Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə30/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   53

İnformasiya sistemləri menecmenti
 
99 
də aktiv və passiv eksperimentlə  məhsuldarlığa nəzarətin 
standart prosedurunun əsasında göstəricilərin statistik 
qiymətlərindən də istifadə etmək olar. Normativlərin başlan-
ğıc qiymətləri kimi belə qiymətləndirməni verərək, informa-
siya sistemlərinin resurslarının istifadə edilməsi ilə idarənin 
normativ bazasını  təkmilləşdirmək və inkişaf etdirmək 
informasiyanın emalının real proseslərinin parametrlərinə 
nəzarət və təhlil etmək olar.  
Resursdan istifadənin dərəcəsinin qiymətləndirilməsi 
məsələsi mürəkkəbdir.  Şübhəsiz, informasiya sistemlərinin 
texnoloji tərkiblərini  əldə edərək, cəhd etmək lazımdır ki, 
prosessorlar,  şəbəkə avadanlığı, periferiya avadanlığı 
maksimum yüklənmiş olsun. Lakin informasiya sistemlərinin 
tapşırıqlarının tərkibi öz-özünə eynicinsli deyildir. Ona görə 
də informasiya sistemlərinin bütün komponentlərinin tam, 
mütəmadi yüklənməsi çətin ki, mümkündür. Yəqin ki, gücün 
bəzi ehtiyatına malik olan informasiya sistemlərini yaratmaq 
ağlabatan olacaqdır. Bunun aşağıdakı izahı var. İstənilən 
texnoloji avadanlığın dayanması zamanı şirkət məhsulun tələb 
olunan həcmini buraxa bilməyəcək və itkilərlə üzləşəcəkdir. 
Lakin informasiya sistemlərinin işində dayanmalarda bütün 
biznes prosesi dayana bilər.  
 
6.3.2 “Maşın adam” sistemlərinin istismarı 
 
İnformasiya sistemlərinin istismarında informasiya sis-
temlərini təşkil edən texniki və informasiyanı emal edən 
mütəxəssislərin işinin uzlaşdırılması  əhəmiyyətli problemdir. 
Daha sadə qoyuluşda kompüterin işinin və kompüterin 
operatorunun uzlaşması  zəruridir. Bu bölmədə operator de-
dikdə, avtomatlaşdırma vasitələrinin istifadə edilməsi, infor-
masiyanın emalı ilə  məşğul olan mütəxəssis başa düşülür. 
Belə problemin yaranması bir sıra amillərlə şərtlənir: 


İnformasiya sistemləri menecmenti
 
100 

 
o, nə  qədər avtomatlaşdırılsa da, heç bir sistemdən 
adamı - “operatoru” istisna etmək olmaz; 

 
kompüterlərə  əsaslanan sistemlərin hazırlayıcıları 
qarşısında tamamilə yeni tapşırıqlar qoyulur. İnformasiya 
texnologiyaları, cəmiyyətin informasiyalaşması sürətlə inkişaf 
edir; 

 
kompüter texnikasının əsasında quraşdırılmış AİS ilə 
əlaqəli olan operatorun peşə  çərçivəsinin xeyli genişləndiril-
məsi; 

 
əmək fəaliyyəti prosesində “maşınların və insanın”  
qarşılıqlı  təsiri haqqında təsəvvürlərin ümumi dərinləşdiril-
məsi: biliklərin müxtəlif sahələrinin elmlərin qovuşmasında 
dayanan informasiyanın qeyri-müəyyənliyi

 
hər  şeyi avtomatlaşdırmağın mümkünsüzlüyündə 
“operatorun” səhvlərinin qiymətlərinin böyüməsi. 
Göstərilmiş amillərin öyrənilməsi tələbi bir sıra elmi 
fənlərin meydana çıxmasına gətirib çıxardı. Onların predmeti 
həm ümumi qoyuluşda, həm də konkret sahələrdə  əlavələrə 
tətbiq olunmaqla maşının və insanın qarşılıqlı fəaliyyətinin bu 
və ya digər aspektləridir. Bu fənlərin sırasına informasiyanın 
əks etdirilməsinin sistemləri, texniki estetika,erqonomika, 
erqatik sistemlərin nəzəriyyəsi, mühəndis psixologiyası aiddir.  
Erqonomik layihələndirmə. Erqonomika - insanın iş 
qabiliyyətini və sağlamlığını, iş qüvvəsini saxlamağa imkan 
verən,  əməyin məhsuldarlığının yüksəldilməsini və  əməyə 
optimal (əlverişli)  şəraitin yaradılmasını  təmin edən  əmək 
proseslərini öyrənən elm sahəsidir. Kompüter- “operator” 
probleminə uyğun olaraq erqonomika aşağıdakı problemləri 
həll edir: 

 
informasiyanın daxil edilməsi, çıxarılması  və  əks 
etdirilməsinin formaları məsələlərinin “insan amili” ilə  uzlaş-
ması; 


İnformasiya sistemləri menecmenti
 
101 

 
idarəetmənin rahat qurğularının (klaviaturların, 
siçanın) və s. hazırlanması; 

 
qurğuların və kommunikasiya vasitələrinin tələblərə 
uyğun olaraq hazırlanması. 
Avadanlığın “erqonomiklik” problemlərinin həllində 
predmet - məkan mühitinin formalaşdırılması, texniki este-
tikanın məsələləri mühüm rol oynayır.  
Şübhəsiz, bütün sadalanan məsələləri eqronomika və 
texniki dizayn üzrə mütəxəssislər həll edirlər.  İnformasiya 
texnologiyaları menecerinin rolu onun təşkilində informasi-
yanın emalının spesifikasiyasına uyğun gələn (cavab verən) 
həllərin seçilməsidir. Bu zaman informasiya texnologiya-
larının meneceri səhvlərin buraxılmasında risklər, təşkilatın 
fəaliyyətində “operatorun” cavabdehliyi, “operatorun” əmə-
yinin gərginliyini hesaba almalıdır.  
“Maşın insanın” qarşılıqlı  fəaliyyətinin mühəndis-
psixoloji aspekti. Mühəndis psixologiyasında söhbət  əmək 
fəaliyyətinin bu və ya digər mühitində insan “operatorun” 
xassələrinin tədqiqatı haqqında gedir. Bu aspektə maşınla 
insanın məhz kontaktı ilə  şərtləndirilmiş fizioloji proseslər
eyni zamanda, tədqiqatlar daxildir. Ən müxtəlif aspektlərdə 
görmə analizatoru nə üçün geniş  tədqiq edilir? Buraya 
biomexanika, neyrofiziologiya və kibernetika kimi fənlər 
daxildir. Həm intellektual, həm də fiziki operator fəaliyyətinin 
müxtəlif  şəraitlərində  əsəb-əzələ aparatının biomexaniki və 
fizioloji tədqiqatları xeyli dərəcədə genişlənmişdir. Sualların 
bu çərcivəsində informasiyanı  əks etdirən sistemlərin və 
idarəetmə orqanlarının yerləşdirilməsinin təkmilləşdirilməsi 
problemləri həll edilir, operatorun yorğunluğu və  işçilərin 
duruşunun gərginliyi,  əsəb-əzələ enerjisinin xərcləri qiymət-
ləndirilir, iş yerinin avadanlıqlarının müxtəlif hissələrdən 
yığılıb düzəldilməsi müqayisə edilir.  


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə