Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə3/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   53

İnformasiya sistemləri menecmenti
 

FƏSİL 1 
 
Menecmentin metodoloji  əsasları 
 
1.1. Menecmentin mahiyyəti  və vəzifələri 
 
Müasir iqtisadi şəraitdə ölkənin həm istehsal, həm də 
qeyri-istehsal sahələrinin inkişafı və səmərəli fəaliyyət göstər-
məsi başqa bərabər şərtlər daxilində idarəetmə fəaliyyətindən 
də çox asılıdır. Belə ki, bazarda tələb və  təklifin, texnolog-
iyaların olduqca sürətlə dəyişməsi, sahə, daxili və beynəlxalq 
əlaqələrin genişlənib daha da mürəkkəbləşməsi fonunda 
səmərəli və çevik idarəetmə sisteminin tətbiq edilməsi müəs-
sisələrin inkişafının vacib amilinə çevrilmişdir. Bu baxımdan 
yeni tələblər nəzərə alınmaqla müəssisələrin dünya bazarına 
çıxması  və xarici iqtisadi əlaqələrin genişləndirilməsi üçün 
menecment sisteminin tətbiq edilməsi zərurətə çevrilmişdir. 
Menecment – bazar və ya bazar iqtisadiyyatı  şə-
raitində müəssisənin fəaliyyətini bazarın tələb və təklifləri 
istiqamətinə yönəldən, optimal nəticələrin  əldə edilməsi 
məqsədilə az xərclə istehsalın səmərəliliyini artırmağa ça-
lışan idarəetmə metodları sistemidir. Deməli, menecment-
bazar iqtisadiyyatı  və sağlam rəqabət  şəraitində müəssisə 
səviyyəsində idarəetmədir. 
“Menecment” ingilis dilində “management” sözündən 
olub idarəetmə, bacarmaq və öhdəsindən gəlmək mənalarını 
ifadə edir və hazırda dilimizdə “menecment” termini kimi 
işlənir. Menecmentin yaranması tarixi ABŞ-da mühəndis 
Fredrix Teylorun adı ilə bağlıdır və bir elm sahəsi kimi XIX 
əsrin ortalarından inkişaf etməyə başlamışdır. 
Menecmentin predmetini idarəetmə münasibətləri təşkil 
edir. Menecmentin obyekti bazar münasibətləri  şəraitində 
istehsal, maliyyə, ticarət, xidmət, tikinti, nəqliyyat, logistika, 
informasiya kommunikasiya texnologiyaları  və s. fəaliyyət 


İnformasiya sistemləri menecmenti
 
10 
sahələri ilə  məşğul olan müəssisələrdir. Menecmentin sub-
yektləri isə idarə edən və idarə olunan sistemlərdir. Menec-
ment və idarəetmə anlayışları bir-birindən fərqlənir. Belə ki, 
idarəetmə insan fəaliyyətinin bütün sahələrinə (məsələn, döv-
lətin, cəmiyyətin idarə edilməsi) aid edilir. Menecment isə 
qeyd etdiyimiz kimi, sağlam rəqabət  şəraitində müəssisələr 
səviyyəsində sosial-iqtisadi proseslərin idarə olunmasını 
özündə əks etdirir. Eyni zamanda menecment daha az maddi, 
əmək və maliyyə ehtiyatlarından istifadə edərək səmərəliliyi 
yüksəltmək və  mənfəəti artırmaq məqsədilə  həyata keçirilən 
idarəetmə  fəaliyyətilə  əlaqədar peşədir. Bu peşə idarəetmə 
fəaliyyətilə bağlı bütün funksiyaların, metodların, prinsiplərin 
və strategiyaların məcmusudur.  
Bazar münasibətləri şəraitində menecment aşağıdakı 
mühüm vəzifələri yerinə yetirir:
 

 
qarşıya qoyulan həcmdə  mənfəət  əldə etmək üçün 
müəssisənin fəaliyyətini bazarın tələb və  təklifinə uyğun və 
istehlakçıların tələbatlarını ödəyə biləcək  əmtəələrin isteh-
salına və xidmətlərin göstərilməsinə yönəltmək

 
istehsal xərclərini optimallaşdırmaqla  mütəmadi 
olaraq istehsalın səmərəliliyinin yüksəldilməsinə nail olmaq; 

 
hüquq və  səlahiyyətlərin vəhdətini və  bərabərliyini 
təmin etmək; 

 
bazarda tələb və  təklifin vəziyyətindən asılı olaraq 
qarşıya qoyulan məqsədlərə (hədəflərə) düzəlişlər etmək; 

 
əsaslandırılmış idarəetmə  qərarlarının qəbul olunması 
üçün müasir məlumat bazası  və informasiya kommunikasiya 
texnologiyalarından geniş istifadə etmək; 

 
optimal qərarlar qəbulu üçün çoxvariantlı hesablama-
ların aparılmasını təmin etmək; 

 
menecerlərin əməyinin səmərəsini yüksəltmək məqsə-
dilə müəssisədə avtomatlaşdırmanın səviyyəsini yüksəltmək; 


İnformasiya sistemləri menecmenti
 
11 

 
müəssisənin öz məqsədinə nail olması üçün bütün sə-
viyyələrdə idarəetmə aparatına peşəkar, zəruri bilik və  təc-
rübəyə malik olan kadrlar seçmək; 

 
müəssisədə  innovativ və modernləşdirilmiş  əmtəələr 
istehsalına nail olmaq üçün elmi-texniki tərəqqinin son 
nailiyyətlərini daimi olaraq istehsala tətbiq etmək

 
müəssisənin strateji inkişafının işlənilməsi. 
Müasir dövrdə idarəetməyə  və idarəedicinin öz sahə-
sində yüksək peşəkar vərdişlərə malik olmasına tələblər 
getdikcə artmaqdadır. Bu elmi-texniki tərəqqinin inkişafı, 
beynəlxalq rəqabətin güclənməsi, müəssisələrin istehsal 
miqyasının genişlənməsi, texnoloji proseslərin mürəkkəb-
ləşməsi, müəssisələrin öz fəaliyyətlərini diversifikasiya qay-
dasında genişləndirmələri və onlar arasında kooperasiya 
əlaqələrinin artması ilə əlaqədardır. 
Hazırkı  şəraitdə maliyyə, iqtisadi və  təşkilati sahədə 
bütün məsələlərin idarə edilməsinin təşkili qaydaları peşə-
karlar tərəfindən hazırlanır. Həm də onların həyata keçirilmə-
sini nəzərdə tutan proqramlar və bu proqramların icrasına 
nəzarət də onlar tərəfindən yerinə yetirilir. 
Menecment nöqteyi nəzərindən müəssisənin təsərrüfat 
fəaliyyəti deyəndə aşağıdakılar nəzərdə tutulur: 
-
 
iqtisadiyyatın sənaye, informasiya texnologiyaları, nəq-
liyyat, kənd təsərrüfatı, tikinti, bank işi, sığorta, ticarət və s. 
kimi müxtəlif sahələrində göstərilən fəaliyyət
-
 
müəssisənin təsərrüfat bölmələrində elmi-tədqiqat təcrü-
bi konstruktor işləri, istehsalat, təchizat, satış, maliyyə  və s. 
kimi mənfəət  əldə etməyə xidmət edən bütün fəaliyyət 
növləri; 
-
 
müəssisənin mənfəət  əldə etməsinə xidmət edən digər 
fəaliyyət növləri. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə