Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə13/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   53

İnformasiya sistemləri menecmenti
 
40 
hazırlanması prioritet istiqamət hesab edilmişdir. Azərbaycan 
Respublikasının Rabitə  və Yüksək Texnologiyalar Nazirli-
yinin nəzdində fəaliyyət göstərən İnsan Resurslarının İnkişafı 
Fondu vasitəsilə  də  İKT üzrə mütəxəssislərin hazırlığına 
dəstək verilir. 
 
2.4. İnformasiya biznesinin inkişafının tarixi 
 
İnformasiya biznesi sahibkarlıq fəaliyyətinin yeni və 
dinamik inkişaf edən sahələrindən biridir. İnformasiya biznesi 
özünəməxsus infrastruktura malik olan iri çoxsahəli kom-
pleksdir.  İnformasiya biznesi, bir tərəfdən, banklar, birjalar
auditor  şirkətləri ilə yanaşı, sahibkarlıq fəaliyyətinin bütün 
sisteminin infrastrukturunu təşkil edir, digər tərəfdən isə 
biznesin müstəqil sahəsidir. 
İnformasiya biznesi qərb ölkələrində keçən  əsrin 60-cı 
illərindən meydana gəlmiş, 80-ci illərdən isə müstəqil bir sahə 
kimi formalaşmışdır.  İlk dövrlərdə informasiya texnologiya-
ları iri sənaye müəssisələrində  və elmi təşkilatlarda istifadə 
olunurdu. Bu hal onun mürəkkəbliyinin və  dəyərinin baha 
olması ilə bağlı olmuşdur. Sonralar informasiya texnolo-
giyalarının təkmilləşdirilməsi və ucuzlaşması  nəticəsində 
cəmiyyətin müxtəlif sahələrində yeni tələbat formalaşdı. 
Bugün dünya informasiya texnologiyaları bazarının həcmi 1,8 
trilyon ABŞ dolları  dəyərində qiymətləndirilir. 2017-ci ildə 
dünya üzrə bu göstəricinin 5% illik artımı proqnozlaşdırılır.  
İnformasiya texnologiyaları sahəsi hər bir ölkənin 
iqtisadiyyatında mühüm yer tutur. Belə ki, informasiya tex-
nologiyalarının tətbiqi  əmək məhsuldarlığının və  əhalinin 
həyat səviyyəsinin yüksəlməsinə  əhəmiyyətli təsir göstərir. 
İqtisadiyyatda informasiya texnologiyalarının intensiv istifadə 
olunması əmək məhsuldarlığını adi vəziyyətlə müqayisədə 1,7 
dəfə artırır.  


İnformasiya sistemləri menecmenti
 
41 
Son illər Azərbaycanda informasiya texnologiyaları 
bazarının inkişafı istiqamətində  əhəmiyyətli addımlar atıl-
mışdır. Belə ki, 2013-cü il ölkəmizdə  “İnformasiya kom-
munikasiya texnologiyaları ili” elan edilmiş, 2012-ci ildə 
Azərbaycan Respublikası  Nəqliyyat, Rabitə  və Yüksək 
Texnologiyaları Nazirliyinin tabeliyində Yüksək Texnolo-
giyalar Parkı  və  İnformasiya Texnologiyalarının  İnkişafı 
Dövlət Fondu yaradılmışdır. Fondun yaradılmasında  əsas 
məqsəd informasiya-kommunikasiya texnologiyaları sahəsin-
də fəaliyyətin stimullaşdırılmasını, bu sahədə innovasiyaların 
tətbiqini, habelə  tətbiqi-elmi tədqiqat işlərinin genişləndiril-
məsini maliyyə  dəstəyi ilə  təmin etməkdir. Azərbaycanda 
informasiya texnologiyaları bazarı 2004-2015-ci illər  ərzində 
hər 4 ildə təxminən 2,5 dəfə artmışdır. 2014-cü ildə bu sektora 
200 milyon ABŞ dollarından, son 10 ildə isə 3 milyard ABŞ 
dollarından çox investisiya yatırılmışdır ki, bunun da 35%-
dən çoxu dövlət investisiyasıdır. Bu sektorun 2014-cü ildə 
gəlirləri 16,2% artaraq 2,2 milyard ABŞ dollarına çatmışdır. 
Son 3 ildə Azərbaycan MDB ölkələri arasında geniş regionda 
internet istifadəçilərinin sıxlığına görə liderdir. Bu göstərici 
hazırda 75% təşkil edir. Dünya İqtisadi Forumunun (DİF) 
“Qlobal  İnformasiya Texnologiyaları 2014” hesabatında 
Azərbaycan 148 ölkə arasında 7 pillə irəliləyərək 49-cu yerə 
yüksəlmişdir. Qeyd edək ki, Azərbaycan son 5 ildə öz 
mövqeyini 15 pillə yaxşılaşdırmışdır. “Azərbaycan 2020: 
gələcəyə baxış”  İnkişaf Konsepsiyasına  əsasən informasiya 
kommunikasiya texnologiyalarının illik artım tempini 18-20% 
saxlamaqla qarşıdakı 8 ildə bu sektorun gəlirlərini 9 milyard 
ABŞ dollarına çatdırmaqdır. Buna, əsasən, rəqabət mühitinin 
yaxşılaşdırılması bu sahəyə olunan vergi və kredit güzəştləri, 
ixrac potensialının artırılmasına yönəlmiş dövlət siyasəti, 
yüksək texnoloji məhsul və xidmətlərin yaradılması, güclü 
insan kapitalına  əsaslanan innovativ sahibkarlığın inkişafı 


İnformasiya sistemləri menecmenti
 
42 
hesabına nail olunması planlaşdırılır. Konsepsiyada İKT 
sahəsi ilə bağlı müəyyən edilmiş  hədəflərə nail olmaq və 
tapşırıqları yerinə yetirmək üçün 2020-ci ilə kimi sektorun 
inkişafı ilə bağlı konkret prioritetləri və məqsədləri müəyyən 
edən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin 
inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” qəbul 
edilmişdir. 
İnkişaf etmiş ölkələrdə əhalinin təxminən 60%-ə qədəri 
informasiya texnologiyaları sahəsində çalışır. Məşğulluq 
səviyyəsi üzrə informasiya istehsalı ABŞ  və Yaponiyada 
maddi istehsal sahəsini ötüb keçmişdir. 80-ci illərin əvvəlində 
ABŞ-da bütün işləyənlərin 60%-i bu sahədə çalışırdı. Bu gün 
artım sürəti, məşğulluq səviyyəsi və digər göstəricilər üzrə 
informasiya biznesi ənənəvi sahələri çox böyük fərqlə 
qabaqlayır.  


İnformasiya sistemləri menecmenti
 
43 
FƏSİL 3 
 
İnformasiya sistemlərinin texnoloji mühitinin 
formalaşması 
 
3.1. İnformasiya sistemlərinin texnoloji mühitinin 
mahiyyəti və strukturu 
 
İnformasiya sistemlərinin texnoloji mühitinin formalaş-
dırılması  məsələsi informasiya menecmentinin fəaliyyətində 
başlıca yer tutur. Burada informasiya sistemlərinin yaradıl-
ması üzrə layihə (proyekt) qərarı deyil, informasiya texno-
logiyalarının reallaşdırılması (müəssisənin strategiyası) sahə-
sində menecerin qərarı  nəzərdə tutulur. Menecerin qərarına 
aiddir: informasiya texnologiyaları sahəsindəki məsləhətçilər 
və ixtiraçılar üçün texniki tapşırıqların tərkibi haqqında qərar, 
yaradılan informasiya sistemlərinin texniki-iqtisadi əsaslan-
dırılmasının formalaşdırılması üzrə qərar və s.   
Avtomatlaşdırma və informasiyalaşdırma vasitələri 
bazarının müasir vəziyyəti informasiya sistemlərinin texnoloji 
mühitinin formalaşdırılması sahəsində müxtəlif istiqamətli 
qərarların qəbul edilməsinə geniş imkan yaradır. Eyni zaman-
da, texnoloji mühitin formalaşması  şirkətin strateji inkişafını 
bütövlükdə  əhatə etməlidir. Burada informasiya texnolo-
giyalarına qoyulan maliyyənin səmərəliliyi məsələləri və in-
formasiya sistemlərinin son istifadəçilərinin maraqları nəzərə 
alınmalıdır. Ona görə  də informasiya sistemlərinin texnoloji 
mühitinin yaradılması  təkcə informasiya texnologiyaları 
mütəxəssislərinin qərarı ola bilməz. 
İnformasiya sistemlərinin texnoloji mühitinin struk-
turuna aiddir: 
1.Texniki vasitələr 
1.1. mikroprosessor 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə