Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə31/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   53

İnformasiya sistemləri menecmenti
 
102 
“İnsan-maşın” sistemlərində funksiyaların bölüş-
dürülməsi. “Kompüter-adam” sistemində funksiyaların bö-
lüşdürülməsi problemi xüsusi olaraq öyrənilir və konkret 
olaraq öz həllini tapır. Mürəkkəb AİS-nin istismarında 
problem “kompüter-adam” təsirinin çərçivələrindən xaricə 
çıxır, çünki AİS-nin texnoloji avadanlığı olduqca rənga-
rəngdir. 
“Kompüter-adam” sistemində funksiyaların bölüşdürül-
məsi iki istiqamətdə həyata keçirilir: 

 
Proqram-aparat kompleksinin texnoloji təşkilatçının 
funksiyalarının çərçivəsinin genişləndirilməsi; 

 
“Operatorun” funksiyalarının çərçivəsinin geniş-
ləndirilməsi . 
Proqram-aparat kompleksinin texnoloji təşkilatçısının 
funksiyalarının çərçivəsinin genişləndirilməsində  şirkətin 
informasiya sistemlərində baş verən proseslərin  əlavə 
öyrənilməsi tələb olunacaqdır. Modelləşdirmə, alqoritmləş-
dirmə  və proqramlaşdırma  əlavə  xərclər tələb edir. AİS-nin 
texniki təminatına tələblər dəyişir: daha güclü kompüterlər
daha səmərəli avadanlıqlar tələb oluna bilər. Bütün 
göstərilmiş amillər AİS-nin xeyli bahalaşmasına səbəb olur.  
“Operatorun” funksiyalarının çərçivəsinin genişləndiril-
məsində onun ixtisasına tələblər böyüyür. Burada onun 
fəaliyyəti prosesindəki vəziyyəti mühüm rol oynayır. Bir sıra 
hallarda bu və ya digər səbəbdən operatorun fəaliyyətində 
dayanmalar baş verə bilər: xüsusi olaraq ekstremal vəziy-
yətlərdə, operatora informasiyanın verilməsində templərin və 
ya yol verilən həddən yuxarı onun həcminin artması 
(böyüməsi) axırda “operatorun” səhvlərinə gətirəcəkdir. Daha 
yüksək ixtisaslı  əməkdaşların, “operatorlar” kimi cəlb 
edilməsi də informasiya sistemlərinin saxlanmasına xərcləri 
xeyli artıra bilir. Ondan başqa, bu halda personalın müntəzəm 
olaraq yenidən hazırlanmasını həyata keçirmək zəruridir.  


İnformasiya sistemləri menecmenti
 
103 
Sistemin informasiya menecmentinin nöqteyi-nəzə-
rindən “kompüter-adam” sistemlərində funksiyaların bö-
lüşdürülməsinin ən yaxşı variantını seçmək lazımdır. Beləlik-
lə, funksiyaların çərçivəsinin bölüşdürülməsi vəzifəsi optimal-
laşdırılmışdır. Optimallaşdırmanın meyarı kimi AİS-nin öz 
funksiyalarını yerinə yetirməsinin etibarlılığının göstəricisi 
çıxış edir. Məhdudiyyətlərin  şərtləri kimi AİS-nin texniki 
təşkilatçısının dəyər göstəricilərini seçmək təbiidir.  
 Nəzərə almaq lazımdır ki, “operatorların” funksiyaları 
çərçivəsinin genişlənməsi ilə proqram-aparat kompleksindəki 
kimi etibarlılığı aşağı düşür. 
“Maşın-adam” sisteminin etibarlılığı.  İnformasiya 
sistemlərinin işində sistemin onun funksiyalarını yerinə yetirə 
bilməyən başqa vəziyyətlər, imtinalar, dayanmalar mümkün-
dür. AİS-nin etibarlılığı dedikdə, onun dayanmadan işləmək, 
həmçinin fəaliyyəti üçün səhvlərin ziyansız düzəldilməsi 
imkanı başa düşülür.  
İnformasiya texnologiyaları menecerinə etibarlılığın 
qiymətləndirilməsi üçün adekvat modelləri istifadə etmək 
lazımdır. Adətən etibarlılığın obyektiv qiymətləndirilməsi 
üçün boş dayanmadan sistemin işinin ehtimal olunan 
qiymətini istifadə edirlər.  
“Kompüter-adam” sisteminin fəaliyyət göstərməsinin 
təsviri üçün aşağıdakı model ehtimalları qəbul edilir: 

 
AİS-nin texnoloji hissəsinin imtinasının meydana 
çıxması  və “operatorun” səhvlərinin meydana çıxması qar-
şılıqlı, müştərək təsadüfi hadisələrdir (sistemin işinin zamanın 
dövrü ərzində 


t
t
,


t
 iki və  daha çox eyniadlı hadisələrin 
görünməsi); 

 
Zamanın dövrü ərzində 


t
t
,


t
 meydana çıxan 
səhvlərin onlara ödənilməsinin imkanı  və “operatorun” 
səhvsiz işi. Onda “maşın-adam” sisteminin etibarlılığı 


İnformasiya sistemləri menecmenti
 
104 
zamanın dövrünə 
 verilmiş sistemin işinin imtinasız 
ehtimalını xarakterizə edir. 
Etibarlılığın dərəcəsinə görə sistem dörd səviyyəyə 
ayrılır: 

 
Texnoloji hissənin aradan qaldırıla bilməsi mümkün 
olmayan imtinaların və operatorun əvəzi ödənilməyən səhvlə-
rinin sistemləri. Belə sistemlərin etibarlılığı minimumdur; 

 
Operatorun səhvlərinin qismən ödənilməsi imkanı 
olan sistemlər: işdə səhvə yol vermiş və onu vaxtında görmüş 
operator onu yerindəcə düzəldir. Bir çox sistemlərdə belə 
imkan tipik səhvlər və  əməliyyatlar üçün onun hazırlan-
masında təmin edilir. Belə  şəraitdə  qəbul etmək olar ki, 
operatorun səhvləri elə özü tərəfindən dərhal aradan qaldırılır; 

 
Operatorun səhvlərinin aradan qaldırılmasının qeyri-
mümkünlüyü şəraitində texnoloji avadanlığın imtinası zamanı 
əvəzi ödəmək (kompensasiaya) imkanı olan sistemlər; 

 
Sistemin texnoloji avadanlığının imtinalarına görə 
ödəmələri və operatorun səhvlərinin düzəldilməsini nəzərdə 
tutan sistemlər. 
İnformasiya menecmentinin nöqteyi-nəzərindən etibarlı-
lığın modelinin qurulması və “maşın-adam” sisteminin etibar-
lılığının yüksəldilməsi olduqca vacib tapşırıqdır. Bu tapşırıq-
ları  həll etmədən  informasiya emalı  işçilərinə servisin təmi-
natlı (zəmanətli) verilməsi mümkün deyil. Bundan başqa, 
AİS-nin boş dayanmaları  şirkətin xeyli maliyyə itkilərinə 
səbəb ola bilir. 
 


İnformasiya sistemləri menecmenti
 
105 
FƏSİL 7 
 
İnformasiyalaşdırma mühitində innovasiya 
 
7.1. İnnovasiyanın mahiyyəti və növləri 
 
Müasir dövrdə informasiya texnologiyaları sahəsi 
dinamikdir, yəni daimi hərəkətdə və inkişafdadır. Ona görə də 
informasiya sahəsində innovasiya tədbirləri sahibkarlığın 
prioritet istiqamətini təşkil edir. Əgər  şirkətin strategiyası öz 
sahəsində daimi olaraq qabaqcıl olmağı nəzərdə tutursa, onda 
informasiya sistemləri sahəsində innovasiya tətbiqi zəruridir. 
Bu halda şirkətin informasiya menecmentinin vəzifəsi 
informasiya emalının inkişafındakı perspektiv istiqamətlərin  
aşkar edilməsi və onların innovasiya layihələrinə çevrilməsini 
təmin etməkdən ibarətdir.  İnnovasiya layihələrinin həyata 
keçirilməsi  şirkətin strateji planlarına uyğun olaraq operativ 
səviyyədə aparılır. 
İnnovasiyanın mahiyyətinə  ədəbiyyatlarda müxtəlif 
izahlar verilir. Bunlardan bəzilərinə nəzər salaq: 

 
innovasiya bazarda yeni, təkmilləşdirilmiş istehsal 
proseslərinin və avadanlıqların meydana gəlməsinə  gətirib 
çıxaran texniki, istehsal və kommersiya tədbirləri toplusudur; 

 
innovasiya  iqtisadi, sosial, ekoloji, elmi-texniki və s. 
növ səmərə alınması və obyektin idarə edilməsində dəyişiklik 
məqsədilə yeniliyin tətbiq olunmasının son nəticəsidir; 

 
innovasiya  ixtiranın  və ya ideyanın iqtisadi məzmun 
aldığı prosesdir; 

 
innovasiya dedikdə, yeni məhsul növlərinin, texnolo-
giyaların, yeni təşkilati formaların tətbiqinin işlənib hazırlan-
masına, yaradılmasına yönəldilmiş yaradıcılıq fəaliyyəti başa 
düşülür.  
Qeyd olunanları ümumiləşdirsək,
 
innovasiya yeni məh-
sulların və texnologiyaların, elmi–texniki nailiyyətlərin əmələ 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə