Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə21/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   53

İnformasiya sistemləri menecmenti
 
69 

 
Zəruri materialların (Material Requirements Planing, 
MRP) planlaşdırılmasını daxil edən materialların və güclərin 
planlaşdırılması, 

 
Müəssisənin fəaliyyətinin operativ idarə edilməsi. 
Qeyd olunan planlaşdırma sahəsinin hər birinin öz 
məqsədi var. Strateji planlaşdırmadan operativ idarə etməyə 
keçidlə  əlaqədar olaraq məqsədlər onların konkretləşdirilmə-
sinin dərəcəsinə görə dəyişilir.  
Beləliklə, planlaşdırmanın hər bir səviyyəsi başqa-
larından aşağıdakı parametrlər üzrə fərqlənir: 
-
 
planın məqsədi üzrə  (hədəfi ), 
-
 
vaxta görə, 
-
 
planın əhatə səviyyəsi üzrə 
İnformasiya texnologiyalarının tətbiqi və müəssisənin 
informasiya mühitinin inkişafının planlaşdırılması  həmin 
ümumi prinsiplərə və metodlara əsaslanır. 
Belə ki, bir çox hallarda informasiya texnologiyaları tə-
min edən proseslərə aiddir, onda onlar üçün strateji planlaş-
dırma, güclərin və materialların planlaşdırılması əsasdır.  
Qeyd edək ki, informasiya texnologiyaları  və müvafiq 
vasitələr çox tez inkişaf edir və ona görə  də bu sfera üçün 
məhz strateji (uzunmüddətli) planlaşdırma olduqca mühüm 
mərhələdir. 
Strateji biznes-plan bu ən yaxın bir neçə il (adətən, iki 
ildən on ilədək)  ərzində  şirkətin həll etmək istədiyi  əsas 
hədəflərini və vəzifələrini müəyyən edən plandır. Bu, inkişaf 
planıdır. Orada təsvir edilmişdir ki, müəssisə öz gələcəyini 
(məhsul, bazarlar və s.), həm də qarşıya qoyulmuş məqsədlərə 
çatmağın  əsas yollarını necə görür? Ən müxtəlif aspektləri 
(marketinq, maliyyə, istehsal və texniki) hesaba alan 
uzunmüddətli proqnozlar strateji planlaşdırmanın  əsası kimi 
xidmət edir. Öz növbəsində, strateji plan bir sıra başqa  
planların, məsələn, marketinq planının, satış planının, maliyyə 


İnformasiya sistemləri menecmenti
 
70 
planının (büdcənin), istehsal planının, yeni investisiya 
planının uzlaşmasını və əlaqələndirilməsini təmin etməlidir.  
Strateji biznes-plan toplanmış informasiyanı saxlayır. 
Onda yalnız ümumiləşdirilmiş göstəricilər öz əksini tapır və 
onlara aiddir: məhsulun  əsas qrupları üçün bazar tələbatının 
qiymətləndirilməsi dəyər və yaxud natural ifadədə istehsalın 
və satışın ümumiləşdirilmiş  həcmləri, dövriyyənin və müəs-
sisənin mənfəətinin artırılması. Məhz bu plan müəssisənin 
məqsədlərini təsvir edir, eyni zamanda, daha aşağı  səviy-
yələrin planları kimi onlara çatmağın yollarını konkretləşdirir. 
Marketinq, maliyyə  və istehsal  informasiyasını istifadə 
edərək, strateji plan marketinq və maliyyə şöbələrinin, istehsal 
bölmələrinin və konstruktor-texnoloji idarələrin (xidmətlərin) 
səviyyəsində planlaşdırma üçün istifadə edilən planlaş-
dırmanın sonrakı  mərhələlərinin ümumi çərçivələrini müəy-
yən edir. Beləliklə, məhz strateji plan korporativ planlaş-
dırmanın bütün sisteminin məqsədli istiqamətini təmin edir.  
Zəruri materialların planı (Material Requirements Plan, 
MRP) özü ilə  əsas istehsal planında (ƏİP) göstərilmiş 
müddətlərdə və miqdarlarda hazır məhsulun istehsalının təmin 
edilməsi üçün zəruri olan (komplektləşdiricilərin, detalların, 
xammalın) materialların istehsalı və tədarüklərin planını verir. 
Zəruri materialların planı detallaşdırmanın  yüksək səviyyəsi 
ilə xarakterizə edilir: materialların və müddətlərin miqdarı 
(satın alınmışlar və ya müəssisənin daxilində istehsal 
edilmişdir) hər bir material, komplektləşdirici məmulatlar 
üçün müəyyən edilir.  
Məmulatın strukturuna daxil olan hər bir material üçün 
zəruri materialların formalaşdırılması prosesində anbar 
ehtiyatının artırılmasına tələbat müəyyən edilməlidir. 
Məqsəd-zamanın müəyyən anında vəziyyətə görə lazım olan 
miqdarda lazım olan materialın alınmasını təmin etməkdir (ya 


İnformasiya sistemləri menecmenti
 
71 
istehsal tapşırığı, ya da kənardan alınmış materiala sifariş 
vasitəsilə). 
Zəruri materialların planı tutulandan sonra onun 
mövcud olan resurslara uyğunluğu təhlil edilməlidir: zəruri 
materialların planının real yerinə yetirilməsi üçün müəssisə 
kifayət qədər güclərə malikdirmi? Bu proses zəruri güclərin 
planlaşdırılması adlanır. Bu halda güc altında zamanın müəy-
yən dövrünə görə işlərin həcminin yerinə yetirməyin istehsal 
sisteminin imkanı başa düşülür. Güclərin idarə edilməsinin 
mahiyyəti ondan ibarətdir ki, materialların planlaşdırılması 
həm iyerarxiya səviyyəsində, həm də müəyyən vaxt dövründə 
müəssisədə olan resurslarla müqayisə edilməlidir.  Əgər 
resurslar yetərincədirsə, onda zəruri materialların planı icra 
edilməyə qəbul edilə bilər. Əgər bu belə  deyilsə, onda zəruri 
materialların planına uyğun olaraq gücləri ya gətirmək, ya da 
planın özünə düzəliş  etmək lazımdır.  
Qeyd etmək lazımdır ki, güclərin planlaşdırılması  və 
qiymətləndirməsinin vəzifəsi nəinki zəruri materialların planı 
ilə  əlaqədardır, həm də daha yüksək səviyyələrin planlaş-
dırılması üçün zəruridir. 
 
5.2. İnformasiya sistemlərinin strateji  
planlaşdırılmasının əsasları 
 
Hər bir müəssisənin qarşısında duran məqsəd və 
vəzifələrin yüksək səviyyədə təmin edilməsi üçün informasiya 
sistemlərinin formalaşması  və inkişafı istiqamətində strateji 
planlaşdırmanın zəruriliyi yaranır.
 
Belə ki, strateji pers-
pektivdə müəssisənin qarşısına qoyduğu tapşırıqların həllinin 
təminatı üçün nəzərdə tutulmuş informasiya sisteminin 
müəssisədə formalaşdırılması  və inkişafı informasiya sistem-
lərinin inkişafına və istifadəsinə, təşkilatın öz sahəsində 
strateji məqsədlərə yönəldilmiş uzunmüddətli planlaşdırmanı 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə