Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə25/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   53

İnformasiya sistemləri menecmenti
 
82 
ya hərdən uyuşmayan  formatlarda yerləşmiş müxtəlif yadda- 
qalan mühitlərdə bölüşdürülmüş  məlumatların vahid bazisdə 
konseptual səviyyədə əhatə etmək zərurətini yaradır.  
Sonra bir sıra qərarları  qəbul etmək lazım gəlir. Bu 
qərarlar isə verilənlərin bazasının məntiqi və fiziki təsəv-
vürünü qururlar, həm də onlara girişi təmin edirlər. Bu 
qərarlar verilənlərin və xidmətlərin xarici banklar tərəfindən 
müraciətlərin qəbulu, məlumatlara girişin hüquqlarının 
müəyyən edilməsi, istifadəçilərin mövqelərinin təyin edilməsi
məlumatların fiziki bölüşdürülməsi, tövsiyə edilən verilənlər 
bazasının idarəetmə sisteminin (VBİS) istifadə edilməsinə 
seçimi əhatə edir.  
Proqramların sahəsinin formalaşdırılması. Burada 
həm proqramın mövcud olan sahəsinin bütün funksional 
sahəsi, həm də  İS və  İT üçün tətbiqin yeni sahələri nəzərdə 
tutulur. 
Köhnəlmiş proqramları genişləndirmək və düzəlişlər 
etmək lazımdır. Məsələn, başqa proqramlarla kontaktın təklif 
edilən yerləri, istifadəsinin növü, həcmi və s.  
Proqramların planlaşdırılmasına iki müxtəlif baxış 
mövcuddur: bir tərəfdən, istehsal tapşırıqlarının sahəsinə 
baxılır, digər tərəfdən, İS-nin yeni texnoloji imkanları hesaba 
alınır, hansılar ki, proqramlarda realizə edilirlər. İkinci halda 
bütün müəssisənin planlaşdırılmasında informasiya sistem-
lərinin təsiri aydın görünə bilər.  
Proqramların planının müəyyən edilməsi üçün İS-nin 
inkişafının bilavasitə  zərurəti kimi (texniki tələbatların, 
hüquqi və başqa vacib göstərişlərin  əsasında), xərclərin 
mümkün olaraq azaldılması, məhsuldarlığın yüksəldilməsi və 
yaxud rəqiblərlə yarışda müəssisənin üstünlüklərinin realizəsi, 
həm də inkişafın bu və ya digər layihəsinin müvəffəqiyyətlə 
başa çatdırılmasının ehtimalı əsas götürülür. 


İnformasiya sistemləri menecmenti
 
83 
Resurslar sahəsində strategiya.
 
İS-nin resurslarının 
istifadəsinə görə strateji qərarlar, adətən, bu və ya digər 
proqramların qəbul edilmiş arxitekturasına görə artıq mövcud 
olan strategiyalardan formalaşır. 
Tədqiqatların təşkili sferasının personalı. Burada 
informasiyanın emalı sferasının işçilərinə  çəkilən xərclər
onların ixtisası və sayı, onların məzmununun əsas prinsipləri, 
yəni onların  əməyinin ödənilməsi, tələb olunan ixtisas və 
təhsil, həm də  kənardan məsləhətçilərin və ya işçilərin cəlb 
edilməsi və  əməyinin təşkilinin qaydası müəyyən edilməlidir.  
İnformasiya texnologiyaları.
 
İnformasiya texnologiya-
larına aid olan şəraitlərin çərçivələri daxilində belə məsələlər 
üzrə İT-nin tətbiqinə hər bir aid olana münasibətdə prinsipial 
mövqelər müəyyən edilməlidir. Onlara aiddir: 

 
qarışıq istehsalçının texniki və proqram vasitələrinə 
və ya tək istehsalçının məhsuluna meyillilik siyasəti, 

 
kənar tədqiqatçıların cəlb edilməsi. 
Daha sonra uyğun gələn texnoloji arxitekturanın 
işlənməsi, yəni suallar üzrə qərarların qəbulu tələb edilir: 

 
zəruri olan texniki, proqram, metodiki və  təşkilati 
komponentlərin (növ, say, qarşılıqlı təsir, xərclər) seçimini; 

 
müəssisədə istifadə edilən texniki və proqram 
vasitələrinin  şəbəkəyə birləşdirilməsi və müəssisə üzrə 
(mərkəzləşdirmə və qeyri-mərkəzləşdirmə) bölüşdürülməni. 
İnformasiyanın emalı sferasının büdcəsi. Təşkilatların 
əksəriyyətində informasiyanın emalı sferasının büdcəsinin 
həcmi qabaqcadan verilir. Lakin informasiyanın emalı sfe-
rasının büdcə  vəsaitlərinin daxili bölüşdürülməsi praktiki 
olaraq həmişə əhəmiyyətli dərəcədə sərbəstdir. Normal halda 
büdcənin strateji planlaşdırılmasının nəticələri  İS-nin tətbi-
qinin qəbul edilmiş arxitekturasının çərçivələri daxilində plan-
laşdırılmış  tədbirlərdə  əks olunur. Müəssisədə büdcə plan-
laşdırılmasının son məhsulu informasiyanın emalı sferasının 


İnformasiya sistemləri menecmenti
 
84 
işçilərinin və  İS-dən istifadə edilməsi və istismarı, xidmətin 
və inkişafın sahələri üçün xərclərin daha dəqiq xülasəsi 
mümkündür. 
Təşkilat və idarə  məsələlərində strategiya.
 
İS üçün 
ümumi strategiyanın qurulmasının çərçivələri daxilində bu 
sferaya rəhbərliyin və informasiyanın emalı sferasının 
təşkilinə aid olan həm də tam bir sıra qərarları  qəbul etmək 
labüddür.  
Təşkilat və İS-nin fəaliyyət göstərməsi. Burada birinci 
növbədə, təşkilati vəzifə-məhz gələcəkdə  İS-nin xidmətləri 
müəyyən edilir. Bu tapşırıqların həllinin variantından asılı 
olaraq, vəziyyətə baxaraq, nəinki informasiya emalı bölmə-
lərinin fəaliyyət göstərməsi və strukturun təşkilinin daxilində, 
həm də başqa idarələrlə və şöbələrlə və ya istifadəçilərlə işin 
təşkili sahəsində tələb edilə bilərlər. Aşağıdakı sahələri əhatə 
edən strateji istiqamətləri və strategiyaları müəyyən etmək 
xüsusi olaraq vacibdir: 

 
İnformasiyanın emalı sferasının təşkilati bölüşdürül-
məsi (planlaşdırma,  İS-nin inkişafı  və istifadə edilməsi, həm 
də istifadəçilərə xidmət); 

 
İS-də istifadə edilən verilənlərin planlaşdırılması  və 
inzibatiləşdirilməsi (yanaşmalar, metodlar və alətlər); 

 
İT-nin tətbiq edilməsi (yanaşmalar, təhlil, dizayn 
üçün metod və alətlər, proqramlaşdırma, sınaq və xidmətlər); 

 
Həm müəssisədə, həm də xarici imkanlardan istifadə 
edilməsi ilə informasiyanın emalı sferası  işçilərinin öyrədil-
məsi və ixtisaslarının artırılması; 

 
İS-nin tətbiqi sahələri üzrə resursların və  xərclərin 
bölüşdürülməsi; 

 
Texniki və proqram vasitələrinin alınması, tətbiqi və 
xidməti (məsələn, müəyyən strateji məhsullar, bütün müəssisə 
üçün vahid alətlər); 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə