Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə19/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   53

İnformasiya sistemləri menecmenti
 
62 
informasiya komponentlərini də inkişaf etdirir. Bu məsələlərin 
realizasiyası üçün servis (xidmət) mərkəzlərinin  şəbəkəsi 
yaradılır. 
Tətbiq mərhələsini məlumatın təhvil-təslim aktının 
imzalanmasıyla yekunlaşdırmaq lazımdır. İS hazırlayıcısı həm 
məlumatların, həm də  AİS-nin fəaliyyətinin parametrlərinə 
görə cavabdehlik daşıyır. Təhvil-təslim aktı olmadan sistem-
lərin hazırlayıcıları ilə müqavilə münasibətləri yekunlaşmamış 
olur və  AİS-in istifadəsi prosesində  əhəmiyyətli çatışmaz-
lıqların aşkar edilməsində onların aradan qaldırılması  məsə-
ləsi həll edilməmiº qala bilər. 
Ən ümumi halda informasiya sistemlərinin istifadə 
edilməsinin həyat dövrü mərhələsi iki yarımmərhələyə bölünə 
bilər: İS-nin mənimsənilməsi, İS-nin istismarı. 
İS-nin
 
  mənimsənilmə    mərhələsi istənilən məmulat
istənilən texnologiya üçün səciyyəvidir. 
İstismara qəbul edilmiş istənilən məmulat bütün 
imkanlarını  dərhal üzə  çıxarmır. Məmulatın mənimsənil-
məsinə görə  işlərin effektivliyinin yüksəldilməsi üçün 
vasitələrin, yəni mənimsəmə sistemlərinin xüsusi kompleksi 
yaradılır.  İS-nin mənimsənilməsi mərhələsi aşağıdakı 
dövrləri özündə  birləşdirir: 

 
nümunəvi təcrübi işlər; 

 
meydana çıxan vəziyyətlərin araşdırılması; 

 
nümunəvi hallarda sistemin personalın davranışının 
variantlarının nümayişi. 
İS-nin mənimsənilməsi mərhələsi qurtarandan sonra işçi 
tərəfindən elan edilmiş xarakteristikalar nümayiş etdirilmə-
lidir. Məhsuldarlıq, istifadəçiyə isti münasibət və dostluq, 
etibarlılıq, funksional göstəricilər belə xarakteristikalardır. 
Mənimsəmə sistemi personalın öyrədilməsini mütləq 
daxil etməlidir. Tədris (öyrədilmə) kollektiv və fərdi ola bilər, 
ancaq mütləq fasiləsiz olmalıdır. O, həm ilk tədrisi, həm də 


İnformasiya sistemləri menecmenti
 
63 
ixtisasın artırılmasını  və kadrların yenidən hazırlanmasını 
birləşdirməlidir. 
İstehsalçı (mal göndərən) məmulatı  qəbul edəcək 
mütəxəssislərin  əsas tərkibinin ilk öyrənməsi  İS-nin tətbiqi 
dövründə baş verir. İlk öyrənmə (tədris) tamamilə yeni 
sistemin yaradılması zamanı qarşılaşılır ki, buna da  olduqca 
az-az rast gəlinir. Adətən İS müəssisədə olan hansısa əvvəlki 
vasitələrə  əsaslanır. Personalın layihə üzrə öyrədilməsi, 
əsasən, iş yerində və istehsalçının personalının gücü ilə həyata 
keçirilir.  Hərdən bir ilk tədris istehsalçının  ərazisində həyata 
keçirilir. Bu iri və mürəkkəb  əsaslara malik informasiya 
sisteminin yaradılması zamanı baş verir. Belə sistemin 
yaradılması, təbii, firmadan çox vəsait tələb edir. Sifarişçi 
həm də personalın öyrədilməsinə pul ödəyir. Belə halda 
personalın sertifikatlaşdırılması tətbiq olunur.  
İstismar mərhələsində informasiya menecmentinin əsas 
vəzifəsi  şirkətin informasiya sistemlərinin saxlanılması  və 
nəzarət edilməsinin təşkilidir.  
Nəzarətetmə altında tətbiq və  mənimsəmə  mərhələ-
lərində  məmulatı hazırlayanları  təmin edən tədbirlərin bütün 
kompleksi başa düşülür. Beləliklə, demək olar ki, nəzarətetmə  
sistemi özündə mənimsəmə sistemini və tətbiqetmə sistemini 
birləşdirir. Mənimsəmə  mərhələsində hazırlayıcılar bilavasitə 
iştirak etməyə  də bilərlər, lakin personalın öyrədilməsində 
həmişə iştirak edir. Saxlama  sistemi nəzarət etmə (müşaiyət) 
sisteminin davamıdır. O, özündə xüsusi instrumental vasitə-
lərin dəstini birləşdirir. Bu vasitələr istismar  zamanında lazım 
olanda məmulata dəyişikliklərin edilməsi, qəzadan sonra 
məmulatın bərpası, səhvlərin aradan qaldırılması  və imkan-
ların genişləndirilməsi üçün istifadə edilir. 
Saxlama məmulatın bütün həyat dövrü boyunca lazım-
dır. Bu zaman məmulatın istifadə edilməsində və ona xidmət 
göstərilməsində saxlamanı ayırmaq məqsədə uyğundur. 


İnformasiya sistemləri menecmenti
 
64 
Saxlama sistemi istifadəçilərin maraqlarını müdafiə edir, 
onlara  əlavə yardım göstərir və  məmulatı yaradanların və 
onların arasında “interfeysi” həyata keçirir. İstifadəçi saxlama 
sistemi vasitəsilə  aşkar edilmiş narazılıqlar haqqında mə-
lumatlandırılır, firmanın nümayəndələrinin iştirakı ilə onların 
aradan qaldırılmasının qaydası haqqında informasiya və ya 
tövsiyələr alır. Bütün maraqlanan tərəflərin (istifadəçi, 
hazırlayan, istehsalçı) iştirakı ilə saxlama xidməti yaradıla 
bilər. 
Bütün sadaladığımız sistemlər içərisində  sınaqlar sis-
temi xüsusi yer tutur. Sınaqlar istənilən AİS üçün və  həyat 
dövrünün bütün mərhələlərində keçirilir. Ondan başqa, 
sınaqlar həm də müntəzəm olaraq aparılmalıdır.  İnformasiya 
sistemlərinin sınağının  ən müxtəlif variantlarını  fərqlən-
dirirlər: bütövlükdə sistemi, ayrı-ayrı alt sistemi, müxtəlif 
qurğuları  və proqram təminatını. Sınaqlar müxtəlif məqsəd-
lərlə  və müxtəlif rejimlərdə keçirilir: nəzarət-qəza zonası, 
nəzarət (yoxlama) – profilaktikadan sonra, təhvil-təslim, 
attestasiya, nümayiş, reklam və s. 
 Sınaqlar texnoloji və  təşkilati cəhətdən təmin edil-
məlidir. Sınaqlar xüsusi instrumental vasitələr tələb edir. 
Proqram təminatının və texniki vasitələrin vəziyyətinin 
yoxlanması üçün əlavə elementlər daxil edilir. Xarici 
 
firmalarda, hər şeydən öncə, kompüter texnikasını hazırlayan 
müəssisələrdə  sınaq sistemi, adətən, məmulatın hazırlan-
masının ən gizli mərhələsi (hissəsi) hesab edilir. 
İS platformasının seçilməsi.
 
Platformanın variantının 
seçilməsi informasiya sistemlərinin layihələndirilməsində əsas 
qərar hesab edilir. Lakin platformanın seçilməsi haqqında 
qərar təkcə informasiya sistemlərini hazırlayan tərəfdən qəbul 
edilə bilməz. Platformanın seçilməsi böyük dərəcədə informa-
siya menecmentinin məsələsidir, çünki məhz informasiya 
texnologiyalarının meneceri şirkətin strategiyası ilə informa-


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə