Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə24/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   53

İnformasiya sistemləri menecmenti
 
79 

 
mərkəzləşdirilmiş  və  mərkəzləşdirilməmiş texniki vasi-
tələrin “inkişafının tarixi” (artımın payı, məhsuldarlığın və 
tutumun inkişafı); 

 
texniki vasitələrin genişləndirilməsi imkanları; 

 
proqram vasitələrinin istehsalçıları  və  tədarükçüləri 
haqqında məlumatlar (bu vasitələrin istifadəçilər  tərəfindən 
qiymətləndirilməsi və etibarlılığı); 

 
proqram vasitələri sahəsindəki tədarükçülər haqqında 
əlaqələrin davamlılığına və ya icarə münasibətlərinə  aid  
məlumatlar; 

 
texniki xidmətə görə məlumatlar. 
Bu mərhələdə əsas diqqət o proqramlara verilməlidir ki, 
onlar EHM-in qeyri-mərkəzləşdirilməsi üçün quraşdırılsınlar. 
Bundan başqa, şəbəkə proqramlarına diqqət vermək lazımdır, 
çünki onlar mərkəzi EHM ilə kommunikasiya saxlayır.  
İnformasiya emalı büdcəsinə münasibətdə  aşağıdakı 
aspektlər tədqiq edilir: 
o
 
işçilərə, texniki xidmətə  xərclərin, texniki və proqram 
vasitələr üçün ayrıca tədqiqatın təşkilinə  çəkilən xərclərin 
ümumi inkişafının, həm də digər xərclərin təhlili; 
o
 
ümumi xərclərlə müqayisədə informasiya emalı 
xərclərinin dinamikası; 
o
 
gələcəkdə informasiyanın emalına çəkilən xərclərin 
planlaşdırılması; 
o
 
informasiyanın emalına aid xərclərin hesablanmasının 
sistemləri; 
o
 
fəaliyyətin hər bir sferası üzrə informasiyanın emalı 
xərcləri; 
o
 
nail olunan məhsuldarlıqla informasiyanın emalına 
çəkilən xərclərin əlaqələndirilməsi. 
İnformasiyalaşdırma sferasında təşkilat və idarə. Bu 
istiqamətdə  əsas məqsəd informasiya sistemləri sferasında 
fəaliyyətdə olan təşkilatın səmərəliliyini və idarəetmənin 


İnformasiya sistemləri menecmenti
 
80 
keyfiyyətini yoxlamaqdır. Bu zaman aşağıdakı aspektlər 
tədqiq edilməlidirlər: 

 
informasiya emalı təşkilatının  səmərəliliyi

 
istifadəçilərlə  əməkdaşlıq (servis xidmətlərinin növü 
və həcmi, istifadəçilər üçün servis və onların öyrədilməsi); 

 
informasiya vasitələri (İV) sahəsinin təşkilati 
parçalanması (istifadəçilərin təminatı  və informasiya 
sistemlərinin inkişafı və istismarı); 

 
verilənlərin planlaşdırılması; 

 
informasiya sistemlərinin tətbiqinin inkişafı  (İS-nin 
inkişafı üçün prioritetlərin verilməsi, proqramlaşdırma, test-
ləşdirmə  və texniki qulluq, dizayn, təhlil üçün metod və 
alətlər); 

 
informasiya emalı  sferasındakı işçilərin öyrədilməsi 
üzrə tədbirlər; 

 
sənədlərin keyfiyyəti və həcmi; 

 
informasiyanın emalı sahəsində  nəzarətin və  qısa, 
orta və uzunmüddətli planlaşdırmanın həcmi və növü; 

 
sonuncu istifadəçiyə görə proqram vasitələri 
resurslarının bölüşdürülməsinin növü; 

 
qəzalardan müdafiənin keyfiyyəti və həcmi. 
Müəssisədə informasiya sistemlərinin  təhlilinə görə 
sənədləşməyə aşağıdakılar aiddir: 

 
mövcud olan informasiya sistemlərinin və onların 
resurslarının ümumi xülasəsi; detallaşmanın eyni dərəcəsi ilə 
bütün sistemlərin ayrı verilməsi; inteqrasiya və aqreqasiya 
edilmiş təsəvvür və onların müqayisəsinin nəticələri; 

 
informasiya sistemlərinin resurslarının istifadə edilmə-
sinin ümumi xülasəsi; onların fəaliyyətinin ağırlıq mərkəzləri, 
həm də əlaqəli və sərbəst güclər; 

 
informasiya sistemlərinin güclü və  zəif cəhətlərinin 
təsviri və onların yaxşılaşdırılmasına görə təkliflər: əldə olan 
informasiya sistemləri və onların resursları, İS-nin inkişafı və 


İnformasiya sistemləri menecmenti
 
81 
qulluq;  İS-nin istismarı  və istifadəçilərə xidmət,  İS-nin 
planlaşdırılması və təşkili; 

 
informasiya sistemləri sahəsində  gələcək strategiyalar 
üçün niyyət və ideyaların kataloqu. 
 
5.3.3.
 
Strategiyaların işlənməsi. İS və İE sahəsində ayrı-
ayrı layihələrin müəyyən edilməsi 
 
İnformasiyanın emalı sahəsindəki strateji hədəflər ayrı-
ayrı addımlar  şəklində qarşıya qoyulmuş ümumi hədəflərə 
nail olunmasına yol göstərən konkret strategiyaların inkişafı 
üçün ilkin zəmin yaradır. Bu zaman konkret tədbirlərin 
planlaşdırılması  prosesinə başlanılır.  
Proqramın arxitekturası sahəsindəki strategiya
İnformasiya sistemlərinin strateji planlaşdırılması    çərçivəsi 
daxilində proqramın arxitekturası deyəndə, konseptual ümumi 
çərçivələr başa düşülür. Hər iki aspekt-verilənlər və proqram-
lar vahid dinamik bütöv məqsədi birləşdirir. Proqramın 
arxitekturası sahəsindəki strategiya informasiya sistemlərinin 
çərçivələri daxilində ən vacibidir, ona görə də o, informasiya 
sistemlərinin növbəti strategiyasını müəyyən edir. 
Proqramların planlaşdırılmasını bütövlükdə bütün təş-
kilat üçün verilənlərin konseptual modelinin əsasında həyata 
keçirmək tövsiyə edilir, çünki müəyyən zaman ərzində 
verilənlərin təşkilatda tətbiq edilən strukturları sabit qalır.  
Verilənlərin vahid bazisinin bütün müəssisə üçün 
işlənməsi.  Praktikada olduqca az-az rast gəlinən situa-
siyalarda (məsələn, yeni müəssisənin  əsası qoyulanda) kon-
septual model və verilənlərin strukturu yenidən yaradılma-
lıdır. Bir çox hallarda isə informasiya sistemləri sahəsində 
artıq qəbul edilmiş strategiyalar verilənlərin mövcud olan 
strukturlarının əlavəsini və yaxud konsolidasiyasını tələb edir. 
Bu, hər şeydən əvvəl, səmərəsiz bölüşdürülmüş verilənlər və 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə