Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə44/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   53

İnformasiya sistemləri menecmenti
 
146 
bütövlüklə  təkmilləşdirilməsi hesabına səmərəlilik dolayı 
yolla  şirkətin  əməliyyat fəaliyyətində  əksini tapır. Dolayı 
yolla səmərəliliyi  əks edən göstəricilərə: informasiya keyfiy-
yətinin, onun həqiqiliyinin, dəqiqliyinin və obyektivliyinin 
artmasını, informasiyanın  əldə edilməsi və  işlənib hazırlan-
masına ayrılan vaxtın azalmasını, informasiyanın ötürü-
lməsində qüsurların azalmasını, informasiyanın qorunması və 
təhlükəsizliyinin təmin olunmasını aid edirlər. Beləliklə, bu 
göstəricilər informasiya idarəetməsinin səviyyəsinin artmasını 
xarakterizə edir. 
Kadr uçotunda AİS-in tətbiqindən  əldə olunan dolayı 
iqtisadi səmərəni iki istiqamətdə qiymətləndirmək olar: 

 
iş vaxtının qənaəti, nəticədə kadr xidmətinin və 
maliyyə işçilərinin əməkhaqqının qənaəti; 

 
informasiyanın ilkin daxil edilməsi və  işlənib 
hazırlanması zamanı nöqsanların azalması. 
Mütəxəssislər arasında belə bir rəy mövcuddur ki, 
proqram təminatının (PT) tətbiqindən pul ifadəsində tam 
səmərənin əldə edilməsi qeyri-mümkündür. Bunun üçün əlavə 
keyfiyyət göstəriciləri mövcuddur. Bu gün Robert Kaplan və 
Devid Norton tərəfindən işlənib hazırlanmış  və qiymət-
ləndirmənin həm kəmiyyət (pul), həm də keyfiyyət  meyar-
larını  nəzərə alan tarazlaşdırılmış göstəricilər sistemi daha 
geniş tətbiq edilir. 
Keyfiyyət göstəriciləri kimi kadr xidmətinin işində 
müxtəlif risklərin azalması, struktur bölmələrin işinin keyfiy-
yətinin artması  və digər göstəriciləri qeyd etmək olar. Proq-
ram kompleksinin səmərəliliyinə  təsir göstərən amillərə 
aiddir:  

 
təkrarlanan  əməliyyatların ixtisarı hesabına kadr və 
mühasibat işçilərinin əməyinin keyfiyyətinin artması; 

 
informasiyanın işlənib hazırlanmasına ayrılan vaxtın 
azalması; 

 
informasiyanın saxlanılması  və qorunmasının etibarlılıq 
səviyyəsinin artması.  


İnformasiya sistemləri menecmenti
 
147 
FƏSİL 10 
 
İnformasiya sistemlərində investisiya 
 
10.1. İnvestisiyanın mahiyyəti və növləri 
 
Hər bir iqtisadi prosesin fasiləsiz davam etməsi üçün 
kifayət qədər iqtisadi ehtiyat və istehsal amillərinə ehtiyac 
yaranır. Sahibkarlıq fəaliyyəti məqsədi üçün istehsal binasının 
tikilməsi və avadanlıqların quraşdırılmasına hər şeydən əvvəl 
vaxt və pul vəsaiti lazım olur. Belə ki, sahibkar hər hansı bir 
biznes fəaliyyətinə başlamaq üçün ilk növbədə, zəruri 
ehtiyatların alınmasına xərc çəkməlidir ki, istehsal amilləri 
formalaşdırılsın. Ona görə  də iqtisadiyyatda birinci növbədə 
istehsal prosesinin təmin olunması üçün vəsait qoyuluşu 
zərurəti yaranır ki, nəticədə qoyulmuş  vəsaitdən proqnoz-
laşdırılan gəlir  əldə edilsin. Məlum olduğu kimi, iqtisadiy-
yatda istehsal prosesinin formalaşdırılması, xammal, material 
təchizatı üçün yatırılmış  vəsaitlə istehsal prosesinin başlan-
ması arasında müəyyən vaxt fərqi yaranır. Ona görə  də 
iqtisadi prosesi daim təkrarlamaq və istehsalın fasiləsizliyini 
təmin etmək üçün əlavə vəsait qoyuluşuna tələbat yaranır.  
Bu və ya digər iqisadi layihələrə  və obyektlərə,  əsas 
istehsal vasitələrinə  və qiymətli kağızlara uzun müddətə 
material və pul vəsaitinin qoyulması  investisiya adlanır. 
İnvestisiyanın zəruriliyini  şərtləndirən amillər müxtəlifdir və 
onları üç istiqamətdə qruplaşdırmaq olar: mövcud material-
texniki bazanın yenilənməsi, istehsal fəaliyyətinin genişlən-
dirilməsi, yeni fəaliyyət növünün mənimsənilməsi. Bütöv-
lükdə cəmiyyətin iqtisadi inkişafı və hər bir vətəndaşın maddi 
rifah halının artması həyata keçirilən investisiya layihələrinin 
uğuru ilə müəyyənləşir. 


İnformasiya sistemləri menecmenti
 
148 
İnvestisiya – müəssisənin aktivlərinə yeni məhsul 
buraxmaq, onun keyfiyyətini yüksəltmək, satış  və  gəlir 
həcmini artırmaq məqsədinə yönəldilən vəsaitdir. Müəssisə 
investisiyası kapitalın sadə və geniş təkrar istehsalını, yeni iş 
yerinin yaradılmasını, əhalinin əməkhaqqı və alıcılıq qabiliy-
yətinin artmasını, dövlət büdcəsinə vergi daxilolmalarının 
axınının çoxalmasını  təmin edir. Eyni zamanda, investisiya 
risklilik xüsusiyyətinə malikdir. Ona görə  də investisiya 
layihəsinin reallaşması istiqamətində qərar verərkən aşağıdakı 
amillər nəzərə alınır: investisiyanın növü, investisiya la-
yihəsinin dəyəri, investisiya mühiti, rəqabət, maliyyə vəsaiti-
nin məhdudluğu, bu və ya digər qərarın qəbulu ilə bağlı risk 
və s. Müəssisənin investisiya fəaliyyəti özündə aşağıdakı əsas 
cəhətləri birləşdirir: investisiya strategiyası, strateji planlaş-
dırma, investisiya layihələndirilməsi və onun səmərəliliyi. 
Ümumiyyətlə, investisiya gəlir (mənfəət) və ya sosial 
səmərə əldə etmək məqsədi ilə sahibkarlıq və digər fəaliyyət 
növləri obyektlərinə qoyulan maliyyə  vəsaitindən, habelə 
maddi və intellektual sərvətlərdən ibarətdir. Belə  vəsait və 
sərvətlərə aşağıdakılar aiddir: 

 
pul vəsaiti, məqsədli bank əmanətləri, kredit, pay, 
səhm və digər qiymətli kağızlar, 

 
daşınan və daşınmaz  əmlak (binalar, qurğular, 
avadanlıq və başqa maddi sərvətlər), 

 
müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və 
digər intellektual sərvətlər, 

 
torpaq və digər ehtiyatlardan, binalardan, qurğulardan
avadanlıqdan istifadə hüquqları, habelə müəlliflik hüququn-
dan irəli gələn başqa əmlak hüquqları, 

 
başqa sərvətlər. 
Müasir iqtisadi mənbələrdə, o cümlədən, qərb 
ədəbiyyatlarında investisiyaya gələcəkdə  səmərəliliyin daha 
da artırılması  məqsədilə sahibkarlıq fəaliyyətinə qoyulmaq  


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə