Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə40/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   53

İnformasiya sistemləri menecmenti
 
133 
çıxır. İkincisi, bu və ya digər problemlərin həllini tapmaq im-
kanı verən proqramlardır. Üçüncüsü, bu, hər şeydən öncə, gə-
ləcəkdə təkrar olunmayacaq və meydana çıxa bilməyəcək cari 
vəzifələrdir. Ömrü qısa-müddətli olan proqramlarda verilən-
lərin fərdi emalı (VFE) praktik olaraq həmin “xərclər-nəticə” 
münasibətini yaxşılaşdırır.  İnformasiya sistemlərinin istifadə 
edilməsinin səmərəliliyi və son istifadəçilərin cavabdehliyi 
artır. Ondan başqa, belə əlavələr peşəkar istehsal təşkilatları-
nın yaradılması üçün prototiplər ola bilər. 
Verilənlərin fərdi emalının (VFE) göstərilmiş üstünlük-
ləri informasiya sistemlərində realizə edilə bilər.  Əgər proq-
ramlar uğurla seçilərsə, son istifadəçilər zəruri dəstəklə təmin 
ola bilərlər. Verilənlərin fərdi emalı cərçivəsi daxilində yara-
dılması üçün zəruri proqramlar aşağıdakı əlamətlərə malik ol-
malıdır: 

 
işləmənin mürəkkəbliyi və  əmək tutumunun yüksək 
olmaması; 

 
proqramın ömür müddətinin qısa olması, yəni aylarla 
ölçülməsi; 

 
verilənlərin həcminin məhdud olması;  

 
onun hissələrinin və ya bütün planlaşdırılan tətbiqi 
sistemi üçün informasiya sistemlərinə verilmiş 
elementin dəfələrlə tətbiq edilməsinə imkan və tələbat 
yoxdur; 

 
başqa tətbiqi sistemlərlə  fəal və daimi kontaktlar 
mövcud deyil və ya onlardan qorunmamaq olar

 
məlumatların saxlanmasına və müdafiəsinə görə 
tələblərin yüksək olmaması. 
Yuxarıda deyilənlərdən tamamilə aydın olur ki, verilən-
lərin fərdi emalını (VFE) yalnız xüsusi hallarda tətbiq etmək 
olar.  İE-nin belə  təşkili ya çox kiçik müəssisələr,  şirkətlər 
üçün ya da əməkdaşların bilik səviyyəsi üçün mümkündür.  
 


İnformasiya sistemləri menecmenti
 
134 
İnformasiya mərkəzləri. 
Qeyri-mərkəzləşdirilmiş strukturlar tamamilə qüsursuz 
deyil və bir sıra mövqelərinə görə  mərkəzləşdirilmiş struk-
turlarla ayaqlaşa bilmir. 
İnformasiya sistemləri sahəsində  mərkəzləşdirilmiş  təş-
kilati formalara marağın yaranmasının səbəbi texnoloji 
avadanlığın mürəkkəbliyinin artmasıdır. Hesablama şəbəkə-
sindəki iş informasiyanın mühafizəsinə sərt tələblər qoyur. 
Yeni  şəraitlərdə ixtisassız istifadəçilərin hərəkəti 
informasiya sistemlərində xaos yaradır. Daha çox sərbəstlik – 
daha çox cavabdehlik. Qeyri-mərkəzləşdirilmiş  şəraitlərində 
istifadəçi özü öz fayllarına, proqramlarına, qurğularına nəzarət 
etməlidir. Son istifadəçinin  əsas işinə sistem inzibatçısının,  
bəzi hallarda isə servis (xidmət) mühəndisinin və proqram-
çının vəzifələri gözlənilmədən  əlavə olundu. İstifadəçilərin 
səyləri sayəsində fayl serverləri informasiya zibilinin yığınına 
çevrilirlər.  İnternetdə  və lokal şəbəkədəki iş virusların tez 
yayılmasına səbəb olur. Bu şəraitlərdə informasiya texno-
logiyaları bölmələrinin  əməkdaşlarının qarşısında qayda 
yaratmaq və  nəzarəti həyata keçirmək kimi vəzifələr durur. 
Bu məsələlərin təbii həlli informasiya sistemlərinin son 
istifadəçilərinin mərkəzləşdirilmiş dəstəyi və xidmətini zəruri 
edir. 
İS sisteminin mərkəzləşdirilməsinin xeyrinə  aşağıdakı 
sübutları göstərmək olar: 

 
rəhbərlik üçün informasiyanın hazırlanması pro-
sesinin yüngülləşdirilməsi

 
bütün mövcud olan verilənlərə  və instrumental 
vasitələrə daha operativ və əsaslı daxil olma; 

 
operativ imkan; 

 
fəaliyyətin səmərəli və dərin təhlili. 
Son onilliklər  ərzində mütəxəssislərin topladıqları  təc-
rübə göstərir ki, böyük informasiya sistemlərinin qurulması 


İnformasiya sistemləri menecmenti
 
135 
müasir informasiya sistemlərinin ehtibarlılığının artması 
problemlərini yerindəcə həll etməyə imkan verir. Ona görə də 
informasiya sistemlərinə mövcud olan baxışları  dəyişmək 
lazımdır. Başqa sözlə, etibarlılıq, səmərəlilik və idarəçilik 
məsələlərinin həlli hər  şeydən öncə texniki sahənin deyil
ideoloji və təşkilati sahənin üzərinə düşür. 
İnformasiya mərkəzlərinin yaradılmasının üç vacib 
tərkib hissəsi mövcuddur:  

 
 Memarlıq (arxitektura). Sistemin qurulmasının 
strateji məsələləri: mərkəzləşdirmə, serverlərin funksional 
ixtisaslaşması, idarəetmənin strategiyası, etibarlılığın və 
ehtiyatda saxlamanın təmin edilməsi, hesablama mərkəz-
lərinin şəbəkə magistralları.  

 
Layihələşdirmə və istismar. Sistemin layihələndiril-
məsi və  sənədləşdirilməsi, istismarın qaydaları  və prosedur-
ları, yüksək hazırlığın təmin edilməsinin təşkilati məsələləri, 
servis dəstəyi, məhsuldarlığın monitorinqi və optimallaşdırıl-
ması, profilaktiki işlər. 

 
Personal.  Vəzifə  təlimatları,  ştat cədvəli, ixtisasın 
artırılması, istifadəçilərin dəstəklənməsi, idarə nizam-
intizamı.  
Lakin  İS-nin və  İE-nın sərt mərkəzləşdirilməsi  şərait-
lərində “insan amilinin” yanından keçmək mümkün deyil. 
İnformasiya mərkəzlərinin işinin təşkil edilməsi üçün ştat 
cədvəlləri, vəzifə  təlimatları, ixtisasın vaxtaşırı artırılması 
zəruridir.  İnformasiya mərkəzlərinin personalına ziddiyyətli 
tələblər irəli sürürlər. Bir tərəfdən onlar texniki cəhətdən 
savadlı, daimi öz ixtisasını artıran, bütün son texnoloji 
yeniliklərdən xəbərdar olan adamlar olmalıdır. Başqa bir 
tərəfdən, sənaye istismarında olanlara yüksək dərəcədə 
konservativ yanaşma tətbiq edilməlidir. Eksperimentlər və 
hətta “təlim həyəcanları” informasiya mərkəzlərinin başlıca 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə