Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə39/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   53

İnformasiya sistemləri menecmenti
 
130 
texnologiyalarda (texniki və texnoloji ixtisaslaşma)  əməkda-
şın ixtisaslaşmasını nümunə göstərmək olar. 
İnformasiya texnologiyaları bölmələrinin  əməkdaşla-
rının ixtisaslaşması da mümükündür. Birləşdirilmiş (kombina-
siya edilmiş) ixtisaslaşma  əməkdaşların nümunəvi kompleks 
istehsal funksiyalarını (personal sahəsində  işləmələr, isteh-
salın idarə edilməsi, satış və s.) və onların müvafiq ixtisaslaş-
masını  nəzərdə tutur. Bir neçə  tətbiqi sistemləri  əhatə edən 
vəzifələrin həllində planlaşdırmanı  və  əlavələrin hazırlan-
masını  təbii olaraq ixtisaslaşmış  əməkdaşlara tapşırmaq 
lazımdır. 
Hesablama mərkəzlərində  işçilərin öz spesifik isti-
qamətləri (oriyentasiya) mövcuddur: menecment, verilənlərin 
inzibatçısı, informasiya və hesablama şəbəkələrində  (şəbəkə 
inzibatçısı) işçilərin nümunəvi ixtisaslaşmasını verir. 
Funksiyaların əhəmiyyətli genişlənməsi şəraitində və İE 
bölməsinin həcmindən asılı olaraq öz-özünə başa düşülür ki, 
işlərin yerinə yetirilməsinin, hətta ayrı-ayrı  təşkilati fazaları 
üzrə  işçilərin həm də daha dar ixtisaslaşması mümkündür. 
Məsələn, informasiya emalının ayrı-ayrı sferalarında (satış, 
personalın idarəedilməsi, uçot və b.) planlaşdırma, icraetmə, 
idarəetmə və nəzarət üzrə ixtisaslaşma. 
Praktikada həm də müşahidə etmək olur ki, müəssisədə 
həm “dar” mütəxəssislərin, həm də geniş profilli mütəxəs-
sislərin roluna baxışlar vaxtı çatanda əhəmiyyətli dərəcədə 
dəyişə bilər. 
Buna o səbəb ola bilər ki, “dar çərçivəli” mütəxəssis-
lərin xeyrinə İE-nin vəzifələrində informasiyalaşdırmanın de-
mək olar ki, bütün vasitələrinin artan mürəkkəbliyi (çətinliyi), 
universal mütəxəssislərin isə sistemlərin inteqrasiyasının və-
zifələri ilə  əlaqəli olan problemlərin “ümumi görünüşünün” 
olduqca  əhəmiyyətli rolunun xeyrinə  dəyişir. Praktiki olaraq 


İnformasiya sistemləri menecmenti
 
131 
indiyədək bütün mövcud olan sistemlərin təşkilati idarə 
edilməsi, əsasən, mərkəzləşdirilmiş idi.  
Mərkəzləşdirilmiş idarəetmənin antipodu kimi xarici 
hiddətləndirən təsirlərə, lokal reaksiyalara icazə verən 
qərarların təyinatlı  qəbul edilməsinin sistemləri xidmət edir. 
Belə sistemlərdə iyerarxiya mütləq deyil. Onlar demək olar ki, 
hamar struktura malik ola bilər, ancaq burada idarəetmənin 
mütləq mərkəzi olmalıdır. Hər bir halda xüsusi lokal 
qərarların qəbul edilməsində müəyyən azadlığa malikdir. Belə 
sistemlər daha çox sabitliyə,  ətraf mühitdə baş verən 
dəyişmələrə uyğunlaşması üçün ən yaxşı imkanlara malikdir. 
Bu vaxt özbaşınalığa yol vermək olmaz, ona görə ki, istənilən 
təşkilat müəyyən məqsədlərin naminə yaşayır. Təbii ki, 
idarəetmənin mərkəzindən məqsəd daha aydın görünür, 
mərkəz qlobal qərarları qəbul etmək iqtidarındadır. 
İdarəetmədə qeyri-mərkəzləşdirmənin nəticəsi (ən dəqi-
qi isə menecmentdə  sərt iyerarxiyadan geri çəkilmə)  İE-da 
qeyri-mərkəzləşdirməyə çevrilir. 
İstənilən fəaliyyətin qeyri-mərkəzləşdirilməsinə  texno-
loji, məkan və  təşkilati nöqteyi–nəzərindən baxıla bilər. 
Məkan qeyri-mərkəzləşdirilməsi  İE-nin funksiyalarını yerinə 
yetirən texnoloji komplekslərin yerləşdiyi fiziki yerə söykənir. 
Bununla sıx  əlaqədə olan texnoloji qeyri-mərkəzləşdirilmə 
bölüşdürülmüş verilənlər və bölüşdürülmüş sistemli proqram 
vasitələrinin,  şəbəkələrin və texniki vasitələrin səviyyələrini 
əhatə edir. Təşkilati qeyri-mərkəzləşdirilmədə  İE-nin vəzifə-
lərinin bölüşdürülməsi və onların nəticələrinə görə cavab-
dehlik həyata keçirilir. Keçmiş onillik ərzində  İE sferasının 
qeyri-mərkəzləşdirilməsinin dərəcəsi yalnız böyüyürdü. Hər 
şeydən çox qeyri-mərkəzləşdirilməyə meyil iqtisadi səmərə-
liliklə izah edilir. Məlumdur ki, “qiymət-məhsuldarlıq” kiçik 
informasiya sistemləri üçün xeyli dərəcədə daha yaxşıdır. 


İnformasiya sistemləri menecmenti
 
132 
Lakin son illər bu meyil əksinə, yəni mərkəzləşdirmə 
meyilləri ilə əvəz edilir. 
 
8.3. İnformasiya sistemlərinin təşkilati  
strukturlarının növləri 
 
İnformasiya sisitemlərinin təşkilati strukturunun növlə-
rinə aiddir: 

 
Verilənlərin fərdi emalı, 

 
İnformasiya mərkəzləri. 
Təşkilati, texnoloji və məkani qeyri-mərkəzləşdirmənin 
əsas versiyası verilənlərin fərdi emalıdır (VFE) – Personal 
Computing. Belə sistemlərdə son istifadəçilər fərdi kompüteri 
(FK) müvəffəqiyyətlə tətbiq edərək xüsusi proqramları işləyib 
hazırlaya bilərlər. 
Bu işlər son istifadəçiyə yönəldilmiş proqramlaşdırma 
vasitələrilə  dəstəklənir. Belə proqram vasitələrinə “stolüstü” 
baza verilənlər sistemini, web - saytların yaradılması proq-
ramını, təsvirlərin emalı proqramlarını aid etmək olar. 
Verilənlərin fərdi emalının informasiya sistemlərində is-
tifadə edilməsi müxtəlif məqsədlər daşıyır. Bu, hər şeydən əv-
vəl, tətbiqi sistemlərin peşəkar hazırlayıcıların səmərəliliyini 
təmin edir və yüksək ixtisaslı son istifadəçilər öz funksiyaları-
nın yerinə yetirilməsinə daha çox imkanlar əldə edirlər. Son 
istifadəçiyə yönəldilmiş proqramlaşdırmanın vasitələrindən 
istifadə etməklə onlar müxtəlif xüsusi proqramlar işləyib ha-
zırlaya bilərlər. Eyni zamanda, qısamüddətli proqramları (bir-
dəfəlik vəzifələr) daha peşəkar vasitələrlə hazırlamaq məqsə-
dəuyğun deyil. İstifadəsi (ömrü) qısamüddətli olan proqram-
ların yaradılması üçün bir neçə  səbəblər var. Birincisi, bu 
imitasiya modellərinin, analitik vəzifələrin yerinə yetirilməsi 
üçün proqramların yaradılmasıdır. Bu halda modelin mahiy-
yətini peşəkar hazırlayana izah etməyin problemləri meydana 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə