Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

İnformasiya sistemləri menecmenti
 
31 
gəlməsi şifahi, yazılı və digər yollarla (şərti siqnallar, texniki 
və hesablayıcı vasitələr və s.) mümkün olan maddi daşıyıcıda 
yazılan məlumatlardır. 
İnformasiya texnologiyası  (İT) - hesablama texnikası 
və rabitə vasitələrinin köməyindən istifadə edərək, proqram 
təminatının tətbiqi  əsasında informasiyanın toplanması, 
qorunması, emalı, axtarışı, ötürülməsi, qeydiyyatı  əməliy-
yatlarının və idarəetmə tapşırıqlarının həlli üçün istifadə 
olunan metod və vasitələrin məcmusudur.  
İnformasiya mühiti - informasiyanın saxlanması, emalı 
və ötürülməsinin texniki və proqram vasitələrinin məcmusu, 
eyni zamanda informasiyalaşdırma prosesinin reallaşdırılma-
sının siyasi, iqtisadi və mədəni şərtidir. 
İnformasiya resursları  (İR) - ayrı-ayrı  və kütləvi 
sənədlər, həmçinin informasiya sistemlərində (kitabxanada, 
arxivdə, fondda, verilənlər bankında və s.) toplanan sənəd-
lərdir. 
İnformasiya məhsulu - maddi və ya qeyri-maddi for- 
mada yayılması üçün istehsalçı  tərəfindən hazırlanmış 
informasiya toplusudur. 
İnformasiya xidməti - informasiya məhsullarının alın-
ması və istifadəçiyə təqdim edilməsidir. 
İnnovasiya - yeni məhsul növlərinin, texnologiyaların, 
yeni təşkilati formaların tətbiqinin işlənib hazırlanmasına, 
yaradılmasına yönəldilmiş yaradıcılıq fəaliyyətidir.  
İnvestisiya - müəssisənin aktivlərinə yeni məhsul bu-
raxmaq, onun keyfiyyətini yüksəltmək, satış və gəlir həcmini 
artırmaq məqsədinə yönəldilən vəsaitdir. 
Planlaşdırma - məqsədi, məzmunu, həcmi, metodları, ar-
dıcıllığı, icra olunma vaxtı göstərilməklə müəyyən bir dövr 
üçün yerinə yetirilməsi nəzərdə tutulan iş  və tapşırıqların 
məcmusudur. 


İnformasiya sistemləri menecmenti
 
32 
İnformasiya sistemlərinin strateji planlaşdırılması – 
informasiya sistemləri sahəsində maliyyələşdirmə, büdcə, 
prinsip və digər tədbirlər vasitəsilə müəssisədə strateji məq-
sədlərə çatmaq üçün uzun müddətə  qərar qəbul edilməsi 
prosesidir. 
 
2.3. İqtisadiyyatda informasiya texnologiyalarının 
əhəmiyyəti və yeri 
 
Cəmiyyətin inkişafı üçün material, instrumental, enerji 
və başqa resurslar zəruridir. Sivilizasiyanın inkişafının müasir 
mərhələsinin xüsusiyyəti informasiya axınlarının həcminin 
görünməmiş artımıdır. Bu praktiki olaraq insan fəaliyyətinin 
istənilən sferasına aiddir. İnformasiyanın həcminin böyük 
artımı  sənaye, ticarət, maliyyə-bank, marketinq və müxtəlif 
xidmət sferalarında müşahidə edilir. Müasir elmi-texniki 
tərəqqidə informasiyanın xüsusi rolu onun başqa resurslar 
kimi zəruriliyini (material və pul) şərtləndirir.  İnformasiya 
alqı-satqı predmeti olaraq, informasiya məhsulu kimi cəmiy-
yətin informasiya resursunu təşkil edir.  
“İnformasiya resursları” anlayışı bazadan “informasiya 
sistemini  əmələ  gətirən” anlayışından ayrılmazdır.  İnforma-
siya tətbiqi elm fənlərindən tutmuş materialist fəlsəfəyədək 
müxtəlif elmlərlə izah edilir. Ümumi halda istənilən material 
daşıyıcılarında qeydə alınmış, emal edilmiş və lazımlı verilən-
lərin emalı üçün məcmunu informasiya resursları hesab etmək 
olar. Beləliklə, informasiya resurslarına həm sənədlə qeydə 
alınmış kağız, həm də elektron-mətn, cədvəl, multimediya və 
başqa məlumatlar aiddir. İnformasiya resursları sisteminin 
təşkili fəaliyyətinin istiqamətindən asılı olaraq, özündə elek-
tron informasiya resurslarının böyük və ya kiçik payını 
birləşdirir. Hazırda elektron informasiya resurslarının payının 
artması tendensiyası müşayiət olunur ki, bu da onun 


İnformasiya sistemləri menecmenti
 
33 
informasiya sistemləri tərəfindən daha sürətlə  və rahat emal 
edilməsi ilə əlaqədardır. 
Elmi-texniki tərəqqi və informasiya axınlarının sürətli 
artması informasiya texnologiyaları sahəsində son naliy-
yətlərin Azərbaycan cəmiyyətinin sosial-iqtisadi həyatının 
bütün sferalarında tətbiqi templərini olduqca sürətləndirdi.  
Qeyd etmək lazımdır ki, informasiya texnologiyaları o 
andan mövcud olmuşdur ki, insanlar öz bilik və bacarıqlarını 
saxlamış və nəsildən-nəslə ötürmüşlər. Bu isə informasiyanın 
emalı  və ötürülməsi deməkdir. 20-ci əsrin ortalarında kom-
püterlərin meydana çıxması idarəetmənin və informasiyanın 
emalının yeni imkanlarını kəşf etdi. Proqram təminatının gücü 
və imkanları tədricən yüksəldi və kompüter nəinki hesablama, 
həm də başqa funksiyaları yerinə yetirməyə başladı. Onlar 
istehsalın idarə edilməsində bilavasitə  iştirak edir. Məhz 
informasiya texnologiyalarında  ən yeni kompüter, riyazi və 
kommunikasiya vasitələrinin istifadə edilməsi onlardan 
iqtisadi tapşırıqların həlli üçün istifadə etməyə imkan verdi.  
İnformasiya texnologiyası (İT) - hesablama texnikası və 
rabitə vasitələrinin köməyindən istifadə edərək, proqram təmi-
natının tətbiqi  əsasında informasiyanın toplanması, qorun-
ması, emalı, axtarışı, ötürülməsi, qeydiyyatı  əməliyyatlarının 
və idarəetmə tapşırıqlarının həlli üçün istifadə olunan metod 
və vasitələrin məcmusudur.  
Mahiyyətcə informasiya texnologiyaları - informasiya 
ilə  əməliyyat aparılmasının üsulları  və metodlarıdır. Belə 
ümumiləşdirilmiş  tərif informasiya texnologiyalarının geniş 
yayılmış izahından xeyli dərəcədə  fərqlənir, bu ilk növbədə 
proqram-aparat vasitələrinin istifadəsi ilə  əlaqələndirilir. 
Beləliklə,  İT-müasir kompüter vasitələrinin köməyilə in-
formasiyanın saxlanılmasının, emalının və ötürülməsinin 
metodlarıdır.  İT-ni kompüter aparat bazasından və proqram 
təminatından ayrı  təsəvvür etmək mümkün deyil. Menecerə 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə