Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə427/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   423   424   425   426   427   428   429   430   ...   490

 

488


predmetini yalnız evdə, məişətdə, ümumiyyətlə, qeyri-sahibkarlıq fəaliyyəti sferasında istifadə məqsədi ilə əldə 

edilən mal təşkil edir. Özü də bu malı satıcı alıcıya pərakəndə ticarət qaydasında verir. Mal əmtəə ilə eyniməna-

lı anlayışdır. 

3. Müqavilənin digər elementləri 

Müqavilənin  predmeti  ilə  bərabər,  onun  qiyməti  pərakəndə  alqı-satqı  müqaviləsinin  mühüm  şərtidir

MM-in 616.2-ci maddəsi qiymətin bu müqavilənin mühüm şərti olması barədə birbaşa göstəriş ifadə edir.  

Pərakəndə alqı-satqı müqaviləsi qoşulma müqaviləsidir. Bu, müqavilənin qiymətini müəyyən etməyin qay-

dasını şərtləndirir. Belə ki, pərakəndə alqı-satqı müqaviləsi göstərilən müqavilə növünə şamil edildiyinə görə 

alıcı malın qiymətinin müəyyən edilməsində bilavasitə iştirak etmir. Malın qiyməti satıcı tərəfindən birtərəfli 



qaydada müəyyənləşdirilir. Belə ki, əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı pəra-

kəndə alqı-satqı müqaviləsinin bağlandığı an satıcının elan etdiyi qiymətlə ödəməyə borcludur (MM-in 622.1-ci 

maddəsi). 

Malların qiyməti bütün istehlakçı alıcılar üçün eyni cür müəyyənləşdirilir. Bu onunla izah edilir ki, pəra-

kəndə alqı-satqı müqaviləsi ümumi müqavilə növünə aid edilir; satıcı alıcıya (kontragentə) qeyri-bərabər şərtlər 

təklif etməməlidir (MM-in 400-cü maddəsi). 

Pərakəndə alqı-satqı müqaviləsində malın qabaqjadan ödənilməsi nəzərdə tutula bilər. Alıcı qabaqjadan ödə-

nişi  nəzərdə  tutulmuş  müddətdə  həyata  keçirməməsinə  görə  məsuliyyət  daşıyır.  Belə  ki,  alıcının  müqavilədə 

müəyyənləşdirilmiş müddətdə malın qiymətini ödəməməsi, əgər tərəflərin razılığı ilə başqa qayda nəzərdə tu-

tulmayıbsa, onun müqavilənin həyata keçirilməsindən imtina etməsini nümayiş etdirir (MM-in 622.2-ci maddə-

si). 

Pərakəndə alqı-satqı müqaviləsi malların nisyə satışı, o cümlədən alıcı tərəfindən malların hissə-hissə ödənil-



məsi  şərti  ilə  də  bağlana  bilər.  Bu  cür  müqavilələrdə  əşyaların  nisyə  alqı-satqı  müqaviləsindən  fərqli  olaraq 

alıcının  müqavilədə  nəzərdə  tutulan  müddətdə  malın  qiymətini  ödəməməsinə  görə  faiz  hesablanmır  (MM-in 

622.3-cü maddəsi). 

Pərakəndə  alqı-satqı  müqaviləsində  iştirak  edən  satıcının  malın  qiyməti barədə  qaydanı  pozması  müəyyən 

xüsusiyyətlərə malikdir. Belə ki, əgər pərakəndə alqı-satqı müqaviləsi ümumi müqavilə olarsa, satıcı pərakəndə 

satılan malları eyni və bərabər qiymətlərlə alıcılara verməyə borcludur. Bu onu ifadə edir ki, pərakəndə ticarətçi 

(satıcı) malı alıcıya başqa alıcıya nisbətən baha satmaq ixtiyarına malik deyildir. Əgər o, bu qaydanı pozarsa, 

alıcının ixtiyarı vardır ki, bağlanmış müqavilənin etibarsızlığını tələb etsin. Ona görə ki, müqavilənin mühüm 

şə

rti pozulmuşdur. Belə halda alıcının tələbi ilə müqavilə puç əqd kimi etibarsız sayılır və tərəflərin əvvəlki və-



ziyyəti bərpa edilir, yəni alıcı malın pulunu almaqla onu satıcıya qaytarır. Əgər alınmış mal istehlak olunmuşsa, 

malın satıldığı baha qiymətlə digər alıcılara satılan qiymət arasındakı fərq ödənilir. Bu, ikitərəfli restitusiyanı 

ifadə edir. 

Pərakəndə  alqı-satqı  müqaviləsinin  elementlərindən  biri  müqavilənin  müddətidir.  Müddət  müqavilənin 

mühüm yox, adi şərtidir. Bu şərt satıcı ilə alıcı arasında razılaşma əsasında müəyyən edilir. 

Bəzi hallarda müddət pərakəndə alqı-satqı müqaviləsində mühüm xarakter kəsb edir. Bu onu ifadə edir ki, 

həmin müqavilələrdə nəzərdə tutulan müddət haqqında şərtə əməl edilməzsə, göstərilən hal müqavilənin bağ-

lanmamış sayılmasını şərtləndirir. Alıcı tərəfindən malların (nisyə satılmış) əvəzinin hissə-hissə ödənilməsi şər-

ti ilə bağlanmış pərakəndə alqı-satqı müqavilələrində müddət müqavilənin mühüm şərti kimi çıxış edir (MM-in 

601.1-ci və 622.3-cü maddələri). 

Elə pərakəndə alqı-satqı müqavilələri vardır ki, bu müqavilələr malın alıcı tərəfindən müəyyən müddətə qə-

bul edilməsi şərti ilə satılmasını nəzərdə tutur. Bu cür müqavilədə iştirak edən alıcı malı müqavilə ilə müəyyən-

ləşdirilmiş müddətdə qəbul etməlidir. Belə halda həmin müddət ötüb keçənədək mal başqa şəxslərə satıla bil-

məz. 


Alıcının müqavilədə nəzərdə tutulan müddətdə malı qəbul etməməsi müəyyən hüquqi nəticələrə səbəb olur. 

Alıcının malı qəbul etməməsi satıcı tərəfindən alıcının müqavilənin icrasından imtina etməsi kimi qiymətləndi-

rilə bilər (MM-in 618.2-ci maddəsi). Bundan əlavə, satıcı malın müqavilədə nəzərdə tutulmuş müddətdə alıcıya 

verilməsini təmin etmək üçün əlavə xərclər çəkə bilər. Belə halda satıcı çəkdiyi əlavə xərcləri alıcıdan tələb edə 

bilməz və etməməlidir. Ona görə ki, satıcının çəkdiyi əlavə xərclər malın qiymətinə daxil edilir (MM-in 618.3-

cü maddəsi). 



4. Pərakəndə alqı-satqı müqaviləsinin forması 

Pərakəndə alqı-satqı müqaviləsi, bir qayda olaraq, şifahi formada bağlanır. Belə ki, bu cür müqavilələrdə 

müqavilənin bağlanma anı ilə onun icra edilməsi anı üst-üstə düşür. Başqa sözlə desək, belə müqavilələr icra 

edilən zaman bağlanılır və ya bağlanarkən dərhal icra edilir. Özü də şifahi formalı pərakəndə alqı-satqı müqavi-

lələri bağlanarkən satıcı alıcıya kassa və ya mal çeki verir. Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kas-



 

489


sa çeki və ya digər yazılı sənəd verməlidir (« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qanununun 

7-ci maddəsinin 7-ci bəndi). Həmin sənədlərin verilməsi onunla şərtlənir ki, qüsuru olan mal satılarkən alıcı öz 

hüquqlarını müdafiə edə bilsin. Yalnız bu sənədlər təqdim edildikdə, qüsur və ya saxtalaşdırma aşkar edilmiş 

mal barəsində alıcı satıcıdan müəyyən hərəkətləri etməyi tələb etmək ixtiyarına malik olur. Belə təsəvvür yara-

nır ki, göstərilən sənədlərin əsas təyinatı mala görə verilmiş pul məbləğini, ödənişi təsdiq edən sübut rolunu 

oynamaqdan  ibarətdir.  Başqa  sözlə  desək,  kassa  və  mal  (əmtəə)  çeki  müqavilənin  bağlanması  faktını  və 

onun şərtlərini təsdiq edən yazılı sənəddir. Kassa çekində malın qiyməti, mal çekində isə müqavilənin pred-

meti və qiyməti ifadə edilir. Özü də qanun bu sənədlərin alıcıya verilməsi anı ilə müqavilənin lazımi formada 

bağlanmış hesab edilməsini əlaqələndirir. Əgər pərakəndə alqı-satqı müqaviləsində, o cümlədən alıcının qoşul-

duğu  standart  formaların  şərtlərində  ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  müqavilə  satıcının  alıcıya  kassa  və  ya 

ə

mtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır 



(MM-in 615-ci maddəsi). 

Pərakəndə alqı-satqı müqaviləsinin elə növləri vardır ki, bu cür müqavilələr (məsələn, köşklərdə qəzet satışı, 

bazarda ticarət və s.) ödəniş haqqında hər hansı sənədin (mal çeki, qəbz, kassa çeki) verilməsini nəzərdə tutmur. 

Lakin alıcıda ödəniş haqqında sənədin olmaması əsas vermir ki, onun hüquqlarının müdafiəsindən imtina edil-

sin. Əgər bu cür sənədlər olmazsa, alıcı şahid ifadələrindən istifadə etməklə malın alınması faktını, müqavilənin 

bağlanma şərtlərini, o cümlədən malın qiymətini sübut etmək ixtiyarına malikdir. Belə halda məhkəmə şahid 

ifadələrini sübut kimi qiymətləndirir. 

Nə kassa çeki, nə mal (əmtəə) çeki, nə də ki alıcı tərəfindən malın ödənildiyini təsdiq edən hər hansı sənəd 



pərakəndə alqı-satqı müqaviləsinin yazılı formada bağlanmasını ifadə edir. Həm şifahi, həm də yazılı for-

mada müqavilə bağlanarkən alıcıya bu cür sənədlər verilə bilər. Yuxarıda qeyd etdiyimiz kimi, göstərilən həmin 

sənədlər yalnız müqavilənin lazımi formada bağlanma faktını və anını, həmçinin bəzi müqavilə şərtlərini (müqa-

vilənin predmetini, qiymətini) təsdiq edən yazılı sübutlardır. Yazılı müqavilə forması üçün tələb olunan şərtlərə 

mal çeki, kassa çeki və digər ödəniş sənədləri javab vermir və buna görə də həmin sənədlər müqavilənin yazılı 

formada bağlanmasını ifadə etmir. 

Pərakəndə alqı-satqı müqaviləsinin bəzi növləri sadə yazılı formada bağlanılır. Bu cür müqavilələr, bir qay-

da olaraq, bağlandıqdan sonra icra edilir. Məhz malların nümunələr üzrə satılması müqaviləsi, malların pəra-

kəndə nisyə alqı-satqı müqaviləsi, o cümlədən malların hissə-hissə ödənilməsi şərti ilə bağlanmış müqavilə sadə 

yazılı formada bağlanılır. Yaxın vaxtlara qədər, yəni 24 iyun 2005-ci il tarixli qanunla MM-ə dəyişiklik və əla-

vələr edilənə kimi hüquqi şəxslərin öz aralarında və fiziki şəxslərlə, habelə fiziki şəxslərin öz aralarında müəy-

yənləşdirilmiş minimum əmək haqqı miqdarından azı 50 dəfə çox olan məbləğdə bağladıqları pərakəndə alqı-

satqı müqavilələri, bir qayda olaraq, sadə yazılı formada olurdu (MM-in qüvvədən düşmüş 332-ci maddəsi).  n-

di bunlar tələb olunmur. Müqavilənin sadə yazılı formada bağlanması üçün tərəflərin qarşılıqlı razılığı kifayət-

dir. Sadə yazılı formalı pərakəndə alqı-satqı müqaviləsi də alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənil-

diyini təsdiq edən digər sənədin verildiyi andan lazımi formada bağlanmış sayılır (MM-in 615-ci maddəsi). 

Pərakəndə  alqı-satqı  müqaviləsi  alıcının  konklyudent  hərəkətləri  ilə  də  bağlana  bilər.  Məsələn,  malların 

avtomatlardan istifadə etməklə satışı müqaviləsi alıcının malı almaq üçün konklyudent hərəkətləri yerinə yetir-

məsi ilə bağlanılır. Bu müqaviləyə ən yaxşı misal olaraq sovet dövründə qazlı suyun avtomatlardan istifadə et-

məklə əhaliyə satışını göstərmək olar. Qanunda pərakəndə alqı-satqı müqaviləsinin notarial formada və susmaq 

yolu ilə bağlanması haqqında qayda nəzərdə tutulmamışdır. 

5. Pərakəndə alqı-satqı müqaviləsinin bağlanma 

qaydası 

Pərakəndə alqı-satqı müqaviləsi bağlanarkən, şübhəsiz ki, müqavilənin bağlanması barədə MM-in 408-410-

cu  maddələrində  nəzərdə  tutulan  ümumi  qaydalar  tətbiq  edilir.  Bununla  bərabər,  bu  müqavilənin  bağlanması 

qaydası  müəyyən  xüsusiyyətlərə  malikdir.  Pərakəndə  alqı-satqı  müqaviləsinin  ümumi  müqavilə  növünə  aid 

edilməsi həmin müqavilənin xüsusi qaydada bağlanmasını şərtləndirir. 

Pərakəndə alqı-satqı müqaviləsinin xüsusi qaydada bağlanması onu ifadə edir ki, bu müqavilə ümumi oferta 

ə

sasında bağlanılır. Malın ümumi ofertası dedikdə onun qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanmış reklam-



da, kataloqlarda və malların təsvirlərində edilən elə bir təklifi başa düşülür ki, bu təklif pərakəndə alqı-satqı mü-

qaviləsinin  bütün  mühüm  şərtlərini  əhatə  edir  (MM-in  616.1-ci  maddəsi).  Burada  oferent  kimi  pərakəndə 

ticarətçi (satıcı), yəni təklif verən çıxış edir. Çox vaxt oferta (müqavilə bağlanması haqqında təklif) ümumi xa-

rakter daşıyır. Bununla bərabər, alıcı tərəfindən də müqavilə bağlanması barədə təklif (oferta) irəli sürülə bilər. 

Ümumi oferta əsasında bağlanan pərakəndə alqı-satqı müqaviləsinə misal olaraq malların avtomatlardan isti-

fadə etməklə satışını göstərmək olar. Məsələn, qəzetin, suyun avtomatlar vasitəsi ilə alıcıya çatdırılması müqa-

vilənin ümumi oferta qaydasında bağlanmasını nümayiş etdirir. 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   423   424   425   426   427   428   429   430   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə