Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə14/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   53

İnformasiya sistemləri menecmenti
 
44 
1.2. kompüterlər 
1.3. periferiya avadanlıqları ( printer, proyektor və s.) 
2. Telekommunikasiya vasitələri  
2.1. lokal informasiya şəbəkəsi 
2.2. telefoniya (telefon işləri)  
2.3. qlobal informasiya şəbəkəsi 
3. Proqram təminatı 
3.1. əməliyyat sistemi 
3.2. verilənlər bazası 
3.3 proqram. 
 
3.2. İnformasiya sistemlərinin texniki vasitələri 
 
İnformasiya sisteminin əsas texniki elementləri proses-
sor və onun çox yayılmış növü olan mikroprosessor hesab 
olunur. XX əsrin 90-cı illərinin axırlarında müxtəlif firmalar 
tərəfindən bazara müxtəlif güclərdə bir necə ailə prosessoru 
təqdim edilmişdir. 90-cı illərdə  İntel  şirkəti fərdi (personal) 
kompüterin prosessoru sahəsində lider olmuşdur. Həmin 
dövrdə dünyada 187 milyon fərdi kompüter İntel prosessoru 
ilə mövcud idi və dünya bazarının təxminən 80%-ə  qədərini 
təşkil edirdi. 90-ci ildən sonra firma daha surətli prosessorlar 
təqdim etdi. Bunlara aiddir: Pentium, Pentium MMX, 
Pentium Pro, Pentium II, Pentium III və s. 
Məşhur Amerika şirkəti AMD (Advanced Micro 
Devices)  İntel  şirkətinin  əsas rəqibi olaraq daha üstün 
göstəricilərə  və ucuz qiymətə mikroprosessorlar yaradır. Bu 
firma bazarda İntel şirkətinin müvafiq inhisarına son qoydu. 
Apple-İBM-Motorolla (AİM) şirkətlərinin konsorsiumu 
yeni, daha güclü və  səmərəli Power PC (PPC) prosessoru 
işləyib istehsal etdi. 


İnformasiya sistemləri menecmenti
 
45 
Ümumiyyətlə, informasiya sistemlərinin texnoloji mühi-
tinin formalaşdırılması zamanı onun (informasiya sisteminin) 
qarşısında duran vəzifələrə uyğun kompüterlər seçilməlidir.  
 
3.3. İnformasiya sistemlərinin proqram vasitələri 
 
İnformasiya sistemlərinin proqram təminatı verilənlər 
bazasının yaradılması  və istismarı ilə  əlaqədar prosedurları 
yerinə yetirən proqram modullardan ibarət olan mürəkkəb 
kompleksdir. Bu kompleksin yerinə yetirdiyi əsas funksiyalar 
aşağıdakılardır: 
1. Verilənlər bazasının yaradılması 
2. Verilənlər bazasının genişləndirilməsi 
3. İstifadəçi sorğularının emal üçün hazırlanması 
4. Verilənlərin tamlığının və mühafizəsinin təmin edilməsi 
5. Sistem kataloqunun yaradılması və idarə edilməsi. 
 
 


İnformasiya sistemləri menecmenti
 
46 
FƏSİL 4 
 
İnformasiya sistemlərinin yaradılması 
 
4.1. İnformasiya sisteminin mahiyyəti və inkişaf 
mərhələləri 
 
Sistem dedikdə, qarşıya qoyulan məqsədə çatmaq üçün 
bir-biri ilə  əlaqələndirilmiş müxtəlif elementlərdən ibarət 
obyekt başa düşülür və həmin obyektə vahid tam kimi baxılır. 
Sistemlər bir-birindən həm onların qarşısına qoyulan 
məqsədlərə, həm də  tərkiblərinə görə  fərqlənirlər. Məsələn, 
müəssisə (sistem) ------ sistemin elementi (avadanlıq, insan, 
bina, xammal və s.) ------ sistemin əsas məqsədi (məhsul 
istehsal etmək), kompüter (sistem) ------ sistemin elementi 
(elektron və elektromexaniki elementlər,  əlaqə  xətləri) ----- 
sistemin  əsas məqsədi (verilənlərin emalı), informasiya 
sisitemi (sistem) ----- sistemin elementi (kompüter, kompüter 
şəbəkələri, insanlar, informasiya, proqram və s.)------ sistemin 
əsas məqsədi (professional informasiyanın istehsalı) və s. 
İnformasiya sistemi (İS) müəyyən sahədə  məsələlərin 
həllini təmin edən qərarların qəbul edilməsi üçün infor-
masiyanın toplanması, saxlanması, axtarışı, emalı  və istifa-
dəçilərə çatdırılmasını  təmin etmək məqsədilə texniki, proq-
ram, metodoloji və təşkilati vasitələrdən ibarət kompleksdir. 
İnformasiya sistemləri müəssisənin məqsədyönlü fəaliy-
yətini təmin edən  əsas vasitədir.  İnformasiya sistemlərinin 
vəzifəsi (missiyası) - təşkilatın idarə edilməsinin həyata ke-
çirilməsi üçün texniki və informasiya vasitələrinin yaradıl-
ması, onun bütün resurslarından səmərəli istifadə edilməsinin 
təminatı üçün lazım olan informasiyanın istehsal edilməsidir. 
Eyni zamanda, müəssisənin idarəedilməsini həyata keçirmək 
üçün informasiya və texniki mühitin yaradılması təşkil edir.  


İnformasiya sistemləri menecmenti
 
47 
İstənilən təyinatlı informasiya sisteminin işini təmin 
edən proseslərə aiddir: informasiyaya tələbatları  aşkar 
etmək, informasiya mənbələrinin seçilməsini həyata keçir-
mək, xarici və daxili mənbələrdən informasiyanın daxil 
edilməsini həyata keçirmək, informasiyanın emalı, onun 
dolğunluğunun qiymətləndirilməsi və  əhəmiyyəti üzrə  və 
onun rahat şəkildə verilməsi hərəkətlərini yerinə yetirmək, 
istehlakçılara təqdim edilməsi üçün informasiyanı hasil etmək 
və ya başqa sistemə ötürülməsi, strategiyanın işlənib hazırlan-
ması, qərarların və  hərəkətlərin alternativlərinin qiymətlən-
dirilməsi, proqnozların hazırlanmasını, meyillərin qiymətlən-
dirilməsi üçün informasiyanın istifadəsini təşkil etmək, həmin 
təşkilatın adamları  tərəfindən yenidən hazırlanmış infor-
masiya üzrə əks əlaqəni təşkil etmək və s.  
Müasir informasiya sistemlərində informasiyanın emalı 
üçün əsas texniki vasitə kimi fərdi kompüterdən istifadə edilir. 
İnformasiyanın saxlanılmasını, axtarışını  və emalını 
reallaşdırmaq üçün uyğun proqramlar olmalıdır ki, onlar da 
informasiya sisteminin proqram təminatını  təşkil edir. 
İnformasiya sistemi “insan-kompüter” tipli sistemlər növünə 
daxildir. Bu tip sistemlərdə insanın sistemin fəaliyyətində 
iştirakı vacib sayılır.  İnsan bir tərəfdən sistemin istifadəçisi, 
digər tərəfdən isə sistemin fəaliyyətinə cavabdeh qismində 
çıxış edir. İnformasiya sistemini kompüterlə, telekommuni-
kasiya vasitələri ilə qarşılıqlı əlaqə yaradan insansız təsəvvür 
etmək mümkün deyil. 
Mütəxəssislərin rəylərinə görə informasiya sistemlərinin 
həyat dövrü (“yaşaması”)  əsasən 3 ildən 7 ilə kimidir. Bu, 
əsasən informasiya sistemlərinin dinamikliyi və  həmin 
müddətdə səmərəli olması ilə xarakterizə edilir. Qeyd olunan 
müddət bitənə  qədər informasiya sistemləri inkişaf etməlidir 
(yeni nəslə keçməlidir),  əks təqdirdə o, öz rəqabət qabiliy-
yətliliyini itirəcəkdir. Ona görə  də informasiya menecmen-


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə