Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə421/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   417   418   419   420   421   422   423   424   ...   490

 

482


ləri). Məsələn, manqo, vərəm, qotur, qızıl yel, ümumi hidropos, trixin kimi xəstəliklər satılan heyvanlarda 

başlıja qüsurlar olmasına dəlalət edən xəstəliklərdir

Göründüyü kimi jıdır və yük heyvanları, qaramal, qoyunlar, keçilər və donuzlar, yəni damazlıq və yaxud ye-

yinti məhsulları əldə etmək üçün kəsilmək məqsədi ilə bu cür heyvanlar satılarkən xəstəliklərin dairəsi Mülki Mə-

jəllədə nəzərdə tutulur. Yerdə qalan digər heyvanlar, quşlar və balıqlar satılarkən başlıja qüsurlar müvafiq icra 



hakimiyyəti orqanının (AR Kənd Təsərrüfatı Nazirliyinin) normativ-hüquqi aktları ilə müəyyən edilir. Əgər 

müvafiq aktlar olmasa, onda heyvanlar satılarkən başlıja qüsurlar müqavilədə nəzərdə tutulur. 

Heyvan, quş və balıq satıcısı satdığı heyvanları başlıja qüsurlar olmadan alıcıya vermək vəzifəsini yerinə 

yetirməməyə görə məsuliyyət daşıyır. Özü də satıcının məsuliyyəti yalnız başlıja qüsurların konkret müddət-

lər ərzində aşkara çıxması halı ilə şərtlənir. Başqa sözlə desək, başlıja qüsurlar yalnız konkret müddətlər ərzində 

müəyyən edildiyi hallarda, satıcı mülki-hüquqi məsuliyyətə cəlb edilir. Göstərilən həmin müddətlər qarantiya 

müddətləri adlanır. Qarantiya müddətləri odur ki, bu müddət ərzində satılan heyvan, quş və balıqlarda başlıja 

qüsurların olmamasına təminat verilir və həmin müddət ərzində bu cür qüsurlar aşkara çıxarsa, satıcı məsuliy-

yətə cəlb edilir. 

Qanun  qarantiya  müddətlərini  hər  bir  başlıja  qüsura  (xəstəliyə)  görə  dəqiq  olaraq  müəyyən  edir  (MM-in 

609.2-ci və 609.3-cü maddələri). Məsələn, yeyinti məhsulları əldə etmək məqsədi ilə kəsilmək üçün alınan qo-

yunlar və keçilər ümumi hidropos xəstəliyinə görə, qaramal isə heyvanın çəkisinin yarıdan çoxunu insanın qi-

dalanması  üçün  yararsız  etmiş  vərəm  xəstəliyinə  görə  14  günlük  qarantiya  müddəti  ilə  satılır.  Əgər  14  gün 

müddəti ərzində həmin xəstəliklər aşkara çıxırsa, satıcı məsuliyyət daşıyır. 

Heyvan, quş və balıq satıcısı alıcı ilə qarantiya müddətlərinin uzadılması və ya qısaldılması barədə öz 

aralarında razılığa gələ bilərlər. Lakin bu razılığın hökmən yazılı formada ifadə olunması tələb olunur.  

Qarantiya müddəti heyvanın, quşun və balığın təsadüfən məhv olması riskinin satıcıdan alıcıya keçdiyi gü-



nün sonundan başlayaraq hesablanır. Risk isə satıcının heyvanı, quşu və balığı alıcıya vermək vəzifəsini icra 

etmiş sayıldığı andan, yəni onları alıcıya təhvil verdiyi məqamdan alıcıya keçir. Satıcı riskin alıcıya keçdiyi ana 

qədər mövcud olan qüsurlara görə məsuliyyət daşıyır. Bu hal isə qanunun nəzərdə tutduğu heyvan, quş və ba-

lıq satıcısının təqsiri prezumpsiyası barədə qayda ilə müəyyən edilir (MM-in 611-ci maddəsi). Həmin qay-

daya görə qarantiya müddəti ərzində hər hansı başlıja qüsurun aşkar edilməsi bu qüsurun riskin alıcıya keçməsi 

anına qədər mövcud olmasını ifadə edir. Yəni bu qüsur alıcının yox, satıcının təqsiri üzündən yarandığına görə 

satıcı da həmin qüsura görə javab verməyə borcludur. Başqa sözlə desək, təqsir prezumpsiyasına görə, qaranti-

ya müddəti ərzində aşkar edilmiş hər hansı başlıja qüsura görə satıcı təqsirli bilinir. 

Satıcının heyvanı, quşu və balığı başlıja qüsurlarla verməsi alıcıya ixtiyar verir ki, o, müqavilənin ləğvini 



tələb etsin. Alıcı bu cür hallarda başlıja qüsur aşkar edilmiş heyvanın, quşun və balığın qiymətinin azaldılma-

sını tələb edə bilməz. Beləliklə, göstərilən vəziyyətdə müqavilə ləğv edilir, heyvan satıcıya verilir, satıcı isə al-

ğı pul məbləğini alıcıya qaytarır və ona dəymiş zərərin əvəzini ödəyir. Alıcı başqa variantdan da istifadə 

edə bilər. Belə ki, o, müəyyən cins əlamətləri olan heyvan, quş və ya balıq alarkən başlıja qüsurlar müəyyən et-

dikdə müqavilənin ləğv edilməsini tələb etmir. Alıcı müqaviləyə uyğun gəlməyən heyvanın, quşun və ya balı-

ğ

ın əvəzinə ona müqaviləyə uyğun gələn heyvan (quş, balıq) verilməsini tələb edir (MM-in 612.2-ci maddə-



si).  

Elə də məqamlar olur ki, alıcı xəstəlik (başlıja qüsur) aşkar edilmiş heyvanı, quşu və ya balığı özünün javab-

deh olmadığı hallarla bağlı olaraq satıcıya qaytara bilmir. Alıcı heyvanı başqasına satdığı və yaxud heyvanın tə-

ləf olduğu, xəstələndiyi və ya kəsildiyi hallarda da onu satıcıya qaytara bilmir. Bu kimi hallarda da onun müqa-

vilənin ləğvini tələb etmək hüququ vardır. Heyvan, quş və ya balıq kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə 

dəyərini ödəyir (MM-in 612.1.1-ci maddəsi). 

Müqavilə ləğv edildiyi halda satıcı təkjə alıcının ödədiyi pul məbləğini qaytarmır və dəymiş zərərin əvəzini 

ödəmir, həm də müvafiq xərcləri ödəyir. Belə ki, alıcı heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müa-

yinələrinə və qulluğuna, məjburən öldürülməsinə və uzaqlaşdırılmasına xərclər çəkə bilər. Satıcının vəzifəsidir 

ki, həmin xərclərin əvəzini ödəsin (MM-in 612.1.3-cü maddəsi). 



2. Alıcının vəzifəsi 

Alıcının əsas vəzifəsi aldığı heyvanın, quşun və balığın qiymətini ödəməkdən ibarətdir. Bununla bərabər, 

nəzərdə tutulan müqavilə üzrə alıcının vəzifəsidir ki, o, başlıja qüsur barəsində satıcıya məlumat versin və 

ya bu barədə ona bildiriş göndərsin (MM-in 613.1-ci maddəsi). 

Alıcı heyvanda, quşda və balıqda başlıja qüsur aşkar etdiyi hallarda qarantiya müddəti qurtardıqdan sonra 



üç gündən gej olmayaraq məlumat (bildiriş) vermək vəzifəsini yerinə yetirməlidir. Heyvan, quş və ya balıq 

həmin müddət bitənədək tələf ola və ya kəsilə bilər. Belə halda alıcı özünün məlumat (bildiriş) vermək vəzifəsi-

ni heyvanın, quşun və ya balığın kəsilməsindən və ya tələf olmasından dərhal sonra yerinə yetirir. 



Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   417   418   419   420   421   422   423   424   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə