Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə12/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   53

İnformasiya sistemləri menecmenti
 
37 
satışın, təchizatın, maliyyənin, istehsal və biznes proseslərinin 
maksimum avtomatlaşdırılması yolu ilə nail olunur.  
İnformasiya texnologiyaları istehsal prosesini tamamilə 
ləğv etməyə, rəqibləri yox etməyə  və insanı son qərar qəbul 
etmək hüququndan məhrum etməyə qadir deyil.  
İnformasiya texnologiyalarına sahib olma müəssisədə 
hər bir uğura təminat verir, ona görə  də  təkmil informasiya 
sistemlərinin başlıca fərqi informasiya texnologiyalarına sərf 
edilən vəsaitlərin miqdarı ilə deyil, ancaq əlavə  dəyərlə 
ölçülür. Qoyulan investisiyanın mənfəət gətirməsi üçün 
sadəcə olaraq İT-yə sahib olmaq kifayət deyil, eyni zamanda 
informasiya texnologiyalarından səmərəli istifadə etməyi 
bacarmaq lazımdır.  
İqtisadiyyatda informasiya texnologiyalarının  əsas 
məqsədi  əsaslandırılmış  qərarların hazırlanmasına, maliyyə 
vəsaitinə  qənaət edilməsinə, məhsuldarlığın yüksəldilməsinə 
nail olmaqdır. Buraya taktiki, qısamüddətli  üstünlüklərə nail 
olmanın üsulları aiddir. İnformasiya texnologiyalarının strateji 
hədəfi menecmentə kömək etmək, bazarın dinamikasına 
reaksiya vermək, rəqabət üstünlüyünü yaratmaq və onu əldə 
saxlamaqdır. Son illərdə İKT sektoru iqtisadiyyatın aparıcı və 
dinamik inkişaf edən sahəsinə çevrilmişdir. 2003-2013-cü 
illər ərzində sektorun həcmi təqribən 20-25%  illik artaraq, 2,0 
milyard ABŞ dollarına çatmış, ÜDM-də payı 1,7%-ə, qeyri-
neft ÜDM-də isə payı 3,3%-ə yüksəlmişdir. Sektora 
investisiya qoyuluşu təqribən 3,0 milyard ABŞ dolları  təşkil 
etmişdir ki, bunun da 72%-i yerli biznes strukturları və xarici 
investorlar tərəfindən yatırılmışdır. Özəl sektorun payı 2003-
cü illə müqayisədə 67,3%-dən 80%-ə yüksəlmişdir. MDB 
ölkələri arasında ilk dəfə Azərbaycan Respublikasında sabit 
telefon  şəbəkəsi tam elektronlaşdırılmış  və ölkənin bütün 
yaşayış  məntəqələri telefonlaşdırılmışdır. Respublikanın 
bütün rayon mərkəzləri magistral fiber-optik telekommunika-


İnformasiya sistemləri menecmenti
 
38 
siya  şəbəkəsinə qoşulmuşdur. Mobil şəbəkə genişləndiril-
mişdir. Respublikada mövcud olan mobil operatorlar 
tərəfindən müasir 3G xidmətləri göstərilir. 2012-ci ildən 
ölkəmizdə 4G texnologiyasının da tətbiqinə başlanılmışdır. 
Ölkədə hər 100 nəfərə 110 mobil abunəçi düşür. Son beş ildə 
beynəlxalq internet kanalının tutumu 12,9 dəfə artaraq 200 
Gbit/s-yə çatmış, internet xidmətləri bazarının həcmi 
təxminən 4 dəfə artmışdır. 2013-cü il fevralın 8-də 
Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki 
“Azerspace-1” orbitə  çıxarılmışdır ki, bu da ölkəmizin 
müstəqillik dövründə  əldə etdiyi ən yüksək texniki 
nailiyyətlərindəndir. Avropa, Yaxın  Şərq, Orta Asiya və 
Afrika ölkələrinə telekommunikasiya, internet, televiziya-
radio yayımı xidmətləri göstərməyə imkan verən peykin artıq 
kommersiya istismarına başlanılmışdır və o, yaradılmış 
infrastruktur vasitəsilə azərbaycanlı mütəxəssislər tərəfindən 
idarə olunur. BTİ-nin tövsiyələrinə uyğun olaraq, ölkəmizdə 
aparılan işlər yekunlaşmış  və 2017-ci ildən rəqəmli yayıma 
keçid təmin edilmişdir. 2003-2013-cü illər  ərzində poçt 
sahəsində xidmətlərin çeşidinin və keyfiyyətinin yüksəl-
dilməsi, infrastrukturun müasirləşdirilməsi, kadr potensialının 
gücləndirilməsi, sahə üzrə  fəaliyyətin liberallaşdırılması 
istiqamətində ardıcıl işlər görülmüşdür.  
Azərbaycan Respublikasında kompüter və elektron 
avadanlıqlarının, proqram məhsullarının istehsalı ildən-ilə 
artır. Son 5 il ərzində ölkənin informasiya texnologiyaları – İT 
sektoru təqribən  2  dəfə genişlənmiş və orta illik artım tempi 
17% təşkil etmişdir. 
Ölkədə “elektron hökumət”in formalaşdırılmasına ciddi 
diqqət yetirilir və  məmur-vətəndaş münasibətlərinin  İT 
vasitələrindən istifadə etməklə sadələşdirilməsi, şəffaflaşdırıl-
ması bürokratik əngəllərin qarşısının alınmasına xidmət edir. 
Ölkədə ”elektron hökumət”in zəruri infrastrukturları yaradıl-


İnformasiya sistemləri menecmenti
 
39 
mışdır. “Elektron hökumət” portalı artıq fəaliyyət göstərir
dövlət orqanlarının informasiya sistemləri arasında xüsusi 
infrastruktur vasitəsilə informasiya mübadiləsi aparılır, 
elektron imzanın istifadəsi üçün infrastruktur və sertifikat 
xidmətləri mərkəzləri yaradılmışdır. Nəticədə e-imzanın 
tətbiqi genişlənir, dövlət orqanları  tərəfindən müxtəlif 
elektron xidmətlər göstərilir. Hazırda “Elektron hökumət” 
portalına qoşulmuş dövlət qurumlarının elektron xidmətləri 
“bir pəncərə” prinsipi əsasında  əhaliyə  təqdim edilir. 
“Elektron hökumət” portalı haqqında  Əsasnamə”nin təsdiq 
edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı 
tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 5 
fevral 2013-cü il tarixli 813 saylı Fərmanı bu sahədə aparılan 
işlərə xüsusi təkan vermişdir. 
Qeyd edilənlərlə yanaşı, vətəndaşlara xidmətlərin daha 
keyfiyyətli, rahat, vahid məkandan və müasir innovasiyaları 
tətbiq etməklə  həyata keçirilməsi, dövlət orqanlarının 
informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron 
xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə 
idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədi ilə Azərbay-
can Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 
nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti 
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə 
Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” 
mərkəzləri yaradılmışdır ki, bu da qısa müddətdə özünü 
müsbət təcrübə kimi doğrultmuşdur.  
Görülən işlərin davamlılığının təmin edilməsi və milli 
potensialın gücləndirilməsi üçün İKT sahəsi üzrə yüksək 
ixtisaslı kadr hazırlığı genişlənir. Azərbaycan Respublikası 
Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli 
Sərəncamı ilə  təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbay-
can gənclərinin xarici ölkələrdə  təhsili üzrə Dövlət 
Proqramı”nda  İKT sahəsində yüksək nixtisaslı kadrların 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə