Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə412/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   408   409   410   411   412   413   414   415   ...   490

 

472


 komplektsiz əşyanın komplektli əşya ilə əvəz olunmasını tələb etmək

  alqı-satqı  müqaviləsinin  icrasından  imtina  etmək  və  ödədiyi  pul  məbləğinin  qaytarılmasını  tələb  et-



mək. 

1.13. Malların komplekti (dəsti) 

Malın komplektliyi anlayışını malın komplekti (dəsti) anlayışından fərqləndirmək lazımdır. Bu iki anlayışı 

belə də müqayisə etmək olar: komplektli mal və ya komplektdə olan mal. 

Malların komplekti müxtəlif və ya eyni cinsli (növlü) malların elə bir toplusudur ki, həmin mallar ümumi 

təyinat məqsədilə istifadə üçün tam və ya bütöv vahid halda birləşmir. Malların komplektinə daxil olan ayrı-ay-

rı mallar bir-biri ilə funksional və konstruktiv əlaqədə olmur. Başqa sözlə desək, malların komplektinə daxil 

olan malları ümumi təsərrüfat və sair təyinat üçün istifadə məqsədi birləşdirmir. Malların komplektinə ofis üçün 

ə

ldə edilən dəftərxana ləvazimatlarını (qələm, kağız, xətkeş, mürəkkəb, pozan, dəftər və s.), bayram günlərində 



hər bir ailə üzvü üçün alınan hədiyyə dəstini və s. misal göstərmək olar. Malların komplektinə ən yaxşı əyani 

misal olaraq hər gün ərzaq dükanından aldığımız müxtəlif ərzaq məhsullarının dəstini – əti, südü, qatığı, pendi-

ri, çörəyi, kolbasanı, düyünü və s. göstərmək yerinə düşərdi. 

Malın komplekti yalnız müqavilə



ni bağlayan tərəflərin razılığı ilə müəyyən edilir. Alqı-satqı müqaviləsin-

də  əşyaların  komplekt  halında  verilməsi  nəzərdə  tutula  bilər  (MM-in  591.1-ci  maddəsi).  Belə  halda  satıcının 

ə

sas vəzifəsi malları komplekt halında alıcıya verməkdən ibarətdir. 



Alıcı tərəfindən sifariş edilməyən malın satıcı tərəfindən satılan mal komplektinə daxil edilməsi halı hü-

quqdan  sui-istifadədir.  Bu,  mülki  hüquqların  həyata  keçirilməsini  pozmaqdır.  « stehlakçıların  hüquqlarının 

müdafiəsi haqqında» AR Qanununda istehlakçının sərbəst mal seçmək hüququ ifadə edilir (14-cü maddənin 2-

ci bəndi). Qanunun 14-cü maddəsi istehlakçını (alıcını) ona lazım olmayan mal almağa məjbur etməyi qadağan 

edir.  Buradan  iki  mühüm  qayda  müəyyən  etmək  mümkün  olur.  Birinci  qayda  ondan  ibarətdir  ki,  əgər  malın 

komplektini satıcı düzəltmişsə, alıcının həmin komplektdən ona lazım olmayan malı çıxartmaq ixtiyarı vardır. 

kinci qayda ondan ibarətdir ki, satıcının alıcı üçün lazım olmayan malı komplektə daxil etmək ixtiyarı yoxdur. 

stehlakçı (alıcı) satıcının süni surətdə  yaratdığı dəstdən (komplektdən) ona lazım olan malı almaq hüququna 

malikdir (« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qanununun 14-cü maddəsinin 5-ci bəndi). 

Satıcı tərəfindən alıcıya lazım olmayan malların komplektə daxil edilməsinin yasaqlanması və yol verilməz-

liyi bir sıra qanunlarda da öz ifadəsini tapır. Məsələn, «Haqsız rəqabət haqqında» AR Qanununun 7-ci maddəsi-

nə görə əmtəələrin məcburi əlavə çeşidlə (və ya komplektlə) satışı haqsız sahibkarlıq fəaliyyəti hesab edilir və 

bu cür hərəkətə yol verilmir. 

Satıcının malın komplekti barədə vəzifəsi onun komplektə daxil olan bütün əşyaları eyni vaxtda alıcıya 

vermək yolu ilə icra edilir. Satıcı komplektə daxil olan bütün əşyaları alıcıya eyni vaxtda verməyə borcludur 

(MM-in  591.2-ci  maddəsi).  Lakin  MM-in  591-ci  maddəsi  imperativ  yox,  dispozitiv  göstəriş  ifadə  edir,  yəni 

satıcının malın komplektini alıcıya verməsi vəzifəsinin icrası vaxtı barədə tərəflərin razılığı ilə başqa qayda da 

nəzərdə tutula bilər. Ümumi qayda isə belədir ki, satıcının malların komplekti barədə öhdəliyi komplektə daxil 

olan bütün əşyaların verildiyi andan icra edilmiş sayılır (MM-in 591.1-ci maddəsi).  

Malların  komplekti  barədə  şərtlərin  pozulması  əşyanın  komplektliyi  barədə  şərtlərin  pozulması  kimi 



analoji  hüquqi  nəticələrə  səbəb  olur.  Bu  hüquqi  nəticələr  MM-in  592-ci  maddəsində  göstərilmişdir  ki,  biz 

bundan əvvəlki yarımbaşlıqda bu barədə danışmışıq. 



1.14. Əşyanın tara və qabda verilməsi 

Satıcının əşyanı vermək vəzifəsinə daxil olan tələblərdən biri əşyanın alıcıya tarada və (və ya) qabda veril-

məsidir. Satıcı alıcıya əşyanı tarada və (və ya) qabda verməlidir (MM-in 593.1-ci maddəsi).  

MM-in 593-cü maddəsi satıcının alıcıya onların tərəfindən müqaviləyə müvafiq şərt kimi daxil etməsindən 

asılı olmayaraq əşyanı tarada və (və ya) qabda vermək vəzifəsini müəyyən edir. Bu maddə dispozitiv göstə-

riş ifadə edir. Belə ki, tərəflərin razılığı ilə alqı-satqı müqaviləsində ayrı qayda da nəzərdə tutula bilər. Bununla 

belə, elə əşyalar vardır ki, xarakterinə, təbiətinə və xüsusiyyətinə görə onların taralaşdırılması və (və ya) qablaş-

dırılması tələb edilmir. Məsələn, öz xarakterinə görə metal qırıntıları, qum, keramzit, çınqıl, kömür və s. qablaş-

dırma və taralaşdırma tələb etmir. Bu əşyaların xarakteri elədir ki, onların taralaşdırılmasına və (və ya) qablaş-

dırılmasına ehtiyaj və zərurət yoxdur. Xarakterinə görə taralaşdırılması və (və ya) qablaşdırılması tələb olunma-

yan əşya istisna təşkil edir, yəni satıcı həmin əşyanı tarada və (və ya) qabda vermək vəzifəsini daşımır (MM-in 

593.1-ci maddəsi). Əşyanın tarasız və (və ya) qabsız verilməsi alqı-satqı müqaviləsində də nəzərdə tutula bilər 

və ya öhdəliyin mahiyyətindən də irəli gələ bilər. 

Tara və qab daşınma və saxlama zamanı malın salamatlığını (olduğu kimi), yükləmə və boşaltma zamanı 



onun zədələnməsinin və xarab olmasının qarşısının alınmasını, normal saxlanmasını təmin edir. Tara və 

qab malı ətraf mühitin təsirlərindən, bəzən isə ətraf mühitin özünün malın zərərli xüsusiyyətlərindən qorun-




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   408   409   410   411   412   413   414   415   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə