlərin forması barədə qanunun müəyyən etdiyi qayalar tətbiq edilir (MM-in 329-334-

cü maddələri). Bu qaydaya müvafiq olaraq, tərəflərin qarşılıqlı razılığı ilə heyvanların (quşların, balıqların) al-

qı-satqı müqaviləsi həşifahi, həm də sadə yazılı formada bağlanır. Tərəflərdən hər hansı birinin tələbi ilə 

yox, yalnız onların qarşılıqlı razılığı ilə müqavilə notarial qaydasında təsdiqlənə bilər (MM-in 329.1-ci mad-

dəsi). 


3. Müqavilənin predmeti 

Heyvanların (quşların, balıqların) alqı-satqı müqaviləsinin predmeti müqavilənin mühüm şərti hesab edilir. 

Müqavilənin predmeti rolunda heyvanlar, quşlar və balıqlar çıxış edir. 

Heyvanlar həm geniş mənada, həm də məhdud mənada başa düşülür. Geniş mənada heyvanlar dedikdə bü-

töv heyvanlar aləmi anlaşılır. Heyvanlar aləmi isə çox müxtəlif və zəngindir. Alimlərin axırınjı illərdə gəldikləri 

nəticəyə görə planetimizdə yaşayan heyvan növlərinin sayı iki milyondan çoxdur. Geniş mənada heyvanlar alə-

mi özündə məməlilər sinfinə aid olan heyvanları, quşları və balıqları, sürünənləri və digər heyvanları birləşdirir. 

Məhdud mənada heyvanlar dedikdə təbiət və insanlar üçün  faydalı olan, əsasən məməlilər sinfinə şamil 

edilən heyvanlar başa düşülür. Bu cür heyvanlar iki yerə ayrılır: ev heyvanları; ov heyvanları. Ev heyvanları-



nın çoxu məməlilər sinfinə daxildir. Qaramal, qoyun, keçi, at, dəvə, donuz, it, pişik dünyada geniş yayılmış ev 

heyvanlarıdır. Bunların çoxunu insanlar eramızdan əvvəl əhliləşdirmişlər. 

Xalq təsərrüfatının ilkin sahələrindən olan heyvandarlığın inkişafı ev heyvanları ilə əlaqədardır. Qaramal 

(inək, zebu, jamış) ətlik, südlük və qoşqu heyvanı kimi saxlanılır. Azərbayjanda Kiçik Qafqaz, Böyük Qafqaz, 

Qırmızı Qazax və digər yerli inək cinsləri geniş yayılmışdır. Lerik, Astara və Lənkəran rayonlarında zebu sax-

lanır.  Azərbayjanın  dağətəyi  və  aran  rayonlarında  jamışçılıq  da  geniş  yayılmışdır.  Jamışın  südü  çox  yağlı 

(7,5%), yük daşıma keyfiyyəti yüksəkdir. 



Qoyunçuluq nisbətən daha geniş yayılmışdır. Azərbayjanda qoyunçuluq heyvandarlığın əsasını təşkil edir. 

Qarabağ (Qarabağ ərazisində), Şirvan (Şirvan bölgəsində), ləzgi (Böyük Qafqazın yamajlarında yerləşən rayon-

larda), bozaq (Yevlaxdan qərbə tərəf yerləşən rayonlarda), karo (Lənkəran zonasında), balbas və məzək (Naxçı-

vanda) və s. yerli qoyun cinsləri yayılmışdır. Dağ merinosu zərif yunlu qoyun cinsidir. O, Gədəbəy və başqa 

dağlıq rayonlarda saxlanır. Azərbayjanda olan keçi cinsləri südçülük istiqamətində yetişdirilmişdir, onların əti, 

yunu, gönü ikinci dərəcəlidir. 

Azərbayjanın yerli at cinsləri minik atlarıdır. Atdan həm də yük daşıma və jıdır meydanlarında yarış məq-

sədləri üçün də istifadə edilir. Qazaxda diliboz at cinsi yaradılıbdır. Ona Qazax cinsi deyilir. Quba bölgəsində 

Quba atı yetişdirilibdir. Azərbayjana ingilis, ərəb, türkmən və s. at cinslərinin gətirilməsi yeni cinslərin əmələ 

gəlməsinə səbəb olmuşdur. 



Donuzçuluq Azərbayjanda çox da geniş yayılmış təsərrüfat sahəsi hesab edilmir. Bu təsərrüfat sahəsi Avro-

pa ölkələrində və digər yerlərdə geniş yayılmışdır.  

Ulaq (eşşək) və qatırdan dünyanın çox yerlərində istifadə edilir. Azərbayjanda da bu heyvanlardan istifadə 

edilməsi hallarına rast gəlirik. Kənd yerlərində ondan qoşqu və yük daşımaq məqsədilə istifadə edilir. 

Azərbayjanda dəvədən də istifadə edilir. Dəvə əsasən yük heyvanıdır. Dəvə belində 300-320 kq yükü rahat 

aparır. Lakin dəvənin faydası bununla qurtarmır. Belə ki, dəvənin əti yeməli, südü çox yağlı, yunu isə yüksək 

keyfiyyətlidir.  

t və pişik kimi ev heyvanları da alqı-satqı müqaviləsinin predmeti kimi çıxış edir. Azərbayjanda pişik sax-

lamaq çox da dəb deyil.  tin isə əsasən gözətçi cinsləri, yəni həyət itləri və çoban itləri saxlanılır. Dövlət işlərin-

də xidməti itlərdən geniş istifadə edilir. 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   415   416   417   418   419   420   421   422   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə