Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə29/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   53

İnformasiya sistemləri menecmenti
 
96 
texnologiyaların dəyişməsinə  və müəssisədə informasiya 
sistemlərindən səmərəli istifadəyə gətirib çıxarır.  
Son illər informasiya sistemləri vasitələrinin bütün yeni 
nəsilində “qiymət/məhsuldarlıq”, “qiymət/etibarlılıq” göstəri-
cisi əhəmiyyətli dərəcədə yaxşılaşır. Bununla əlaqədar olaraq 
informasiya sistemlərinin mənəvi cəhətdən köhnəlmiş texno-
loji təminatının istifadəsi sərfəli deyil.  
İnformasiyanın emalı vasitələrinin işsiz dayanmaları 
bütün hallarda səmərəli deyil və o, şirkətə  rəqabət müba-
rizəsində tab gətirməsinə imkan vermir. Bundan əlavə, onlar 
bu şirkətə bilavasitə və dolayı yolla həmişə ziyan vuracaqdır.  
Qeyd olunanları ümumiləşdirərək göstərmək lazımdır 
ki, müxtəlif növlü elementlərdən ibarət olan mürəkkəb 
sistemlərdə onların hissələrinin köhnəlməsi müxtəlif cür ola 
bilər: bəziləri tamamilə yeni və indiki anda ən yüksək səviy-
yədə, başqaları isə köhnəlmiş, üçüncüsü, istehsal nöqteyi-
nəzərindən yeni, model olaraq köhnə ola bilər və s.  
İnformasiya sistemlərinin təşkili onun keyfiyyətlərindən 
biridir və o da köhnələ, səmərəsiz ola bilər. Bununla əlaqədar 
olaraq mürəkkəb sistemlərin köhnəlməsinin dərəcəsinin xa-
rakteristikası üçün bütövlükdə daha uyğun gələn  “tənəzzül” 
(deqradasiya) anlayışı verilir.  
İnformasiya sistemlərinin tənəzzülü sistemin layihə 
fəaliyyətini təmin edən zəruri keyfiyyət və xassələrin informa-
siya sistemlərinin itkisi kimi müəyyən edilə bilər. İnformasiya 
sistemlərinin texnoloji avadanlığının köhnəlmə  dərəcəsinin 
qiymətləndirilməsi, informasiya sistemlərinin tənəzzülünün 
dərəcəsinin qiymətləndirilməsi mürəkkəb kompleks vəzifə 
hesab edilir.  
Həm fiziki, həm də  mənəvi köhnəlmənin dərəcəsinin 
müəyyən edilməsi üçün ekspert qiymətləndirilməsi cəlb edilə 
bilir. Eyni zamanda, sahə üzrə bu və ya digər vasitələrin 
tətbiqinin ənənələri, oxşar vasitələrin yeni nəsillərinin buraxı-


İnformasiya sistemləri menecmenti
 
97 
lışının həcmi, istismarın orta müddətləri barədə məlumatlar da 
istifadə edilə bilər.  İstismara çəkilən xərclər haqqında məlu-
matları da ala bilər. Buraya profilaktik tədbirlər, boş dayan-
maların aradan qaldırılması, imtinalar və qəza vəziyyətləri də 
aiddir.  
 
6.3.1. İnformasiya sistemlərinin resurslarının istifadə 
edilməsinin intensivləşdirilməsi problemləri 
 
Resursların istifadə edilməsinin intensivliyinin qiymət-
ləndirilməsində informasiyanın emalının (İE) texnoloji pro-
sesinin gərginliyinin dərəcəsini, həm də müvafiq bölmələrin 
və proseslərin təşkilati  əsaslarını hesaba almaq lazımdır. 
Şirkətdə onun səmərəliliyinin tələb olunan səviyyəsini 
saxlamaq və informasiyanın emalının müəyyən texnoloji 
prosesini təşkil etmək lazımdır. Bunun üçün lazım olan 
informasiya menecmenti istehsal prosesinin verilmiş göstə-
riciləri ilə  məhsul istehsalının menecmentinə uyğun qurula 
bilər. Bura daxildir: sistemin informasiya infrastrukturunda 
istehsal vasitələrinin idarə edilməsi, nəzarət (müşahidə), 
planlaşdırma.  
Resursların (resursların və ya güclərin menecmenti) 
idarə edilməsi xüsusi əhəmiyyət kəsb edir. İstehsalın texnoloji 
prosesi lazım olan resursları tələb edir.  
Eyni zamanda, informasiya sistemlərinin işinin xüsusiy-
yətlərini hesaba almaq lazımdır.  İnformasiya sistemləri üçün 
“xammalın”-informasiyanın emalındakı qeyri-ritmiklik xas-
dır. Qeyri-ritmiklik informasiyanın emalının müxtəlif 
tapşırıqlarının böyük miqdarının nəticəsidir. Ondan başqa, 
həm də informasiya sistemlərinin resurslarına müraciət və 
informasiyanın emalının bu və ya digər tapşırıqları sistemin 
resurslarına təsadüfi tələbatdır. Bu zaman hər bir isitifadəçi 
üçün  tapşırığın səmərəliliyinin yüksək göstəriciləri üzrə 


İnformasiya sistemləri menecmenti
 
98 
gözlənilən nəticəni öz sifarişçisinə vermək imkanı olmalıdır. 
Bu hal hətta sistemin güclərinin kifayət qədər ehtiyatları olan 
və tamamilə ritmik (ahəngdar) işləyən üçün o qədər də sadə 
problem deyil.  
Resursların idarə edilməsi sistemin reaksiyalarının 
təhlilini və mütəmadi müşahidəsini nəzərdə tutur. Bunun üçün 
təsviri sistemlərin və informasiyanın emalı sisteminin vəziy-
yətinin aşkar edilməsi üçün istifadə edilən informasiyanı 
təsvir etmək lazımdır. Bu, avtomatik olaraq verilən xidməti 
məlumatlar, dövri olaraq sistemə daxil edilən xüsusi 
məlumatlar, həm də sorğuya  əsasən hazırlanmış  məlumatlar 
ola bilər. Resursların bölüşdürülməsinin və istifadəsinin bütün 
variantlarında həm informasiya texnologiyalarının ayrı-ayrı 
əməliyyatlarına görə, həm də bütövlükdə sistem üzrə məhsul-
darlığa nəzarət və  xərclərin bütün növlərinin müəyyən 
edilməsi lazımdır.  
Ən sadə halda resursların istifadəsinin intensivliyini 
nisbət-əmsal şəklində qiymətləndirmək olar: 
Ə
ri 
=T
eff  
÷
 
T
məh
 
Burada 
  Ə
ri
 - resursların istifadəsinin  əmsalı, 
  T
eff
  - 
effektivlik, 
 T
məh
 - məhsuldarlıq. 
Ə
ri
 - nin qəbul edəcəyi maksimum qiymət vahidə 
uyğundur. Hesaba alsaq ki,   
T
məh 
= T
q-eff
 + T
zay 
+ T
eff
  
 
nəticə  çıxartmaq olar ki, resursların istifadəsinin 
intensivliyinin yüksəldilməsi üçün “özünə” sistemin işinin 
vaxtını  və uyğun olaraq zaya (xaraba) görə  işin vaxtını 
ixtisara salmaq lazımdır. 
Lakin bu zaman resursun, yəni işin gücü açıq formada 
hesaba alınmır, hansı ki, zaman vahidində onun tərəfindən 
yerinə yetirilə bilər.  İnformasiya sistemlərinin gücünü və 
məhsuldarlığını hesablamaq həmişə mümkün olmur. Ona görə 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə