Microsoft Word mulki huquq doc



Yüklə 8,58 Mb.
Pdf görüntüsü
səhifə407/490
tarix14.02.2018
ölçüsü8,58 Mb.
#26920
1   ...   403   404   405   406   407   408   409   410   ...   490

 

467


1.8. Əşyanın keyfiyyətinin yoxlanılması 

Qanun əşyanın keyfiyyətini müəyyən etməyin üsulları ilə bərabər, həm də əşyaların keyfiyyətinin yoxlanıl-

masının vacibliyini və zəruriliyini müəyyən edir. Əşyanın keyfiyyətini yoxlamaq üçün müəyyən metodlar-

dan istifadə edilir. Lakin MM tətbiq edilən konkret yoxlama metodlarını müəyyən etmir. Ona görə ki, bu me-

todları təyin etmək mümkün deyildir, çünki texnikanın inkişafı ilə bağlı olaraq həmin metodlar da təkmilləşir. 

Əş

yanın keyfiyyətinin yoxlanılması qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya 



alqı-satqı müqaviləsində nəzərdə tutula bilər. Əgər həmin sənədlərdə əşyanın keyfiyyətinin yoxlanılması qay-

dası müəyyənləşdirilməzsə, onda bu məsələni həll etmək üçün əsasən işgüzar dövriyyə adətləri tətbiq edilir. 

Belə halda yoxlama əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə (əmlak dövriyyə qaydalarına) 

uyğun ola bilər. 

Sənədlərdə satıcının əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi nəzərdə tutularsa, satıcı alıcıya bu cür yoxlama-

nın həyata keçirilməsini təsdiq edən sənədlər təqdim etməlidir. Bu cür sənədlərə yoxlama aktını, keyfiyyət serti-

fikatını və digər sənədləri misal göstərmək olar. Sahibkarlıq fəaliyyəti üçün əldə edilən malların keyfiyyəti yox-

lanarkən keyfiyyətin yoxlanma faktından əlavə, həm də yoxlamanın nəticəsi əhəmiyyətə malik olur. Belə halda 

satıcı  yoxlamanın nəticəsi haqqında sənədləri alıcıya verməyə borcludur. Bu sənədlər laboratoriya analizinin, 

sınağının, müayinənin və s. nəticələrini əks etdirir. 

Əş

yanın keyfiyyəti alıcı tərəfindən də yoxlanıla bilər. O, əşyanın keyfiyyətinin müəyyən tələblərə uyğun gəl-



mədiyini müəyyən etdiyi halda satıcıya bildiriş göndərir (MM-in 595.1-ci maddəsi).  

stər satıcı, istərsə də alıcı tərəfindən həyata keçirilməsindən asılı olmayaraq, əşyanın keyfiyyətinin yoxlanıl-

ması qaydası və digər şərtləri hər iki tərəf üçün eyni olmalıdır (MM-in 586.4-cü maddəsi).  

1.9. Malın keyfiyyəti üçün qarantiya 

Malın keyfiyyəti onun elə faydalı istehlak xassələrini əks etdirməlidir ki, bunun nəticəsində mal ijtimai tələ-

batı ödəmək qabiliyyətinə malik olur, ijtimai, o cümlədən şəxsi istehlak təmin edilir, onun rəqabətə davamlılığı 

artırılır, habelə malın ən yaxşı nümunələr səviyyəsinə çatdırılmasına nail olunur. Malın keyfiyyəti elə olmalıdır 

ki, bunun nəticəsində həmin mal istifadə edildiyi məqsədlərə  yarayan əşyaya çevrilə bilsin. Bununla bərabər, 

malın  keyfiyyəti  onun  təhlükəsizliyini  təmin  etməlidir,  yəni  maldan  istifadə  edilməsi  istehlakçının  həyatına, 

sağlamlığına, habelə ətraf mühitə zərər vurmamalıdır. 

Malın  keyfiyyəti  əbədi  olaraq  dəyişməz  qalmır.  Vaxt  müddəti  keçdikdə  malın  keyfiyyəti  də  dəyişir.  Belə 

halda maldan normal istifadə edilməsini, normal istifadə üçün malın yararlı olmasını şərtləndirən, onun təhlükə-

sizliyini təmin edən vaxt müddətinin müəyyən edilməsi böyük əhəmiyyətə malik olur. Göstərilən bütün bu mə-

sələlər malın keyfiyyəti haqqında qarantiya, yararlılıq və xidməti müddət elmi anlayışlarının vasitəsi ilə 

qaydaya salınır. Müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi istehlakçıların həyatına, sağlamlığına, onların 

ə

mlakına və ya ətraf mühitə təhlükə kəsb edən və ya zərər vura bilən mallara xidmət müddəti (yararlılıq müddə-



ti) müəyyən edilməlidir.  stehsalçı bu kimi malların təlimatlarında xidmət (yararlılıq) müddətlərini göstərməyə 

borcludur (« stehlakçıların hüquqlarının müdafiəsi haqqında» AR Qanununun 10-cu maddəsinin 2-ci bəndi). 



Qarantiya dedikdə (fransızja «garantie», «garantir» - təmin etmək sözündən) borclunun (satıcının) öz verdi-

yi  malın  keyfiyyətinə  görə  kreditorun  (alıcının)  qarşısında  javab  verməsi  başa  düşülür.  MM  satıcı  tərəfindən 

alıcıya verilən əşyanın keyfiyyəti üçün iki növ qarantiya müəyyən edir: 

 qanuni qarantiya (MM-in 582.1-ci maddəsi); 



 müqavilə qarantiyası (MM-in 582.2-ci maddəsi).  

Qarantiyanın  iki  növünün  fərqləndirilməsi  müəyyən  əlamətlərə  əsaslanır:  maldakı  qüsurun  aşkar  edilməsi 

müddətinə  görə;  məsuliyyətin  şərtlərinə  görə;  qüsurun  əmələ  gəlmə  səbəblərinin  sübutetmə  yükünün  tərəflər 

arasında bölüşdürülməsinə görə. 

Qanuni qarantiya odur ki, bu qarantiya müqavilədə nəzərdə tutulmayan bütün hallarda mövcud olur. Qanu-

ni qarantiya mal verildiyi anda onda qüsurun olmaması barədə satıcının verdiyi elə bir zəmanətdir ki, bunun 

nəticəsində mal müəyyən məqsəd üçün istifadəyə yararlı olur. Qanuni qarantiyanın mahiyyəti ondan ibarətdir 

ki, alıcıya verildiyi məqamda satıcının alıcıya satdığı əşya tələb olunan keyfiyyətdə olmaqla, əgər müqavilədə 

ayrı qayda nəzərdə tutulmazsa, bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzin-

də yararlı olmalıdır. 



Müqavilə qarantiyası odur ki, bu cür qarantiya müqavilədə nəzərdə tutulur. Müqavilə öhdəliyi əlavə öhdə-

likdir. Bu satıcının öhdəsinə götürdüyü elə bir zəmanətdir ki, bunun nəticəsində satılan mal müqavilədə göstəri-

lən müddət ərzində nəzərdə tutulan keyfiyyət tələblərinə uyğun gəlir. Başqa sözlə desək, müqavilə qarantiyası 

satıcının alıcı qarşısında satılan əşyanın müqavilədə nəzərdə tutulan müddət ərzində keyfiyyət barədə irəli sürü-

lən tələblərə uyğun gəlməsi haqqında verdiyi təminat öhdəliyini ifadə edir. Müqavilədə nəzərdə tutulan həmin 

müddətə qarantiya müddəti deyilir. 




Yüklə 8,58 Mb.

Dostları ilə paylaş:
1   ...   403   404   405   406   407   408   409   410   ...   490




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə