Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə27/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   53

İnformasiya sistemləri menecmenti
 
89 
Bu variantın üstünlükləri bunlardır: sistemin etibarlılı-
ğının və təhlükəsizliyinin yüksək səviyyəsi, sistemin məhsul-
darlığının artırılması imkanı, sistemin müştəri hissəsinin 
məhsuldarlığına və şəbəkənin buraxılış qabiliyyətinə mülayim 
tələblər, (serverin) şəbəkənin daha güclü maşın məlumatların 
bazası ilə  işin imkanı  və  şəbəkə trafikinin azaldılması 
hesabına nail olunan yüksək məhsuldarlıq.  
Verilmiş müəssisə üçün bu variantın həyata keçirilmə-
sinin çatışmazlığı böyük həcmdə maliyyə vəsaitinin tələbidir. 
İS-nin arxitekturasının  əlverişli (optimal) variantının 
seçilməsini optimallaşdırmanın çoxmeyarlı tapşırıqlarının 
əsasında yerinə yetirmək olar. Optimal həllin formal seçimi 
üçün  kompromis həlləri (qərarları) müəyyən edən şəraitlərin 
sisteminə  və optimallaşdırmanın (funksiya və ya optimal-
laşdırmanın operatoru) formal şəraitlərini vermək lazımdır. 
Qoyulmuş tapşırığın düzgün həlli üçün etibarlılığı, təhlü-
kəsizliyi, tətbiqin dəyərini,  şəbəkənin buraxılış qabiliyyətini, 
serverin məhsuldarlığını: real müəssisəni, real sistemi 
xarakterizə edən parametrlərin və kifayət qədər digər çoxlu 
şərtləri müəyyən etmək lazımdır və s.  
Tapşırığın qoyuluşunu xeyli sadələşdirmək olardı. Əgər 
kompromisin  əsas  şərtini müəyyən etmək mümkün olarsa və 
müəssisə üçün maliyyə  xərcləri  əlçatmaz və olduqca arzu 
edilən deyilsə, onda “müştəri-server” texnologiyasına keçmək 
zəruridir və onun tətbiqi ilə  İS-nin arxitekturası “fayl-
serverin” əsasında optimal olacaqdır.  
 
6.2.1. “Maşın zamanı”nın strukturu 
 
“Maşın zamanı” anlayışı kompüterlərin meydana çıx-
ması ilə yanaşı formalaşmışdır. Buna qədər mütəxəssislər 
avtomatlaşdırılmış informasiya sistemlərinin (AİS) formalaş-
dırılması haqqında danışmağa başlamışdılar. Kompüterin və 
başqa texnoloji təminatın yüksək dəyərli (baha) olması 


İnformasiya sistemləri menecmenti
 
90 
şəraitində onların iqtisadi səmərəliliyinə nail olmağın praktiki 
olaraq yeganə üsulu səmərəli və düzgün yüklənməsi 
olmuşdur.  
İnformasiya sistemlərinin başqa texnoloji vasitələrinin 
və kompüterlərin istifadəsinin intensivləşməsi  İS-nin işinin 
zamanın ümumi büdcəsində faydalı “maşın zamanı”nın (MZ) 
payının artırılması hesabına təmin edilə bilərlər. Necə ki, 
zamana görə resursların bütün növlərinin yüklənməsi haq-
qında təsəvvür təbiidir, o, onların istifadəsinin səmərəliliyini 
kəmiyyətcə birinci yaxınlaşmada qiymətləndirmək imkanı 
verir.  
Müxtəlif  İS üçün “maşın zamanı”nın strukturunun 
müxtəlif variantları ola bilər. Informasiya sistemlərinin 
“maşın zamanı”nın fondunun strukturunun variantlarından 
birinə baxaq (şəkil 1-ə baxın).  
Bununla yanaşı, “maşın zamanı”nın fondunun 
strukturuna münasibətdə bir məqamı qeyd etmək olar. Belə ki, 
zamanın T
t
  təqvim fondu bu və ya digər hesabat dövrləri ilə 
uyğun olaraq birgə müəyyən edilir. Zamanın T
rej
 rejim  fondu 
da eyni cür müəyyən edilir. Zamanın rejim fondu altında 
maşın –saat və proqram-saatların miqdarı başa düşülür.Bu isə 
onun işinin təyin edilmiş rejimi ilə uyğunluqda  İS-nin 
texnoloji komponentlərini emal etmək imkanı verir. Bu zaman 
T
rej
  T
teqv
 

dən zaman fondunun “rejimdən kənar”  T
rk
-dan 
kəmiyyətinə (miqdarına ) görə fərqlənir. Buraya şirkətdə işin 
təşkili ilə  şərtləndirilmiş qeyri iş günləri və başqa fasilələr 
daxildir. Məsələn, informasiya sistemləri personalın iş 
gününün qurulmasından sonra (serverlər daxil olmaqla) 
tamamilə  fərqlənə bilər, avtomatik sistemdə isə bütün sutka 
ərzində  işləyə bilər. Zamanın malik olan fondu T
m
  - bu 
informasiyanın emalı üçün informasiya sistemlərinin müştəri-
lərinin malik olduqları zamandır.  İstənilən informasiya 
sistemləri üçün planlı  işsiz dayanmalar (planlı  təmir, 
profilaktika işləri və s.)  mövcuddur. T
plan
  zamanın fondudur. 
O, “maşın zamanı”nın ehtiyatından, planlı proqram-texniki 


İnformasiya sistemləri menecmenti
 
91 
xidmətdən və ya təmirdən ibarətdir.  T
plan
  T
rej
 
-
 rejim 
fondunun tərkibinə daxildir. 
T
i
 zamanının istehsal fondu - bu informasiya sistem-
lərinin (kompüter, server və s.) faktiki olaraq işlədiyi 
zamandır. O, T
mal
 - dan T
pk
 plandan kənar işsiz dayanma-
lardan kəmiyyətinə (miqdarına) görə fərqlənir. Öz növbəsində 
T

zamanın istehsal fondu T
m
 zamanın məhsuldar fondunu və 
T
zay
 zamanın iş fondunu daxil edir. Zay iş zamanı istənilən 
informasiya sistemlərinin istismarında yeri var, ancaq heç də 
həmişə hesaba alınmır.  
Öz növbəsində, T
məh
  zamanın məhsuldar fondu zama-
nın  T
eff
 effektiv fondundan T
qeff
 “özünə” hesablama bölmə-
sinin iş zamanından ibarətdir. 
“Özünə” işləmə zamanı istənilən informasiya sistemləri 
üçün “maşın zamanı”nın labüd olan təşkiledici fondudur. 
Proqramın emalı, texnologiyaların işləməsi, vasitələrin inki-
şafı üzrə  iş zamanı daxil edilir. Bu işləri aparmadan infor-
masiya sistemləri və informasiya texnologiyaları normal 
fəaliyyət göstərə bilməz. Ona görə  də bu fondu onun 
istifadəsinə ayırmaq və planlaşdırmaq lazımdır. Səmərəli 
“maşın zamanı”nın fondu zamandır, hansı ki, ərzində 
informasiya sistemləri müəssisənin bilavasitə  əməliyyat 
fəaliyyətini (yəni  əsas fəaliyyətini) təmin edir. İnformasiya 
sistemlərinin işinin səmərəliliyinin təminatı üçün və 
kompüterlərin istifadəsinin indensifikasiyası informasiya 
sistemlərinin başqa texnoloji vasitələrinin “maşın zamanı” 
planlaşdırılmalı və nəzərə almalıdır. 
Şəkil 1-də “maşın zamanı”nı  təşkil edən fondun 
tənasübünü saxlamağa cəhd edilməmişdir, yalnız mümkün 
itkinin çoxnövlülük haqqında təsəvvür yaradılmışdır. Problem 
ondadır ki, effektiv “maşın zamanı” təqvim zamanından xeyli 
az ola bilər.  


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə