475
icrasından imtina edə bilər (MM-in 596.3-cü maddəsi). Beləliklə, satıcı alıcı tərəfindən əşyanı qəbul etmək və-
zifəsi icra edilmədikdə iki alternativdən birini seçir:
●
alıcıdan əşyanı qəbul etməyi tələb etmək;
●
müqavilənin icrasından imtina etmək.
Ə
gər satıcının tələbi ilə alıcı könüllü surətdə əşyanı qəbul etməzsə, onda satıcının tələbi məhkəməyə iddia
vermək yolu ilə məcburi qaydada həyata keçirilə bilər. Bundan əlavə, satıcı mümkün olan alternativin hər hansı
birini seçəndə, alıcının müqaviləni pozaraq əşyanı qəbul etmək vəzifəsini yerinə yetirməməsinə görə ona vu-
rulmuş
zə
rə
rin ə
və
zinin ödə
nilmə
sini tə
lə
b edə bilər (MM-in 21-ci və 448-ci maddələri).
2.2. Alıcının alınmış
əş
yanın qiymə
tini ödə
mə
k və
zifə
si
Alıcının ikinci əsas vəzifəsi aldığı əşyanın qiymətini ödəməkdən ibarətdir. Alıcı özünün bu vəzifəsini əşya
üçün müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) satıcıya ödəməklə yerinə yetirir. Əgər alqı-satqı müqavilə-
sində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəmə-
yə borcludur (MM-in 598.2-ci maddəsi).
Alıcının əşyanın qiymətini ödəməsi onun verilməsi faktından asılı deyildir. Belə ki, alıcı əşyanı satıcıdan bi-
lavasitə təhvil almazdan əvvəl də, təhvil aldıqdan sonra da ödəyə bilər (MM-in 598.1-ci maddəsi). Alıcı əşyanı
satıcıdan bilavasitə təhvil almazdan əvvəl onun qiymətini ödəyərsə, bu, qabaqjadan ödəniş adlanır. Qabaqja-
dan ödənişin həyata keçirilmə müddəti və qaydaları MM-in 599-cu maddəsi ilə müəyyən edilir.
Alıcı əşyanı satıcıdan təhvil aldıqdan sonra onun haqqını ödəyərsə, bu cür ödənişə möhlətlə ödəniş deyilir.
Möhlətlə ödəniş həm nisyə (kreditlə) ödəniş, həm də hissə-hissə ödəniş növündə ola bilər. Nisyə satılmış əş-
yanın ödənilməsi qaydaları MM-in 600-cü, əşyanın hissə-hissə ödənilməsi qaydaları isə MM-in 601-ci maddə-
sində nəzərdə tutulmuşdur.
Alınmış əşyanın ödənilməsi müddəti MM-in 598-ci maddəsi ilə müəyyən edilir. Bu maddədə nəzərdə tutulan
qayda imperativ yox, dispozitiv xarakter daşıyır. Bu onu ifadə edir ki, alınmış əşyanın ödənilməsi barədə alqı-
satqı müqaviləsində ayrı qayda da nəzərdə tutula bilər və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gələ bilər.
Məsələn, elektrik enercisinin verilməsi üzrə öhdəliyin mahiyyətindən irəli gəlir ki, enerci dəyərinin ödənilməsi,
bir qayda olaraq, enercinin verilməsindən sonra həyata keçirilir. Belə ki, abonent faktiki surətdə qəbul etdiyi
enerci miqdarına görə pul ödəyir.
Satılmış əşyanın qiymətini alıcı iki yolla (üsulla) ödəyir:
●
nağd hesablaşma (ödəniş) yolu ilə;
●
nağdsız hesablaşma (ödəniş) yolu ilə.
Hesablaşmanın hansı üsulundan istifadə edilməsi alqı-satqı müqaviləsində iştirak edən tərəflərin statusun-
dan asılıdır. Belə ki, fiziki şəxslərin iştirak etdiyi alqı-satqı müqaviləsi üzrə ödəniş, əgər alqı-satqı sahibkarlıq
fəaliyyəti ilə bağlı deyilsə, məbləğ məhdudlaşdırılmadan nağd pullarla və ya nağdsız qaydada aparılır. Qa-
nuni ödəniş vasitəsi nağd puldur. Nağd ödəniş zamanı alıcı satıcıya pulu «natura» formasında (manat, bank bi-
letləri) verir.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında ödənişlər nağdsız qaydada həyata keçirilir.
Ə
gər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, bu şəxslər arasında hesablaşmalar (ödənişlər) nağd pullarla
da aparıla bilər (MM-in 971.1-ci maddəsi).
Nağdsız hesablaşmalar (ödənişlər) banklar və digər kredit təşkilatları vasitəsi ilə həyata keçirilir. Nağdsız he-
sablaşma qaydasında alıcının ödənişi həyata keçirmək vəzifəsini iki mərhələyə bölmək olar: hazırlıq hərə-
kətlərinin edilməsi; xüsusi mənada ödənişin həyata keçirilməsi. Hazırlıq hərəkətlərinin görülməsi mərhələ-
sində alıcı bankda və digər kredit təşkilatlarında bank hesabı açır, onlarla bank hesabı müqaviləsi bağlayır, bank
rekvizitləri haqqında satıcıya məlumat verir və s.
kinci mərhələdə alıcı nağdsız hesablaşmanın formalarından istifadə etməklə sözün xüsusi mənasında ödəni-
ş
i həyata keçirir. Alıcı belə halda nağdsız hesablaşmaların əsas forması olan ödəniş tapşırıqları ilə hesablaş-
manı tətbiq edir. Ödəniş tapşırığı ilə hesablaşma zamanı alıcı banka tapşırıq verir. Bank bu tapşırıq əsasında
alıcının həmin bankdakı hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda onun gös-
tərdiyi şəxsin (satıcının) hesabına köçürür. Ödənişin (hesablaşmanın) üsulları qanunun məcburi göstərişləri nə-
zərə alınmaqla, bir qayda olaraq, alqı-satqı müqaviləsi ilə müəyyən edilir.
Alıcı ödənişi akkreditiv, çek və veksel kimi vasitələrin köməyi ilə də həyata keçirə bilər. Nağdsız hesablaş-
manın digər formaları qanunda göstərilmişdir (MM-in 972-ci maddəsi).
Alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq əşyanın qiymətini vaxtında ödəməlidir. Alıcının əşyanın əvə-
zində müəyyən edilmiş pul məbləğini vaxtında ödəməməsi onun üçün neqativ olan nəticəyə səbəb olur. Ödəni-
ş
in gecikdirilməsi və yubadılması satıcıya ixtiyar verir ki, o, alıcıdan əşyanın qiymətini və faiz ödəməyi tələb
etsin. Faizin miqdarı bank uçot dərəcəsi ilə müəyyənləşdirilir (MM-in 449.1-ci maddəsi). Verilmiş əşyanın qiy-