Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə23/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   53

İnformasiya sistemləri menecmenti
 
76 
Eyni zamanda informasiya sistemlərinin bazarda tək-
lifinə uyğun olaraq qlobal miqyasda informasiya-texnologiya 
inkişafı geniş  təhlil edilməlidir. Bu zaman bir tərəfdən, 
mövcud olan əlavələrin mümkün olan təkmilləşdirilməsini və 
digər tərəfdən informasiya sistemlərinin bazarda təklif edilən 
yeni imkanlarını rəhbər tutmaq lazımdır.  
Xarici mühitin təhlilinin nəticələrinə görə  aşağıdakıları 
özündə əks etdirən xüsusi  sənəd hazırlanmalıdır: 

 
qanunvericilərin mövcud olan və gözlənilən tələblə-
rinin spesifikası,  

 
informasiya vasitələri (İV) bazarında təkliflərin 
ümumi şərhi (hazırlayan, satan, məsləhətçi və  s.); 

 
informasiya texnologiyalarının vəziyyətinin təhlili 
nəticəsində imkanların və risklərin, eyni zamanda, informasi-
ya texnologiyalarının gələcək inkişafının proqnozunun təsviri. 
 
5.3.2. Sistemin daxili mühitinin təhlili 
 
Təhlilin istiqaməti kimi, ilk olaraq, bütün informasiya 
sistemləri və  həmin vaxtda istifadə olunacaq bütün resurslar 
müəyyən edilir. Daha sonra informasiya emalı sahəsindəki 
təşkilati struktur və onun fəaliyyəti tədqiq edilir. İnformasiya 
sistemlərində büdcənin, çəkilən xərclərin və  məhsuldarlığın 
təhlili işi müəssisə haqqında məlumatların toplanması 
mərhələsi ilə başa çatdırılır.  
Proqramın və verilənlərin bölüşdürülməsi. Verilən-
lərə münasibətdə aşağıdakı istiqamətlər  tədqiq edilməlidir: 
-
 
Həcm və keyfiyyət, yəni verilənlərin və  əlaqələrin 
mahiyyəti və  tərkibi; verilənlər bazalarının və texnologiyalar 
bankına aid olan verilənlərin inteqrasiya dərəcəsi və ya əksinə 
pərakəndəliyin səviyyəsi; 
-
 
İstifadəçinin mövqeyi baxımından verilənlərin 
strukturunun dolğunluğu və aktuallığı; 


İnformasiya sistemləri menecmenti
 
77 
-
 
İdarə (konseptual model, verilənlər bankının dilinin 
xüsusiyyəti, verilənlərin siyahısı, verilənlərin müdafiəsi 
sisteminin funksiyası) strukturunda qurulmuş verilənlər 
bankının və ya verilənlərin idarə edilməsinin başqa proqram 
vasitələrinin xüsusiyyəti; 
-
 
Verilənlərə girişin təşkilati və texnoloji yolları; 
-
 
Verilənlərin qorunması (verilənlərin dolğunluğunun və 
düzəlişinın saxlanması üzrə tədbirlərin həcmi və keyfiyyəti ); 
-
 
Verilənlərin müdafiəsi üzrə  tədbirlər (siyasi, hüquqi, 
təşkilati, həm də texniki və texnoloji tədbirlər). 
Bütün informasiya sistemləri verilmiş vahid kate-
qoriyaların çərçivələri daxilində təhlil edilməli və vahid sxem 
üzrə sənədləşdirilməlidir.  
Qeyd edilən sənədləşdirmə zamanı proqram aşağı-
dakı məsələləri əhatə edir: 

 
Funksional təsviri (tapşırıqların qoyuluşu  və 
proqramların funksiyaları); 

 
Verilənlərin strukturunu; 

 
Verilənlərin  daxil edilməsi və çıxarılmasını; 

 
Başqa proqramlarla əlaqələrini; 

 
Tətbiqin və ya emalın növünü; 

 
İstifadəçiləri (onların dairəsi və müraciətlərin tezliyi) 
və onların aldığı səmərə; 

 
İnkişafın tarixini; 

 
İstifadəçilər tərəfindən tənqidi və  təklifləri, həm də 
təhlilçinin özünün təəssüratlarını. 
İnformasiya sistemlərində olan bütün hər  şey olduqca 
dəqiq təsvir ediləndən sonra təhlilçi hər bir fəaliyyət göstərən 
sahədə informasiyanın emalının sistemlərinin saxlanmasının 
dərəcəsi haqqında ilk təəssüratı alır:  İT-nin daxil olmasının 
dərəcəsi və hər bir proqramın  funksiyasının  həcmi. 
Eyni zamanda, informasiya texnologiyalarının daxil ol-
masının dərəcəsi altında adətən müəssisədə olan proqramların 


İnformasiya sistemləri menecmenti
 
78 
sayı başa düşürlür. Funksiyaların həcmi istifadəçinin nöqteyi-
nəzərindən müvafiq qiymətləndirmənin, kəmiyyət və keyfiy-
yətli informasiya sorğusu üçün imkanların indiqatorudur. 
Bu təhlilin nəticəsi hansı ki, bütün müəssisə üçün 
aparılır, proqramların planlaşdırılması üçün  başlanğıc nöqtə 
hesab edilir. 
Resursların bölüşdürülməsi.  İS resurslarını  aşağıdakı 
növlərə ayırırlar:  

 
informasiya emalı sferasının işçiləri; 

 
texniki və proqram vasitələri; 

 
informasiya emalı ( İE) sferasının büdcəsi. 
İnformasiya emalı sferasının resurslarını bütün müəssisə 
üçün vahid şəkildə sənədləşdirmək lazımdır. 
Resurs kimi informasiya emalı sferasının işçilərinin 
qiymətləndirilməsində struktur sxemlərinin təhlili  əsasında 
təşkilat haqqında (struktur və  rəhbərlik) ilk təsəvvür yaranır. 
Ayrı-ayrı bölmələrdəki  əməkdaşların sayı, həm də onların 
vəzifə funksiyalarının təsviri təşkilatın fəaliyyətindəki ağırlıq 
mərkəzi haqqında informasiya verilir.  
Texniki vasitələr nöqteyi-nəzərindən aşağıdakı vacib 
aspektləri təhlil etmək məqsədəuyğundur: 

 
mərkəzləşdirilmiş  və  mərkəzləşdirilməmiş EHM-nin 
tipləri, texniki xarakteristikaları və gücü; 

 
yüksək məhsuldarlıqlı printerlərin sayı, texniki xa-
rakteristikaları və tutumu; 

 
giriş  və  çıxışın qalan qurğularının sayı  və xarakte-
ristikaları; 

 
daxili hesablama şəbəkələri və onların komponentləri; 

 
xarici telekommunikasiya rabitələri; 

 
texniki vasitələrin quraşdırıldığı yerlər; 

 
mərkəzi və periferiya EHM-nin (normal və  həddindən 
artıq yüklənmədə) yüklənməsi


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə