Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə8/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   53

İnformasiya sistemləri menecmenti
 
25 
Deməli, idarəçilik fəaliyyətinin effektivliyinin yüksəlməsi 
bütövlükdə müəssisənin fəaliyyətinin təkmilləşdirilməsində 
əsas rol oynayır.  
İnformasiya resurslarından  şirkətlərin istifadəetmə 
imkanlarının xeyli genişləndirilməsi baxımından informasiya 
sistemləri menecmentinin tətbiq edilməsinin xüsusi əhəmiy-
yəti var. İnformasiya sistemləri ilə bağlı olan idarəetmənin 
vəzifələrinin kompleksini bildirmək üçün amerika ədəbiy-
yatında “İnformation Management” anlayışı istifadə olunur. 
O, həm informasiya sistemləri mühitində idarəetmənin daxili 
vəzifələrini, həm də  təşkilatın  əsas fəaliyyəti sferasındakı 
müxtəlif tapşırıqların həlli üçün onun istifadə edilməsi məsə-
lələrini özündə əks etdirir. İnformasiyanın emalı sferasındakı 
menecmentin vəzifələrinin bütün kompleksini bildirən ümumi 
anlayış kimi alman mütəxəssislərinin arasında “informasiya 
menecmenti” termini vüsət aldı. 
 İnformasiya sistemləri menecmentini təşkil edən baza 
informasiya resursudur. İnformasiya resursu informasiya 
sistemlərində informasiyanın başqa massivlərini, biliklərin və 
verilənlərin bazalarını birləşdirən sənədləşdirilmiş informa-
siyanın təşkil edilmiş məcmusudur. Onlara əllə yazılmış, çap 
edilmiş  və elektron sənədlər aiddir. Bu sənədlər təşkilatın 
fəaliyyətinin müxtəlif istiqamətlərinə görə normativ, sərən-
cam və başqa informasiyanı saxlayır. Elektron daşıyıcıları 
keçirmiş informasiya resursları rabitə  və hesablama texni-
kasının vasitələrinin köməyi ilə keyfiyyətcə yeni vəziyyət əldə 
edir, zəruri informasiyanın operativ olaraq təkrar istehsalı 
üçün asan olur və  təşkilatın inkişafının vacib amilinə 
çevrilirlər.  
Firmadaxili informasiyanın idarəedilməsi sisteminin 
başlıca məqsədi – idarəetmə proseslərinin informasiya 
təminatının effektiv sisteminin yaradılmasıdır.  Əsas diqqət 
texniki və təşkilati məsələlərə deyil, informasiyanın yaradıl и 


İnformasiya sistemləri menecmenti
 
26 
ması məsələlərinə ayrılmalıdır, çünki o, informasiya təminatı 
vasitəsilə keçəcəkdir.  
İnformasiya texnologiyaları informasiya menecmentinin 
baza alətidir. Onun avtomatlaşdırılması iş prosesinin axınının 
effektivliyinin yüksəldilməsinin  ən mühüm üsuludur. Kom-
püter texnologiyalarının sürətli inkişafı, texniki platformanın 
təkmilləşdirilməsi və proqram məhsullarının prinsip etibarı ilə 
yeni siniflərinin meydana çıxması istehsalın idarə edilməsinin 
avtomatlaşdırılmasına yanaşmaların dəyişməsinə  səbəb oldu. 
Firmadaxili proseslərin yerinə yetirilməsində informasiya 
texnologiyalarının (İT) funksiyası istehsal güclərinin və 
məhsulun vacib tərkib hissəsinə çevrilmişdir. Ancaq informa-
siya texnologiyasının istifadə edilməsi daha çox ziddiyyətli 
firmadaxili problemlərə aiddir. Müəssisə rəhbərləri onları həll 
etməkdən imtina edirlər, çünki özünü kifayət qədər səlahiy-
yətli hiss etmirlər. Qərarlar adətən informasiya xidmətləri 
rəhbərlərinin və yaxud ixtisaslaşdırılmış xarici təşkilatlara 
həvalə edilir. İnformasiya texnologiyaları ilə bağlı olan 
təsərrüfat riskləri daimi artır və aydın deyil ki, müəssisələrin 
rəhbərliyi nə vaxta qədər bu vacib strateji resursu qiymətlən-
dirməyəcək. Lakin son vaxtlar ali menecment daha diqqətlə 
informasiya texnologiyalarına aid edildi.  
Gündəlik və qarşılıqlı  əlaqəli bölmələrin və müəssisə-
lərin böyük sayının komplekslərini özü ilə verən iri firmaların 
fəaliyyətində informasiyanın idarə edilməsi firmanın normal 
fəaliyyət göstərməsinin mütləq və birinci dərəcəli amilidir. Bu 
zaman məlumatların həqiqətə uyğun olması  və operativliyin 
təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. İnformasiyanın 
firmadaxili sisteminin bir çox təşkilatları üçün texnoloji 
prosesin təşkilinin tapşırıqlarını həll edir və istehsal xarakteri 
daşıyır. Bu, əsasən firmadaxili kanallarla ixtisaslaşdırılmış 
müəssisələrdən daxil olan kooperasiya edilmiş  məhsula 
müəssisələrin təminatı proseslərinə aiddir. Burada infor-


İnformasiya sistemləri menecmenti
 
27 
masiya idarəetmə  qərarlarının qəbulu üçün məlumatların 
verilməsində mühüm rol oynayır və onun effektivliyinin 
yüksəldilməsi və istehsal xərclərinin aşağı salınmasını  təmin 
edən amillərdən biridir.  
Qərarların qəbul edilməsində yeni elmi bilikləri, texniki 
yenilikləri, ixtiralar haqqında məlumatları saxlayan elmi-
texniki informasiya əhəmiyyətli rol oynayır. Qeyd edilən bu 
fondun vaxtında və praktiki istifadə edilməsi müəssisənin 
rəqabət qabiliyyətliliyinin artırılmasını təmin edir.  
Bütün mərhələlərdə onun həyat silsiləsi, strateji inkişafı 
informasiyanın firmadaxili sisteminin idarə edilməsi infor-
masiya menecmentinin vəzifələridir.  
Qeyd edək ki, müəssisədə baş verən proseslər haqqında 
inandırıcı operativ informasiyanın olması uğurlu idarəetmənin 
ən mühüm amillərindən biridir. Xüsusi olaraq informasiya 
sistemlərinin elementlərinin proseslərinin və resurslarının 
səmərəli uzlaşdırılmış idarəsinin hesabına təşkilatın məqsəd-
lərinə nail olmasının təmin edilməsi informasiya menec-
mentinin əsas vəzifələridir. Bu və ya digər ölçüdə idarənin bu 
vəzifələrində informasiya sistemləri, onda realizə edilmiş 
informasiya resursları və texnologiyaları istifadə olunur. 
İnformasiya sistemləri menecmenti  XX-ci  əsrin 70-ci 
illərinin axırlarında müstəqil istiqamət kimi seçilən menec-
mentin xüsusi sahəsidir. İnformasiya sistemləri menecmenti 
informasiya resurslarının yaradılması  və ondan istifadə 
edilməsi sferasına aid olan bütün problemləri əhatə edən elm 
sahəsidir. Qeyd edək ki, informasiya sistemləri menecmenti 
ümumi menecmentin xüsusi sahəsi olaraq, son dövrlər 
müstəqil istiqamət kimi formalaşmış  və özündə spesifik 
xüsusiyyətləri əks etdirir.  
İnformasiya sistemləri menecmentinin mahiyyətinin 
açıqlanması üçün bir sıra anlayışlara nəzər salmaq lazımdır: 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə