Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə26/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   53

İnformasiya sistemləri menecmenti
 
85 

 
İstifadəçilərlə  əməkdaşlığın tənzimlənməsi (istifadə-
çilərlə  əlaqələr, xidmət sferasının inkişafına görə tapşırıqlar, 
istifadəçilərə xidmət və onların öyrədilməsi, servis xidmətlə-
rinin növü və həcmi); 

 
Tətbiq edilmiş proqramlara, texniki proqram və 
təşkilat vasitələrinin sənədləşdirilməsi, həm də satın alınmış 
informasiya məhsullarının və xüsusi hazırlanmış layihələrin 
sənədləri; 

 
Saxlanılması və müdafiə edilməsi. 
İS-nə  nəzarət və  xərclərin hesablanması.
 
Planlaş-
dırmanın bu sferası informasiya emalının istehsal sisteminin 
səmərəliliyinin nəzarət alətlərinin qurulması məsələlərini əha-
tə edir. Bu göstəricinin ölçülməsi üçün prinsipcə iki müxtəlif 
yanaşma mövcuddur. Birincisi, istifadəçilərin məmnunluğu-
nun müəyyən edilməsi,  əlbəttə, bu, qeyri-obyektiv ölçüdür, 
ancaq ABŞ-da çox geniş  şəkildə  qəbul edilmişdir; ikincisi, 
Almaniyada qəbul edilmiş informasiyanın emalı sistemlərinin 
iqtisadi xarakteristikaları, hər  şeydən öncə, istehsal xüsusiy-
yətlərinin müəyyən edilməsi üçün informasiya emalının 
elektron sistemlərinin obyektiv kəmiyyət xarakteristika-
larından istifadə edilməsidir.  
Daha sonra strateji qərarların çərçivələri daxilində 
fəaliyyətin növü kimi İS-nin təftişinin üsulu, həcmi və 
intervalları izah edilməlidir. Necə ki, xərclərin hesablanması-
nın üsulu informasiya emalının səmərəliliyinin qiymətlən-
dirilməsində böyük əhəmiyyət kəsb edir. 
 
 
 
 
 
 
 


İnformasiya sistemləri menecmenti
 
86 
FƏSİL 6 
 
İnformasiya sistemləri resurslarından istifadənin 
xüsusiyyətləri 
 
6.1. İnformasiya resursları və xidmətləri 
 
İnformasiya sisteminin əsas funksiyası istifadəçilərə 
informasiya xidməti göstərməkdir. İnformasiya xidməti infor-
masiya resursu və məhsulu anlayışları ilə bilavasitə bağlıdır. 
İnformasiya resursları (“resurs”-fransız sözü olub 
nəyinsə ehtiyatı, mənbəyi deməkdir) dedikdə, müxtəlif sənəd-
lər, həmçinin informasiya sistemlərində (kitabxanada, arxivdə 
və s.) toplanan sənədlər başa düşülür. İnformasiya resurslarını 
təşkil edən sənədlərdə onları yaradan insanların bilikləri 
müxtəlif formalarda əks olunur. Odur ki, informasiya 
resursları insanlar tərəfindən hazırlanan, cəmiyyətdə sosial 
məqsədlərlə istifadə olunan və material formalı daşıyıcılarda 
(kağız, maqnit diski və s.) qeyd olunan biliklərdir. 
İnformasiya resursları informasiya məhsullarının 
hazırlanması üçün baza rolunu oynayır. İnformasiya  məhsulu 
insanın intellektual fəaliyyətinin nəticəsi olmaqla, istənilən 
fiziki xassəyə malik material daşıyıcısında sənədlər, kitablar 
və proqramlar şəklində yazılıb təsbit olunmalıdır. 
İnformasiya məhsulu maddi və ya qeyri-maddi formada 
yayılması üçün istehsalçı  tərəfindən hazırlanmış informasiya 
toplusudur. İnformasiya məhsulunun yayılması digər material 
məhsulunda olduğu kimi, müəyyən üsullarla həyata keçirilən 
xidmət vasitəsilə yerinə yetirilir. 
İnformasiya xidməti informasiya məhsullarının alınması 
və istifadəçiyə təqdim edilməsi deməkdir. 
İnformasiya resurslarının və  məhsullarının növlərinə 
görə informasiya xidmətlərinin aşağıdakı tipləri var: 


İnformasiya sistemləri menecmenti
 
87 

 
informasiya nəşrlərinin buraxılması; 

 
elmi-texniki informasiya xidmətləri

 
uzaqməsafəli informasiya bazarlarına müraciət. 
   
6.2. İnformasiya sistemləri resurslarının səmərəliliyinin 
qiymətləndirilməsi 
 
İnformasiya texnologiyalarının sürətli inkişafı onların 
tətbiq sahələrinin daha da genişlənməsinə  səbəb olmuşdur. 
Əgər keçən  əsrin 90-cı illərində informasiya sistemlərindən 
əsasən mühasibat, kadr uçotunun və  bəzi istehsalat 
müəssisələrində texnoloji proseslərin avtomatlaşdırılması 
üçün istifadə olunurdusa, hazırda istehsalın, biznesin, elmin 
bütün sahələrində tətbiq olunur.
 
İnformasiya resurslarından (İR) səmərəli istifadə edil-
məsinin qiymətləndirilməsi menecmentin istənilən sahəsinin 
ayrılmaz hissəsi hesab edilir. Bu məsələ, eyni zamanda, 
informasiya menecmentinin əsas vəzifələrindən biridir. 
 İR-dan səmərəli istifadənin  artırılması yollarından biri 
intensivləşmədir.  İnformasiya sistemlərindən (İS) səmərəli 
istifadənin qiymətləndirilməsi aşağıdakı göstəricilər üzrə 
aparılır: 

 
vaxtdan istifadə (qiymətləndirməyə olduqca asan 
tabe olur); 

 
gücdən istifadə (çətin qiymətləndirilən parametr). 
İstənilən informasiya sistemlərinin əsasında onun sahibi 
və istifadəçiləri üçün bilavasitə maraq doğuran və onun 
resurslarını  əks etdirən proqram təminatı durur. İnformasiya 
sisteminin bazasını  nə kompüterlər, nə  də  şəbəkələr deyil, 
məhz proqramlar təşkil edir. Kompüter və  şəbəkələrin  rolu 
ikinci dərəcəlidir: əgər arzu edilən xidmətləri başqa cür almaq 
olsaydı, onda heç kim informasiya sistemlərini yaratmazdı. 
Lakin informasiya sistemlərinə texnoloji elementlərin 


İnformasiya sistemləri menecmenti
 
88 
məcmusu kimi baxmaq olar. Bu elementlərdən biri isə 
proqramdır. Texnologiya başlanğıc “xammalı” “hazır” 
məhsula çevirmək üçün müxtəlif alət, avadanlıq və digər 
ehtiyatlardan (material, intellektual, maliyyə) istifadəetmə 
prosesidir. Texnologiya mərhələlərdən (əməliyyatlardan) iba-
rətdir və  hər biri müəyyən nəticə  əldə etməlidir. Hər hansı 
resursun olmaması  və ya çatışmaması bütövlükdə bütün 
prosesi və  mərhələnin yerinə yetirilməsini, ümumiyyətlə
mümkünsüz edir və ya gecikdirir. Eyni zamanda, artıq 
resurslar səmərəliliyi aşağı salır. Deməli, texnologiyaların 
formalaşdırılmasında optimallaşdırma tapşırıqları meydana 
çıxır və onları həll etmək lazım gəlir.  
İnformasiya texnologiyalarının (İT) formalaşdırıl-
masının optimallaşdırılması nümunəsi kimi İS-nin arxitektu-
rasının tərkib hissələrindən birinin əsaslandırılması variantına 
baxmaq lazımdır.  

 
Sistemin birinci variantı “fayl-server” texnologi-
yasından istifadə etməyi nəzərdə tutur. “Fayl-server” 
sisteminin ümumi fayllarına istifadəçilərin girişinin təmin 
edilməsi və saxlanması üçün nəzərdə tutulmuş fayl-serverin 
və tapşırığı realizə edən müştəri proqramının olmasını nəzərdə 
tutur. Güman edilir ki, İS arxitekturunun mövcud variantı 
şirkətlərdə fəaliyyət göstərir.  
Bu variantın çatışmazlıqları: aşağı etibarlılıq, sanksiya 
verilməmiş girişdən sistemin müdafiəsinin aşağı olması, 
müştəri yerlərinin məhsuldarlığının və  şəbəkənin buraxılış 
qabliyyətinə yüksək tələblər, gərgin  şəbəkə trafikinə görə 
məhsuldarlığın aşağı olması.  

 
Sistemin ikinci variantı “müştəri-server” texnologi-
yasını istifadə etməyi nəzərdə tutur. Bu texnologiya 
informasiyanın qabaqcadan emalını  və  əks olunmasını, işə 
salınmasını həyata keçirən müştəri-proqramı və sistemin əsas 
funksiyalarını realizə edən serverin olmasını nəzərdə tutur.  


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə