Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə422/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   418   419   420   421   422   423   424   425   ...   490

 

483


Alıcının göstərilən vəzifəni, yəni başlıja qüsur barəsində bildiriş (məlumat) vermək vəzifəsini icra etməməsi 

onun  üçün  xoşagəlməz  və  arzuolunmaz  nəticələrə  səbəb  olur.  Belə  ki,  həmin  vəzifənin  yerinə  yetirilməməsi 

alıcını baş

lıja qüsurla əlaqədar ona mənsub olan hər hansı hüquqdan məhrum edir. Alıcı bu kimi halda 

müqavilənin ləğv edilməsini və ona dəymiş zərərin əvəzinin ödənilməsini və yaxud heyvanın, quşun və balı-

ğ

ın başqa cinslə dəyişdirilməsini tələb edə bilməz. Yalnız bir halda alıcının bildiriş (məlumat) verməməsi onu 



başlıja qüsur ilə bağlı satıcıya tələb irəli sürmək hüququndan məhrum etmir. Bu, satıcının başlıja qüsur barəsin-

də qəsdən susaraq onu gizli saxlaması halından ibarətdir. Əgər satıcı başlıja qüsur barəsində qəsdən susmuşdur-

sa, alıcı bu qüsur barəsində satıcıya məlumat (bildiriş) verib-verməməsindən asılı olmayaraq satıcıya tələb irəli 

sürmək ixtiyarına malikdir. 

Bəzən də elə olur ki, alıcı başlıja qüsur barəsində satıcıya məlumat vermir və ya ona bu barədə bildiriş gön-

dərmir. Alıcı sadəjə olaraq satıcıya başlıja qüsurla əlaqədar iddia irəli sürür. Bu hal alıcını başlıja qüsur əsa-

sında ona məxsus olan hüquqlardan məhrum etmir. Belə çıxır ki, satıcıya başlıja qüsur barəsində məlumat ver-

mək və ya ona bu barədə bildiriş göndərmək satıcıya qarşı iddia irəli sürməyə bərabər tutulur.  

Qarantiya müddəti qurtardıqdan yalnız iki ay ərzində müqaviləni ləğv etmək, heyvanı (balığı, quşu) dəyiş-

dirmək və ya zərərin əvəzini ödəmək hüququ gerçəkləşdirilə bilər. Bu müddətin ötməsi və keçməsi ilə həmin 

hüquqların həyata keçirilməsi mümkün olmur. Belə ki, qarantiya müddəti qurtardıqdan iki ay sonra müd-

dətin keçməsinə görə həmin hüquqlar qüvvədən düşür (MM-in 613.2-ci maddəsi). 

TÖVS YƏ OLUNAN ƏLAVƏ ƏDƏB YYAT 

Osnovnıe  institutı  qracdanskoqo  prava  zarubecnıx  stran.  Sravnitelğno-pravovoe  issledovanie  /  Pod  red 



V.V.Zalesskoqo. M., 1999. 

Qracdanskoe i torqovoe pravo kapitalistiçeskix qosudarstv / Pod red. E.A.Vasilğeva. M., 1993. 

Qracdanskiy kodeks Niderlandov /Perevod M.Ferştmana. Leyden. 1996. 

III FƏS L 

PƏRAKƏNDƏ ALQI-SATQI MÜQAV LƏS  

§ 1. Pərakəndə alqı-satqı müqaviləsinin anlayışı, 

ə

həmiyyəti, tətbiq sferası və əsas xüsusiyyətləri  



1. Pərakəndə alqı-satqı müqaviləsinin anlayışı 

və əsas xüsusiyyətləri 

ş

ləmək,  fəaliyyət göstərmək, bir sözlə, həyatda yaşamaq üçün hər gün bizə müxtəlif cür ərzaq məhsulları, 



geyim şeyləri, paltar, ayaqqabı, məişət əşyaları (televizor, soyuducu və s.), ev avadanlıqları (mebel, stul və s.) 

və digər əşyalar almaq gərəkdir. Bu əşyaları əldə etmək üçün biz bazara, dükana, mağazaya gedirik və onlarla 

münasibətə giririk. Göstərilən bu cür münasibətlər pərakəndə alqı-satqı müqaviləsi vasitəsi ilə rəsmiləşdirilir. 

Müxtəlif ərzaq məhsullarını, geyim şeylərini, məişət əşyalarını, ev avadanlıqlarını və məişətdə istifadə etdiyi-

miz digər əşyaları əldə etdiyimizə görə, ümumiyyətlə, həyatda yaşamağımızı və mövcud olmağımızı təmin etdi-

yinə görə biz, necə deyərlər, pərakəndə alqı-satqı müqaviləsinə  «borclu»  və  «minnətdar» olmalıyıq. Təsadüfi 

deyildir ki, dünyada hər gün bir milyarda yaxın pərakəndə alqı-satqı müqaviləsi bağlanılır.  

Pərakəndə alqı-satqı müqaviləsi alqı-satqı müqaviləsinin müstəqil bir növüdür. Bununla belə, bu müqavilə 

onu alqı-satqının digər növlərindən və əmlakın əvəzli qaydada özgəninkiləşdirilməsinə yönələn müqavilə növ-

lərindən fərqləndirən xüsusiyyətlərə malikdir. Birincisi, bu müqavilə həmin müqavilədə tərəf rolunda çıxış edən 

satıcının xarakteristikası (statusu) ilə fərqlənir.  kincisi, pərakəndə alqı-satqı müqaviləsi satıcının fəaliyyət pred-

meti ilə xarakterizə olunur. Belə ki, satıcının fəaliyyət predmetini malın pərakəndə satışı (hər hansı satış yox) 

təşkil edir. Üçüncüsü, müqavilə üzrə verilən malın istifadə məqsədi və təyinatı bu müqaviləni digər müqavilə 

növlərindən  fərqləndirməyə  imkan  verir  (göstərilən  xüsusiyyətlər  barədə  dərsliyin  növbəti  yarımbaşlıqlarına 

bax).  

Pərakəndə alqı-satqı müqaviləsi vətəndaşlara ticarət xidməti göstərilməsinin əsas mülki-hüquqi formasıdır. 



Hər gün bağlanan çoxsaylı pərakəndə alqı-satqı müqavilələri məjmu halında birləşərək pərakəndə ticarət döv-

riyyəsini təşkil edir. Həmin müqavilə elə bir alətdir ki, bununla istehlak mallarının sivil bazarı inkişaf edir, bu, 

malların rəqabət qabiliyyətli olmasını müəyyən edən barometr rolunu oynayır.  



Pərakəndə alqı-satqı müqaviləsi dedikdə tərəflər arasında bağlanan elə bir saziş başa düşülür ki, bu 

sazişə  görə  malların  pərakəndə  satışı  üzrə  sahibkarlıq  fəaliyyətini  həyata  keçirən  satıcı  sahibkarlıq 

fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya digər istifadə üçün nəzərdə tutulan malı alıcıya verməyi 

öhdəsinə götürür (MM-in 614.1-ci maddəsi). Bu müqaviləyə verilmiş anlayışdan görünür ki, pərakəndə alqı-

satqı müqaviləsi konsensual müqavilədir. Belə ki, müqavilə malın alıcıya verildiyi andan  yox, həmin malın 

satılması haqqında tərəflər razılığa gəldikləri andan bağlanmış hesab edilir. Məhz bu andan tərəflər üçün hüquq 

və vəzifələr yaranır.  




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   418   419   420   421   422   423   424   425   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə