Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə17/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   53

İnformasiya sistemləri menecmenti
 
54 
və hiss etməyi bacarmalıdır. Məsələn, kompüterin təbii 
interfeyslərinin hazırlanmasını daxil edən Sİ-layihələr sənaye 
robotlarının inkişafını  və  ağıllı proqram təminatını sürət-
ləndirdi. Buna başlıca təkan adətən insan intellektilə bağlı 
olan kompüterin funksiyalarının inkişafıdır. 
Daha çox praktiki tətbiqi proqramlardan biri: Sİ-ekspert 
sistemlərinin inkişafıdır (expert systems- ES, ekspert sistemi- 
ES).  İnformasiya sistemlərinin biliklərinə  əsaslanmış ekspert 
sistemi: yəni o, müəyyən sahədəki bilikləri ona görə istifadə 
edir ki, təcrübəli məsləhətçi kimi hərəkət edir. Ekspert 
sisteminin komponentləri proqram təminatının modulları  və 
biliklərin bazalarıdır. Onlar olan biliklərin bazasında məntiqi 
nəticələri yerinə yetirir, istifadəçilərin suallarına cavabları 
təklif edirlər. Ekspert sistemləri tibb, layihələndirmə, fiziki 
elmlər və biznes də daxil olmaqla, fəaliyyətin bir çox 
sahələrində istifadə olunur. Məsələn, indi ekspert sistemləri 
xəstəliyin diaqnozunun qoyulmasına, faydalı qazıntıların 
tapılmasına, tərkibləri analiz etməyə, təmirə zəmanət verməyə 
və maliyyə planlaşdırmasını yerinə yetirməyə kömək edir. 

 
Son istifadəçi sistemləri (end user computer 
systems)
 
– son istifadəçilərin həm operativ, həm də idarəetmə 
funksiyalarına bilavasitə kömək edən kompüter informasiya 
sistemləridir. Biz son istifadəçini təşkilatın informasiya 
xidmətləri  şöbəsinin peşəkar resurslarının bilavasitə 
istifadəçisi kimi təsəvvür etməliyik. İnformasiya sistemlərinin 
son istifadəçiləri adətən, öz gündəlik fəaliyyətinin saxlanması 
üçün tətbiqi proqram zərfləri və avtomatlaşdırılmış  iş 
yerlərindən istifadə edirlər. Buraya informasiyanın axtarışı, 
qərarların qəbul edilməsinin dəstəklənməsi və proqramların 
işlənib hazırlanması daxildir. 
Qeyd etmək lazımdır ki, informasiya sistemləri müha-
sibat uçotu, maliyyə, marketinq, istehsalın və  əmək resursla-


İnformasiya sistemləri menecmenti
 
55 
rının idarə edilməsi kimi idarəetmə  fəaliyyətinin bütün sahə-
lərinin inkişafına kömək edir.  
Elmi mənbələrdə informasiya sistemləri müxtəlif 
əlamətlərinə görə aşağıdakı kimi təsnifləndirilir: 
1.Miqyasına görə: 
1.1.lokal informasiya sistemləri, 
1.2.qrup informasiya sistemləri, 
1.3. korporativ informasiya sistemləri. 
2. İnformasiya resurslarının xarakterinə görə: 
2.1. sənədli sistemlər
2.2.faktoqrafik sistemlər (informasiya-arayış, informasiya-
idarəetmə və informasiya-məsləhət sistemləri ), 
2.3. sənədli-faktoqrafik sistemlər. 
3. Sənədli sistemlər üzrə: 
3.1. informasiya- axtarış sistemləri, 
3.2. sənəd dövriyyəsi sistemləri, 
3.3. kargüzarlığın avtomatlaşdırılması sistemləri. 
 
4.3. İnformasiya sistemində idarəetmə strukturunun rolu 

İstənilən bir müəssisə üçün informasiya sisteminin 
yaradılması  və istifadə olunması zamanı  aşağıdakı  məsələlər 
nəzərə alınmalıdır: 

 
informasiya sistemlərinin (İS) strukturu və onun 
funksional təyinatı  təşkilat qarşısında qoyulan məqsədlərə 
uyğun olmalıdır. Məsələn, kommersiya müəssisəsində - 
səmərəli biznes, dövlət müəssisələrində - sosial və iqtisadi 
məsələlərin həlli; 

 
informasiya sistemi insanlar tərəfindən nəzarət 
edilməli, başa düşülməli, uyğun sosial və etik prinsiplərlə 
istifadə olunmalıdır. 

 
İS doğru, etibarlı, müasir və sistemləşdirilmiş 
informasiya hasil etməlidir. 


İnformasiya sistemləri menecmenti
 
56 
Qeyd olunanların nəzərə alınması üçün İS-ni qurmazdan 
əvvəl müəssisənin strukturunu, funksiyalarını, siyasətini, idarə 
olunmanın məqsədlərini, qəbul edilən qərarları, kompüter 
texnologiyasının imkanlarını öyrənib başa düşmək lazımdır. 
İS-nin yaradılmasına təşkilatın idarə strukturunun təhlilindən 
başlanılır. Təşkilatın bütün bölmələrinin işinin  əlaqələn-
dirilməsi müxtəlif səviyyəli idarəetmə orqanları vasitəsilə 
aparılır. 
İstənilən təşkilatın idarəetmə strukturu 3 səviyyədən 
ibarətdir: operativ, funksional və strateji.  
İdarəetmənin operativ səviyyəsi dəfələrlə  təkrarlanan 
məsələlərin və  əməliyyatların həllini və cari informasiyanın 
dəyişməsinə çevik (cəld) reaksiya verilməsini təmin edir. 
Operativ idarəetmə  səviyyəsində    həll olunan problemlərin 
böyük hissəsini uçot və  nəzarət məsələləri təşkil edir. 
Məsələn, istehsal olunan və satılan məhsulun uçotu, xammal 
sərfinin uçotu, məhsulun keyfiyyətinə nəzarət və s.  
Funksional (taktiki) idarəetmədə operativ səviyyədə 
hazırlanan informasiya təhlilini tələb edən məsələlər həll 
olunur. Həll olunan məsələlərin həcmi azalır, lakin 
mürəkkəbliyi artır. 
Strateji idarəetmə  təşkilatın uzunmüddətli strateji 
məqsədlərinə nail olmasına yönələn idarəetmə  qərarlarının 
hazırlanmasını təmin edir. 
Qeyd etmək lazımdir ki, İS özü-özlüyündə  gəlir 
gətirmir, lakin gəlirin  əldə olunmasına geniş imkan yaradır. 
İS-nin tətbiqi istifadəçiləri, idarəetmə heyətini vaxtında və 
lazımi informasiya ilə  təmin edə bilirsə, idarəetmənin 
keyfiyyəti artır, müəssisənin işi yüksəlir və  nəticədə  əldə 
olunan mənfəət artır.  
   


İnformasiya sistemləri menecmenti
 
57 
4.4. İnformasiya sisitemlərinin yaradılması mərhələləri 
 
İnformasiya sistemlərinin yaradılması  və istifadə edil-
məsinə görə fəaliyyətin əsasında informasiya sistemlərinin hə-
yat dövrülüyü (tsikl) anlayışı durur. İnformasiya sistemlərinin 
yaradılması haqqında qərarların qəbul edilməsi anından 
informasiya sistemlərinin dayandırılması anınadək baş verən 
mərhələlərə informasiya sistemlərinin həyat dövrü (tsikl) 
deyilir. Mahiyyətcə, həyat dövrü (tsikl) informasiya sistem-
lərinin yaradılmasının və istifadə edilməsinin modelidir. 
Ənənəvi olaraq informasiya sistemlərinin həyat döv-
rülüyünün (tsiklinin) əsas mərhələləri aşağıdakılardır: 

 
Tələbatların təhlili ; 

 
Layihələndirmə (texniki, məntiqi); 

 
Hazırlama; 

 
Sazlama və testləmə; 

 
Sistemin istismara verilməsi; 

 
Təkmilləşdirmə. 
Mərhələdən mərhələyə keçidin və  İS-nin inkişafını 
müəyyən edən İS həyat dövrünün  modelləri mövcuddur. Hal-
hazırda həyat dövrünün üç əsas modeli daha geniş yayıl-
mışdır. 
1)
 
Şəlalə (kaskad) modeli əvvəlki mərhələyə görə işlər 
qurtarandan sonra informasiya sistemlərinin növbəti mərhələ-
sinə keçidi nəzərdə tutur ; 
2)
 
Aralıq nəzarətlə  mərhələli model inkişafın  əvvəlki 
mərhələsinə qayıtmalarla inkişafın interasiya modeli; 
3)
 
Spiralşəkilli model informasiya sistemlərinin 
prototipinin genişlənməsini nəzərdə tutan modeldir. 
Prinsip etibarı ilə informasiya sistemlərinin həyat döv-
rülüyünün mərhələləri informasiya sistemlərinin fəaliyyətinin 
bütün dövrünü əks etdirir. Lakin “daimi” (əbədi) sistemin 
yaradılması  tələbi informasiya sistemlərinin inkişafını  tələb 
edir. Yəni başlanğıcdan layihələndirmə  mərhələsindən başla-
yaraq informasiya sistemlərinin inkişafın imkanı qoyulma-


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə