Microsoft Word musfiq ramazanov docx



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə35/53
tarix20.09.2018
ölçüsü0,98 Mb.
#69577
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   53

İnformasiya sistemləri menecmenti
 
115 
2.
 
Səlahiyyətli əməkdaşların şirkətdən çıxıb getmələri; 
3.
 
İnformasiya texnologiyasının müştərinin mütəxəssis-
lərindən imtina etməsi; 
4.
 
Sıravi əməkdaşların sabotajı. 
Bu risklərin düzgün və vaxtında qiymətləndirilməsi 
şirkət üçün olduqca vacibdir. Sifarişçi müəssisənin infor-
masiya texnologiyası bölmələrinin  əməkdaşlarının və infor-
masiya sisteminin yaradılmasında son istifadəçilərin fəal 
iştirakı aşağıdakı əhəmiyyətli üstünlüklərə malikdir: 
1.
 
istifadəçi sistemin inkişafına real təsir imkanı əldə edir; 
2.
 
sistem istifadəçinin  iştirakı ilə yaradılır;  
3.
 
istifadəçi sistemin tətbiqindən sonra mütləq əmələ gələn 
çatışmazlıqları öz səhvləri kimi qəbul edir. Bu halda istifadəçi 
“öz” sisteminin çatışmazlıqlarının aradan qaldırılmasında fəal 
iştirak edəcəkdir.  
4-cü prinsip:  İnformasiya sisteminin işlənib hazırlan-
masında və inkişafında istehsal bölmələrinin iştirakı  həm 
layihə işlərinin təşkilini və menecmentini, həm də İE üzrə bu 
bölmələrin və mütəxəssislərin arasında kommunikasiyaların 
dəstəklənməsinin müvafiq metodlarını nəzərdə tutur. Şirkətin 
istehsal struktur bölməsi yeni informasiya sisteminin yara-
dılması istiqamətindəki vəzifələrin yerinə yetirilməsindən  
qismən və ya tamamilə azad oluna bilməz. Ona görə  də 
informasiya sisteminin yaradılması istiqamətindəki işlərdə 
bilavasitə layihəni hazırlayan kollektivin tərkibinə bölmənin 
yalnız bəzi iştirakçıları qəbul edilirlər. Belə əməkdaşlar “işçi 
qrupu”nu təşkil edirlər. Yəqin ki, istehsal bölmələrinin işçiləri 
İE üzrə ekspertlərin səviyyəsinə görə onlarla müqayisə edilə 
bilməzlər.  
Hal-hazırda yerli müəssisələrin rəhbərləri arasında belə 
bir təsəvvür kifayət qədər geniş yayılmışdır ki, informasiya 
sistemini kənarda sifariş etməkdənsə, öz gücləri ilə yaratmaq 
daha səmərəlidir. Burada səbəb gətirilir ki, özlərinin mütəxəs-


İnformasiya sistemləri menecmenti
 
116 
sisləri konkret müəssisənin şəraitini və ənənələrini daha yaxşı 
bilirlər, çünki onlar həmişə müəssisədədir və istənilən işçi ilə 
bilavasitə  əlaqəyə girə bilərlər. Gördükləri işə görə onlara 
çoxlu pul vermək lazım deyil, ancaq hazır sistemə görə kənar 
hazırlayıcılara böyük məbləği ödəmək lazım gəlir. Sonuncu 
dəlil daha ağlabatandır, çünki müəssisədə əməyin ödənilməsi 
ixtisaslaşmış firmalarda əməyin ödənilməsinə nisbətən daha 
ucuzdur. Lakin qeyd etmək lazımdır ki, informasiya sistemi 
müəssisənin öz gücü və  az xərclə  yaradıla bilər, ancaq bu 
ciddi və “baha” yanaşma ola bilər. 
 
Kənar iştirakçı ilə təşkilatda 
yaradılan informasiya 
sisteminin xüsusiyyətləri 
Şəxsi gücləri ilə təşkilatda 
yaradılan informasiya 
sisteminin xüsusiyyətləri 
Onun məhsulunu realizə edən-
lərdən biri olaraq ixtisaslaşdı-
rılmış firma üçün konkret təş-
kilat üçün informasiya sistemi-
dir, ona görə  də onlara lazım 
olan sistemin tərkibini razılaş-
dıranda təşkilatın mütəxəssis-
ləri təklif olunan imkanlarla 
sadəcə olaraq tanış ola, versi-
yanı, konfiqurasiyanı  və ya 
modulların dəstini seçə bilər-
lər. Həmin modullar verilmiş 
şərait üçün ya işlənib hazırlanır 
ya da onların öz təşkilatı üçün 
sifariş edilirlər. 
Konsepsiyanın, memarlığın, 
tərkibin və  əsas texniki tələb-
lərin dürüst ifadə edilməsi on-
ların təcrübəsinə  və meyillə-
rinə uyğun olaraq informasiya 
sistemi üzrə  təşkilatın həmin 
ana olan mütəxəssislər tərəfin-
dən həyata keçirilir. Tamamilə
mümkündür ki, bəziləri üçün 
bu, onların həyatında birinci 
olacaq.  Əsas texnologiya üzrə
mütəxəssislər, adətən, mahiy-
yətcə bu prosesə tamamilə zəif 
təsir edə bilər. 
      
Yaradılan sistemin səviyyəsi müəssisədəki mütəxəs-
sislərin,  əsasən proqramçıların səviyyəsi ilə müəyyən edilir. 
Müasir dövrdə  hər bir müəssisənin informasiya sistemini 


İnformasiya sistemləri menecmenti
 
117 
yaratmağa qadir olan peşəkar sistemli təhlilçiləri və 
proqramçıları, güclü komandası  yoxdur. 
Yuxarıda qeyd olunanlardan aydın olur ki, uğur  əldə 
etməyin amilləri həm informasiya texnologiyalarını  tətbiq 
edən  şirkətlər, həm də informasiya məhsulları  və xidmət-
lərinin istehsalçı  şirkətləri üçün tamamilə müxtəlifdirlər. 
İnformasiya məhsullarını yaradan və informasiya xidmətləri 
göstərən  şirkət üçün innovasiyaların müvəffəqiyyətinin 
amilləri aşağıdakılardır: 

 
innovasiyalar sahəsində əsaslandırılmış strategiyalar; 

 
yeni texnologiyaların meydana çıxmasını nəzərə almaqla 
məhsulun modernləşdirilməsinə hazır olma; 

 
şəxsi tədqiqatların və işlərin aparılması; 

 
tədqiqat laboratoriyaları  və  mərkəzlərilə effektiv 
əməkdaşlıq; 

 
başqa şirkətlərdən qabaqcıl ideyaların vaxtında alınması; 

 
məhsul və xidmətlərin işlənib hazırlanmasının uyğunlaş-
dırılmış metodlarından istifadə olunması. 
İnformasiya texnologiyalarını  tətbiq edən, informasiya 
məhsulları  və xidmətlərinin istehlakçısı olan şirkətlər üçün 
müvəffəqiyyət amili tətbiq etmə prosesinin təşkili bacarığıdır. 
Təcrübə göstərir ki, təşkilatda insanlarla sıx bağlı olan bir sıra 
amillər yeni informasiya sistemlərinin uğurla tətbiq edilmə-
sinə əhəmiyyətli təsir göstərir: 

 
Layihənin realizasiyasının gedişində meydana çıxan 
problemləri tam dərk edərək  şirkətin rəhbərliyi avtomatlaş-
dırma və informasiyalaşdırma layihəsini sözsüz müdafiə edir. 
Əgər şirkət üçün yeni avtomatlaşdırılmış sistem ancaq dəb və 
ya sadəcə olaraq nüfuzun saxlanması üçün verilmişdirsə, onda 
belə layihədən imtina etmək daha yaxşıdır. Hətta sizin 
tərəfinizdən layihənin güclü menecerinin və ən istedadlı məs-
ləhətçilərin olmasına baxmayaraq bu, çətin prosesdir. Bu isə 


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə