Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə22/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   53

İnformasiya sistemləri menecmenti
 
72 
həmişə  tələb edir. Qısaca olaraq bunu informasiya sistem-
lərinin strateji planlaşdırılması (İSSP) kimi vermək olar.  
Bu vəzifə  və funksiyalar müəssisənin informasiya 
menecmentinin tərkib hissəsidir və öz növbəsində, bütövlükdə 
müəssisənin planlaşdırılması sisteminə  İSSP tapşırıqlarının 
tam inteqrasiyasını tələb edir.  
Strategiya müəssisənin elmi-texniki, maddi, maliyyə, 
əmək ehtiyatlarını, onun istehsal-satış imkanlarını  nəzərə 
almaqla qarşıya qoyulmuş  məqsədə nail olunması üçün 
əsaslandırılmış  tədbir və planların işlənməsini nəzərdə tutur. 
İS-nin strateji planlaşdırılması, adətən, beş ildən  on ilədək 
dövrü əhatə edir. 
İSSP-nın nəticəsi sənəd  şəklində olmalıdır və birinci 
növbədə həm müəssisədə, həm də ondan xaricdə İS sahəsində 
mövcud olan müddəaların  şərhini, ikincisi, zəruri tədbirlərin 
müəssisədə  həyata keçirilməsi üçün və bu sahədə illər boyu 
işlənib hazırlanmış strategiyaları özündə əks etdirməlidir.  
İnformasiya sistemlərinin strateji planlaşdırılması 
(İSSP) prosesini aşağıdakı  mərhələlərə bölmək olar: 
1.
 
İSSP-in qarşısında duran vəzifəsi.  İSSP müəs-
sisənin hansı hissəsi üçün hazırlanmalı, hansı formada, həm 
də müəssisə bundan nə qədər gəlir əldə edəcək  və nə vaxt? 
2.
 
Şəraitin hərtərəfli təhlili. Burada bir tərəfdən, 
müəssisənin  əhatə olunduğu mühit (müştərilər,  əmtəə bazarı, 
texnologiya, rəqabət, ümumi iqtisadi və siyasi vəziyyət və s.) 
təhlili edilir və bundan irəli gələn risk, imkanlar və  tələblər 
dəyərləndirilir. Digər tərəfdən, müəssisənin daxili mühiti 
(istehsalın strukturu, istehsal prosesi, xidmət bazarları, 
maliyyə imkanları, rəqabət, işçi heyəti və s.) öyrənilir və 
informasiya sistemləri sferasının güclü və  zəif cəhətləri 
müəyyən edilir. 
3.
 
İS üçün strateji hədəflərin qoyuluşu.  Şəraitlərin 
təhlili mərhələsində  əldə olunmuş  nəticələr  əsasında  İS-nin 


İnformasiya sistemləri menecmenti
 
73 
strateji hədəflərinin konkret formalaşdırılması həyata keçirilir. 
Burada məqsəd dəqiq, yoxlanılmış  və ümumi qəbul edilən 
olmalıdır.  
4.
 
İS startegiyalarının hazırlanması. O, idarənin və 
təşkilatın strukturunu, informasiya texnologiyalarının (İT) 
tətbiqinin arxitekturasını və mövcud resursları nəzərə almaqla 
yerinə yetirilir. İS strategiyası qarşıya qoyulmuş  hədəflərə 
çatmaq üçün mövcud potensialın müəyyən dövrdə  hərəkətə 
gətirilməsini xarakterizə edir. 
5.
 
Konkret tədbirlərin planlaşdırılması. Bu mərhələ 
artıq operativ xarakterə malikdir və ona görə  də  İSSP-nin 
xüsusi hissəsi hesab edilmir. Uzunmüddətli planlaşdırma 
cərçivəsində  tədbirlər ümumi formada təsvir edilir. Tədbir-
lərin planlaşdırılması  İS-nin inkişafı üzrə ayrı-ayrı layihə-
lərinin müəyyən edilməsi üçün zəmindir (rəsm 3.1).  
Müəssisədə planlaşdırmanın təsvir edilmiş təşkil sistem-
lərinin yuxarıdan aşağıya (və yaxud aşağıdan yuxarıya) 
qaydaya salınması köməyi ilə strateji planların yaradılmasının 
iyerarxiya sistemi quraşdırılır. O, praktiki təcəssüm, həm də 
İSSP-nin müvəqqəti strukturunu tələb edir.  
İSSP-nin nəticələri yekun məruzədə  şərh edilir. O, 
aşağıdakı məlumatları əks etdirməlidir: 
-
 
İS-nin təşkilinin  əsas qərarları, məqsədləri və 
prinsipləri; 
-
 
İnformasiya bölmələrinin xidmət təklifləri: olan 
resurslar və xidmətlər, qiymətlər və onların təklif edilməsinin 
şərtləri; 
-
 
İS-nin qurulmasının bütün müəssisə üçün vahid 
konsepsiyasının ümumi şərhi (istifadəçilərin və informasiya 
bölmələrinin arasında vəzifələrin bölüşdürülməsi, nəzərdə 
tutulmuş informasiya sistemlərinin həyata keçirilməsinin 
təqdim edilməsi və s.); 


İnformasiya sistemləri menecmenti
 
74 
-
 
İnformasiyanın emalı  (İE) strukturunun təsviri 
(informasiya emalı bölmələrinin iyerarxiya qaydasına 
salınması  və parçalanması, informasiya emalı bölmələrinin 
səlahiyyətləri və cavabdehliyi, bölmələr-istifadəçilər və 
nəzarət orqanları, informasiya sistemlərinin  əlaqələndirilməsi 
və  kommunikasiyası); 
-
 
 İS-nin yaradılmasını  nəzərdə tutan konsepsiya üçün 
resursların (tələb olunan güclər və  məsrəflər) istifadəsinin 
ümumi şərhi; 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Rəsm 3.1. İnformasiya sistemlərinin strateji 
planlaşdırılmasının mərhələləri (dövrləri) 
 
Xarici mühitin 
təhlili  
Daxili şəraitin 
təhlili 
İS-nin məqsədləri 
(hədəfləri) 
İS strategiyaları 
İS sahəsində ayrı-ayrı 
layihələrin 


İnformasiya sistemləri menecmenti
 
75 
-
 
İS-ə xidmət, onun istismarı  və inkişafı üzrə planlaş-
dırılmasında tətbiq olunan metodların və alətlərin, o cüm-
lədən, ilkin məlumatların ümumi  xarakteristikası; 
-
 
İnformasiya emalına aid (İE) yekun xərc büdcəsi və  
maliyyə planı. 
 
5.3. İnformasiya sistemlərinin strateji  
planlaşdırılmasının mərhələləri 
 
5.3.1. Sistemin xarici mühitinin təhlili 
 
İS-nin işində xarici mühitin təhlili (müəssisəni  əhatə 
edən xarici mühitin öyrənilməsi) iki istiqamətdə aparılır:  1. 
Müəssisə üçün perespektiv imkanlara münasibətdə 
bütövlükdə (məsələn, yeni texnologiyaların köməyi ilə  əsas 
istehsalın təkmilləşdirilməsi problemlərinin həllinin daha 
səmərəli formaları), 2. Mühüm amillər üzrə. Onlar müəssisədə 
(məsələn, qanunvericilik aktları, ictimai təsir, müştərilərin və 
tədarükçülərin yeni tələbləri) informasiya sferasını şərtləndirə 
və  məhdudlaşdıra bilər. Bu tədqiqatın miqyaslarını  İSSP-də 
ayrı-ayrı istiqamətlərin məqsəd və  həcmlərindən asılı olaraq 
müəyyən etmək lazımdır. 
Ətraf mühitə  təsir edən amillər aşağıdakılardır: hüquqi 
və  təsərrüfat təşkilatı, sahibkarların təsərrüfat maraqları, 
bazarın və konyukturun təşkili, həm də digər aidiyyatı olan 
şəxslərin  maraqları. 
İS-nin inkişafına aşağıdakı  kənar təşkilatlar və  şəxslər  
tərəfindən mümkün təsirlər ayrıca təhlil edilməlidir: dövlət 
instansiyaları (parlament, hökumət və  məhkəmələr), qarışıq 
və törəmə müəssisələr, rəqiblər, müştərilər və  tədarükçülər, 
muzdlu işçilər, təhsil və  tədqiqatın müxtəlif sferaları, siyasi 
partiyalar, həm də həmkarlar ittifaqları. 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə