Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə41/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   53

İnformasiya sistemləri menecmenti
 
136 
keyfiyyətləri hesab edilən etibarlılığa, təhlükəsizliyə ciddi 
təhdid yaradır. 
Necə olmalı? Sənaye istismarında olan vasitələri və 
testləşdirmə üçün nəzərdə tutulan sistemləri sərt bölmək (ayrı-
ayrı serverlərə, şəbəkənin ayrı-ayrı seqmentlərinə paylamaq), 
sistemə  dəyişmələrin aparılması prosedurlarını seçmək və 
onlara  əməl etmək zəruridir. Həm xüsusi test avadanlığında, 
həm də xüsusi kurslarda əməkdaşların planlı öyrədilməsini 
həyata keçirmək lazımdır. Əməkdaşlara sərbəst inkişaf etmək, 
özünü göstərmək imkanı vermək lazımdır ki, gündəlik  ətalət 
ona gətirib çıxarmasın ki, hətta  ən ixtisaslı  əməkdaşlar da 
dillərinə  gətirsinlər ki, “Darıxdırıcıdır!” və başqa iş yerləri 
axtarmağa başlasınlar. 
İE-ni və  İS-nin təşkilati strukturu müxtəlifdir. Onlar 
istifadəçinin ixtisasının səviyyəsi ilə, informasiya sistemləri-
nin təşkilinin  ənənələrinə uyğun olaraq müəssisənin 
funksional vəzifələri ilə xarakterizə edilir.  
Fəaliyyət göstərən müəssisədə informasiya sistemlərinin 
təşkilati strukturunun formalaşdırılmasına “sınaq və  səhvlər” 
metodu nöqteyi-nəzərindən yanaşmaq mümkün deyil. Ona 
görə  də informasiya texnologiyaları menecerinin vəzifəsi 
toplanmış təcrübəni yaradıcı tətbiq etməkdir. 
İnformasiya sistemləri təşkilatı özü-özündə formalaş-
mır, şirkətin, müəssisənin strukturu ilə bu fəaliyyəti təmin edir 
və əsas fəaliyyətin təşkili ilə bağlıdır. 
 
 


İnformasiya sistemləri menecmenti
 
137 
Maliyyənin_mahiyyəti_və_funksiyaları'>FƏSİL 9 
 
İnformasiya sistemlərinin maliyyəsi 
 
9.1. Maliyyənin mahiyyəti və funksiyaları 
 
İstənilən cəmiyyətin iqtisadi strukturlarının normal 
fəaliyyəti pul vəsaitinin dövlət və müəssisələr, dövlət və əhali 
arasında hərəkətinin düzgün təşkilindən birbaşa asılıdır. 
Dövlət maliyyə mexanizmi vasitəsilə özünün idarəetmə
iqtisadi, eyni zamanda, istehsal və maliyyə strukturları 
üzərində  nəzarət funksiyalarını  həyata keçirir. Qeyd edilən 
funksiyalar yerinə yetirilərkən maliyyə milli iqtisadiyyatın 
inkişafına yönəldilir, həmçinin iqtisadi artıma neqativ 
təsirlərin qarşısı alınır. 
Maliyyə - pul vəsaitləri fondunun xüsusi fondlar və 
müəssisələr vasitəsilə bölüşdürülməsi və istifadəsi istiqa-
mətində münasibətlər sistemidir. 
«Maliyyə» anlayışı latınca «finansiya» - sözündən 
meydana gələrək, ”pul tədiyyəsi, gəlir mənasını” ifadə edir. 
Maliyyə kateqoriyası ilk dəfə XII-XV əsrlərdə İtaliyada, eyni 
zamanda, Avropanın iri ticarət və bank şəhərləri olan 
Florensiya, Venesiyada işlədilmişdir. 
Cəmiyyətin tarixi inkişafının nəticəsi olaraq maliyyə 
anlayışı da təkmilləşərək beynəlxalq anlayış kimi hazırda pul 
münasibətləri sisteminin yaradılması, bölgüsü və istifadəsi 
üzrə münasibətlər sistemini əks etdirir. Eyni zamanda, 
maliyyə iqtisadi kateqoriya kimi iqtisadiyyatın bütün 
sahələrində pul fondlarının yaranması, bölgüsü və istifadəsi 
prosesində yaranan iqtisadi münasibətlər sisteminə daxildir. 
Müasir dövrdə maliyyə sistemi aşağıdakı kimi qruplaş-
dırılır: 
1. Dövlət maliyyəsi
2. Müəssisələrin  maliyyəsi, 


İnformasiya sistemləri menecmenti
 
138 
3. Əhali maliyyəsi
Dövlət maliyyəsi maliyyə sistemi strukturunda aparıcı 
yer tutur. Dövlət maliyyəsinin əsas halqasını gəlir və xərcləri 
özündə əks etdirən büdcə təşkil edir. Dövlət büdcəsinin gəlir 
hissəsinin göstəriciləri dövlətin iqtisadi imkanlarını  və 
dayanıqlığını  əks etdirir. Dövlət büdcə vasitəsilə iqtisadi 
inkişafı, sahələrarası proporsiyanı  təmin edir, ümumi daxili 
məhsulun bölgüsü və yenidən bölgüsünü həyata keçirir. 
Eyni zamanda, maliyyə vasitəsilə dövlət investisiyaları 
artırır, innovasiyaya, iş qüvvəsinə və istehsal amillərinə tələbi 
stimullaşdırır. Bütün bunlar iqtisadi dinamikanı sürətləndirir, 
sənaye və aqrar istehsalı stimullaşdırır,  əhalinin həyat 
səviyyəsini yüksəldir və  məşğulluq problemi öz həllini tapır. 
Dövlət maliyyəsi, eyni zamanda, ölkənin müdafiə  və  hərbi 
qabiliyyətini təmin edir. Qeyd edək ki, hərbi xərclər həm də 
digər sənaye sahələrinin, hər şeydən əvvəl, maşınqayırmanın, 
informasiya texnologiyalarının, optik və kosmik cihazların 
istehsalı müəssisələrinin inkişafına şərait yaradır. 
Müəssisələrin maliyyəsi–müəssisələrlə dövlət, müəs-
sisələrin öz aralarında və müəssisələrlə fiziki şəxslər (əhali) 
arasında yaranan maliyyə münasibətlərinin məcmusunu  əks 
etdirir. Bu cür maliyyə münasibətləri mənfəət və  zərər, 
qarşılıqlı hesablaşmalar, barter əməliyyatları hesabına 
reallaşdırılır. 
Əhali maliyyəsi – ayrı-ayrı şəxslərin, ailələrin gəlir və 
xərclərinin məcmusunu  əks etdirir. Ailə büdcəsinin gəlirini, 
əsasən,  əməkhaqqı, sosial müavinətlər, təqaüdlər, sahibkarlıq 
fəaliyyətindən  əldə olunan gəlir və s. təşkil edir. Büdcənin 
xərci isə müxtəlif zəruri ehtiyaclara və əmanətə yönəldilir. 
Maliyyə sistemi təkcə pul fondlarının yaranmasını deyil, 
eyni zamanda, ondan istifadə olunma mexanizmini, üsullarını 
əhatə edir, qarşılıqlı  fəaliyyət göstərən maliyyə münasibət-
lərinin ayrı-ayrı həlqələrini əks etdirir.  Maliyyənin funksiyası 


İnformasiya sistemləri menecmenti
 
139 
dedikdə, ona məxsus vəzifələrin təzahürü, yəni onun iqtisadi 
münasibətlər sistemində yerinə yetirdiyi rol başa düşülür. 
Maliyyə əsasən iki funksiyanı yerinə yetirir: 
1. Bölüşdürücü funksiya, 
2. Nəzarət funksiyası. 
Maliyyənin bölüşdürücü funksiyası ümumdaxili 
məhsulun, milli gəlirin bölüşdürülməsi və yenidən bölüş-
dürülməsini yerinə yetirir. Dövlətin milli gəlirinin yaradıl-
masının maddi əsasını ÜDM-in təkrar istehsalı təşkil edir. 
Maliyyə nəzarət funksiyası vasitəsilə dövlət və xüsusi 
(özəl) müəssisələrin inkişafının, vəsaitlərin düzgün istifadə-
sinin təmin edilməsini yerinə yetirir. Maliyyə nəzarəti manatla 
nəzarətə və maliyyə orqanlarının həyata keçirdikləri nəzarətə 
bölünürlər. 
Məlumdur ki, mürəkkəb, çoxfunksiyalı informasiya 
sistemi böyük maliyyə qoyuluşlarını  tələb edir. Belə bir rəy 
mövcuddur ki, AİS-in  əməliyyat (istehsal) fəaliyyətinin 
nəticələrinə bilavasitə təsir etməməsi və yalnız informasiyanın 
işlənib hazırlanmasına və idarəetmə  qərarlarının qəbul 
edilməsinə köməkliyin göstərilməsinə görə  AİS-in iqtisadi 
səmərəliliyinin qiymətləndirilməsi qeyri-mümkündür. 
Lakin bu hər zaman belə deyil. Maliyyə-kredit təşkilat-
ları, sığorta  şirkətləri, rabitə müəssisələri üçün AİS çoxdan 
istehsal amilinə, yəni istehsalın əsas vasitələrinə çevrilmişdir. 
Bundan  əlavə, iqtisadi informasiya sistemi (bu tipli şirkətlər 
üçün AİS-in spesifikası olan) şirkətin strateji üstünlüyünün 
amili kimi çıxış edir. Sözsüz ki, bu vəziyyət informasiya 
məhsulları  və informasiya xidmətləri bazarında fəaliyyət 
göstərən  şirkətlərə  də aiddir. Yuxarıda sadalanan bütün 
şirkətlər üçün AİS məhsulun dəyərinə və şirkətin mənfəətinə 
birbaşa təsir göstərən istehsal amilidir. Bu halda həm AİS-in 
yaradılmasına və tətbiqinə, həm də onun gündəlik istismarına 
çəkilən xərclərin qiymətləndirilməsi zəruridir. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə