Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə20/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   53

İnformasiya sistemləri menecmenti
 
65 
siya sistemlərinin inkişaf strategiyasını uzlaşdırmalıdır. Bu, 
olduqca vacib və  çətin problemdir. Platformanın seçilməsi 
məsələsi eyni İS-nin qurulması  təcrübəsini istifadə etməklə 
həm empirik səviyyədə, ya da daha ciddi səviyyədə həll edilə 
bilər. Daha ciddi səviyyədə  məsələnin qoyuluşunda optimal-
laşdırılmış məsələlərin həllinin zəruriliyi meydana çıxır.  
İS-nin platforması dedikdə, özü ilə İS-nin əsasını verən 
əsas sistemlərin bəzi mövcud olan kompleksi başa düşülür. 
İstənilən informasiya sistemlərinin platformaları hesablayıcı 
və baza proqram vasitələrini təşkil edir. İnformasiya 
sistemlərinin texniki təminatının bu elementləri platforma 
əmələ  gətirən vasitələr adlanır. Lakin istənilən platformanın 
əsasında  baza proqram vasitələri durur. Bu halda baza 
proqram vasitələrinə  şirkətin funksional vəzifələrini təmin 
edən proqram aid edilir. Belə ki, əgər şirkətin vəzifəsi layihə 
işlərinin yerinə yetirilməsidirsə, onda informasiya sistemləri 
platformalarının  əsasına layihələşdirmənin avtomatlaşdırıl-
masını  təmin edən proqramları seçmək lazımdır.  Əgər  şirkət 
maliyyə bazarlarında işləyirsə, onda İS-i platformalarının 
əsasına, yəqin ki, ticarət sistemləri ilə qarşılıqlı  təsiri təmin 
edən proqramlar düşəcək. Həmin amilin nəticəsi kimi 
platformanın seçilməsi mütləq əsassız ola bilməz.   
İS platformasının seçilməsinə təsir edən əsas amillərə 
aiddir: 

 
şirkətin funksional vəzifələri; 

 
şirkətin strukturu; 

 
şirkətin inkişaf strategiyası; 

 
texnoloji avadanlığın alınmasına çəkilən xərclər; 

 
is-yə sahib olmağın ümumi dəyəri. 
Müxtəlif  mənbələrin (monoqrafiyaların, məqalələrin və s.) 
təhlilinə  əsaslanaraq  İS platformasının formalaşdırılmasının 
aşağıdakı meyillərini ayırmaq olar: 

 
AİS-nin parçalanması meyillərinin dayandırılması; 


İnformasiya sistemləri menecmenti
 
66 

 
Meynfreymlərin bazasında AİS-nin qurulmasına mara-
ğın oyanması; 

 
İS-nin müdafiə olunmasına yüksək tələblər. 
Analitik  şirkətlərin məlumatları meynfreymlərin baza-
sında qurulmuş sistemlərin daha qənaətcil olduğunu göstərir. 
AİS platformasının formalaşdırılması üzrə mütəxəssis-
lərin əsas tövsiyələrinə aiddir: 
Gələcək AİS platformasının seçilməsini baza proqram 
kompleksindən (baza proqram vasitələri) seçilməklə başlamaq 
məqsədəuyğundur. AİS texnoloji tərkibinin seçilməsi baza 
proqram kompleksi avadanlığına minimum tələblərlə müəy-
yən edilir. Ondan başqa, müəssisənin inkişaf prespektivlərini 
təhlil etmək lazımdır. Avadanlığın istehsalçısının və proqram 
komplekslərinin seçilməsini  şirkətin menecmentinin tələb-
lərinə uyğun olaraq həyata keçirmək lazımdır. Seçimin meyar-
ları: siyasət, qiymətin  əmələ  gəlməsi, kontraktın forması, 
qulluğun və saxlanmanın prinsipləri, kadr imkanları, maliyyə 
sabitliyi. Bütün layihənin iqtisadi cəhətdən məqsədəuyğun-
luğunun qiymətləndirilməsini  əvvəlcədən aparmaq lazımdır. 
Başa çatdırılmamış  AİS kapital qoyuluşunu məhv edəcək və 
tam fəaliyyət göstərməsinə imkan verməyəcək. 
 
 


İnformasiya sistemləri menecmenti
 
67 
FƏSİL 5 
 
İnformasiya sistemi mühitində planlaşdırma 
 
5.1. Planlaşdırmanın mahiyyəti 
 
Müasir dünyada istənilən biznesə, xüsusilə yüksək 
texnologiyalar sahəsində informasiya texnologiyalarından 
istifadə xarakterikdir. Bu gün istənilən müəssisənin səmərəli 
fəaliyyəti informasiya texnologiyalarından çox asılıdır və bu 
asılılıq getdikcə daha da güclənir.  İnformasiya sistemlərinə 
xidmət yalnız texniki vəzifədirsə, informasiya  texnologiyaları 
və onun bölmələri biznesin çox böyük dərəcədə ayrılmaz 
hissəsinə çevrilmişdir. Buna görə  də avtomatlaşdırılmış 
informasiya sistemlərinin məqsəd və  vəzifələrinin müəs-
sisənin, şirkətin əsas məqsəd və vəzifələrilə uyğunlaşdırılması 
zərurəti yaranır.  İnformasiya sistemləri sahəsində bu 
problemin həll olunmasına planlaşdırma vasitəsilə nail olunur.  
Planlaşdırma müəyyən vasitələrin köməkliyi ilə qarşıya 
qoyulan məqsədə nail olunması üçün fəaliyyətin gələcək 
layihələndirilməsi prosesisdir. Eyni zamanda, informasiya 
sistemləri mühitində planlaşdırma aşağıdakı funksiyaları 
yerinə yetirir: dəqiq və son məqsədin müəyyənləşdirilməsi, 
informasiya sistemlərinin formalaşması və inkişafı üçün ilkin 
daxili  şəraitin yaradılması, zəruri tədbirlərin işlənməsi. 
Ümumiyyətlə, firmanı idarə etmək xeyli dərəcədə qabaqcadan 
görməyi tələb edir, yəni proqnozlaşdırmaq, planlaşdırmaq 
bacarığının olmasını, ona görə  də müəssisənin idarə 
edilməsində planlaşdırma mühüm əhəmiyyət kəsb edir. 
 
Planlaşdırma özü ilə keyfiyyət və  kəmiyyət xarakterinin 
məqsədli hazırlanması  və  qəbul edilməsi prosesini verir, 
onlara çatmağın yollarının müəyyən edilməsini təqdim edir.  


İnformasiya sistemləri menecmenti
 
68 
Planlaşdırmanın məqsədi – gələcəkdə  qəbul edilən 
idarəetmə  qərarlarının keyfiyyətinin mümkün nəticələrinin 
qabaqcadan təhlili hesabına artırılması  əsasında müəssisənin 
işinin səmərəliliyinin yüksəldilməsidir. Planlaşdırmanın digər 
əsas məqsədlərinə aşağıdakılar aiddir: 

 
Avtomatlaşdırılmış  İdarəetmə Sisteminin (AİS) 
vəzifə  və  məqsədlərini müəssisənin strateji inkişafı ilə 
uyğunlaşdırmaq, 

 
AİS-nin yaradılması  və inkişafı strategiyasının 
müəyyən edilməsi, 

 
AİS-nin inkişafı üçün investisiyanın ayrılmasına 
təsir etmək, 

 
Müəssisənin yüksək gəlir  əldə edilməsi üzrə 
fəaliyyətin artırılması. 
Planlaşdırmanın  əsas vəzifəsi-istehsal, innovasiya, tex-
noloji, sosial və b. mühüm funksiyaların həyata keçirilməsi 
vasitəsi ilə müəssisənin maksimum mənfəətinin əldə olunması 
üçün fəaliyyət proqramının işlənib hazırlanmasıdır.  
  Planın tərtib edilməsi
 
  zəruriliyi  aşağıdakı  əsas səbəblərlə 
müəyyən edilir:  
a)
 
gələcəyin qeyri-müəyyənliyi; 
b)
 
planın əlaqələndirici rolu; 
c)
 
iqtisadi nəticələrin optimallaşdırılması. 
İstənilən təşkilatın planlaşdırma və idarəetmə sistemi iyerar-
xiya xarakteri daşıyır və planlaşdırmanın üfüqünə  və  nəti-
cəsinə görə bir-birindən fərqlənən müxtəlif planları özündə 
birləşdirir. Məsələn, sənaye istehsalı müəssisələrində  aşağı-
dakı istiqamətlər üzrə planlar işlənilib hazırlanır:  

 
Strateji planlaşdırma, 

 
İstehsal və satış əməliyyatların (Sales and Operations 
Plan, SOP) və  əsas istehsalın planlaşdırılması (Master 
Production Schedule, MPS), 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə