Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə43/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   53

İnformasiya sistemləri menecmenti
 
143 
hazırlanması  vəzifəsi  İT bölmələrinin  əməkdaşlarından 
əməliyyat əməkdaşlarına keçməsi ilə bağlı ola bilər. Bu halda 
iqtisadi effekt “proqramçıların” və  əməliyyat işçilərinin 
əməkhaqlarının səviyyələrində fərqə əsasən müəyyən edilir. 
İndiki halda AİS-in fəaliyyətinin iqtisadi nəticələri (İn) 
ənənəvi texnologiyaların və  İS-in tətbiqindən informasiyanın 
işlənib hazırlanmasına (İİ) çəkilən xərclərdəki fərqə  əsasən  
müəyyən edilir. AİS-in fəaliyyətinin iqtisadi nəticələrinin (İn) 
müəyyən olunması üçün ənənəvi üsulla və avtomatlaşdırma 
vasitələri ilə informasiyanın emalı  əməliyyatlarının  əmək 
tutumunun müəyyən edilməsi üzrə əvvəldən  iş aparılmalıdır. 
Bu iş aşağıdakıları nəzərdə tutur: 

 
informasiyanın emalının əmək tutumu;  

 
icraçıların orta sayı;  

 
informasiya vahidinin işlənib hazırlanmasının orta 
maya dəyəri. 
İS-in tətbiqi zamanı göstəricilərin qiymətləndirilmə-
sində  AİS-in növü və ya sahəsi üzrə analoji göstəricilərdən 
istifadə edilə bilər. 
 İS-in təşkili və yaradılmasına qoyulan əsaslı  xərcləri 
faktiki (şirkətin maliyyə xidmətləri tərəfindən qeydə alınmış) 
xərclərin səviyyəsindən və planlaşdırılmış  xərclərdən  çıxış 
edərək müəyyən edirlər.  İS-nə qoyulmuş  əsaslı  xərclər  İS-in 
işlənib hazırlanmasına və  tətbiqinə qoyulan xərclərin nəzərə 
alınması ilə İS-in ayrı-ayrı komponentlərinin qiyməti əsasında 
müəyyən edilir. 
M
x
 =  Komponentlər_ İS +  Xərclər 
İS-in  komponentləri, dedikdə,  İS-in texnoloji tərkib 
hissələrinin alınmasına qoyulan xərclər başa düşülür. Xərclər 
isə - İS-in yaradılması, tətbiqi və  mənimsənilməsi üzrə 
tədbirlərə yönəldilən  vəsaitdir. 
Ümumiyyətlə,  İS-in  fəaliyyətinin iqtisadi nəticələrinin 
qiymətləndirilməsinin vahid metodikası yoxdur və ola bilməz. 


İnformasiya sistemləri menecmenti
 
144 
Bu göstəricinin qiymətləndirilməsinə yanaşma müəssisənin 
tipindən, AİS-in  növündən,  menecmentin qarşısında qoyulan 
və  AİS-in tətbiqi yolu ilə  həll olunan məsələlərdən asılıdır. 
Bəzi hallarda iqtisadi səmərəlilik  əməkhaqqı fondunun 
qənaəti, digər hallarda - (əməkhaqqının yüksəlməsi ilə yanaşı) 
əmək məhsuldarlığının və  nəticədə, gəlirin artması, başqa 
hallarda isə - informasiyanın işlənib hazırlanmasında qüsur-
ların və müvafiq xərclərin (məsələn, mühasib uçotunun 
avtomatlaşdırılmasının tətbiqi nəticəsində  cərimələrin azal-
ması) sayının azalması ilə müəyyən ediləcək. Buna görə  də 
iqtisadi nəticənin qiymətləndirilməsi metodikasının seçilmə-
sindən başqa onun əsaslandırılması da informasiya menec 
mentinin əsas vəzifəsidir. 
Lakin informasiya texnologiyaları meneceri bilməlidir 
ki, iqtisadi səmərəliliyin statik qiymətləndirilməsi metodikası 
praktikada təsdiqini tapa bilməyəcək, təhrif olunmuş  nəticə 
verə bilər.  
Ümumiyyətlə,  İS-in iqtisadi səmərəliliyinin qiymət-
ləndirilməsinin statik metodunun əsas çatışmazlıqlarına 
aiddir: 

 
iqtisadi səmərəliliyin qiymətləndirilməsi,  əsasən 
birbaşa yox, analoji AİS-in tətbiqi nəticələri ilə müqayisə 
aparmaqla həyata keçirilir;    

 
sistemin işsiz dayanması  və bu dayanmaların 
“qiyməti” nəzərə alınmır; 

 
İS-in yaradılması  və  tətbiqi layihəsinin həyata 
keçirilməsinin müddəti nəzərə alınmır; 

 
mümkün olan risklər nə birbaşa, nə də dolayısı yolla 
nəzərə alınmır. 
İS-in inkişafı, təşkilatlarda İS-in tutduğu yerinin dəyişil-
məsi ilə əlaqədar İS-in iqtisadi səmərəliliyinin qiymətləndiril-
məsinin daha dəqiq metodları  işlənib hazırlanmışdır. Diqqəti 


İnformasiya sistemləri menecmenti
 
145 
ona yetirmək lazımdır ki, metodun tətbiqi əməliyyat səviyyəli 
böyük AİS və birləşmiş KİS üçün görünür ki, mümkün deyil. 
 
9.3. İS-in iqtisadi səmərəliliyinin qiymətləndirilməsinin 
nümunələri 
 
İqtisadi səmərəliliyin qiymətləndirilməsinin statik meto-
dunun çatışmazlıqlarına baxmayaraq, hazırda çox geniş tətbiq 
edilir. Bunun səbəbləri - məsələnin sadə qoyulması və qiymət-
ləndirmənin əldə olunması üçün az vaxtın sərf edilməsidir.  
Lakin  İS-in fəaliyyətinin iqtisadi nəticələrinin vahid 
metodikasının yoxluğu  İT-menecerlərinin işini çətinləşdirir. 
Müxtəlif AİS və təşkilatlar üçün iqtisadi səmərəliliyin qiymət-
ləndirilməsi metodunun tətbiqi nümunələri (prototiplər) böyük 
əhəmiyyət kəsb edir. 
Hazırkı bölmədə  AİS-in iqtisadi səmərəliliyinin, məsə-
lən, sənədlərin dövriyyəsinin AİS-in və  fəaliyyətin iqtisadi 
təhlilinin AİS-in qiymətləndirilməsi nümunəsi verilir. Baxma-
yaraq ki, bu nümunələr müəyyən dərəcədə  təlim xarakteri 
daşıyır, onlar həqiqi vəzifə üçün prototip kimi çıxış edə bilər.  
Kadr uçotunun avtomatlaşdırılmış sisteminin tətbiqinin 
iqtisadi səmərəliliyi. 
Kadr xidmətinin kargüzarlığı və sənədlər dövriyyəsinin 
avtomatlaşdırılması üçün nəzərdə tutulmuş informasiya sis-
temlərinin tətbiqi zamanı yeridilən proqram kompleksinin 
texniki-iqtisadi qiymətləndirilməsinin mühüm praktiki məsə-
ləsi meydana çıxır. Bu təhlilin məqsədi – kadr uçotunun ənə-
nəvi texnologiyası ilə müqayisədə kadr müfəttişinin avtomat-
laşdırılmış iş yerinin (AİY) yaradılması və tətbiqinin iqtisadi 
səmərəliliyinin qiymətləndirilməsidir.  
Şirkətin  əməliyyat (istehsal) fəaliyyətinin nəticələrinə 
kadr uçotunun AİS-in bilavasitə  təsiri olmaması  səbəbindən 
tətbiqinin iqtisadi səmərəliliyi yalnız dolayı yolla yəni 
maliyyə, əmək və digər ehtiyatların qənaətindən səmərə kimi 
qiymətləndirilə bilər.  İnformasiya sisteminin fəaliyyətinin 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə