İnformasiya sistemləri menecmenti
136
keyfiyyətləri hesab edilən etibarlılığa, təhlükəsizliyə ciddi
təhdid yaradır.
Necə olmalı? Sənaye istismarında olan vasitələri və
testləşdirmə üçün nəzərdə tutulan sistemləri sərt bölmək (ayrı-
ayrı serverlərə, şəbəkənin ayrı-ayrı seqmentlərinə paylamaq),
sistemə dəyişmələrin aparılması prosedurlarını seçmək və
onlara əməl etmək zəruridir. Həm xüsusi test avadanlığında,
həm də xüsusi kurslarda əməkdaşların planlı öyrədilməsini
həyata keçirmək lazımdır. Əməkdaşlara sərbəst inkişaf etmək,
özünü göstərmək imkanı vermək lazımdır ki, gündəlik ətalət
ona gətirib çıxarmasın ki, hətta ən ixtisaslı əməkdaşlar da
dillərinə gətirsinlər ki, “Darıxdırıcıdır!” və başqa iş yerləri
axtarmağa başlasınlar.
İE-ni və İS-nin təşkilati strukturu müxtəlifdir. Onlar
istifadəçinin ixtisasının səviyyəsi ilə, informasiya sistemləri-
nin təşkilinin ənənələrinə uyğun olaraq müəssisənin
funksional vəzifələri ilə xarakterizə edilir.
Fəaliyyət göstərən müəssisədə informasiya sistemlərinin
təşkilati strukturunun formalaşdırılmasına “sınaq və səhvlər”
metodu nöqteyi-nəzərindən yanaşmaq mümkün deyil. Ona
görə də informasiya texnologiyaları menecerinin vəzifəsi
toplanmış təcrübəni yaradıcı tətbiq etməkdir.
İnformasiya sistemləri təşkilatı özü-özündə formalaş-
mır, şirkətin, müəssisənin strukturu ilə bu fəaliyyəti təmin edir
və əsas fəaliyyətin təşkili ilə bağlıdır.
İnformasiya sistemləri menecmenti
137
Maliyyənin_mahiyyəti_və_funksiyaları'>FƏSİL 9
İnformasiya sistemlərinin maliyyəsi
9.1. Maliyyənin mahiyyəti və funksiyaları
İstənilən cəmiyyətin iqtisadi strukturlarının normal
fəaliyyəti pul vəsaitinin dövlət və müəssisələr, dövlət və əhali
arasında hərəkətinin düzgün təşkilindən birbaşa asılıdır.
Dövlət maliyyə mexanizmi vasitəsilə özünün idarəetmə,
iqtisadi, eyni zamanda, istehsal və maliyyə strukturları
üzərində nəzarət funksiyalarını həyata keçirir. Qeyd edilən
funksiyalar yerinə yetirilərkən maliyyə milli iqtisadiyyatın
inkişafına yönəldilir, həmçinin iqtisadi artıma neqativ
təsirlərin qarşısı alınır.
Maliyyə - pul vəsaitləri fondunun xüsusi fondlar və
müəssisələr vasitəsilə bölüşdürülməsi və istifadəsi istiqa-
mətində münasibətlər sistemidir.
«Maliyyə» anlayışı latınca «finansiya» - sözündən
meydana gələrək, ”pul tədiyyəsi, gəlir mənasını” ifadə edir.
Maliyyə kateqoriyası ilk dəfə XII-XV əsrlərdə İtaliyada, eyni
zamanda, Avropanın iri ticarət və bank şəhərləri olan
Florensiya, Venesiyada işlədilmişdir.
Cəmiyyətin tarixi inkişafının nəticəsi olaraq maliyyə
anlayışı da təkmilləşərək beynəlxalq anlayış kimi hazırda pul
münasibətləri sisteminin yaradılması, bölgüsü və istifadəsi
üzrə münasibətlər sistemini əks etdirir. Eyni zamanda,
maliyyə iqtisadi kateqoriya kimi iqtisadiyyatın bütün
sahələrində pul fondlarının yaranması, bölgüsü və istifadəsi
prosesində yaranan iqtisadi münasibətlər sisteminə daxildir.
Müasir dövrdə maliyyə sistemi aşağıdakı kimi qruplaş-
dırılır:
1. Dövlət maliyyəsi,
2. Müəssisələrin maliyyəsi,
İnformasiya sistemləri menecmenti
138
3. Əhali maliyyəsi.
Dövlət maliyyəsi maliyyə sistemi strukturunda aparıcı
yer tutur. Dövlət maliyyəsinin əsas halqasını gəlir və xərcləri
özündə əks etdirən büdcə təşkil edir. Dövlət büdcəsinin gəlir
hissəsinin göstəriciləri dövlətin iqtisadi imkanlarını və
dayanıqlığını əks etdirir. Dövlət büdcə vasitəsilə iqtisadi
inkişafı, sahələrarası proporsiyanı təmin edir, ümumi daxili
məhsulun bölgüsü və yenidən bölgüsünü həyata keçirir.
Eyni zamanda, maliyyə vasitəsilə dövlət investisiyaları
artırır, innovasiyaya, iş qüvvəsinə və istehsal amillərinə tələbi
stimullaşdırır. Bütün bunlar iqtisadi dinamikanı sürətləndirir,
sənaye və aqrar istehsalı stimullaşdırır, əhalinin həyat
səviyyəsini yüksəldir və məşğulluq problemi öz həllini tapır.
Dövlət maliyyəsi, eyni zamanda, ölkənin müdafiə və hərbi
qabiliyyətini təmin edir. Qeyd edək ki, hərbi xərclər həm də
digər sənaye sahələrinin, hər şeydən əvvəl, maşınqayırmanın,
informasiya texnologiyalarının, optik və kosmik cihazların
istehsalı müəssisələrinin inkişafına şərait yaradır.
Müəssisələrin maliyyəsi–müəssisələrlə dövlət, müəs-
sisələrin öz aralarında və müəssisələrlə fiziki şəxslər (əhali)
arasında yaranan maliyyə münasibətlərinin məcmusunu əks
etdirir. Bu cür maliyyə münasibətləri mənfəət və zərər,
qarşılıqlı hesablaşmalar, barter əməliyyatları hesabına
reallaşdırılır.
Əhali maliyyəsi – ayrı-ayrı şəxslərin, ailələrin gəlir və
xərclərinin məcmusunu əks etdirir. Ailə büdcəsinin gəlirini,
əsasən, əməkhaqqı, sosial müavinətlər, təqaüdlər, sahibkarlıq
fəaliyyətindən əldə olunan gəlir və s. təşkil edir. Büdcənin
xərci isə müxtəlif zəruri ehtiyaclara və əmanətə yönəldilir.
Maliyyə sistemi təkcə pul fondlarının yaranmasını deyil,
eyni zamanda, ondan istifadə olunma mexanizmini, üsullarını
əhatə edir, qarşılıqlı fəaliyyət göstərən maliyyə münasibət-
lərinin ayrı-ayrı həlqələrini əks etdirir. Maliyyənin funksiyası
İnformasiya sistemləri menecmenti
139
dedikdə, ona məxsus vəzifələrin təzahürü, yəni onun iqtisadi
münasibətlər sistemində yerinə yetirdiyi rol başa düşülür.
Maliyyə əsasən iki funksiyanı yerinə yetirir:
1. Bölüşdürücü funksiya,
2. Nəzarət funksiyası.
Maliyyənin bölüşdürücü funksiyası ümumdaxili
məhsulun, milli gəlirin bölüşdürülməsi və yenidən bölüş-
dürülməsini yerinə yetirir. Dövlətin milli gəlirinin yaradıl-
masının maddi əsasını ÜDM-in təkrar istehsalı təşkil edir.
Maliyyə nəzarət funksiyası vasitəsilə dövlət və xüsusi
(özəl) müəssisələrin inkişafının, vəsaitlərin düzgün istifadə-
sinin təmin edilməsini yerinə yetirir. Maliyyə nəzarəti manatla
nəzarətə və maliyyə orqanlarının həyata keçirdikləri nəzarətə
bölünürlər.
Məlumdur ki, mürəkkəb, çoxfunksiyalı informasiya
sistemi böyük maliyyə qoyuluşlarını tələb edir. Belə bir rəy
mövcuddur ki, AİS-in əməliyyat (istehsal) fəaliyyətinin
nəticələrinə bilavasitə təsir etməməsi və yalnız informasiyanın
işlənib hazırlanmasına və idarəetmə qərarlarının qəbul
edilməsinə köməkliyin göstərilməsinə görə AİS-in iqtisadi
səmərəliliyinin qiymətləndirilməsi qeyri-mümkündür.
Lakin bu hər zaman belə deyil. Maliyyə-kredit təşkilat-
ları, sığorta şirkətləri, rabitə müəssisələri üçün AİS çoxdan
istehsal amilinə, yəni istehsalın əsas vasitələrinə çevrilmişdir.
Bundan əlavə, iqtisadi informasiya sistemi (bu tipli şirkətlər
üçün AİS-in spesifikası olan) şirkətin strateji üstünlüyünün
amili kimi çıxış edir. Sözsüz ki, bu vəziyyət informasiya
məhsulları və informasiya xidmətləri bazarında fəaliyyət
göstərən şirkətlərə də aiddir. Yuxarıda sadalanan bütün
şirkətlər üçün AİS məhsulun dəyərinə və şirkətin mənfəətinə
birbaşa təsir göstərən istehsal amilidir. Bu halda həm AİS-in
yaradılmasına və tətbiqinə, həm də onun gündəlik istismarına
çəkilən xərclərin qiymətləndirilməsi zəruridir.
Dostları ilə paylaş: |