Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə37/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

İnformasiya sistemləri menecmenti
 
122 
olmaq üçün hələ kifayət deyil. Bir çox layihələr əsas gündəlik 
fəaliyyətlə paralel olaraq yerinə yetirilə bilər. Daha mühüm və 
həcmli layihələr üçün ayrı-ayrı struktur bölmələr yaradırlar: 
işçi qrupları, laboratoriyalar və s. 
İşçi qrupu. Bu layihənin həyata keçirilməsi tapşırılan 
şəxslərin qrupudur. Adətən, işçi qrupu mütəxəssislərin üç qru-
punun nümayəndələrindən ibarətdir və onlar da sonralar AİS-
nin istifadəçiləri olacaqlar. 
Burada işçi qrupunun təşkilinə dair bir neçə tövsiyələr 
vardır: 

 
bütün bölmələrin nümayəndələrini yeni sistemin tox-
unduğu fəaliyyətə  cəlb etmək lazımdır. Yalnız informasiya 
texnologiyalarının mütəxəssislərindən komandanın tərtib edil-
məsi ciddi səhvdir. 

 
yerlərdə  həm formal, həm də  şəxsi təsir göstərməyi 
bacaran adamları cəlb etmək tövsiyə edilir.  

 
qrupun üzvlərinin ixtisası tapşırılan vəzifələrə uyğun 
olmalıdır. Müştəri şirkətlər tez-tez məsləhətçilərlə iş üçün on-
ları ayırırlar ki, kim nisbətən azaddır, kimi işdən ayırmaq olar, 
lakin belə  əməkdaşlar qoyulmuş  vəzifələrin öhdəsindən ef-
fektli gəlməsi üçün heç də  həmişə kifayət qədər səlahiyyətli 
deyildir. 
Layihənin menecmentinin təşkilinin iki əsas forması 
mövcuddur: tipik (rəsm 3.2.) və matrisa (rəsm 3.3.) 
Layihənin meneceri idarəetmənin tipik təşkilində onun 
yerinə yetirilməsinə görə  şəxsən cavabdehlik daşıyır. Layihə 
bölməsi müəssisənin strukturundan xeyli dərəcədə  təcrid 
olunur, başqa müəssisələrlə  əlaqə müəssisənin ali rəhbərliyi 
vasitəsilə yaradılır. 


İnformasiya sistemləri menecmenti
 
123 
 
Müəssisənin  rəhbərliyi 
 
1-ci layihənin 
meneceri 
 
2-ci layihənin 
meneceri 
 
N saylı 
layihənin 
meneceri 
 
 
Layihənin 
əməkdaşı 
 
Layihənin 
əməkdaşı 
 
Layihənin 
əməkdaşı 
 
Rəsm 3.2.  AİS-in tətbiq edilməsi layihəsinin menec-
mentinin tipik təşkilində tabeçiliyin sxemi. 
 
Müəssisənin  rəhbərliyi 
 
Layihənin 
meneceri 
 Bölmənin 
rəhbəri 
 Bölmənin 
rəhbəri 
 
Layihənin funksiyası 
Bölmənin əməkdaşı 
Layihənin funksiyası 
 
 
 
 
Rəsm 3.3.  AİS-in tətbiqi layihəsinin menecmentinin 
matrisa təşkilində tabeçiliyin sxemi. 
 
Layihənin meneceri idarəetmənin matris təşkilində, 
mahiyyətcə funksional rəhbərlərdən biridir, başqa bölmələrin 
Bölmənin əməkdaşı
 


İnformasiya sistemləri menecmenti
 
124 
əməkdaşları ona tabedirlər, bu zaman onlar öz “doğma” 
bölmələrinin tərkibində qalırlar. Burada işləyən rəislər onların 
istehsalat rəhbərləri kimi qalırlar. Bununla bağlı olaraq bu 
istehsalat bölmələrinin rəhbərləri layihə üzərində “öz” 
işçilərinin işinə  nəzarət etmək və layihənin realizasiyasının 
gedişində informasiya almaq hüququna malikdir. İşin 
iştirakçıları üçün layihənin rəhbərliyinin göstərişləri isə 
funksionaldır, onların peşəkar fəaliyyətinin çərçivələrini 
məhdudlaşdırır və istehsal məsələlərinə toxunmurlar. 
Beləliklə  AİS-i tətbiq edən müəssisədə  işçi qrupun və 
müştəri tərəfindən layihənin yüksək ixtisaslı lideri olan 
rəhbərliyin dəstəyi var. Başqalarını layihənin dəstəklənməsinə 
necə inandırmaq olar? Müəssisədə bu məqsəd üçün 
informasiya kompaniyasını keçirmək lazımdır. 
Təəssüf ki, bir çox rəhbərlər idarəetmənin aləti kimi 
informasiya kompaniyasının əhəmiyyətini qiymətləndirmirlər, 
hətta istənilən dəyişmələrin tətbiqində. 
Öz məzmununa görə informasiya kompaniyası  məntiqi 
mərhələlərə bölünməlidir: 

 
izahat; nə üçün yenilik labüd və qaçılmazdır; 

 
məqsədlərin (hədəflərin) başa salınması, hansılara 
doğru hərəkət etmək lazımdır və müzakirə, bunu hansı tərzdə 
daha yaxşı etmək olar; 

 
vəzifələrin başa salınması; 

 
nail olunmuş aralıq nəticələr haqqında müntəzəm 
informasiyalaşdırma. 
İstənilən müəssisədə innovasiya prosesi heç vaxt dayan-
mamalıdır. Ümumiyyətlə, innovasiya daimi eksperimentləri 
və tədqiqatları tələb edir. Elmtutumlu və xüsusilə informasiya 
texnologiyaları sferasındakı çatışmazlıqları aradan qaldırmaq, 
əldən buraxılmış imkanların yerini doldurmaq bütövlükdə 
əlavə  xərclərin hesabına başa gəlir. Eyni zamanda
müəssisənin fəaliyyətinə İS və İT-nin effektiv tətbiq edilməsi 


İnformasiya sistemləri menecmenti
 
125 
üçün bacarıqlı menecer lazımdır. Yalnız müəssisənin planlı və 
məqsədyönlü inkişafının təsirli alətini informasiyalaşdırma 
vasitələrinin köməyilə etmək olar. Gələcək istifadəçilərin bu 
prosesdə iştirakı mühüm amildir. Bu həm ayrı-ayrı iş yerləri, 
həm də bütövlükdə müəssisənin təşkilati strukturu üçün 
informasiyalaşdırmadan alınan nəticələri vaxtında qeydə 
almağa imkan verir (işçilərin ixtisasına tələblərin dəyişməsi, 
mərkəzdənqaçmanın labüdlüyü və s.). 
Nəzərə almaq lazımdır ki, İS-nin yaradılması və inkişafı 
çətin, kompleksli və elmtutumlu sferadır. Onun müvəffəqiy-
yətli fəaliyyəti peşəkar kadr və idarəçi (İM), eyni zamanda  
maliyyə potensialı tələb edir.  
 


İnformasiya sistemləri menecmenti
 
126 
FƏSİL 8 
 
İnformasiya sistemlərinin təşkilati strukturunun 
formalaşdırılması 
 
8.1. İnformasiya sistemlərinin təşkilati strukturunun 
mahiyyəti və onun formalaşdırılması 
 
Müasir dövrdə informasiya texnologiyalarının sürətli 
inkişafı onun iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən 
maliyyə - bank, ticarət, sənaye və rabitə sahələrində geniş 
tətbiq olunmasına səbəb olmuşdur. Bu günkü inkişaf nəti-
cəsində informasiya sistemləri istehsal amilinə çevrilmişdir, 
yəni informasiya sistemləri müəssisənin fəaliyyətinin 
nəticəsinə bilavasitə  təsir edir. Belə ki, istənilən  şirkətin və 
təşkilatın uğurlu fəaliyyəti bu gün informasiya texnologiya-
larından çox asılıdır və bu asılılıq vaxtaşırı güclənir. 
İS-nin idarə edilməsi və ona xidmət göstərilməsi yalnız 
texniki vəzifə kimi qalmır və eyni zamanda şirkətin biznes 
proseslərinə inteqrasiya edilməsinin tərkib hissəsinə çevrilir. 
İnformasiya texnologiyaları bölməsinin  əsas missiyası infor-
masiya xidmətlərinin istifadəçilərə etibarlı təqdim edilməsidir.  
Qeyd edək ki, informasiya sistemləri nə  qədər mürək-
kəbdirsə, servis mühəndislərinin ixtisasına tələbat da bir o 
qədər yüksək olur. Ən vacibi isə onun etibarlı  və sabit işini 
təmin edən informasiya sistemlərinin xidmətinin (qulluğunun) 
təşkilati qaydalarına  əməl edilməsidir.  İnformasiya texno-
logiyaları bölməsinin fəaliyyətinin təşkil edilməsinə texniki 
yanaşma arzu edilən nəticəni vermir. Hətta yüksək etibarlı 
kompleksin tətbiqindən sonra informasiya sistemlərindən 
imtinaların miqdarı personalın səhv təşkil edilmiş  hərəkət-
lərinin nəticəsində  əvvəlkindən  əhəmiyyətli dərəcədə yüksək 
olur. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə