Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə11/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   53

İnformasiya sistemləri menecmenti
 
34 
həmişə  qərar qəbulunu qeyri-müəyyənlik və böyük həcmdə 
informasiya  şəraitində  qəbul etmək zərurəti yaranır.  İnfor-
masiya texnologiyaları iqtisadi sahədə tapşırıqların həllinin 
mümkün variantlarını sürətlə hesablamaq qabiliyyətinə  və 
vəziyyətin inkişafının dəqiq proqnozunu verməyə qadirdir. 
Onlar maliyyə  və mühasibat uçotunda, analitik hesabatların 
qurulmasında və informasiyanın böyük həcminin saxlanma-
sında sadəcə olaraq əvəzsizləşir.  
Kompüter texnologiyasının  əvəz edilməməsinin səbəbi 
onun informasiyanın yenidən dəyişdirilməsi, ötürülməsi, 
toplanmasının yeni vasitələrinin tətbiqinin hesabına idarəetmə 
funksiyasını optimallaşdırmaq imkanı verir. İqtisadiyyatda 
informasiya texnologiyaları daim təkmilləşir və yenilənir. 
İnformasiya texnologiyası informasiya sistemləri ilə  sıx 
bağlıdır, çünki onlar onun üçün əsas mühitdir. İnformasiya 
sistemləri fəaliyyətin praktiki olaraq bütün sferalarında zəruri 
alətdir. İnformasiya sistemlərinin köməyi ilə həll edilən müx-
təlif tapşırıqlar informasiya emalı qaydalarına qoyulmuş 
prinsipləri və qurulmasının qaydaları ilə  fərqlənən çoxlu 
müxtəlif tipli sistemlərin meydana çıxmasına səbəb oldu. 
İnformasiya sisteminin məqsədi - informasiyanın saxlanması 
və ötürülməsinin təşkilidir. İnformasiya sistemi özü informa-
siyanın emalının insan - kompüter sistemini verir.  
Avtomatlaşdırılmış informasiya sistemləri dedikdə
müəssisənin idarə edilməsi məqsədi ilə insan əməyinin və 
verilənlər bazalarının, proqram vasitələrinin, informasiyalaş-
dırmanın texniki vasitələrindən məqsədyönlü və uzlaşdırılmış 
istifadəsi başa düşülür.  İndiki zamanda bütün bu sistemləri 
şərti olaraq müəssisənin fəaliyyətinin idarəedilməsi və plan-
laşdırılması, müştərilərlə qarşılıqlı münasibətlərin idarə-
edilməsi sistemlərinə, maliyyə-analitik sistemlərə, informa-
siyanın qorunması sistemlərinə, məlumat sistemlərinə, layihə-


İnformasiya sistemləri menecmenti
 
35 
ləndirmə sistemlərinə  və s. bölmək olar. Azərbaycan iqti-
sadiyyatında belə sistemlər bu gün kifayət qədər çoxdur. 
Menecment və marketinq – İT proqramlarının bazar 
sektorunda daha intensiv inkişaf edən sahələrindən biridir, 
çünki bazar münasibətlərinin intensiv inkişaf etdiyi şəraitlərdə 
bu sahədəki informasiya proseslərinin avtomatlaşdırılması 
rəqabətin strateji amilidir. Yalnız müasir informasiya
 
texnologiyaları istənilən elektron massivlərə praktik olaraq 
dərhal qoşulmaq, bütün zəruri informasiyanı almaq və  təhlil 
üçün ondan istifadə etmək, proqnozlaşdırmaq, idarəetmə 
qərarlarını  qəbul etməyə  və müəssisənin korporativ resurs-
larına internet vasitəsilə daxil olmaq imkanı verir.  
Korporativ informasiya resursları və bilikləri investisiya 
cəlbediciliyinin, onun rəqabət qabiliyyətinin yüksəldilməsinə 
xeyli təsir etməyə qadir olan müasir müəssisənin vacib 
resursudur.  İdarə tapşırıqlarının həlli müəssisənin fəaliy-
yətinin müxtəlif sferalarını  və informasiya texnologiyaları 
üzrə mütəxəssislərin arasında sıx  əlaqənin olması ilə 
mümkündür. Başlıcası isə zamanın real miqyasında alınmış 
informasiyanın təhlilinin nəticələrinə  və rahat müqayisə 
edilən formada müəssisənin istənilən informasiya resurslarına 
operativ girişinin alınmasında müəssisənin ali və orta 
menecmentinin maraqlı olmasıdır.  
Azərbaycan bazarının inkişafının müasir mərhələsində 
şirkətlərin  əksəriyyəti sərt rəqabət mübarizəsində  iştirak 
edirlər.  İnformasiya texnologiyalarının tətbiqi firmaların 
rəqabət qabiliyyətini artırmaq imkanı verir. Müəssisədə 
menecmentin və marketinqin vəzifələrinin həyata keçirilməsi 
daxili və xarici informasiya mənbələrini optimallaşdırmadan 
mümkünsüz olur. Bu korporativ informasiya sistemlərinin 
(KİS) yaradılmasına və geniş yayılmasına təkan verir.  
Korporativ informasiya sistemləri – təşkilatın bütün əsas 
biznes proseslərinin və uçotun bütün növlərinin avtomat-


İnformasiya sistemləri menecmenti
 
36 
laşdırılmasının sistemidir. Mahiyyət etibari ilə korporativ 
informasiya sistemləri müəssisənin idarə edilməsi sisteminin 
bütün komponentlərinin uzlaşdırılmış  işini təmin edir. 
Bununla yanaşı qeyd etmək lazımdır ki, korporativ infor-
masiya sistemləri informasiya sistemlərinin xüsusi növüdür  
və  KİS-dən başqa müxtəlif meyarlarına görə ayrılan 
informasiya – axtarış, məlumat, ekspert və başqa informasiya 
sistemləri də mövcuddur.  
Son dövrlərədək müəssisənin bazarı  və istehlakçıların 
seqmentləri haqqında informasiya pərakəndə idi və lokal 
olaraq istifadə edilirdi. Bu gün bazarların intensiv doldurul-
ması baş verəndə daha çox diqqəti müştərilərlə qarşılıqlı 
münasibətlərin idarə edilməsinin qurulmasına ayırmaq 
lazımdır. Həmin müştərilərə görə müəssisənin inkişafının və 
idarə edilməsinin strategiyası qurulur. İdarəetmənin belə 
metodları vahid korporativ informasiya sisteminə, verilənlərin 
və biliklərin (verilənlərin saxlandığı yerlər) sistemləşdirilmiş 
və formalaşdırılmış bazalarına  əsaslanır. Müasir şəraitdə 
müəssisə informasiya texnologiyalarına  əsaslanan idarəet-
mənin yüksək səmərəli sistemi olmadan yaşaya və inkişaf edə 
bilməz. Bazarın daim dəyişən tələbləri, elmi-texniki, texnoloji 
və marketinq xarakterli informasiyanın böyük axını şəraitində 
müəssisədə az xərclə maksimum mənfəətin alınmasına 
istiqamətləndirilmiş strategiya və taktikasına cavab verən 
işçilərdən qəbul edilən qərarların sürətli və dəqiq olması tələb 
edilir. Sərt bazar rəqabəti şəraitində istehlakçıların günü-gün-
dən artan tələblərinə uyğun olaraq istehsalın yüksəldilməsi, 
xərclərin optimallaşdırılması  hətta  ən təcrübəli  əməkdaşların 
yalnız mücərrəd qərarlarına  əsaslana bilməz.  İnformasiyanın 
yığılması  və emalının məntiqli sisteminə  əsaslanan proqnoz-
laşdırma, planlaşdırma və  təhlilin mürəkkəb riyazi metodları 
əsasında müəssisədə  xərclər üzərində  hərtərəfli nəzarət zəru-
ridir. Bütün bu məqsədlərə texniki xidmətin və saxlamanın, 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə