Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə36/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   53

İnformasiya sistemləri menecmenti
 
118 
rəhbərin şəxsi dəstəyini və mürəkkəb qərarların tez qəbulunu 
dəfələrlə tələb edəcək.  

 
Əməkdaşların güclü motivasiyası. Yeni sistemin 
tətbiq edilməsi bir çox əməkdaşlar üçün sınaqdır, çünki 
onlardan çoxlu əlavə səylər tələb olunur. Bu proses  yeniliyin 
işləməyə başlaması üçün məsləhətçilərin yanında keçirilmiş  
yeni sxemlərin öyrədilməsi və yeni formatda informasiyanın 
toplanmasınadək olan mərhələləri  əhatə edir. Adamların 
seçilməsi üçün rəhbərlər  əməkdaşlara tez-tez vəd verirlər ki, 
tətbiq olunan texnologiya onların iş yerindəki fəaliyyətini 
ciddi surətdə sadələşdirəcəkdir. Lakin sözün əsl mənasında 
hər  şeydən öncə o, bütövlükdə  təşkilatdakı prosesi sadələş-
dirəcək, ancaq bir çox əməkdaşlar üçün yalnız öhdəliklərini 
artırır və ya onların funksiyasını köklü surətdə  dəyişir. Yeni 
şəraitlərə uyğunlaşma isə zaman və  səy tələb edir. Ona görə 
də  şirkətin rəhbərliyi layihənin həyata keçirilməsində 
əməkdaşların güclü marağının yaradılmasına çox diqqət 
ayırmalıdır. Rəhbərlik  əməkdaşlara həm maliyyə, həm də 
mənəvi dəstək verməlidir. Özü də o, bütövlükdə  şirkətin 
nəticəsinin yüksəldilməsi ilə bağlı olmalıdır.  İlk növbədə 
onları  aşkar etmək lazımdır ki, kim layihəyə ciddi təsir edə 
bilər. Ancaq təşkilata həddindən artıq bağlı deyil, layihəyə 
marağı yoxdur və  rəhbərlik onların “möhkəmlənməsi” üçün 
təsirli tədbirlər həyata keçirməlidir. Motivasiya nöqteyi-
nəzərindən onların öz ixtisasının artırılmasının imkanlarını 
əməkdaşlara başa salmaq çox faydalıdır. 

 
Layihənin güclü meneceri. Burada söhbət məslə-
hətçilər tərəfindən işə  rəhbərlik edən adamdan deyil, yeni 
avtomatlaşdırılmış informasiya sistemini tətbiq edən  şirkətin 
əməkdaşı haqqında gedir. 
 
 
 


İnformasiya sistemləri menecmenti
 
119 
7.4. İnnovasiya layihələrinin idarə olunması: 
Avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi 
 
Müəssisənin innovasiya fəaliyyəti ayrı-ayrı innovasiya 
proqramlarından ibarətdir. Onlardan hər biri isə öz 
növbəsində ayrı-ayrı innovasiya layihələrini özündə  əks 
etdirir. 
Hər bir layihəni elə planlaşdırmaq lazımdır ki, onun 
yerinə yetirilməsi qoyulmuş vaxt ərzində  və  məhdud resurs-
lardan istifadə etməklə qarşıya qoyulmuş  məqsədə nail 
olunsun. Bununla yanaşı nə isə yeni bir şeyin yaradılması üzrə 
istənilən layihələrin həyata keçirilməsi cari istehsal fəaliy-
yətindən əhəmiyyətli dərəcədə fərqlənir. Avtomatlaşdırma və 
informasiyalaşdırma layihəsinin həyata keçirilməsi  əhəmiy-
yətli xərc tələb edir.  
Yuxarıda deyilənləri ümumiləşdirərək belə bir nəticəyə 
gələ bilərik ki, həm həyat qabiliyyətli AİS-in yaradılması, 
həm də onun iqtisadi effektivliyi layihənin idarə olunması  
informasiya menecmentinin səviyyəsindən asılıdırlar. 
Layihənin müvəffəqiyyətlə tətbiq edilməsi üçün müştəri 
şirkətinin  əməkdaşlarının üzərinə  işin xeyli hissəsi düşür və 
əgər o, arzuedilən nəticələrə nail olmaq istəyirsə, rəhbərlik 
hələ müqavilənin imzalanmasına qədər bu fikrə alışmalıdır. 
Müəssisələrin rəhbərləri üçün məsləhətçilərlə birgə  işləmək 
üçün əməkdaşların müəyyən olunması ən çox çətinlik yaradan 
haldır. Bu xüsusən müştəri tərəfindən layihənin ixtisaslaşmış 
menecerinin təyin edilməsində özünü göstərir. Aşağıdakı 
cədvəldə icraçı  iştirakçıların tərkibini və onların funksiya-
larını əks etdirən sxem verilmişdir. 
Beləliklə, AİS-in tətbiq edilməsinin iştirakçıları şirkətin 
ali menecmentinin, layihənin menecerinin (informasiya mene-
ceri), avtomatlaşdırma  şöbəsinin  əməkdaşlarının (şirkətin in-
formasiya texnologiyası bölməsi), işçi qrup layihəni hazır-


İnformasiya sistemləri menecmenti
 
120 
layan  şirkətin məsləhətçilərinin və s. hər birinin funksiyala-
rına daha ətraflı baxaq. 
 
Layihənin iştirakçıları Onların funksiyaları 
Şirkətin ali rəhbərliyi 
Layihənin məqsəd və 
vəzifələrini müəyyən edir 
Layihənin meneceri 
Təklif edilmiş alternativlərdən 
konkret qərarı seçir, işi təşkil 
edir, layihənin həyata 
keçirilməsinə görə 
cavabdehlik daşıyır 
Layihə iştirakçılarının 
avtomatlaşdırılmış sisteminin 
şöbəsi 
Yeni texnologiyaları tətbiq 
edir, əməkdaşları öyrədir 
İşçi qrup (gələcəkdə sistemin 
istifadəçiləri olacaq 
mütəxəssislər daxil olmaqla) 
Zəruri informasiyanı toplayır, 
seçilmiş texniki qərarı tətbiq 
edir 
Xarici məsləhətçilər 
Texniki qərarları işləyib 
hazırlayırlar, tətbiq prosesini 
müşaiyət edir, əməkdaşları 
öyrədirlər və s. 
 
Cədvəl 1. Avtomatlaşdırılmış informasiya sisteminin 
tətbiq edilməsi layihəsinin iştirakçıları və onların funksiyaları. 
 
Layihənin meneceri  hər  şeydən  əvvəl avtomatlaşdır-
manı  həyata keçirən müəssisənin  əməkdaşıdır.  İdealda bu 
avtomatlaşdırma və informasiyalaşdırma (informasiya mene-
ceri) məsələləri üzrə ixtisaslaşmış idarəçidir. Layihənin 
“ideal” menecerinin şəxsi keyfiyyətlərinə və ixtisasına aşağı-
dakı tələblər aid edilir: 


İnformasiya sistemləri menecmenti
 
121 

 
yaxşı  təhsilə, avtomatlaşdırma üzrə ixtisaslaşmış 
təhsilə malik olmalı; 

 
yüksək texnoloji sistemlərin tətbiqi üzrə  iş 
təcrübəsinə malik olmalı; 

 
tez öyrənən olmalı; 

 
çevik olmalı; 

 
intizamlı olmalı; 

 
“çətin” qərarları tez qəbul etməyi bacarmalı; 

 
işçiləri həvəsləndirməyi bacarmalı. 
Sifarişçi tərəfindən informasiya sisteminin tətbiq edil-
məsi üzrə kompleks layihənin rəhbəri məhz qeyd olunan key-
fiyyətlərə malik olmalıdır. O, yaxşı başa düşməlidir ki, layihə-
nin həyata keçirilməsi biznesə hansı təsir göstərəcək? Şirkətin 
əsas biznes proseslərindən baş  çıxacaqmı?  İstehsalçılarla sıx 
kontaktı saxlamaq lazımdır ki, məsləhətçilərin təklif etdikləri 
model praktikada istifadə edilən rahat alət olsun. Layihənin 
meneceri şirkətin hər bir əməkdaşı ilə praktiki olaraq kontakt 
tapmağı, meydana çıxan münaqişələri yerindəcə  həll etməyi 
və layihənin tətbiqi üzrə  gərgin  əməyə bütün ətrafdakıları 
həvəsləndirməyi bacarmalıdır. 
Bu, əsasən o hallarda aktualdır ki, yeni texnologiyaların 
paralel olaraq tətbiqilə  təşkilat özünün biznes layihələrini 
yenidən qurmaqla məşğul olur. Bu isə  işin sxeminin və 
hamının adət etdiyi prosedurları dağıdan və  əksər işçilərin 
maraqlarına toxunan münaqişəli məsələdir. Hər şeydən əvvəl
şirkətlər elə bu iki məsələni  əvəzləyir.  İnformasiya texno-
logiyası mütəxəssislərin təklif etdikləri ideal modelin tələbi 
altında biznes proseslərinə düzəliş verirlər. Belə layihə  çətin 
məsələlərin və potensial ziddiyyətlərin dumanıdır. Lakin 
bütün bunların öhdəsindən yalnız yüksək ixtisaslı mütəxəssis, 
yəni sifarişçinin nümayəndəsi gələ bilər. Lakin sadəcə olaraq 
başa düşmək lazımdır ki, layihənin meneceri və müştəri 
tərəfindən  əməkdaşların qrupu lazımdır. Bu isə  nəticəyə nail 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə