Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə15/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   53

İnformasiya sistemləri menecmenti
 
48 
tinin vəzifəsi informasiya sistemlərini “daimi, uzun müddətə” 
yaratmaqdır. Yəni, bütün altsistem və elementlərin  (kompo-
nent) inkişaf etdirilməsi, təkmilləşdirilməsi və s. yolu ilə 
funksional imkanların artırılması. Əks halda, radikal dəyişik-
liklər zamanı müəssisənin fəaliyyəti informasiya bazasından 
tamamilə  məhrum edilə bilər.  İnformasiya sistemləri komp-
leksinin yüksək dəyərini nəzərə alsaq onun itirilməsi müəssi-
sədə ciddi iqtisadi, maliyyə və s. itkilərinə gətirib çıxara bilər. 
Əgər informasiya sistemləri bəzi müəssisələrdə istehsal vasi-
tələri hesab olunursa (rabitə, bank, maliyyə şirkətləri və s.) və 
onun itirilməsi həmin müəssisələrin  əsas fəaliyyətinin (əmə-
liyyat fəaliyyəti) faktiki dayandırılmasına gətirib çıxara bilər.  
İlk informasiya sistemləri XX əsrin 50-ci illərində 
yaradılmışdır. Bu növ informasiya sistemlərinin funksiyası 
sadə idi: sorğuların dialoq şəklində emalı, yazıların saxlan-
ması, mühasibat uçotu və başqa verilənlərin elektron emalı, 
proseslərin elektron emalı - PEE (elektronic data prosessing)
 
Sonralar informasiya sistemlərinin idarəetmə konsepsi-
yasının meydana çıxması ilə əlaqədar olaraq (informasiya sis-
temlərinin menecmenti-İSM) verilənlər prosesində menecer-
lərin idarəetmə  qərarlarının qəbulu üçün toplanmış  zəruri 
məlumatlarla təmin edilməsinə istiqamətlənmiş funksiya əlavə 
edilmişdir. 
XX  əsrin 70-ci illərində aydın oldu ki, hesabatların 
hazırlanması sistemlərinin nəticələrinin sərt verilmiş formaları 
menecerlərin tələblərinə cavab vermir. Onda qərarların qəbu-
lunun dəstəklənməsi (QQD) sistemlərinin konsepsiyası mey-
dana çıxdı. Bu dinamik dəyişən dövrdə problemlərin unikal 
həlli üzrə  qərarların qəbul edilməsinin ixtisaslaşdırılmış  və 
interaktiv dəstəyilə menecerləri təmin etməli idi. 
1980-ci illərdə telekommunikasiya şəbəkələrinin və 
tətbiqi proqramların, mikro elektron hesablama maşınlarının 
(EHM) gücünün inkişafı son istifadəçi (end user computing) 


İnformasiya sistemləri menecmenti
 
49 
fenomeninin meydana çıxmasına təkan verdi. Bu andan son 
istifadəçilər (menecerlər) ixtisaslaşdırılmış informasiya xid-
mətlərinin vasitəçiliyindən asılı olmayaraq onların peşə 
fəaliyyəti ilə bağlı olan məsələlərin həlli üçün hesablama 
resurslarından sərbəst istifadə etmək imkanı əldə etdilər. 
Qeyd etmək lazımdır ki, yüksək səviyyənin əksər mene-
cerləri qərarın qəbul edilməsinin dəstəklənməsi sistemlərindən 
və hesabatların hazırlanması sistemlərinin işinin nəticələ-
rindən bilavasitə istifadə etmirlər. Ona görə  də informasiya 
sistemlərinin konsepsiyası meydana çıxdı. Bu sistemlər ali 
rəhbərliyi onlar üçün vacib olan həyati mühüm informasiya 
ilə, xarici aləm haqqında məlumatlarla təmin etməlidir. 
İnformasiya sistemlərində süni intellektin metod və 
sistemlərinin yaradılması  və  tətbiq edilməsi böyük nailiyyət 
idi. Ekspert sistemlər və biliklər bazalarının sistemləri infor-
masiya sistemlərinin yeni rolunu müəyyən etdi. Bu gün onlar 
menecerləri ixtisaslaşdırılmış sahələrdə keyfiyyətli tövsiyə-
lərlə təmin edə bilirlər. 
1980-ci ildə meydana çıxan və 90-cı illərdə inkişaf 
etməkdə davam edən konsepsiyanı    hərdən strateji 
informasiya sistemi (SİS-strategic information systems-SİS) 
adlandırırlar. Bu konsepsiyaya əsasən informasiya sistemləri 
firma daxilində son istifadəçilər üçün informasiyanın emalını 
təmin edən sadəcə olaraq alət deyil. İndi onlar bazarda 
firmanın rəqabət üstünlüyünü təmin edəcək yeni məlumatların 
və xidmətlərin informasiyasına əsaslanmış generator olurlar. 
İnformasiya sistemi aşağıdakı  əsas xüsusiyyətlərə 
malikdir: 

 
İnformasiya sistemləri dinamik və inkişaf edən 
sistemdir; 

 
İstənilən  İS-in qurulması  və idarə edilməsi 
sistemlərin yaradılmasının ümumi prinsipləri  əsasında yerinə 
yetirilir; 


İnformasiya sistemləri menecmenti
 
50 

 
İS-in çıxış  məhsulu qərarların qəbul edilməsi üçün 
istifadə edilən informasiyadır. 
 
4.2. İnformasiya sistemlərinin  təsnifatı 
 
İnformasiya sistemləri yerinə yetirdikləri funksiyalara 
görə aşağıdakı kimi təsnifləşdirilir: 

 
İstehsal informasiya sistemləri
 
tranzaksiyaların 
(Transaction processing systems-TPS) emalı sistemlərinin 
kateqoriyasını özündə birləşdirir. Tranzaksiyaların emalı 
sistemləri proses haqqında məlumatların qeydiyyatını  həyata 
keçirir. Misal olaraq satışları, alışları  və  vəziyyətin dəyiş-
məsini qeydə alan informasiya sistemlərini göstərmək olar. 
Bu cür qeydiyyatın nəticələri müştərilər, inventar və başqa 
təşkilati bazalar haqqında verilənlər bazalarının yenilənməsi 
üçün istifadə edilir. Tranzaksiyaların emalı sistemləri həm 
daxili və  həm də xarici istifadə üçün informasiyanı istehsal 
edir. Məsələn, onlar müştərilərin sifarişlərini, ödəniş  cədvəl-
lərini, mal çeklərini, vergi və maliyyə hesabatlarını hazır-
layırlar. Tranzaksiyaların emalı sistemləri verilənləri iki əsas 
yolla emal edir. Əməliyyatlar  haqqında zərfli emalda verilən-
lər zamanın bəzi dövrü ərzində  yığılır və müntəzəm olaraq 
emal edilir. Zamanın real miqyasında (və ya interaktiv) 
verilənlər  əməliyyat baş verəndən dərhal sonra emal edilir. 
Məsələn, pərakəndə satışda tətbiq edilən satışların qeydiyyatı 
məntəqəsi (point of sail-POS) zamanın real miqyasında və ya 
zərflərlə regionla kompüter mərkəzlərinə kommersiya mə-
lumatlarını ötürən və qeydə alan elektron terminalları istifadə 
edə bilər. 
Prosesləri idarə edən sistemlər istehsal proseslərinin 
idarə edilməsi üçün lazım olan sadə  qərarları  qəbul edir. 
Onlara informasiya sistemlərinin kateqoriyası aiddir. Ona həm 
də prosesin idarə edilməsi sistemi də deyirlər. Onlar istehsalın 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə