Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə33/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   53

İnformasiya sistemləri menecmenti
 
109 
Öz mövqelərində möhkəmlənmiş bazar liderləri nə 
qədər mümkündürsə, texnologiyanın  əsaslı  dəyişməsindən 
şüurlu olaraq qaçmağa hərdən meyil edirlər. Nümunə kimi 
İBM-nin PK-nin (personal kompüter) yaranmasına laqeyd 
münasibətini, DEC və  RİSC prosessorlarına mənfi müna-
sibətini göstərmək olar. Həm də Microsoft bunu ciddi qəbul 
etmədi və internetin meydana çıxmasına “yol verdi”. 
Korporativ sifarişçilər, adətən, informasiya sistemlərinin 
texnoloji və proqram təminatının qiymətlərinə xüsusi diqqət 
yetirirlər. Yeni informasiya texnologiyalarının meydana çıx-
masını  nəzərə almaqla onların məhsullarının modernləşdiril-
məsinə münasibətdə istehsalçıların planlarını  təhlil etmək az 
əhəmiyyət kəsb etmir. Dövriyyənin sürətli artımı, tədqiqatlara 
və layihə işlərinin hazırlanmasına çəkilən xeyli xərclər həmişə 
yeni informasiya texnologiyalarına çevrilmir.  
Bu gün informasiya məhsulları  və informasiya xidmət-
ləri istehsalçılarının innovasiyaya hazırlığını aşkar edə biləcək 
bir neçə empirik metodlar tətbiq edilir. 
Onlardan birini ilk nümunə (prototip) işlənib hazırlan-
masına istehsalçı firmanın münasibətini aşkar etmək  təşkil 
edir. Cihaz və proqram təminatını buraxan, şirkətlər tərəfin-
dən istifadə edilən metodların öyrənilməsi  əsasında proto-
tiplərin işlənib hazırlanması metodu meydana çıxmışdır.  İş 
orasındadır ki, işlənib hazırlanmağın ənənəvi metodu ixtisas-
laşdırmaya meyl edir, yəni şirkət sistemə tələbləri təhlil edir, 
ixtisaslaşdırmanı yazır və  təsdiq edir, sonra isə  məhsulu 
tədricən realizə edir. Bu modeli həm də  şəlalə  və ya 
“yuxarıdan aşağı” adlandırırlar. 
Prototiplərin yaradılması metodu daha uyğunlaşandır: 
hazırlayıcı prototipi tez yaradır və sonra onu təkmilləşdirir. 
İnformasiya texnologiyaları sahəsində hər şey tez dəyişir, ona 
görə də prototiplərin əsasında işlənib hazırlanma modeli daha 
uyğun gələn görünür. İnternet aləmində  işləyənlərin hamısı 


İnformasiya sistemləri menecmenti
 
110 
məhz bu modelə üstünlük verirlər. Məsələn, Microsoft Office 
proqramlarının işlənib hazırlanmasına və tədqiqatlara prototip 
yanaşmadan istifadə edilir. 
Düzdür, prototip hazırlanmanın üstünlüklərinə baxma-
yaraq, korporotiv informasiya xidmətlərinin rəhbərləri ixtisas-
laşdırmalarla müəyyən edilən daha rahat model hesab edirlər. 
Lakin bir çox istehlakçılar yaradılmasına bir aydan da az vaxt 
sərf edilmiş  işləyən prototipə daha tez üstünlük verəcəklər, 
sonra isə onun inkişafını  həm də öz iradlarına hazırlayanın 
reaksiyasını müşahidə edəcəklər.  
Həm də o, maraq doğurur ki, istehsalçı eyni anda neçə 
layihə  işləyib hazırlayır. Aşkar edilmişdir ki, yüksək 
texnologiyalar sahəsində  işləyən ortabab şirkət istehsal 
etməkdən daha çox yeni texnologiya işləyib hazırlamağa 
üstünlük verir. Ümumi empirik qayda ondan ibarətdir ki, 
aparıcı mütəxəssislər eyni vaxtda ikidən az olmamaq şərtilə 
əsas layihələri aparmalıdırlar. 
İnformasiya sistemi menecerləri, yəni informasiya 
menecerləri onların tədarükçüləri tərəfindən  əldə edilmiş  
strategiyanı diqqətlə öyrənməlidirlər. Məsələn, Cisco və 
Microsoft kimi bəzi hakim korporasiyalar nəticəyə  gəlmişlər 
ki, yeni başlayan firmalardan  növbəti nəslin informasiya 
məhsulları üçün ideyaları almaq daha məqsədəuyğundur. 
Onların satın aldıqları texnologiyaların taleyini və  şirkətin 
aldıqlarını təhlil edərək informasiya sistemlərinin inzibatçıları 
yeni mülkdən istifadə edən tədarükçünün bacarığı haqqında 
təsəvvür ala bilərlər. Yeni texnologiyanın yaradılmasına 
nisbətən onun satın alınması  ən qanuni və  hətta effektiv 
yanaşma olduğuna baxmayaraq  o, sübut edir ki, belə  şirkət 
kommersiya mənfəətini gələcəkdə almağa daha çox 
meyillidir. Çünki bu yol, xüsusi qüvvələrlə  gələcəyi yaratmaq 
dahada sərfəlidir.  Əgər informasiya məhsullarının istehsal-
çıları özünün əsas personalını qoruyub saxlasalar və davamlı 


İnformasiya sistemləri menecmenti
 
111 
işləmələri (tədqiqatları) maliyyələşdirsələr  əlbəttə, bu cür 
yanaşma uğurlu ola bilər. Tədarükçülərin seçilməsində şirkət-
lərin informasiya sistemlərinin bölmə rəhbərləri innovasiyalar 
sahəsində onların strategiyalarının təhlilinin zəruriliyini qiy-
mətləndirməməyə meyil edirlər. Eyni zamanda, informa-
siyalaşdırma sferasında innovasiyaların problemi fəaliyyətin 
ən müxtəlif sahələrində inkişaf proqramlarının yerinə yetiril-
məsi zamanı meydana çıxır. Ondan başqa, istənilən fəaliyyət 
sferasının inkişafında informasiyalaşdırma üzrə innovasiya 
tədbirlərini praktiki olaraq həyata keçirmək zəriridir. 
 
7.3. İnformasiya sistemləri sahəsində innovasiyalar: 
layihənin formalaşdırılması və informasiya sisteminin 
tətbiqi 
 
Şirkətdə yeni informasiya sistemlərinin tətbiqi prosesi 
mürəkkəb təşkilati məsələdir.  Şirkət tərəfindən idarəetmə 
müstəvisində  qərarların qəbul edilməsinin labüdlüyü və 
informasiya sistemi sahəsinin xüsusiyyətini nəzərə alaraq bu 
məsələ informasiya menecmentinin (İM) vəzifəsidir. Məhz 
İM mütəxəssisləri layihənin tətbiqini elə  tərzdə realizə 
etməlidirlər ki, avtomatlaşdırılmış informasiya sistemləri təbii  
olsunlar və imkan daxilində müəssisənin təşkilat strukturuna 
itkisiz uyğunlaşsınlar. 
Son illər  şirkətlər qabaqcıl informasiya texnologi-
yalarının tətbiqinə marağı daha da artırırlar. Burada azad 
rəqabət  şəraitində  səmərəliliyin və  məhsuldarlığın yüksəldil-
məsi  əsas vəzifə kimi dəyişməz olaraq qalır. Bu istiqamətdə 
təşkilatın xüsusiyyətinə uyğun gələn texniki qərar arzuedilən 
nəticələrin  əldə olunmasına təminat verir. Əgər yeni sistemi 
işləyib hazırlayanlar
 
müəssisənin təşkilati strukturunu və onun 
öz aralarında razılaşdırılmasının zəruriliyini nəzərdən qaçır-
mışlarsa, elə buradanca görünür ki, sistemli təhlilə baxma-
yaraq, istidafəçinin hansısa mühüm tələbləri və arzuları 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə