Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə28/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   53

İnformasiya sistemləri menecmenti
 
92 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1.  “Maşın zamanı”nın fondunun strukturu 
T
t
 maşın zamanının təqvim 
fondu 
T
rk
  
rejimdən 
kənar 
zaman 
T
rej
  maşın zamanının rejim 
fondu 
T
plan
  
plansız işin 
dayandırıl-
ması 
T
m
 zamanın malik olduğu 
zaman  
T
pk
  
plandan 
kənar 
zaman 
T
m
 zamanın istehsal 
fondu  
Zaya 
iş 
 
T
m
  zamanın  
məhsuldar 
fondu  
 
Öz üzərinə  
T
qeyri-effek
Effektiv    
fond 
T
eff.
   


İnformasiya sistemləri menecmenti
 
93 
“Maşın zamanı”nın planlaşdırılması  və uçotu, onun 
istifadəsinin effektivliyinin yüksəldilməsi, “maşın zamanının” 
səmərəliliyinin iqtisadi qiymətləndirilməsinin metodikalarının 
işlənməsi həm də informasiya menecmentinin vəzifəsidir. 
 
6.3. İnformasiya sistemlərinin istifadəsi xüsusiyyətləri 
 
Başqa texnoloji avadanlıq kimi informasiya sistemləri 
həyat silsiləsi və  həyat silsiləsinin mərhələlərilə xarakterizə 
olunurlar. Bu nöqteyi-nəzərdən, informasiya sistemlərinin is-
tismarını xarakterizə edən göstəricilər başqa texnoloji 
avadanlığın göstəricilərindən heç nə ilə fərqlənmir. Köhnəlmə 
və tənəzzül belə göstəricilərdir.  
İnformasiya sistemlərinin istismarı  və kompüterlərin 
planlı olaraq əvəzlənməsini mütəmadi olaraq nəzərə almaq 
lazımdır. Çünki bu sistemlər zaman keçdikcə köhnəlir və öz 
keyfiyyətini itirir, informasiyanın emalında çətinliklər yaradır. 
Köhnəlmənin iki növü var: fiziki və mənəvi. 
 Köhnəlmənin növlərinin təsnifatı şəkil 2-də verilmişdir. 
Fiziki köhnəlmə dedikdə, məmulatların ilkin keyfiyyətinin 
aşağı düşməsi və ya tam itməsi başa düşülür. Bu zaman həm 
istismar edildikdə, həm də  işsiz boş dayanmada fiziki 
köhnəlmə baş verir. Texniki vasitələrin istifadə edilməsi 
zamanı köhnəlməsi təbii haldır və bu zaman xüsusi izahlar 
tələb olunmur. Proqram vasitələrindən istifadə edəndə onlar  
köhnəlmirlər. Texniki vasitələrin boş dayanmadan (yəni 
istismar edilmədikdə) köhnəlməsi  əsasən xarici mühitdə baş 
verən temperatur dəyişmələri, havanın hərəkəti, materialların 
keyfiyyətini itirməsi zamanı baş verir. Məhz bu səbəbdən 
bütün texniki vasitələrin saxlanılması müddəti  məhdud olur.  
 
 
 


İnformasiya sistemləri menecmenti
 
94 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2. İnformasiya sistemlərinin köhnəlmə növlərinin 
təsnifatı 
 
Avadanlıq tədricən öz xassəsini itirir və o, qismən 
köhnəlmə  mərhələsinə başlayır. Köhnəlmənin sürəti və 
dərəcəsi dağıdıcı amillərin təsirinin intensivliyi ilə müəyyən 
edilir: bir tərəfdən xidmətin aktivliyi, digər tərəfdən təmir 
tədbirləri ilə. Lakin elə bir məqam yetişir ki, təmir artıq onun 
xassəsini  əvvəlki vəziyyətə  gətirə bilmir. Bu hal artıq tam 
Fiziki
Mənəvi
İstismar 
nəticəsində 
Fəaliyyət-
sizlikdən 
Elmi-texniki 
tərəqqinin   
inkişafından 
Tam
Qismən 
Tam
Qismən 
İstehlak 
dəyərinin aşağı 
düşməsindən 
(təsirindən) 
Köhnəlmə 


İnformasiya sistemləri menecmenti
 
95 
köhnəlmə deməkdir. Belə hallarda avadanlığın dəyişdirilməsi 
(əvəzlənməsi) tələb olunur.  
Təmir işlərinə  sərf olunan resurslara aiddir: iş vaxtı, 
materiallar və komplektləşdiricilər. Bundan başqa, infor-
masiya sistemlərinin müştərilərində boş dayanmalar meydana 
çıxır. Köhnəlmənin artması ilə  əlaqədar olaraq onun aradan 
qaldırılması üçün işin həcmini və xidmətə  çəkilən xərcləri 
artırmaq tələb olunur. Köhnəlmənin müəyyən vəziyyətinə 
çatdıqda onun istifadə edilməsi səmərəsiz olur və ona görə də 
ziyanla işləyir və nəticədə avadanlığı əvəzləmək tələb olunur. 
Bu elə-belə baş vermir, çünki avadanlığın  əvəzlənməsi də 
müəyyən xərclər tələb edir. İstismar nəticəsində köhnəlmə 
onun etibarlılığının azalmasında, fəaliyyətsizlik halı, zamanın 
effektiv fondlarının azalmasında özünü göstərir. Planlı texniki 
xidmətin aparılması etibarlılığın nəzərə çarpan artmasını  və 
bununla yanaşı təmir işlərinin həcminin aşağı enməsini təmin 
edə bilər.  
Fiziki köhnəlmə ilə yanaşı  həm də istehlak dəyərinin 
aşağı düşməsi təsirindən və elmi-texniki tərəqqinin inkişa-
fından mənəvi köhnəlmənin də özünəməxsus yeri var. 
İstehlak dəyərinin aşağı düşməsi təsirindən mənəvi köhnəlmə 
onda baş verir ki, informasiya sistemlərinin texnoloji avadan-
lığının maya dəyəri aşağı düşür və onu ucuz qiymətə almaq 
olur. Yəni məmulatın mənəvi köhnəlməsi informasiya sis-
temlərinin texnoloji avadanlığının bazar qiymətinin endirimi 
ilə  şərtlənir. Rəqib firma avadanlığı daha aşağı bazar qiy-
mətinə alaraq, özünə daha  səmərəli istehsal təmin edir.  
Elmi-texniki tərəqqi nəticəsində yaranan mənəvi köh-
nəlmə elmi-texniki tərəqqinin sürətli inkişafından və yenisinin 
meydana çıxmasından, daha məhsuldar və  təkmilləşdirilmiş 
avadanlığın və daha yaxşı istifadə keyfiyyətlərinə malik olan 
proqram materiallarının olması ilə  şərtlənir. Bu texnikanın, 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə