Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə38/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   53

İnformasiya sistemləri menecmenti
 
127 
İstismarın səmərəli sisteminin yaradılması texniki və 
təşkilati qərarlar arasından ən optimalının (“qızıl” və ya “orta” 
qərar) tapılması üzrə kompleks qərarın verilməsini tələb edir. 
Ona görə  də biznesdə informasiya texnologiyalarının tətbiq 
edilməsinin uğuru və ya uğursuzluğu  əhəmiyyətli dərəcədə 
məhz menecerlərdən asılıdır. Müəssisədə informasiya sistem-
lərinin səmərəli tətbiqində informasiyanın emalının (İE) 
təşkilati strukturu və informasiya texnologiyalarına xidmət 
sahələri mühüm rol oynayır.  İnformasiya sistemlərinin (İS) 
təşkilati strukturu müəssisənin  əsas fəaliyyətinə  və bir çox 
hallarda müəssisənin özünün strukturuna birmənalı olaraq 
uyğun gəlməlidir.  İS sahəsində layihələndirmə  və  təşkilati 
məsələlərin həllində ümumi qəbul olunmuş  əsaslar struktur 
yanaşma hesab edilir. Şirkətin fəaliyyətinin strukturundakı 
dəyişiklik informasiyanın emalı    sahəsindəki təşkilati  
strukturda əhəmiyyətli dəyişmələrə gətirib çıxarır. 
İnformasiya sistemlərinin təşkilati strukturunda əsas 
meyllərə aiddir: 

 
texniki və texnoloji sahələrdə səlahiyyətli orqanların  
vəzifələrinin başqalarına verilməsi; 

 
informasiya sistemlərinin fəaliyyəti məsələləri ilə 
tam şəkildə məşğul olan informasiya mərkəzlərinin meydana 
gəlməsi; 

 
istifadəçilərin “özünüdəstəkləmə” sisteminin inkişaf 
etdirilməsi. 
 
8.2. İnformasiya emalının (İE) təşkilati strukturuna təsir 
edən amillər 
 
İnformasiya emalının (İE) təşkili özü-özünə formalaş-
mır, müəssisənin  əsas fəaliyyətinin təşkili ilə  əlaqədar 
formalaşır və onun fəaliyyətini təmin edir. Bu əlaqə qarşılıq-
lıdır, vaxt keçdikcə  səciyyəvi mərhələlərdən keçir. Ona görə 
də  təkmilləşmə  mərhələlərinin qiymətləndirilməsində müəs-


İnformasiya sistemləri menecmenti
 
128 
sisənin təşkilinin xüsusiyyətləri, informasiya sistemlərinin və 
informasiya emalının birgə  vəziyyətinə baxmaq lazımdır. 
Təkmilləşmə  mərhələsi altında informasiya sistemlərinin 
vəziyyətini başa düşəcəyik, çünki bu zaman fəaliyyət və 
inkişaf bir keyfiyyət səviyyəsində gedir.  
Bütün tipik mərhələlərdə informasiya sistemlərinin 
inkişafı tarixində zamanın tipik dövrləri  əlaqələndirilə bilər, 
çünki bu zaman informasiya emalının (İE) tətbiq və  təşkil 
edilməsinin bu və ya digər mərhələləri kütləvi xarakter 
daşıyırdı. R. Nolan tərəfindən irəli sürülmüş və tətbiq edilmiş 
aşağıdakı (tarixən mövcud olan) tipik mərhələlərə baxaq: 

 
Təşəbbüskarlıq -  şəbəkələrin, kompüterlərin tətbiqi 
ilə  müəssisənin uğurlu vəziyyətə çatması. 

 
Yayma - proqramlara, kompüter xidmətlərinə  tələ-
batın tez artımı. İnformasiya sistemlərinin büdcəsi, personalın 
sayı, texnoloji avadanlığın gücü tez artır. 

 
Nəzarət və idarəetmə - İE-nın planlaşdırılmasının, 
standartlaşdırılmasının və nəzarəti sistemi daxil edilir. 

 
İnteqrasiya - bazaların, bank məlumatlarının, texno-
loji avadanlığın vahid informasiya sistemlərinə inteqrasiyası. 
İnformasiya sistemləri müəssisənin strukturunun hissəsi kimi 
dərk edilir. 

 
Verilənlərin istiqaməti – verilənlərə şirkətin resursu 
kimi baxılır. 

 
Kamillik - informasiya sistemlərinin fəaliyyəti 
müəssisənin strategiyası  və menecmentin vəzifələri ilə 
uzlaşdırılır. 
Hər bir müəssisədə informasiyanın emalı (İE) sferasında 
menecmentə aşağıdakı amillər təsir göstərir: 

 
müəssisənin funksional vəzifələrinin tərkibi; 

 
ie-nin vəzifələrinin tərkibi; 

 
operativ vəzifələrin tərkibi; 


İnformasiya sistemləri menecmenti
 
129 

 
əmək bölgüsünün əldə olunmuş  səviyyəsi (universal 
mütəxəssislərlə və “məhdud çərçivəli” mütəxəssislərin müna-
sibəti); 

 
ie-nin metod və vəzifələrinin mərkəzləşdirilməsi zamanı 
(qeyri-mərkəzləşdirilmiş dərəcələri) nail olunmuş səviyyə. 
Qeyd edilən amillərə baxaq. Burada hər  şeydən  əvvəl 
müəssisədə  İT bölmələrinin vəzifələrinin tərkibini formalaş-
dıran istiqamətlərə nəzər yetirək. 
Strateji vəzifələr məqsədlərin və strategiyaların dürüst 
ifadə edilməsinin bu günün və  gələcəyin mövqelərindən 
müəssisədə  İE-nin rolunun identifikasiyasını daxil edir. 
Buraya həm də müəssisənin informasiya strukturunun strateji 
planlaşması da aiddir. 
Taktiki vəzifələr strateji planları detallaşdırır və 
informasiya strukturunun səmərəliliyinin və keyfiyyətinin 
yüksək səviyyədə saxlanılması üzrə  tədbirləri özündə  əks 
etdirir. Operativ vəzifələr  İE sferasında planların həyata 
keçirilməsini  əhatə edir. Buraya meydana çıxan problemlərə 
və vəzifələrə münasibət də daxildir.  
Böyük informasiya texnologiyaları bölmələri üçün 
əməyin bölünməsi - vəzifələrin dərəcəsinə görə əməkdaşların 
ixtisaslaşdırılması  səciyyəvidir. Bu, məsələn, layihələşdir-
mənin və planlaşdırmanın vəzifələri (bölmələrin işçiləri 
tətbiqi sistemləri yerinə yetirirlər), həm də tapşırıqların və 
hesablama işlərinin yerinə yetirilməsinin vəzifələri ola bilər. 
Öz növbəsində bu sahələrin daxilində  də  əməyin bölün-
məsinin kifayət qədər müxtəlif modelləri ola bilər. Ona görə 
də  nəzərə almaq lazımdır ki, ixtisaslaşdırma məsələlərində 
birmənalı həll mövcud deyil. 
Müəssisələrdə ixtisaslaşmanın tətbiqi sistemlərinin 
hazırlanması predmet və texniki əlamətlər üzrə  həyata 
keçirilir. Məsələn, ofis və mühasibat tapşırıqlarında (predmet 
ixtisaslaşması) və yaxud da şəbəkə  və bu cür lokallaşan 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə