Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə2/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

İnformasiya sistemləri menecmenti
 

FƏSİL 10. İnformasiya sistemlərində investisiya 
10.1. İnvestisiyanın mahiyyəti və növləri 
........................................
147 
10.2. İnformasiya sistemlərində investisiyanın rolu və onun  
xüsusiyyətləri………………………………………………………..151 
10.3.İnformasiya sistemlərində investisiyanın  
səmərəlilik göstəriciləri......................................................................154 
10.4. İS-nin investisiya layihəsinin biznes-planının işlənib  
hazırlanması.......................................................................................160 
 
FƏSİL 11. Müəssisənin informasiya infrastrukturu 
11.1. İnformasiya emalı vasitələrinin analitik piramidası..................163 
11.2. Analitik sistemlər və idarəetmə qərarlarının qəbul edilməsi.....170 
11.3. ERP sistemlər............................................................................172 
11.4. Verilənlərin  saxlanması və OLAP sistemlər............................173 
11.5. BMP sistemlər...........................................................................177 
 
 
İstifadə olunan ədəbiyyat ................................................................184 
 
 
 


İnformasiya sistemləri menecmenti
 

GİRİŞ 
 
 
Liberal iqtisadi sistemdə müəssisələrin qarşısında duran 
ən mühüm vəzifələrdən biri menecmentin düzgün və 
məqsədəuyğun həyata keçirilməsidir. Müasir iqtisadi inkişaf 
tendensiyası  və sağlam rəqabət mühitində müəssisədə 
menecmentin mütərəqqi forma və metodlarının tətbiq edilmə-
si onun dünya bazarına çıxması və daha səmərəli inteqrasiyası 
üçün daha geniş imkanlar yaradır. Bunun üçün  menecment 
elminin dərindən mənimsənilməsi və öz təyinatı üzrə düzgün 
tətbiq edilməsi günümüzün tələbidir. Qeyd edilən münasibət-
lər iqtisadi inkişafın hərəkətverici amili olmaqla bərabər, eyni 
zamanda təsərrüfat subyektlərində yüksək texnologiyaların 
reallaşdırılmasında vacib amil kimi çıxış edir. Ona görə  də 
müasir dövrdə informasiya sistemləri menecmentinin mahiy-
yəti və məzmunu ilə yanaşı, bu sahənin biznes subyektlərinə 
təsir xüsusiyyətlərini, onların tənzimləyici və stimullaşdırıcı 
xarakterini, eyni zamanda bu münasibətlərin informasiya 
texnologiyalarının inkişafına təsirini öyrənmək zəruridir. 
 
İnformasiya cəmiyyətinə və dünya iqtisadiyyatına surət-
li inteqrasiya dövründə təhsil alanların informasiya sistemləri 
menecmenti sahəsində yüksək nəzəri biliklərə yiyələnməsi 
ölkənin sosial-iqtisadi və informasiya kommunikasiya texno-
logiyaları sahəsində mövcud olan obyektiv prosesləri, qanu-
nauyğunluqları, menecment sahəsində yeni istiqamətlərin 
mahiyyətini dərindən öyrənməyə  və  zəruri tədbirlərin görül-
məsinə real kömək edir. Eyni zamanda azad rəqabət şəraitində 
biznes subyektlərinin  səmərəli idarə edilməsi, yüksək 
texnologiyaların tətbiqi istiqamətində düzgün investisiya və 
innovasiya siyasətinin reallaşdırılması, qloballaşan dünyada 
informasiya təhlükəsizliyinin təmin olunması, bank, rabitə və 
maliyyə şirkətlərinin yüksək texnologiyalarla təmin olunması, 
informasiya sistemində idarəetmə  və  təşkilati strukturun 


İnformasiya sistemləri menecmenti
 

formalaşdırılması, informasiya resurslarının səmərəliliyinin 
qiymətləndirilməsi olduqca vacibdir və bunun həyata keçiril-
məsi kifayət qədər yüksək idarəetmə bacarığına malik mütə-
xəssislərin hazırlanmasını zəruri edir. 
 Bu 
istiqamətdə  “İnformasiya sistemləri menecmenti” 
fənninin əsas vəzifəsi təhsil alanlara informasiya sistemlərinin 
texnoloji mühitinin formalaşdırılması, informasiya sisteminin 
inkişafı və ona xidmət, informasiya sistemi mühitində planlaş-
dırma, informasiya sistemlərinin təşkilati strukturunun forma-
laşdırılması, innovasiya siyasətinin formalaşdırılması, infor-
masiya texnologiyaları sahəsindəki personalın idarə edilməsi, 
informasiya sistemləri sahəsində maliyyənin idarə edilməsi 
istiqamətlərində  nəzəri bilikləri vermək, eyni zamanda 
müəssisələrdə informasiya texnologiyalarının səmərəliliyinin 
artırılmasını  təmin edən sahələrin geniş mahiyyətini aç-
maqdan ibarətdir. Oxuculara təqdim olunan hazırki, “İnfor-
masiya sistemləri menecmenti” kitabı  məhz bu məqsədlə 
yazılmış, informasiya texnologiyaları sahəsində yeni tenden-
siyaların əks olunması, yüksək ixtisaslı mütəxəssislərin bilik-
lərinin artırılmasına yönəlmişdir. Bütün bunlarla əlaqədar 
olaraq hesab edirik ki, hərtərəfli yüksək biliyə malik 
mütəxəssislərin hazırlanması sahəsində bu kitab səmərəli dərs 
vəsaiti kimi istifadə  edilə bilər. 
 
Dərslikdə menecment elminin inkişafı, onun qısa tarixi 
mərhələləri və məktəbləri, informasiya sistemləri menecmen-
tinin bir elm sahəsi kimi formalaşması, onun əsas anlayışları 
və vəzifələri, informasiya biznesinin inkişafı tarixi və s. kimi 
məsələlərə  xüsusi yer verilir. Eyni zamanda  kitabda əsası 
Ulu Öndər Heydər  Əliyev tərəfindən qoyulan informasiya 
kommunikasiya texnologiyaları sahəsindəki uğurlu siyasət və 
onun bugünkü dinamik iqtisadi inkişafda, xüsusilə qeyri-neft 
sektorunun inkişafında əhəmiyyətli rol oynadığına geniş  yer  
verilmişdir.    


İnformasiya sistemləri menecmenti
 

Dərslik ali məktəb tələbələri, doktorantları, müəllimləri 
və informasiya texnologiyaları sahəsi üzrə ixtisasa malik 
şəxslər üçün nəzərdə tutulmuşdur. 
Müəllif 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə